ƏHƏD
tək, bir, vahid, bircə. “Əbdüləhəd” adının ixtisarından Sovet dövründə işlənməyə başlanmışdır. “Əhəd” Allah deməkdir. Bolşevik ideologiyası “Allahın qulu” olmağı yasaq etdiyindən həmin mənanı verən adlar sadələşdirilirdi. Nəticədə “Əbdül” hissəsi atılandan sonra “Allah” mənası verən komponent saxlanılırdı. Beləliklə, advermədə də islam dinindən uzaqlaşma bir hadisəyə çevrilmişdi. Ərəb dilini və dini ənənələri bilməyən xalq kütlələri özləri də bilmədən kobud səhvlərə yol verirdilər. Eyni qayda ilə Baqi, Vahab, Qədir, Qafar, Rəhim, Rəhman, Cəlil və s. kimi adlardan da istifadə olunmuşdur.