Tural Rahil oğlu Əhədov (12 oktyabr 1993, Çökərə, Lerik rayonu – 12 noyabr 2020, Şuşa) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]
Tural Əhədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çökərə, Lerik, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Şuşa |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2016 – 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Tural Rahil oğlu Əhədov 12 oktyabr 1993-cü ildə Lerik rayonunun Çökərə kəndində anadan olub. 2 qardaş, 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2001-ci ildə Lerik rayon Lələhiran kənd orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2012-ci ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2016-cı ildə leytenant rütbəsi alaraq məktəbi tankçı kimi bitirib. 2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunda oxuyan Tural kursu müvəffəqiyyətlə başa vurduqdan sonra 052-nin "N" saylı hərbi hissəsində qrup komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Kəşfiyyatçı Artilleriya Korrektəedici" ixtisası kursunu fərqlənmə ilə bitirib. Həmin il leytenant Əhədov baş leytenant rütbəsinə yüksəlib. 30 aprel 2020-ci ildə 052 nömrəli hərbi hissənin yaranmasının 21-ci ildönümünün qeyd edilməsi münasibətilə nizam-intizamı ilə seçildiyinə görə baş-leytenant Tural Rahil oğlu Əhədov general-leytenant Hikmət Mirzəyev tərəfindən "Fəxri Fərman"la təltif olunub. Bundan başqa Tural nümunəvi xidmətinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif edilib. 2020-ci il sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinə Xüsusi Təyinatlı qüvvələrin zabiti, baş leytenant Tural Əhədov qrup komandirinin müavini, sonra isə qrup komandiri kimi qatılıb, torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun Ağoğlan qəsəbəsi, Aygestan, Vəng, Tak, Tuğ, Mamedzor, Ata-qut, Temrakuç kəndlərinin və Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirib, çoxlu sayda canlı qüvvəsini məhv edib. Döyüş zamanı baş leytenant iki döyüş yoldaşı ilə birgə düşmən tərəfindən mühasirəyə alınıb. Bu zaman Tural düşmənə sinə gərərək 70-ə yaxın canlı qüvvəsini məhv edib.
Tural Əhədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.