əyrəmcə 2021
əyri-bəri
OBASTAN VİKİ
Əyri Meşə
Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən Qərbi Pomeraniya voyevodalığının ətrafında yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. Ona görə də bu qeyri-adi meşəni adətən "Əyri meşə" yaxud da "Sərxoş meşə" adlandırırlar. Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir. Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır.
Əyri körpü
Əyri körpü — XII əsrdə Sivas şəhərində Səlcuqlular dönəmində Qızılirmaq çayı üzərində inşa edilən tarixi körpü. Sivasdakı köhnə Malatya quru yolu üzərində kəsmə daşdan inşa edilən körpünün dəqiq tikilmə tarixi məlum deyil. Ancaq 800 il əvvəl Səlcuqlu dövründə İpək yolu üzərindəki köhnə adı ilə Bağdad körpüsü yüzillərdi qorunub saxlanılır. 18 kəmərdən ibarət olub, 179 metr uzunluğunda olan körpünün eni 4.6 metrdir. 18 kəmərli köprü 12 kəmərdən sonra sol tərəfə doğru əyilərək tikilmişdir. Körpünün niyə əyri olmasına dair müxtəlif məlumatlar olmasına baxmayaraq, dəqiq səbəbi bilinmir. Keçmişdə suların çox axması səbəbi ilə körpünün yarıdan sonra bir dalğaqıran vəzifəsi görərək suyun gücünün azalması və körpünün yıxılmağının qarşısını almaq üçün belə inşa edildiyini düşünülür.
Əyri xətt
/ — Bu işarə "Drop" adlanır. Drop sözü bir çox dillərə tanışdır. Drop işarəsinə (/) asan dildə desək "Əyri xətt"-də deyə bilərik. Bu işarə əsasən vebdə istifadə olunur.
Əyri çiləotu
Əyri çiləotu (lat. Seseli tortuosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çiləotu cinsinə aid bitki növü.
Əyri rus alçası
Əyri yolla qazanc
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır. Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur.
Əyri yolla qazanc (film, 1960)
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır. Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur.
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء‎) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir. Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir. Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb.
Filips əyrisi
Fillips əyrisi — inflyasiya və işsizlik arasında asılılığın mövcudluğu göstərən əyridir. Əyrinin ilkin variantını ilk dəfə Uilyam Fillips irəli sürmüşüdür. Fillips əyrisi iqtisad ədəbiyyatında qısamüddətli və uzunmüddətli olmaqla iki variantı mövcuddur. İlk dəfə Milton Fridmen tərəfindən irəli sürülən fikrə görə, inflasiya gözləntilərinin mövcudluğu səbəbi ilə işsizlik ilə inflasiya arasında əlaqə yalnız qısa müddətdə mümkündür. İnflasiya gözləntiləri uzun müddətdə faktiki inflasiya gözləntiləri ilə uyğunlaşacağı üçün uzun müddətdə işsizlik ilə inflasiya arasına əlaqə mövcud deyil və beləcə pul siyasətinin uzun müddətdə inflasiyanı yüksəldərək işsizliyi azaltmaq cəhdi alınmayacaqdır.: == Fillips əyrisinin qısa tarixçəsi == 1958-ci ildə Yeni Zellandiyalı iqtisadçı A.U.Fillips "Economica" adlı ingilis jurnalında "1861-1957-ci illər arasında Böyük Britaniyada nominal əməkhaqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq" adlı məqaləsini dərc etdirdi. Fillips bu məqalədə işsizlik səviyyəsi və əmək haqqı artım tempi arasında əks asılılığın mövcudluğunu sübut etdi. Ancaq, bizim anladığımız müasir mənada inflasiya və işsizlik arasında münasibəti göstərən Fillips əyrisini iqtisadçılar Pol Samuelson və Robert Solou "American Economic Review" jurnalında "Antiinflyasiya siyasətinin təhlili" adlı məqalə aşkar şəkildə ortaya qoydular. Bu məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Onlar göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. === Fillips əyrisinin ilkin variantı === Fillipsin irəli sürdüyü münasibət işsizlik ilə inflasiya arasında deyil, nominal əmək haqqının artım tempi ilə işsizlik arasında olmuşdur.
Fillips əyrisi
Fillips əyrisi — inflyasiya və işsizlik arasında asılılığın mövcudluğu göstərən əyridir. Əyrinin ilkin variantını ilk dəfə Uilyam Fillips irəli sürmüşüdür. Fillips əyrisi iqtisad ədəbiyyatında qısamüddətli və uzunmüddətli olmaqla iki variantı mövcuddur. İlk dəfə Milton Fridmen tərəfindən irəli sürülən fikrə görə, inflasiya gözləntilərinin mövcudluğu səbəbi ilə işsizlik ilə inflasiya arasında əlaqə yalnız qısa müddətdə mümkündür. İnflasiya gözləntiləri uzun müddətdə faktiki inflasiya gözləntiləri ilə uyğunlaşacağı üçün uzun müddətdə işsizlik ilə inflasiya arasına əlaqə mövcud deyil və beləcə pul siyasətinin uzun müddətdə inflasiyanı yüksəldərək işsizliyi azaltmaq cəhdi alınmayacaqdır.: == Fillips əyrisinin qısa tarixçəsi == 1958-ci ildə Yeni Zellandiyalı iqtisadçı A.U.Fillips "Economica" adlı ingilis jurnalında "1861-1957-ci illər arasında Böyük Britaniyada nominal əməkhaqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq" adlı məqaləsini dərc etdirdi. Fillips bu məqalədə işsizlik səviyyəsi və əmək haqqı artım tempi arasında əks asılılığın mövcudluğunu sübut etdi. Ancaq, bizim anladığımız müasir mənada inflasiya və işsizlik arasında münasibəti göstərən Fillips əyrisini iqtisadçılar Pol Samuelson və Robert Solou "American Economic Review" jurnalında "Antiinflyasiya siyasətinin təhlili" adlı məqalə aşkar şəkildə ortaya qoydular. Bu məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Onlar göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. === Fillips əyrisinin ilkin variantı === Fillipsin irəli sürdüyü münasibət işsizlik ilə inflasiya arasında deyil, nominal əmək haqqının artım tempi ilə işsizlik arasında olmuşdur.
Fərqsizlik əyrisi
Fərqsizlik əyriləri — mikroiqtisadi nəzəriyyəyə görə, alıcı üçün fayda baxımından fərqsiz olan müxtəlif əmtəə paketlərinin qrafik təsviridir. Belə ki, alıcı üçün bir fərqsizlik əyrisi üzərində olan nöqtələrdəki hər hansı əmtəə paketi digərindən üstün deyildir. Başqa sözlə, əyri üzərində olan əmtəə paketləri fayda baxımından fərqlənmir. Nəticə etibarı ilə, fərqsizlik əyriləri eyni faydaya malik, iki əmtəədən ibarət olan paketləri özündə əks etdirən nöktələrin birləşməsindən əmələ gələn əyridir. Fəqsizlik əyriləri alıcıların mümkün istehlak variantlarını əks etdirilməsində istifadə edilir. Qrafik təsvir zamanı sonsuz sayda fərqsizlik əyriləri çəkmək mümkündür. Çünki hər bir halda daha çox fayda gətirən bir əmtəə paketi mövcuddur. == Tarixi == Fərqsizlik əyriləri ilə bağlı məsələləri ilk dəfə irlandiyalı alim Fransis İsidor Edjuort (Francis Ysidro Edgeworth) tərəfindən 1881-ci ildə “Riyazi Fizika: Riyaziyyatın Davranış elminə tətbiqi haqqında Məqalə” (ing. Mathematical Psychics: an Essay on the Application of Mathematics to the Moral Sciences) tədqiq edilib. Bu əyriləri ilk dəfə 1906-cı ildə qrafik şəkildə italyan alim Vilfredo Pareto (ing.
Garıs Əyribənd
Garis Əyribənd (əvvəlki adı: Qarıs Əyribənd) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsi tərkibindəki Qarıs Əyribənd kəndi Garıs Əyribənd kəndi adlandırılmışdır. == Toponimikası == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 719 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gəlirlik əyrisi
IS əyrisi
IS əyrisi əmtəə və xidmət bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındalı əlaqəni əks etdirir. Bu əlaqənin necə olduğunu görmək üçün ilk növbədə Keynsin gəlir-xərc modelini tətqiq etmək lazımdır. Sözügedən model Keynsin milli gəlir nəzəriyyəsinin ən sadə izahıdır və daha mürəkkəb və daha real IS-LM modeli üçün bünövrəni formalaşdırır. == Planlanan xərclər və cari xərclər == Keyns bu modeldə planlanan və cari xərcləri bir-birindən fərqləndirir: Cari xərclər ev təsərrüfatlarının, müəssisələrin və dövlətin cari dövrdə həyata keçirdikləri xərcləmələrin cəmidir. Planlanan xərclər isə ev təsərrüfatlarının, firmaların və dövlətin əmtəə və xidmətləri almaq üçün planlaşdırdıqları xərclərin cəmidir. Nə üçün reallaşan (cari) xərclərlə planlaşdırılan xərclər fərqli olur? Bu sualın cavabı firmaların satışının gözlənilən kimi olmaması və planlaşdırılmamış ehtiyatların (hazır məhsulun) anbarlarda yığılmasıdır. Firmalar gözlədiklərindən az məhsul satdıqda ehtiyatlar yüksələr, əks halda isə azalar. Ehtiyatlardakı planlaşdırılmamış dəyişikliklər ehtiyatlara investisiya hesab edildiyi üçün cari xərclər planlaşdırılan xərclərdən çox və ya az ola bilər. Planlaşdırılmış xərcləri müəyyən edən amilləri amillərə nəzər yetirək.
Kiçik əyridimdik
Kiçik əyridimdik (lat. Numenius tenuirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Kritik vəziyyətdədir. Xüsusi qorunma tədbirləri görülməzsə, mənfi təsirlərdən nəsli kəsilə bilər. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 3 növündən biridir. == Qısa təsviri == Qarğadan xeyli kiçikdir. Dimdiyi uzun və aşağıya əyridir. Əsas rəngi naxışlı qonur-bozdur.
Kəhram Əyrinci nahiyəsi
Kəhram Əyrinci nahiyəsi — XIV əsr-1747 əsrlər. İnzibati ərazi. Qarabağ xanlığı dövründə Mehri mahalı adlanmışıdr. 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == 1. Mehri (Meğri) erm. kəndi (65 ailə) 2. Yenicə erm. kəndi (4 ailə) 3. Təştun erm. kəndi (43 ailə) 4.
LM əyrisi
LM əyrisi - pul bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındakı əlaqəni əks etdirən əyridir. Bu əlaqəni izah etmək üçün ilk növbədə likvidlik üstünlükverməsi nəzəriyyəsindən istifadə edilir. == Likvidlik üstünlükverməsi nəzəriyyəsi == Con Menyard Keyns öz nəzəriyyəsində faiz dərəcəsinin necə müəyyən olunduğunu göstərib. Bu yanaşma likvidlik üstünlükverməsi nəzəriyyəsi kimidə qəbul edilir. Çünki faiz dərəcəsi iqtisadiyyatda ən likvid olan element – pulun tələbi və təklifini tarazlaşdırmaq üçün istifadə edilir. Gəlir xərcləmə modeli IS əyrisi üçün bünövrə olduğu kimi, likvidlik üstünlükverməsi nəzəriyyəsi də LM əyrisi üçün əsasdır. == Pul təklifi == Nəzəriyyəni formalaşdırmaq üçün ilk növbədə real pul balansındakı təklifə nəzər yetirək. Əgər pul təklifi M, qiymət səviyyəsi isə P olarsa, M/P real pul balansında təklifin həcmini əks etdirir. Likvidlik üstünlükverməsi nəzəriyyəsi sabit bir pul balansı təkilifi olduğunu iddia edir. Bu baxımdan pul təklifini aşağıdakı kimi ifadə edə bilərik.
Ortaboy əyridimdik
Ortaboy əyridimdik (lat. Numenius phaeopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.
Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu
Qanıx-Əyriçay vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi. Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu. Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır.
Qışlaq-i Əyridərəhacıməhbət (Pərsabad)
Qışlaq-i Əyridərəhacıməhbət (fars. قشلاق ايري دره حاج محبت‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (18 ailə).
Qışlaq-i Əyridərəhacıçəpər (Pərsabad)
Qışlaq-i Əyridərəhacıçəpər (fars. قشلاق ايري دره حاج چاپار‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Əyriarx
Əyriarx yaşayış yeri — Babək rayonunun Cəhri kəndindən cənubda, Qoşatəpədən şimalda, düzənlik ərazidə arxeoloji abidə. Yaşayış yerinin ərazisi bir neçə dəfə şumlanaraq ilkin görkəmini itirmişdir. Bəzi yerlərdə kül yığınları və bad qırıqlarına rast gəlinir. Sel sularının yuyub açdığı yarğanlarda, həmçinin Xor arxının keçdiyi ərazidə, bəzi yerlərdə mədəni təbəqənin 0.5 metr qalınlığında olduğu müəyyənləşdirilmişdir. Araşdırmalar zamanı aşkar olunan yerüstü tapıntılar müxtəlif dövrlərə aid keramika parçalarından, həmçinin kir-kirə və s. ibarətdir. Keramika məmulatı başlıca olaraq çəhrayı rəngdə bişirilmiş, onların bəzisi qırmızı boya ilə örtülərək cilalanmışdır. Yaşayış yerini 1–10-cu əsrlərə aid etmək olar.
Əyriarx yaşayış yeri
Əyriarx yaşayış yeri — Babək rayonunun Cəhri kəndindən cənubda, Qoşatəpədən şimalda, düzənlik ərazidə arxeoloji abidə. Yaşayış yerinin ərazisi bir neçə dəfə şumlanaraq ilkin görkəmini itirmişdir. Bəzi yerlərdə kül yığınları və bad qırıqlarına rast gəlinir. Sel sularının yuyub açdığı yarğanlarda, həmçinin Xor arxının keçdiyi ərazidə, bəzi yerlərdə mədəni təbəqənin 0.5 metr qalınlığında olduğu müəyyənləşdirilmişdir. Araşdırmalar zamanı aşkar olunan yerüstü tapıntılar müxtəlif dövrlərə aid keramika parçalarından, həmçinin kir-kirə və s. ibarətdir. Keramika məmulatı başlıca olaraq çəhrayı rəngdə bişirilmiş, onların bəzisi qırmızı boya ilə örtülərək cilalanmışdır. Yaşayış yerini 1–10-cu əsrlərə aid etmək olar.
Gəlir-istehlak əyrisi
Gəlir-istehlak əyrisi — bir əmtəənin ucuzlaşması nəticəsində, real pul artır və bunun nəticəsində qalan pulun başqa bir əmtəəyə yönəldilməsidir. İqtisadiyyatda gəlir effekti real gəlirin dəyişməsi nəticəsində istehlakın dəyişməsi kimi müəyyən edilə bilər. Bu gəlir dəyişikliyi iki mənbədən birindən yarana bilər: xarici mənbələrdən və ya pulun xərcləndiyi malın qiymətində azalma (və ya artım) ilə sərbəst buraxılan (və ya hopdurulmuş) gəlirdən. Mövcud gəlirdə əvvəlki dəyişikliyin təsiri bu məqalənin qalan hissəsində müzakirə olunan gəlir-istehlak əyrisi ilə təsvir edilir, qiymətin aşağı düşməsi ilə mövcud gəlirin azad edilməsinin təsiri isə onun müşayiətedici təsiri ilə birlikdə müzakirə edilir. Məsələn, əgər istehlakçı öz gəlirinin yarısını təkcə çörəyə xərcləyirsə, çörəyin qiymətinin əlli faiz ucuzlaşması onun istifadəsində olan pulu həmin məbləğdə xərcləyə biləcəyi qədər artıracaq, yəni eyni məbləğə daha çox çörək və ya başqa bir şey ala biləcək. İstehlakçının üstünlükləri, pul gəlirləri və qiymətləri istehlakçının optimallaşdırılması probleminin həllində mühüm rol oynayır (büdcə məhdudiyyəti şəraitində onların faydalılığını maksimuma çatdırmaq üçün müxtəlif malların nə qədər istehlak ediləcəyini seçmək). İstehlakçı davranışının müqayisəli statikası ekzogen və ya müstəqil dəyişənlərdəki dəyişikliklərin (xüsusilə istehlakçıların qiymətləri və pul gəlirləri) endogen və ya asılı dəyişənlərin (istehlakçının mallara tələbləri) seçilmiş qiymətlərinə təsirini araşdırır. İstehlakçının gəliri sabit saxlanılan qiymətlərlə artdıqda, istehlakçının seçdiyi optimal paket, onlar üçün mövcud olan mümkün dəst dəyişdikcə dəyişir. Gəlir-istehlak əyrisi gəlir artdıqca büdcə məhdudiyyətini kənara çıxararaq qiymətlər sabit saxlanılmaqla, müxtəlif büdcə məhdudiyyətləri xətləri ilə laqeydlik əyrilərinin toxunma nöqtələrinin məcmusudur. == İstehlakçı nəzəriyyəsi == Gəlir effekti alıcılıq qabiliyyətinin dəyişməsi ilə müşahidə olunan bir hadisədir.
Pareto əyrisi
Pareto əyrisi (Pareto diaqramması) — Pareto qanununun qrafik əksi, müəyyən resursların (toplanmış sərvət, səsvermənin nəticələri...) bölüşdürülməsinin məcmu asılılığı və ya çoxlu səbəblər toplusundan (nümunə) əldə edilən nəticələr (məsələn, əhalinin sayı, əhalinin fəaliyyəti). iştirakçılar...). İstehsal proseslərinin keyfiyyətinin ölçülməsi, qiymətləndirilməsi, nəzarəti və təkmilləşdirilməsi üçün yeddi əsas vasitədən biri “keyfiyyətə nəzarətin yeddi aləti”nə daxildir. 1897-ci ildə italyan sosioloqu və iqtisadçısı Vilfredo Pareto (1848-1923) aşkar etdi ki, cəmiyyətdə sərvətin bölüşdürülməsi ümumiyyətlə müəyyən qanuna uyğundur - idarə olunan mülkiyyətin/sərvətin miqdarı iki dəfə artdıqca, müvafiq səviyyəyə çatan insanların sayı eksponent olaraq azalır. təqribən sabit çarpan. Beləliklə, Pareto belə bir nəticəyə gəldi ki, cəmiyyətdə sərvət bölgüsü qeyri-bərabərliyi təbiətin təbii qanunu kimi bir şeydir, onun təsiri hamarlana bilər, lakin pul sistemində aradan qaldırıla bilməz. Hart, Marilyn. Quantitative methods for quality and productivity improvement. Milwaukee, Wis: Şablon:Не переведено 5 Quality Press. 1989.

Digər lüğətlərdə