şorangə

şorangə
şoranca
şorangəli
OBASTAN VİKİ
Şorangə
Şorangə (lat. Salsola) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Adətən qaidə hissəsindən geniş şaxələnmiş, uzunluğu 15–45 sm olan yarımkoldur, aşağı budaqları sərt, çopur, odunlaşmışdır. Birillik zoğları uzun, qısa, sarımtıl, qıvrım tüklüdür. Yarpaqları növbəli xətvari düzülüşlü yarımsallaqdır. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşmiş, meyvələri sarımtıl, tüklü, enli qanadlı, böyrəkvaridir. İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir. Azərbaycanda Xəzər ovalığında, Abşeronda, Qobustanda çınqıllı və gilli yamaclarda, şoranlaşmış düzənlik yerlərdə seyrək halda təsadüf edilir.
Boz şorangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz. == Azərbaycanda yayılması == Naxçıvan düzündə adətən az və ya çox şoranlaşmış quru gilli və ya gilli-daşlı yamaclarda təbii yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Duzlaşmış gilli-daşlı yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 20-35 sm, bozumtul rəngli, budaqlı yarımkoldur. Yaşlaşmış budaqları oduncaqlı, cavan birillik zoğları tez sınan, bozumtul-sarı, xırda tükcüklü, bəzən çılpaq və hamardır. Yarpaqları oturaq, xətvari, növbəli, yarımsilindrik, codtəhər, küt, ağımtıl-boz tükcüklərlə sıx örtülmüşdür.
Kövrək şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri == May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Qaba şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Ağacvari şorangə
Ağacvari şorangə (lat. Salsola arbuscula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Ön Asiyada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan,şaxələnmiş budaqlı koldur. Yarpaqları ensiz-xətvari, ətlidir. Çiçəkləri bir ədəd yarpaq qoltuqlarında sünbülvari və ya süpürgəvari çiçək qrupuna yığılmışdır. == Ekologiyası == Çox vaxt duzlu, çınqıllı və qumluca torpaqlarda, səhralarda və yarımsəhralarda bitir. == Azərbaycanda yayılması == Xızı rayonu ətrafında rast gəlinir. == İstifadəsi == Xırdabuynuzlu heyvanlar üçün qış yemidir. Dəvələr şoran otunu il ərzində yeyir.
Pisiyli şorangə
Pisiyli şorangə (lat. Salsola foetida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.
Ulduzvari şorangə
Ulduzvari şorangə (lat. Salsola stellulata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. Qafqazda, Avropada, Qərbi Sibirdə yayılmışdır. Orta Asiyada təsvir edilmişdir. Hündürlüyü 10-12 sm olan, qaidə hissədən şaxələnmiş və aşağı hissədən budaqları oduncaqlaşmış yarımkolcuqdur. Yarpaqları oturan, yarımsilindrvarıdır, uzunluğu 5-10 mm, ucları kütdür. May ayında çiçəkləyir. Çiçəkyanlığının yarpaqları uzun tükcüklərlə örtülmüşdür. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvələri pərdəvari qanadlı, böyrəkvari, adətən narıncı rəngdədir.
Traqus şorangəsi
Traqus şorangəsi (lat. Salsola tragus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. Gövdəsi 10-50 sm hündürlükdə, sarımtıl-yaşıl, yoğunlaşmış, çılpaq birillik bitkidir. Yarpaqları növbəli, qalınlaşmış, sərtvari, təqribən gönvari, güclü tikanlı v əyiləndir. Çiçəkləri təkdir. Çiçəkyanlığı çılpaqdır, meyvələmədə sərtdir, bitişikdir, qanadşəkilli çıxıntıları inkişaf etməmişdir. Toxumları horizontaldır.
Gəngiz şorangəsi
Gəngiz şorangəsi (lat. Salsola nodulosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda təbii halda bitir. == Botaniki təsviri == Geniş şaxələnmiş, xırda kolcuqdur, boyu 15–20 (30) sm, diametri 15–25 sm, dib hissəsi odunlaşmışdır. Cavan zoğları qısa, bizvari, üçtillidir, uzunluğu 4–5 mm-dir. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşir. Sentyabr ayında çiçəkləyir. Meyvələrin qanadları böyrəkşəkilli və ya enli tərs yumurtavaridir. Narıncı və ya sarı-şabalıdı rənglidir, sonradan solğunlaşır. Vegetasiya əsasən, mart-aprel aylarında başlayır, avqust ayına qədər davam edir.
Rixter şorangəsi
Rixter şorangəsi (lat. Salsola richteri) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. Orta Asiyada, səhra zonasında bitir. Hündürlüyü 2-3 (5), diametri 2 m-dək zərif çətirli və dərin kök sistemi olan kol və ya ağacdır. Nazik birillik zoğların qabığı ağ, parlaq, bəzən qısa tükcüklü, qoca budaqlarda və gövdədə açıq-bozdur. Gövdəsinin diametri 10-15 sm-dir. Yarpaqları növbəli, sulu, təxminən sapşəkilli, uzunluğu 40-80 və qalınlığı 1-2 mm, seyrək və qısa tükcüklü, bir az ağımtıl və ya çılpaq, bünövrəsində qalınlaşmış, yuxarıya uzanmışdır. Çiçəkləri tək, çiçəkaltlığı yarpaqlarının qoltuqlarında oturur və xüsusi zoğlarda sünbülvari çiçək qrupu əmələ gətirir. Bu cür zoğların oxu nazik, nahamar olub, vegetasiyanın sonunda 50-100 sm-dək uzanır. Erkəkcikləri 5-dir, tozluqları alt tərəfdə yayılan, üstü kiçik, sarımtıl,uzunsov-yumurtavari örtüklü, çıxıntılı; yumurtalığı yuxarı, uzunsov sütuncuqlu və iki qanadlı dişicik ağızlıdır.
Şərq şorangəsi
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.