Ayn-i Şah Sultan

Aynişah Sultan (1463, Amasya ili1514, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1]

Aynişah Sultan
türk. Aynişah Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1463
Doğum yeri
Vəfat tarixi 1514
Vəfat yeri
Fəaliyyəti əsilzadə
Atası II Bəyazid
Anası Şirin Xatun
Həyat yoldaşları Gödək Əhməd
Malkoçoğlu Yəhya Paşa
Uşaqları Nəslihan xanım Sultan
Xanzadə xanım Sultan
Sultanzadə Zeynəlabidin bəy
Ailəsi Osmanlı xanədanı
Dini islam

Aynişah Sultan 1475-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aynişah Sultan və anası 1480-ci ildə Trabzon sancaqbəyi təyin edilən qardaşı Şahzadə Abdullahla birlikdə Trabzona, ertəsi il isə Konyaya yollandı. Qardaşının ölümünədək burada qalan Aynişah Sultan və anası daha sonra Bursaya getdi.

1489-cu ildə Aynişah Sultan atasının istəyilə, Ağqoyunlu sultanı Uzun Həsən Osmanlılara sığınan oğlu Uğurlu Məhəmmədlə bibisi Gövhər Sultanın oğlu Gödək Əhməd bəylə nigahlandı. Bir neçə il sonra Şərqi Anadoluda başlayan taxt mübarizəsinə qatılan Gödək Əhməd qısa müddət hakimiyyətdə qaldıqdan sonra 1497-ci ildə qətlə yetirildi. Bu müddət ərzində İstanbulda qalan Aynişah Sultan müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1506-cı ildə Fatehdə sübyan məktəbi inşa etdirdi və vəfatından sonra vəsiyyətinə əsasən, bu məktəbin həyətinə dəfn edildi. Anası Şirin Xatunun Muradiyə külliyəsindəki türbəsində dəfn olunan Aynişah Sultan isə qardaşı Şahzadə Abdullahın qızıdır.

Qardaşları və atası arasında başlayan taxt mübarizəsində vasitəçilik etməyəçalışan Aynişah Sultan taxta çıxan ögey qardaşı Yavuz Sultan Səlimə məktub yazaraq onu təbrik etdi. 26 sentyabr 1535-ci ildə İstanbulda vəfat etmişdir.

  • Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6
  • Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  1. Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).