ŞAHANƏ

I. s. 1. royal, regal; ~ ehtiram regal / royal honours; ~ baxış royal look; 2. splendid, magnificent, excellent

II. z. splendidly, brilliantly, excellently

ŞAHADLIQ
ŞAHBAZ
OBASTAN VİKİ
Şahanə Hacıyeva
Şəhanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Şəhanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəhanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir. == Karyerası == Şəhanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şəhanə Hacıyeva, 2018-ci ildən paracüdoda mübarizə aparmağa başladı. Şəhanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şəhanə Hacıyeva bürünc medalın sahibi oldu.
Şahanə Nəzərova
Şahanə Nəzərova (28 may 2001; Siyəzən, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi. Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. == Həyatı == Şahanə Nəzərova 2001-ci il mayın 28-də Siyəzən şəhərində anadan olub. 2007-ci ildən idmanla məşğul olur. Məşqçisi Ağadədə Allahverdiyevdir. == Karyerası == 2017-ci il 28-30 aprel tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi "Zəfər" kubokunda qızıl medala layiq görülüb. 2017-ci il 24-30 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycanı təmsil edib. 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Dimitrinka Sergeyeva ilə qarşılaşaraq onu tam üstünlüklə, yarımfinalda isə Ukrayna təmsilçisi Mariya Tomisiçi 8:0 hesabı ilə məğlub edib. Final görüşündə Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüb. 2017-ci il sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmə güləşçilərin Dünya çempionatında Azərbaycanı təmsil edib.

Digər lüğətlərdə