PALEOBOTANİKA

yun. palaios – qədim + yun. botanikos – bitkilərə aid

PALEOBİOCOĞRAFİYA
PALEOCOĞRAFİYA
OBASTAN VİKİ
Paleobotanika
Paleobotanika - qədim bitkilərin süxurlarda qalan izləri və qalıqları əsasında onların morfologiya və anatomiyasını, filogeniya və sistematikasını öyrənən elm. Paleobotanika keçmiş geoloji epoxaların florasının inkişaf tarixinin bərpası ilə məşqul olur və nəticədə müasir bitkilərin formalaşma yollarını araşdırır. Paleobotanika paleontologiyanın bir hissəsi olub, fossil bitki qalıqlarının öyrənilməsinə əsaslanan kontinental və o cümlədən kömürlü çöküntülərin stratiqrafiyasında xüsusi yer tutur. Paleobotanika məlumatları paleoiqlim və paleocoğrafi şəraitlərin bərpasında istifadə edilir. Obyektlərdən (oduncaq qalığı, meyvə, spor və tozcuqlar) asılı olaraq, paleobotanika müxtəlif sahələrə ayrılır: paleoksilologiya, paleokarpologiya, palinologiya, bitkilərin paleocoğrafiyası. Sinonim: Paleofitologiya, Fitopaleontologiya. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Значение слова в других словарях

бо́ны вид коро́вница модели́ст самолётом согласи́тельный изже́чься луто́ня неври́т потоло́к поше́вни слабоду́шный cantaloup coin-op draw up girth implosive radioluminescence resettle дошкольный камзол мизерность неплодородность паинька трактоваться