ƏYRİ
ƏYRİ
OBASTAN VİKİ
Əyri meşə
Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən Qərbi Pomeraniya voyevodalığının ətrafında yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. Ona görə də bu qeyri-adi meşəni adətən "Əyri meşə" yaxud da "Sərxoş meşə" adlandırırlar. Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir. Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır.
Əyri Meşə
Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən Qərbi Pomeraniya voyevodalığının ətrafında yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. Ona görə də bu qeyri-adi meşəni adətən "Əyri meşə" yaxud da "Sərxoş meşə" adlandırırlar. Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir. Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır.
Əyri körpü
Əyri körpü — XII əsrdə Sivas şəhərində Səlcuqlular dönəmində Qızılirmaq çayı üzərində inşa edilən tarixi körpü. Sivasdakı köhnə Malatya quru yolu üzərində kəsmə daşdan inşa edilən körpünün dəqiq tikilmə tarixi məlum deyil. Ancaq 800 il əvvəl Səlcuqlu dövründə İpək yolu üzərindəki köhnə adı ilə Bağdad körpüsü yüzillərdi qorunub saxlanılır. 18 kəmərdən ibarət olub, 179 metr uzunluğunda olan körpünün eni 4.6 metrdir. 18 kəmərli köprü 12 kəmərdən sonra sol tərəfə doğru əyilərək tikilmişdir. Körpünün niyə əyri olmasına dair müxtəlif məlumatlar olmasına baxmayaraq, dəqiq səbəbi bilinmir. Keçmişdə suların çox axması səbəbi ilə körpünün yarıdan sonra bir dalğaqıran vəzifəsi görərək suyun gücünün azalması və körpünün yıxılmağının qarşısını almaq üçün belə inşa edildiyini düşünülür.
Əyri xətt
/ — Bu işarə "Drop" adlanır. Drop sözü bir çox dillərə tanışdır. Drop işarəsinə (/) asan dildə desək "Əyri xətt"-də deyə bilərik. Bu işarə əsasən vebdə istifadə olunur.
Əyri çiləotu
Əyri çiləotu (lat. Seseli tortuosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çiləotu cinsinə aid bitki növü.
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء‎) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir. == Tarixi == Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir. == Hazırkı vəziyyəti == Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb.
Əyri rus alçası
Əyri yolla qazanc
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. == Məzmun == Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır. Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur.
Əyri yolla qazanc (film, 1960)
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. == Məzmun == Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır. Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur.
Armi-Rana əyrisi
Armi-Rana əyrisi (ing. Armey-Rahn curve, BARS curve, Rahn curve) — dövlət xərclərinin ÜDM-dəki payındakı artımın ÜDM artımının sürətlənməsindən və optimal nöqtəyə çatdıqdan sonra (Skalli nöqtəsi) yavaşlamasına asılılığı. Asılılıq 1993-cü ildə Robert Barro, 1995-ci ildə Riçard Armi, 1996-cı ildə Riçard Rana və 1994-cü ildə Jerald Skallinin əsərlərində təklif olunur в 1996 году и Джеральдом Скалли. == Tarixi == Bağımlılıq 1993-cü ildə Robert Barro, 1995-ci ildə Riçard Armie, 1996-cı ildə Riçard Rana və 1994-cü ildə Jerald Skalli tərəfindən təklif olunur. == Asılılığın mahiyyəti == Armi-Rana əyrisi, dövlət xərclərinin ÜDM-dəki payındakı artımın ÜDM artımının sürətlənməsindən və optimallıq nöqtəsinə (Skalli nöqtəsi) çatdıqdan sonra yavaşlamasına asılılığı kimi. Armi-Rana əyrisində, ÜDM-də dövlət xərclərinin payı ( g = G / X {\displaystyle g=G/X} ) ölkənin iqtisadi böyüməsi ilə birlikdə böyüyür ( Δ X / X {\displaystyle \Delta X/X} ) — Skalli nöqtəsinə — g ∗ {\displaystyle g^{*}} (maksimum böyümə) və sonra azalır. == Tənqid == Uzun müddətdir ki, elmi ictimaiyyətdə dövlət xərclərinin payının hansı səviyyədə icazə verilən maksimum sayılması barədə müzakirələr aparılır. Beləliklə, amerikalı iqtisadçı J. Skalli öz işində ABŞ üçün ÜDM-in 23% -i səviyyəsində dövlət sektorunun optimal ölçüsünü müəyyənləşdirmişdir, 2003-cü ildə ABŞ-də ÜDM-də dövlət xərclərinin payı 35,7%, AB-də isə 47,6% olmuşdur. Bununla birlikdə, tənqidçilər Armie-Rahn əyrisinin qurulmasının müəyyən çətinliklər yaratdığını və Skalli nöqtə dəyərlərinin özlərində məhdudiyyətlər olduğunu qeyd edirlər: hər ölkənin öz fərdi optimal nöqtələrini yaradan öz büdcə siyasətləri rejimi vardır; dövlət xərclərinin ÜDM-dəki payının göstəricisi birmənalı deyil (bəzən yalnız federal dövlət xərcləri qiymətləndirilir, bəzən — regional və bələdiyyə orqanlarının xərcləri daxil olmaqla ümumi dövlət xərcləri); dövlət xərclərinin artması əksər hallarda büdcə kəsirinin artması ilə əlaqələndirilir ki, bu da öz növbəsində yenidən maliyyələşdirmə faizinin artmasına və iş fəaliyyətinin soyumasına səbəb olur (bu, dövlət xərclərinin artımının ciddi şəkildə məhdudlaşdırılmasını tələb edir); dövlət xərclərinin ÜDM-dəki payının göstəricisi büdcə xərclərinin strukturunu nəzərə almır (büdcə ödənişlərinin müxtəlif maddələri * dövlət sərmayələrinin gəliri baxımından fərqli effektivliyə və bütövlükdə iqtisadiyyata stimullaşdırıcı (çarpan) təsir göstərir). Beləliklə, Armi-Rana əyrisinin praktik tətbiqi olduqca məhduddur və bütün kəmiyyət qiymətləndirmələri ciddi şərh tələb edir.
B-splayn əyriləri
Baza splayn əyriləri (ingl. B-Spline) dayaq nöqtələri poliqonundan keçən, aproksimasiya olunmuş əyridir (şəkil 1). B-splayn əyriləri lokal təyin olunurlar. Ona görə də, polinomun dərəcəsi nöqtələrin sayından asılı deyil. Polinomlar hissə-hissə rekkurent teoreminin köməyi ilə hesablanırlar. Bezye əyrisi Baza–splayn-əyrisinin xüsusi halı kimi baxılır. Bir çox üstün cəhətlərinə görə Baza-splayn-əyrisi müasir CAD sistemlərində əyrilərin və səthlərin təsvirində standart üsul kimi tətbiq olunur.Əyrinin riyazi təsviri belədir: X ( t ) = ∑ i = 0 n P i N k i ( t ) {\displaystyle X(t)=\sum _{i=0}^{n}\;P_{i}\,N^{k}{i}(t)} . Burada i indeksi N(t) funksiyasının başladığı düyün nöqtələrini göstərir. K B-splaynının dərəcəsi və N(t) splaynının yerləşdiyi intervalların sayını ifadə edir. Polinomun dərəcəsi p=k-1 kimi hesablanır.
Beveric əyrisi
Beveric əyrisi (Beveridge curve) – işsizliyin səviyyəsi ilə iş vakansiyalarının səviyyəsini göstərən qrafik təsvirdir. Bu əyri İngilis iqtisadçısı Uilyam Beverecin adı ilə bağlıdır. Qrafikin ordinatında vakansiyaların səviyyəsi absisində isə işsizliyin səviyyəsi verilmişdir. İşsizliyin yüksək səviyyəsinə vakansiyaların aşağı səviyyəsi uyğun gəlir. Əgər müşahidə etsək, uzun müddət boyunca əyrinin kənara hərəkətində vakant yerlərin verilmiş səviyyəsi işsizliyin yüksək səviyyəsi ilə əlaqələnəcək və bu da əmək bazarının səmərəsiz idarə edilməsi, işsizlər və mümkün iş yerləri arasında uyğunsuzluğa səbəb olar. Vakant yerlərin sayı çox olduqca işsizliyin səviyyəsi azalacaq və əksinə. Beveric Əyrisi azalan funksiya hesab olunur.
Bezye əyrisi
Bezye əyrisi – kompüter qrafikasında: trayektoriyası riyazi üsullarla hesablanan, hamar əyrilərin və istənilən formalı səthlərin ayrı-ayrı nöqtələrini bir-biri ilə birləşdirən əyri; rəsm proqramlarında və avtomatlaşdırılmış layihələndirmə modellərində istifadə olunur. Bezye əyrisi az sayda nöqtələr vasitəsilə çeşidli formalı fiqurlar çoxluğunu müəyyənləşdirməyə imkan verir ki, bu da verilmiş əyrinin başqa riyazi metodlarla aproksimasiyası ilə müqayisədə onun əsas üstünlüyüdür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Gəlirlik əyrisi
IS əyrisi
IS əyrisi əmtəə və xidmət bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındalı əlaqəni əks etdirir. Bu əlaqənin necə olduğunu görmək üçün ilk növbədə Keynsin gəlir-xərc modelini tətqiq etmək lazımdır. Sözügedən model Keynsin milli gəlir nəzəriyyəsinin ən sadə izahıdır və daha mürəkkəb və daha real IS-LM modeli üçün bünövrəni formalaşdırır. == Planlanan xərclər və cari xərclər == Keyns bu modeldə planlanan və cari xərcləri bir-birindən fərqləndirir: Cari xərclər ev təsərrüfatlarının, müəssisələrin və dövlətin cari dövrdə həyata keçirdikləri xərcləmələrin cəmidir. Planlanan xərclər isə ev təsərrüfatlarının, firmaların və dövlətin əmtəə və xidmətləri almaq üçün planlaşdırdıqları xərclərin cəmidir. Nə üçün reallaşan (cari) xərclərlə planlaşdırılan xərclər fərqli olur? Bu sualın cavabı firmaların satışının gözlənilən kimi olmaması və planlaşdırılmamış ehtiyatların (hazır məhsulun) anbarlarda yığılmasıdır. Firmalar gözlədiklərindən az məhsul satdıqda ehtiyatlar yüksələr, əks halda isə azalar. Ehtiyatlardakı planlaşdırılmamış dəyişikliklər ehtiyatlara investisiya hesab edildiyi üçün cari xərclər planlaşdırılan xərclərdən çox və ya az ola bilər. Planlaşdırılmış xərcləri müəyyən edən amilləri amillərə nəzər yetirək.
Kiçik əyridimdik
Kiçik əyridimdik (lat. Numenius tenuirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü. == Statusu == Ovlanması qadağan olunmuşdur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına, Ramsar, Bern, Bonn, CİTES konvensiyalarına və AEWA sazişinə daxildir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və yasaqlıqlar əsas yaşama yerləri kimi qəbul olunmuşdur. 2024-cü ilin noyabrında nəslinin kəsildiyi açıqlanmışdır. Miqrasiya vaxtında qanunsuz ovlanması və su-bataqlıq biotoplarının qurudulması növün nəslinin kəsilməsinə səbəb olan əsas amillər olmuşdur. == Təsviri == Qarğadan xeyli kiçikdir. Dimdiyi uzun və aşağıya əyridir. Əsas rəngi naxışlı qonur-bozdur.
Kəhram Əyrinci nahiyəsi
Kəhram Əyrinci nahiyəsi — XIV əsr-1747 əsrlər. İnzibati ərazi. Qarabağ xanlığı dövründə Mehri mahalı adlanmışıdr. 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == 1. Mehri (Meğri) erm. kəndi (65 ailə) 2. Yenicə erm. kəndi (4 ailə) 3. Təştun erm. kəndi (43 ailə) 4.
LM əyrisi
LM əyrisi - pul bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındakı əlaqəni əks etdirən əyridir. Bu əlaqəni izah etmək üçün ilk növbədə likvidlik üstünlükverməsi nəzəriyyəsindən istifadə edilir. == Likvidlik üstünlükverməsi nəzəriyyəsi == Con Menyard Keyns öz nəzəriyyəsində faiz dərəcəsinin necə müəyyən olunduğunu göstərib. Bu yanaşma likvidlik üstünlükverməsi nəzəriyyəsi kimidə qəbul edilir. Çünki faiz dərəcəsi iqtisadiyyatda ən likvid olan element – pulun tələbi və təklifini tarazlaşdırmaq üçün istifadə edilir. Gəlir xərcləmə modeli IS əyrisi üçün bünövrə olduğu kimi, likvidlik üstünlükverməsi nəzəriyyəsi də LM əyrisi üçün əsasdır. == Pul təklifi == Nəzəriyyəni formalaşdırmaq üçün ilk növbədə real pul balansındakı təklifə nəzər yetirək. Əgər pul təklifi M, qiymət səviyyəsi isə P olarsa, M/P real pul balansında təklifin həcmini əks etdirir. Likvidlik üstünlükverməsi nəzəriyyəsi sabit bir pul balansı təkilifi olduğunu iddia edir. Bu baxımdan pul təklifini aşağıdakı kimi ifadə edə bilərik.
Ortaboy əyridimdik
Ortaboy əyridimdik (lat. Numenius phaeopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.
Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu
Qanıx-Əyriçay vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi. Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu. == Heyvanat aləmi == Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır.
Qışlaq-i Əyridərəhacıməhbət (Pərsabad)
Qışlaq-i Əyridərəhacıməhbət (fars. قشلاق ايري دره حاج محبت‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (18 ailə).
Qışlaq-i Əyridərəhacıçəpər (Pərsabad)
Qışlaq-i Əyridərəhacıçəpər (fars. قشلاق ايري دره حاج چاپار‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Sınıq tələb əyrisi
Sınıq tələb əyrisi oliqopoliya və inhisarçı rəqabətlə bağlı iqtisadi nəzəriyyə və oliqopoliya bazar modelidir. Sınıq tələb əyrisi oliqopol bazarda yapışqan qiymətlərin olma səbəbini izah edir. == Xüsusiyyətləri == Firmalar eyni böyüklükdədir. Bircins mallar istehsal edirlər. Firmalar digər firmaların qiymət yüksəltməsinə etinasız, qiymət azaltmasına isə həssasdır. Bütün firmalar eyni qiymətdə təklif edirlər. MR əyrisi kəsikdir. == Tarix == Bu nəzəriyyə 1939-cu ildə Paul Sweezy tərəfindən irəli sürülmüşdür. O "Demand Under Conditions of Oligopoly" (Oliqopol şərtlər altında tələb) nəşrində bunu izah etmişdir. == Nəzəriyyə == Klassik oliqopol bazar nəzəriyyəsinə görə bir əmtəənin qiyməti onun marjinal xərc və gəlirlərindən yüksək olur (P > MR = MC).
Yeni Əyricə
Yeni Əyricə (tarixi adı: İbrahimbəyli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Yeni Əyricə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin əvvəlki adı İbrahimbəylidir. Qədim yaşayış məskənidir. Əyricə bəyləri Cavanşir tayfasının Qalabəyi tirəsindən olublar. Qalabəyov Təhməz bəy İbrahim bəy oğlu Qalabəyov Həsən bəy İbrahim bəy oğlu Qalabəyov Firudin bəy Təhməz bəy oğlu Qalabəyov Rəhim bəy Təhməz bəy oğlu Qalabəyov Hüseyn bəy Təhməz bəy oğlu Qalabəyov Alı bəy Həsən bəy oğlu Qalabəyov Calal bəy Həsən bəy oğlu == Coğrafiyası və iqlimi == Qarabağ düzündə, Kür çayının sağ sahilində yerləşir. Tərtər çayı kəndi 2 hissəyə bölür. Kəndin qərbindən Yuxarı Qarabağ kanalı keçir. İqlimi mülayimdir, yanvar ayının orta temperaturu 10 C, iyun ayınınkı isə 32 C-dir. == Əhalisi == Təqribən 3000-ə yaxın insan yaşayır. Bundan əlavə Ağdam, Laçın, Kəlbəcər, Ağdərə rayonlarından məcburi köçkünlər də məskunlaşmışdır.
Yeni Əyricə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Öyrənmə əyrisi
Öyrənmə əyrisi (ing. learning curve) — müəyyən biliklərin, yaxud fəaliyyət növünün öyrənilməsi tezliyinin dəyişilməsini göstərən qrafik. Adətən, yeni informasiyanın yadda saxlanılması bacarığı verilmiş fəaliyyətin mənimsənilməsinin ilk çağlarında maksimal olur. Sonra isə öyrənmə sürəti tədricən azalır ki, bu da materialın mənimsənilməsi üçün daha çox təkrarlamalara ehtiyac olduğunu göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Gəlir-istehlak əyrisi
Gəlir-istehlak əyrisi — bir əmtəənin ucuzlaşması nəticəsində, real pul artır və bunun nəticəsində qalan pulun başqa bir əmtəəyə yönəldilməsidir. İqtisadiyyatda gəlir effekti real gəlirin dəyişməsi nəticəsində istehlakın dəyişməsi kimi müəyyən edilə bilər. Bu gəlir dəyişikliyi iki mənbədən birindən yarana bilər: xarici mənbələrdən və ya pulun xərcləndiyi malın qiymətində azalma (və ya artım) ilə sərbəst buraxılan (və ya hopdurulmuş) gəlirdən. Mövcud gəlirdə əvvəlki dəyişikliyin təsiri bu məqalənin qalan hissəsində müzakirə olunan gəlir-istehlak əyrisi ilə təsvir edilir, qiymətin aşağı düşməsi ilə mövcud gəlirin azad edilməsinin təsiri isə onun müşayiətedici təsiri ilə birlikdə müzakirə edilir. Məsələn, əgər istehlakçı öz gəlirinin yarısını təkcə çörəyə xərcləyirsə, çörəyin qiymətinin əlli faiz ucuzlaşması onun istifadəsində olan pulu həmin məbləğdə xərcləyə biləcəyi qədər artıracaq, yəni eyni məbləğə daha çox çörək və ya başqa bir şey ala biləcək. İstehlakçının üstünlükləri, pul gəlirləri və qiymətləri istehlakçının optimallaşdırılması probleminin həllində mühüm rol oynayır (büdcə məhdudiyyəti şəraitində onların faydalılığını maksimuma çatdırmaq üçün müxtəlif malların nə qədər istehlak ediləcəyini seçmək). İstehlakçı davranışının müqayisəli statikası ekzogen və ya müstəqil dəyişənlərdəki dəyişikliklərin (xüsusilə istehlakçıların qiymətləri və pul gəlirləri) endogen və ya asılı dəyişənlərin (istehlakçının mallara tələbləri) seçilmiş qiymətlərinə təsirini araşdırır. İstehlakçının gəliri sabit saxlanılan qiymətlərlə artdıqda, istehlakçının seçdiyi optimal paket, onlar üçün mövcud olan mümkün dəst dəyişdikcə dəyişir. Gəlir-istehlak əyrisi gəlir artdıqca büdcə məhdudiyyətini kənara çıxararaq qiymətlər sabit saxlanılmaqla, müxtəlif büdcə məhdudiyyətləri xətləri ilə laqeydlik əyrilərinin toxunma nöqtələrinin məcmusudur. == İstehlakçı nəzəriyyəsi == Gəlir effekti alıcılıq qabiliyyətinin dəyişməsi ilə müşahidə olunan bir hadisədir.
Təklif əyrisi
Təklif əyrisi — satıcıların müəyyən bir müddət ərzində bazarda müxtəlif qiymətlərlə satışa təqdim etdikləri mal və ya xidmətin miqdarını göstərən əyri. == Tərifi == K.R. Makkonnell və S.L. Bruya görə satıcıların müəyyən müddət ərzində bazarda müxtəlif qiymətlərlə satışa təqdim etdikləri mal və ya xidmətin miqdarını göstərən əyridir. == Fərdi və məcmu təklif == Həm fərdi təklifi (müəyyən bir satıcıdan təklif), həm də təklifin ümumi məbləğini (bazarda mövcud olan bütün satıcıların təklifini) nəzərdən keçirmək mümkündür. İqtisadiyyatda əsasən məhsulun ümumi təklifi izah edilir. == Təklifin müəyyənediciləri == Təklifin dəyişməsinə, təklif əyrisinin sürüşməsinə səbəb olan amillər: resurs qiymətlərində, xammal və ya istehsalın maya dəyərinin dəyişməsi (artan məsrəflər təklifin azalmasına səbəb olur); texnologiyanın dəyişdirilməsi, məhsul tədarükünü artıran daha səmərəli istehsal müəssisələrinin yaradılması; digər, o cümlədən dəyişdirilə bilən malların qiymətlərində dəyişikliklər; vergilərdə və subsidiyalarda dəyişikliklər (artan vergilər xərclərin artmasına səbəb olur, bu da təklifi azaldır və əksinə); gözlənti perspektivlərinin dəyişməsi (qiymət artımı gözləntisi — təklif azalır; qiymətin azalması gözləntisi — təklif artır); təchizatçıların və istehsalçıların sayında dəyişiklik. == Təklifdə dəyişiklik == Təklifin müəyyənediciləri təklif əyrisini, təklifin artması sağa, təklifin azalması əyrini sola sürüşdürür. == Təklif miqdarında dəyişiklik == Təchiz edilən kəmiyyətin dəyişdirilməsi təklif əyrisinin bir nöqtəsindən digər nöqtəsinə keçmək deməkdir. Təklifin kəmiyyətini dəyişən və təklif əyrisi boyunca hərəkət edən amil sözügedən məhsulun qiymətindəki dəyişiklikdir.
Tələb əyrisi
Tələb əyrisi — müəyyən bir əmtəənin və ya xidmətin qiyməti ilə istehlakçının eyni qiymətə satın ala bildiyi və ya almaq istədiyi əmtəənin miqdarı arasındakı əlaqəni göstərən qrafikdir. Tələbin qrafik təsviridir. == Tərifi == K. R. Makkonnell və S. L. Brüya əsasən, tələb əyrisi, müəyyən bir vaxtda müxtəlif qiymətlərlə alıcıların nə qədər iqtisadi mal almağa hazır olduğunu göstərən əyridir. Tələb funksiyası — ona təsir edən müxtəlif amillərdən asılı olaraq tələbi müəyyən edən funksiyadır == Fərdi və bazar tələbi == Bütün istehlakçılar üçün ümumi tələb əyrisi hər bir istehlakçı üçün fərdi olaraq ortaya çıxan tələb əyrisidir. Tələb əyrisinin özü əyri formasını ala bilər, lakin bəzən düz xətt də ola bilər. Bazar tələb əyrisi bazardakı bütün istehlakçıların fərdi tələb əyrilərinin üfüqi şəkildə birləşdirilməsi ilə formalaşan fərdi tələb əyrilərinin cəmidir. == Tələbin müəyyənediciləri == Qeyri-qiymət amilləri tələbin artmasına səbəb olarsa, tələb əyrisi sağa və yuxarıya, qeyri-qiymət amilləri tələbin azalmasına səbəb olarsa, sola və aşağıya doğru dəyişə bilər. Tələbin qeyri-qiymət amilləri bunlardır: İstehlakçı üstünlükləri, onların zövqləri; Alıcıların sayında dəyişiklik; Əhalinin pul gəlirləri; Bir-birini əvəz edən və bir-birini tamamlayan malların qiymətləri; İstehlakçı gözləntiləri. == Tələb əyrisinin tətbiqi == Tələb əyriləri rəqabətli bazarlarda agentlərin davranışını qiymətləndirmək üçün istifadə olunur və çox vaxt balanslaşdırılmış və ya tarazlıq qiymətini (bütün satıcıların satmağa və bütün alıcıların almaq istədiyi qiymətə) hesablamaq üçün təklif əyriləri ilə birlikdə nəzərdən keçirilir. bazar klirinq qiyməti kimi tanınır) və bazarda tarazlıq miqdarı (təklifin həddindən artıq artması və ya tələbin həddindən artıq azalması olmadan istehsal və satılacaq əmtəə və ya xidmətlərin həcmi).
Faiz dərəcəsi əyrisi
Faiz dərəcəsi əyrisi (ing. yield curve) — müəyyən bir dövr ərzində müxtəlif müddətli istiqrazların faiz dərəcələrini göstərən qrafikdir. Bu əyri maliyyə bazarlarında və iqtisadiyyatda əhəmiyyətli göstəricilərdən biridir, çünki gələcək faiz dərəcələri, iqtisadi gözləntilər və pul siyasəti haqqında məlumat verir. Əyri adətən dövlət istiqrazlarının faiz dərəcələrinə əsaslanır, çünki bu istiqrazlar ən etibarlı aktivlərdən hesab edilir. == Əsas faiz dərəcəsi əyrisi növləri == Normal faiz dərəcəsi əyrisi (yüksələn əyri) Ənənəvi olaraq faiz dərəcəsi əyrisi bu formaya malikdir. Qısa müddətli istiqrazların faiz dərəcəsi aşağı, uzun müddətli istiqrazların faiz dərəcəsi isə yüksəkdir. Bu vəziyyət iqtisadiyyatın sağlam və böyümə gözləntiləri ilə əlaqəli olduğunu göstərir. İnvestorlar uzunmüddətli istiqrazlara daha çox məbləğ qoyurlar, çünki gələcəkdə iqtisadi inkişafdan daha çox gəlir gözləyirlər. Meylli faiz dərəcəsi əyrisi (düz əyri) Bütün müddətlər üzrə faiz dərəcələri təxminən eynidir. Bu, bazarda qeyri-müəyyənlik və ya iqtisadiyyatda stabil bir dönəm yaşandığını göstərə bilər.
Laffer əyrisi
Laffer əyrisi (ing. Laffer curve) — iqtisadiyyatda vergilər və dövlət gəlirləri arasındakı əlaqəni göstərən nəzəri bir modeldir. Əyrinin əsas ideyası budur ki, vergi dərəcələri çox aşağı və ya çox yüksək olduqda, dövlətin vergi gəlirləri azalır. Əyrinin adı amerikalı iqtisadçı Artur Lafferdən götürülmüşdür, çünki o, bu konsepti 1970-ci illərdə populyarlaşdırmışdır. Əslində, bu ideyanın kökləri daha əvvəlki iqtisadiyyata, hətta İbn Xaldun kimi tarixi fiqurlara gedib çıxır. == Əsas prinsipləri == Aşağı vergi dərəcələri — vergi dərəcəsi çox aşağı olduqda, dövlət kifayət qədər gəlir toplamaq üçün resurs tapmır. Optimal nöqtə — vergi dərəcəsi müəyyən bir səviyyəyə çatdıqda, dövlətin vergi gəlirləri maksimuma çatır. Bu nöqtə Laffer əyrisinin zirvəsini təşkil edir. Yüksək vergi dərəcələri — vergilər çox yüksək olduqda, işçi qüvvəsi və şirkətlər motivasiyasını itirə bilər, iqtisadi fəaliyyət azalır və nəticədə dövlət gəlirləri düşür. == Praktiki tətbiqi == Hökumətlər, optimal vergi dərəcəsini tapmağa çalışaraq, həm iqtisadi fəaliyyətin təşviq edilməsini, həm də dövlət gəlirlərinin artmasını təmin etməyə çalışırlar.
İstehsal imkanları əyrisi
İstehsal imkanları əyrisi (İMƏ) (ing. Production–possibility frontier) — iqtisadiyyatda iki müxtəlif mal və ya xidmət arasında istehsalın maksimum səviyyəsini və resursların optimal bölgüsünü göstərən qrafikdir. Bu əyri, müəyyən məhdud resurslarla maksimum məhsul həcminə çatmaq üçün potensial istehsal kombinasiyalarını təmsil edir. == Xüsusiyyətləri == Mənfi meyillilik İstehsal imkanları əyrisi sola doğru aşağı meyilli olur, çünki bir məhsulun daha çox istehsal edilməsi digər məhsulun istehsalının azalması ilə nəticələnir. Bu, resursların məhdud olduğu və onların fərqli məhsullara yönləndirildiyi hallarda qarşılaşılır. Konveks forma Əyri adətən konveks formada olur (kənarlara doğru əyilir), çünki marjinal dəyərin azalan qanunu tətbiq olunur. Yəni, bir məhsulun istehsalı artdıqca, digər məhsulun istehsalını artırmaq daha çox resurs tələb edir. Səmərəlilik nöqtələri İMƏ üzərində yerləşən hər bir nöqtə səmərəliliyi təmsil edir. Bu nöqtələr, resursların tam və səmərəli şəkildə istifadə olunduğu vəziyyətləri göstərir. Əyri üzərində hərəkət etmək, bir məhsulun istehsalını azaltmadan digərini artırmağın mümkün olmadığını göstərir.

Значение слова в других словарях