ŞAHANƏ
ŞAHDAMAR
OBASTAN VİKİ
Şahbaz Şahbazov
Şahbaz Şahbazov (həkim)
Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Derəfş Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. == Tarixi == "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Şahbaz Muradov
Şahbaz Muradov (Şahbaz Musa oğlu Muradov; d. 10 avqust 1940, Laçın rayonu Xumarta) — Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi (2001), professor. Şahbaz Musa oğlu Muradov 10 avqust 1940-cı ildə Azərbaycan Respublikasının Laçın rayonu­nun Xumarta kəndində anadan olmuşdur. O, 1946-50–ci illərdə Xumarta kəndində yenicə açılmış ibtidai məktəbdə, 1950-1953-cü illərdə isə Köhnə­kənd 7 illik məktəbində təhsil almışdır. 1953-cü il­də həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə biti­rib, Azərittifaqın Bakı Kooperativ texnikumuna da­xil olmuşdur. 1956-cı ildə texnikumu əla qiymətlər və tərifnamə ilə bitirib, əlaçıların 5%-i hesabı ilə Azərittifaqın İdarə Heyətinin xüsusi qərarına əsa­sən, ali təhsil almaq üçün K.Marks adına Azərbay­can Dövlət Xalq Təsərrüfatı İnstitutuna göndərilir. O vaxt texnikumları əla qiymətlər və tərifnamə ilə bitirənlərin 5%-i hesabı ilə ali məktəbə təhsil al­mağa göndərilənlər orta məktəbləri “Qızıl medalla” bitirənlərə bərabər tutulduğundan Ş.Muradov qə­bul imtahanları vermədən həmin instituta daxil ol­muşdur. Ancaq, 1959-cu ildə institut ləğv edildiyi üçün Ş.Muradov təhsilini Azərbaycan Dövlət Uni­versitetinin İqtisadiyyat fakultəsində davam etdir­mişdir. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərq­lənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi iş­ləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndə­rilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmış­dır.
Şahbaz Quliyev
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. 2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib. 2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.
Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu (24 iyun 1968) — naşir; tərcüməçi-yazar; "Qanun" nəşriyyatının direktoru; Elmar Hüseynov Fondunun həmtəsisçisi; "Qanun" jurnalının baş redaktoru. 24 iyun 1968-ci ildə anadan olmuşdur. Natiq Səfərov ilə birlikdə 1992-ci ildə "Qanun" jurnalını yaratmışdır. Eyni vaxtda jurnalın redaksiyasının tərkibində "Qanun" nəşriyyatı da fəaliyyət göstərmişdir. "Qanun" nəşriyyatı ayrıca təşkilat kimi 1995-ci il 6 oktyabr tarixində qeydiyyatdan keçmişdir. Hər iki təşkilatın təsisçisidir. "Qanun" jurnalı elmi hüquq jürnalıdır. Ayda bir dəfə nəşr edilir. "Qanun" Nəşriyyatı əvvəllər əsasən hüquq kitabları nəşr edirdi, 1995-ci ildən sonra bütün sahələrdə kitablar nəşr edir. İlk həyat yoldaşı 2015-ci ildə avtoqəzada həyatını itirmişdir.
Şahbaz Şamıoğlu
Şahbaz Şərif
Mian Məhəmməd Şahbaz Şərif (pəncab və urdu: میاں محمد شہباز شریف, tələffüz olunur [miˈãː mʊˈɦəmːəd̪ ʃɛhˈbaːz]; 23 sentyabr 1951, Lahor, Pakistan dominionu) — Pakistan Müsəlman Liqasının (N) (PML-N) hazırkı prezidentidir. Əvvəllər o, siyasi karyerasında üç dəfə Pəncabın Baş Naziri vəzifəsində çalışıb və onu Pəncabın ən uzun ömür sürən Baş Naziri edib.O, 11 aprel 2022-ci ildə Pakistanın baş naziri seçilib. Şahbaz Şərif 23 sentyabr 1951-ci ildə anadan olub.
Şahbaz xan Dünbili
Şahbaz xan Mürtəzaqulu xan oğlu Dünbili (1699-1767) — Xoy xanlığının ilk hakimi. Şahbaz xan Mürtəzaqulu xan oğlu Xoy şəhərində anadan olmuşdur. Nəvab Mahmud xanın tarixinə görə Şahbaz xan, H.1125 (M.1713) ildə Azərbaycandakı bütün Dünbili elinin əmiri idi. Fətəli xan Araşlı-Avşar ilə biriikdə Kərim xan Zəndə qarşı getdiyi savaşda əsir düşdü. Ancaq Kərim xan ona çox hörmət göstərdi. Şahbaz xan qızını onun oğlu Əbulfəth xana verərək dostluq ilişgisi qurdu. Şahbaz xanın Məhəmməd bəy adlı oğlu vardı. Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012; Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı: Mütərcim, 2015, 288 səh.
Şahbaz Şahbazov (əsgər)
Şahbaz Mirzə oğlu Şahbazov (22 iyun 1996; Qaracəmirli, Şəmkir rayonu, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şahbaz Şahbazov 1996-cı il iyunun 22-də Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Şahbaz Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahbaz Şahbazov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şövkət Şahbaz qızı Səlimova
Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Abas Şahbazov
Aidə Şahbazova
Şahbazova Aidə Heybət qızı (7 may 1945, Bakı) — Azərbaycan dilçi alimi, professor, Bakı Slavyan Universitetinin Rus dili və onun tədrisi metodikası kaferdasının müdiri. == Həyatı == Aida Şahbazova 7 may 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1962-ci ildə M. F. Axundov adına АPRDƏİ-nə daxil olmuş, 1967-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetini Rus dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Həmin ili M. F.Аxundov adına АPRDƏİ –də müəllimlik fəaliyyətinə başlamışdır. 12 may 1981-ci ildə pedaqoji elmlər nazmizədi, 22 avqust 1984-cü ildə dosent vəzifəsinə layiq görülmüşdür. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 20 iyun 1997-ci ildə professor elmi adı almışdır. 1991-ci ildə BSU-nun Praktik rus dili kafedrasında, 2003-cü ildə isə Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri işləyir. 39 illik pedaqoji stajı var. 100-ə qədər nəşr olunmuş elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Ümumtəhsil məktəblər və filologiya fakültəsinin tələbələri üçün hazırlanmış bir çox dərslik və dərs vəsaitlərinin rəyçisi olmuşdur.
Akif Şahbazov
Akif Rəhim oğlu Şahbazov (15 dekabr 1957, Yuxarı Cürəli, Puşkin rayonu – 20 iyun 2023) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, dövlət qeydiyyatına alınmamış Açıq Cəmiyyət Partiyasının sədri (2007–2012). == Həyatı == 1957-ci il dekabrın 15-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Azərbaycan və rus dilini bilirdi. 20 iyun 2023-cü ildə Bakıda vəfat edib, doğulduğu Y. Cürəlidə dəfn edilib. Evlidir, 6 övladı var. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının sıralarından 1995-ci il noyabrın 12-də 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvü olmuşdur. 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.
Eldar Şahbazov
Eldar Qəşəm oğlu Şahbazov (29 yanvar 1948) — texnika üzrə elmlər doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu Laboratoriya rəhbəri. == Həyatı == Şahbazov Eldar Həşəm oğlu, 29 yanvar 1948-ci ildə Azərbaycan Respublikasının Zəngəbasar anadan olmuşdur. Namizədlik (PhD) dissertasiyasının mövzusu: - 05.04.07 – "Neft və qaz sənayesinin maşın və aqreqatları", "Режимы технического обслуживания и ремонта подъемных установок для текущего и капитального ремонта нефтяных и газовых скважин". Doktorluq dissertasiyasının mövzusu: 05.04.07 – "Neft və qaz sənayesinin maşın və aqreqatları", "Səyyar neft-mədən qurğularının etibarlığın artırılmasının elmi əsasları və təcrübi metodların işlənməsi". == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 145 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 10 Respublikada çıxmış elmi əsərlərinin sayı: 82 Konfrans məruzələri və tezislər sayı: 14 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 15 === Əsas elmi nailiyyətləri === Küylə qarışıq siqnalların robast korrelyasiya və spektral analizi nəzəriyyəsi və texnologiyaları. Stasionarlıq, normal paylanma qanunu və başqa klassik şərtlər ödənməyən stoxastik proseslər üçün identifikasiyanın və diaqnostikanın adekvatlığını təmin etməyə imkan verən informasiya texnologiyaları. AZƏRTAC xəbər verir ki, yeni əsrin başlanğıcında elmin son nailiyyəti kimi nanoelmin inkişafı və nanotexnologiyaların yaradılması, bununla təbiətə, məişətə və istehsalata tətbiqi sahəsindəki xidmətlərə görə bir qrup rus alimi, Azərbaycan Dövlət Neft Şirkətinin layihə müəllifləri və MDB ölkələrində təhsil sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Fond YUNESKO-nun yüksək mükafatına - medala və diploma layiq görülmüşlər. Noyabrın 18-də YUNESKO-nun əsas mənzil iqamətgahında mükafat və diplomların təqdimatı ilə bağlı mərasim keçirilmişdir. Mərasimi YUNESKO-nun İcraiyyə Şurasının sədri, Rusiya Federasiyasının qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Mitrofanova açaraq nanoelmin inkişafını dünya elminin son nailiyyətlərindən biri kimi dəyərləndirmiş, bu sahədəki alimlərin xidmətlərini yüksək qiymətləndirmişdir. YUNESKO-nun baş direktoru İrina Bokova nanoelmin inkişafındakı xidmətlərinə görə Rusiyanın 7 aliminə, Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) qurumun yüksək mükafatını və diplomlarını təqdim etmişdir.
Elnur Şahbazov
Esmiralda Şahbazova
Şahbazova Esmiralda Məmmədəli qızı — azərbaycanlı aktrisa. == Həyatı == Orta məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1985-ci ildə təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndərilib: bu teatrda çalışdığı 5 il ərzində onlarla tamaşada çıxış edib. 1990-1992-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır. "Dronqo" serialında mehmanxana inzibatçısı rolunu oynamışdır. Aktrisa Yağmur Şahbazovanın anasıdır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar artisti — 2002 Prezident mükafatı — 9 may 2024 == Əsas rolları == Adamın adamı (Anar) — Nazlı-qəmzəli Ovod (E.L.Voyniç) — Cemma Mumu (İ.Turgenyev) — xanım Mingəçevir Dövlət Dram Teatrı Vaqif (S.Vurğun) — Gülnar Nabat xalanın çörəyi (N.Həsənzadə) — Fərəh Bakı Bələdiyyə Teatrı Tomris (Altunbay) — Qövhərşah; rəqqasə qız Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — Əsmər Nadir şah (N.Nərimanov) — Gülcahan Dəli Domrul (A.Məmmədov) — Banı İnsan və iblis (Ə.Pəhləvan) — Dilbər Dönüş (C.Cabbarlı) — Xurşud İblis (H.Cavid) — Xavər Xəyanətin müsibəti (İ.Kərimov) — Cuda Damokl qılıncı (N.Hikmət) — arxitektorun arvadı Elektra (Sofokl) — qız Türk sancağı (A.Qurbani) — ana Məhsəti (N.Rəfibəyli) — Məhsəti == Filmoqrafiya == Salur Qazanın evi talandığı boy (film, 2001) Yoxlama (film, 2006) Tək olanda qorxma...
Fəxrəddin Şahbazov
Fəxrəddin İbrahim oğlu Şahbazov (22 yanvar 1950, Bakı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı, Qarakənd faciəsinin qurbanı. == Həyatı == Fəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957–1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır. Əslən Lerik rayonunun Kəlvəz kəndindəndir. == Döyüşlərdə iştirakı == 1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər.
Kamil Şahbazov
Kamil Şahbazov Ağazaman oğlu (14 fevral 1949, Bakı) ― iqtisadçı alim, iqtisad elmləri doktoru (1994), professor. == Həyatı == Kamil Şahbazov 14 fevral 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əməyin iqtisadiyyatı ixtisasına daxil olmuş, 1971-ci ildə həmin universitetdən məzun olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Kamil Şahbazov 1964–1967-ci illərdə istehsalat yönümlü müəssisələrdə çalışıb. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əmək fəaliyyətinə başlayan Kamil Şahbazov həmin müəssisədə laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Daha sonra 1988-ci ildən "İqtisadiyyatın idarə edilməsi", 1994-cü ildən "Menecment və sahibkarlığın fəaliyyəti", 2004-cü ildən isə "Menecment" kafedrasının müdiri vəzifəsində çalışır. === Elmi fəaliyyəti === Kamil Şahbazov 1976-cı ildə namizədlik dissertasiyasını, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. O,idarəetmə və menecment problemləri ilə məşğul olur. Alim 5 monoqrafiyanın, 85 elmi-metodiki əsərin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər namizədi hazırlanmışdır.
Kənan Şahbazov
Müseyib Şahbazov
Müseyib Əli oğlu Şahbazov (oktyabr 1898, Petrovsk-Port, Dağıstan vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, inqilabçı, Azərbaycan SSR xalq maarif komissarı (1932–1933, 1935–1937). Azərbaycan Respublikasının əməkdar rəssamı Müseyib Arif oğlu Əmirovun babasıdır. Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Dağıstan vilayətinin Petrovsk-Port şəhərində (hazırkı Mahaçqala) xırda tacir ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində aldıqdan sonra atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirmişdir. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq etmişdir, onda ictimai işlərlə maraqlanmağa başlamışdır. Məktəb yaşlarından ictimai həyatla yaxından maraqlanaraq bədii dərnəklərə qoşulmuş və qadağan edilmiş kitablar oxumuşdur. Tədricən marksist ədəbiyyatını öyrənməyə, fəhlə yığıncaqları və mitinqlərə getməyə başlamışdır. Onun inqilabi fəaliyyətinin ilk dövrləri Dağıstanda keçmişdir. Sonra hökumət tərəfindən təqiblərə məruz qalmış və Həştərxana getmişdir. 1918-ci il aprelin əvvəlində Həştərxana gələn Müseyib Şahbazov, Nəriman Nərimanovun başçılıq etdiyi RK(b)P quberniya komitəsi yanında təşkil edilmiş müsəlman bölməsi ilə əlaqə yaratmış və partiya sıralarına qoşulmuşdur.
Oqtay Şahbazov
Oqtay Qəşəm oğlu Şahbazov (1 noyabr 1941, İrəvan) — Dövlət xadimi, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri (2016–2021), Dövlət qulluğunun 1-ci dərəcə Dövlət müşaviri, "Əməkdar dövlət qulluqçusu"(2015) Fəxri adı və "Şöhrət" ordeni ilə təltif edilmişdir (2011). Oqtay Qəşəm oğlu Şahbazov 1941-ci il noyabrın 1-də İrəvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətini 7 nömrəli Bakı Dövlət diyircəkli yastıq zavodunda cilalayıcı fəhlə kimi başlamışdır. 1959–1964-cü illərdə Azərbaycan Xarici Dillər Pedaqoji institutunda oxumuş, Azərbaycan və Alman dili müəllimi ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətini 126 nömrəli orta məktəbın alman dili müəllimi kimi davam etmişdir, sonra uzun illər S.M.Kirov adına Ali Xəzər Hərbi-dəniz Məktəbinin Xarici dillər kafedrasının alman dili müəllimi işləmişdir. 1980-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində müxtəlif rəhbər vəzifələrində işləmiş, 1990-cı ildə Azərbaycan KP MK-nin İşlər müdiri vəzifəsinə təyin olunmuşdur. 1991-ci ildə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, fəal və səmərəli işinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 1991-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini, 2016-cı ildən 2021-ci ilin yanvarın 26-dək Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb. Evlidir, iki övladı var. "Arxivlənmiş surət".
Pərviz Şahbazov
Pərviz Oqtay oğlu Şahbazov (24 noyabr 1969, Bakı) — dövlət xadimi, diplomat, Azərbaycan Respublikasının Energetika naziri. Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1988–1989-cu illərdə hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. İngilis, alman və rus dillərini bilir. 1991–1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992–1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996–1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997–1998-ci illərdə birinci katib, 1998–2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
Rauf Şahbazov
Rauf Oktay oğlu Şahbazov (1970, Qubadlı) — Tibb üzrə fəlsəfə doktoru, Virciniya ştatındakı Universitet Xəstəxanasının həkimi, Azərbaycan-Amerika Tibb Assosiasiyasının rəhbəri., Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri, Qubadlı rayonunun Tarovlu kəndində doğulub. 5 nömrəli kimya-biologiya təmayülü məktəbi qızıl medalla bitirib. 1993-cü ildə Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Bakıdakı 5 nömrəli kliniki şəhər xəstəxanasında ümumi cərrah işləyib.Sonra üç il hərbi səhra hospitalında hərbi cərrah kimi fəaliyyət göstərib. Daha sonra Rauf Şahbazov 5 il Səudiyyə Ərəbistanının Əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında çalışıb. Klinika cərrahiyyə rezidentura təlimləri verdiyindən orada həm də Edinburq Cərrahlar Kollecinin standartlarina uyğun olaraq ümumi cərrahliq ixtisasina yiyələnib. Bakıya qayıdandan sonra Xəzər Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətlə məşğul olan cərrah N.Tusi klinikasında praktik fəaliyyətini də davam etdirib. 2007-ci ildən sonra iki il qardaş Türkiyənin Ankara şəhərindəki Başkənd Universitetində transplantasiya cərrahiyyəsi üzrə təlimlərdə iştirak edib. Həmin təlimlərdən sonra iki il Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları aparıb. Sonrakı bir il Elmi Cərrahiyyə Mərkəzində peşə fəaliyyətini davam etdirən Rauf həkim 2011-ci ildə Amerika Cərrahlar Kollecinin qrant layihəsində qalib gələrək Birləşmiş Ştatlarda Los-Anceles, Klivlend və Beylor klinikalarında qısamüddətli təcrübə keçib.
Ruslan Şahbazov
Səccad Şahbazzadə
Səccad Şahbazzadə (fars. سجاد شهباززاده‎‎, d. 1990 23 yanvar, İran, Ərdəbil) - azərbaycanlı peşəkar futbolçudur. Karyerası ərzində Saypa, İstiqlal, Alanyaspor, Neft Tehran, Qətər SC, Sepahan kimi klublarda oynamışdır. 2018-ci ilin may ayından Sepahanda oynamaqdadır. Futbolla ilk dəfə doğulduğu Ərdəbil şəhərində məşğul olmağa başlamışdır. Uşaq yaşlarında İnter Kampus proqramının Ərdəbildəki akademiyasına qəbul edilmişdir. 14 yaşında Ərdəbilin Zob Ahan Ərdəbil futbol komandasına keçmişdir. Səccad Şahbazzadə 2010-2014-cü illərdə Saypa komandasında karyerasını davam etdirmişdir. Bütün oyunlar daxil olmaqla burada 9 dəfə fərqlənməyi bacaran Səccad 2014-cü ildə İran futbol liqasının nə güclü komandalarından olan İstiqlala transfer olmuşdur.
Səlcuq Şahbazi
Səlcuq Şahbazi (az-əbcəd. آشیق سلجوق شهبازی‎; 6 yanvar 1962, Ağcaqışlaq, Şərqi Azərbaycan ostanı) — Cənubi Azərbaycan aşığı, İran Aşıqlar Birliyinin sədri. Səlcuq Şükür oğlu Şəhbazi 1962-ci ilin 6 yanvar tarixində keçmiş Miyananın Ağcaqışlaq kəndində anadan olub. 1975-ci ildə ailəlikcə köçüb Tehran şəhərinin Nəmətabad məhəlləsində yaşamışlar. Aşıq Yədullanın məsləhəti ilə tanınmış aşıq və məşhur sazbənd Aşıq Əvəzin yanına gedib ona şəyird olub. Gənc Səlcuq ondan iki müqəddəs peşə öyrənir. Onun biri aşıqlıq, biri də saz düzəltmək peşəsi olur. Düz 4 il ustadıyla bir yerdə olur. 1980-ci ildə hərbi qulluğa yollanır. İki ildən sonra hərbi qulluqdan qayıdanda ustadının vəfatına çox acıyır.
Yavər Şahbazov
Yavər Şahbazov — Azərbaycanın Milli Qəhrəmanı. 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada orta məktəbdə təhsil almışdır. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkən Yavər müharibəyə getmək və torpaqlarımızın bütövlüyü uğrunda savaşmaq istəyirdi. 1994-cü il 8 iyunda o, öz arzusuna çatdı. Rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə xəbərdarlığa baxmayaraq silahı yerə qoymadı. Milli Ordu işə qarışmalı oldu Yavər də bu silahlı dəstənin zərərsziləşdirilməsində iştirak edirdi. Güclü atışma başlayanda o, bir neçə yaralı döyüşçünü xilas etdi özü isə qəhrəmancasına həlak oldu.
Şahnaz Şahbazova
Şahnaz Nadir qızı Şahbazova — texnika elmləri doktoru, dosent. Azərbaycan Texniki Universitetinin professoru. Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadənin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi, Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaradıcısı. 1979–1983-cü illərdə "Verilənlər bazası nəzəriyyəsi"nin tədqiqi ilə məşğul olmuşdur. Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaratmışdır. 1983–1989-cu illərdə Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının aspirantı olmuşdur. Ekspert sistemləri, süni intellekt sistemləri nəzəriyyəsi ilə məşğul olub, öz şəxsi ekspert sistemini yaradıb. 1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək aspirantı olduğu kafedranın müəllimi vəzifəsində saxlanılıb. Burada "Ali məktəbin kadrlar şöbəsi" avtomatlaşdırılmış iş yeri sistemini işləyərək onu çalışdığı universitetə realizə etmək üçün tətbiq sahəsi kimi təqdim edib. 1995-ci ildə "Hesablama kompleksləri, sistemləri və şəbəkələrinin səmərəli istifadəsini təmin edən mikroprosessor proqram vasitələrinin işlənməsi" istiqamətində aparılan elmi-tədqiqat işinə məsul olub.
Cavid Şahbazbəyov
Qəşəm Şahbazov
Qəşəm Cəlil oğlu Şahbazov (1902, Qarahəmzəli, İrəvan qəzası – 1989, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Zəngibasar Rayon Komitəsinin birinci katibi (1947–1950). Qəşəm Cəlil oğlu Şahbazov 1902-ci ildə İrəvan quberniyası İrəvan qəzasının Qarahəmzəli kəndində anadan olmuşdur. Ailənin ən kiçiyi olmuşdur. Orta təhsilini İrəvan şəhərində almış, 1925-ci ilin əvvəllərində Ermənistan LKGİ MK-da işə qəbul edilmişdir. Qısa zaman sonra isə komsomolun Yeni Bəyazid qəzası (sonralar Basarkeçər rayonu) üzrə məsul təşkilatçısı təyin edilmişdir. Qəşəm Şahbazov 1928-ci ildə Bakıdakı Səməd Ağamalıoğlu adına texnikuma daxil olmuş, ardınca Gəncədəki Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. Basarkeçər rayonuna qayıtdıqdan sonra üç il burada su idarəsinin rəisi işləmişdir. 1938-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edildikdən bir müddət sonra İrəvan şəhərinə köçən Qəşəm Şahbazov "Sovet Ermənistanı" qəzetində redaktor müavini işləmiş, sonra isə Vedi rayonuna MTS direktorunun siyasi işlər üzrə müavini vəzifəsinə göndərilmişdir. 1942-ci ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə aparılmış, lakin bir neçə gün sonra Tiflisdən geri qaytarılaraq Qarabağlar rayonunda qəzet redaktoru vəzifəsinə təyin edilmişdir. 1944-cü ildə Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin ikinci katibi seçilmiş, 1946-cı ilin əvvəlində isə Ermənistan KP Mərkəzi Komitəsinin bölmə müdiri təyin edilmişdir.
Şahbazkəndli Nurməhəmməd
Şahbazkəndli Nurməhəmməd (XVIII əsrin sonu - 1854-cü il) — şair, aşıq, qaçaq. Nurməhəmməd hazırda olmayan Şahbazkənd kəndində anadan olub. Qafqaz müharibəsində Şamilin tərəfində vuruşub. O, tənəzzülə uğrayan illərdə keçmiş Şahbazkəndin sakinlərinin köçdükləri Dəliçobana qayıtmış və ömrünün son illərini burada keçirmişdir. Nurməhəmməd xalqın yaddaşında istedadlı şair, Cənubi Dağıstanın bütün xalq hərəkatlarının ən fəal iştirakçısı kimi qalır. Təəssüf ki, Nurməhəmmədin yaradıcılıq irsindən demək olar ki, heç nə qalmayıb. Adi kəndlilər Nurməhəmmədin bəzi şeirlərini yaddaşlarında saxlayırlar ki, bununla da xalq şairinin bədii bacarığını qiymətləndirmək olar. O, əsasən Şərqdə geniş tanınan aşıq-poetik rübailəri xatırladan nəğmələr və misra-dördlüklər bəstələmişdir.
Cavanşir Şahbazov
== Siyahı ==
Şahbazov Cavanşir
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. 2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib. 2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.

Digər lüğətlərdə