Этимологический словарь азербайджанского языка

  • ÜÇ

    Uc sözü ilə qohumdur. Say sistemində ilk dəfə son ədəd məhz üç olub, ondan sonrakı ədədlər adamlara məlum olmayıb; mənası “sonuncu ədəd” deməkdir

    Полностью »
  • ÜÇGÜL

    “Gül” sözünün “bucaq” mənası da var. Üçgül “üç bucağı (küncü)” olan de­məkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜÇÜN

    “Üst-ün”, “sər-in” tipli sözlərin qəlibi üzrə səbəb bildirən üç (ucbat sözü də buradandır) kökündən əmələ gəlib

    Полностью »
  • ÜLGÜ

    Ehtimal ki, ölçü sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜLGÜC

    Mənbələrdə yolğuc kimi qeydə alınıb. Yolmaq kəlməsi ilə bağlıdır (ehtimal ki, yon və yol eyni söz olub)

    Полностью »
  • ÜMİD

    Bəzən fars mənşəli hesab edirlər. Əslində ummaq feili ilə bağlıdır və ümid kimi deyil, umud kimi yazılmalıdır

    Полностью »
  • ÜMİDVAR

    Mürəkkəb sözdür, var hissəsi “есть” mənasını bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜMMƏT

    Ərəbcədir, “Hümmət”lə eyni deyil: “Peyğəmbərin yeni dinə çağırdığı şəxslər” deməkdir (Məhəmməd ümməti deyirik)

    Полностью »
  • ÜNSİYYƏT

    Ərəbcə üns (ülfət) və insan, munis sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜRCAH

    Ürcah olmaq ifadəsi var. “Bağlanmaq”, “yaxın olmaq”, “istəmək” anlamla­rında işlədilir. Güman ki, alınma sözdür

    Полностью »
  • ÜRƏK

    Yüyürmək, yerimək feili zəminində əmələ gəlib, “daim hərəkətdə olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜRFAN

    “Allahı dərk edən”, “bilikli” deməkdir, ərəbcədən alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜRGƏ

    Yerimək (yürümək) sözü ilə bağlıdır, yaxşı yeriyən iki yaşlı ata ürgə deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜRPƏŞMƏK

    Ör “hündür” deməkdir. Hörgüc (dəvədə) sözü də bununla bağlıdır. Əriş xanada hündürə gedən iplərdir. Ürpəşmək də “hündür” mənası ilə bağlıdır: “Saçın (

    Полностью »
  • ÜST

    Bu söz üz kəlməsi ilə eyni olub, sonra fərqlənib. Farslar “üst paltarı” yerinə “üz paltarı” (libase ru) işlədirlər

    Полностью »
  • ÜSTƏMƏK

    Qabaqlar -ə2 şəkilçisi adlara qoşularaq çoxaltma mənalı feillər düzəldib: üst-ə-mək “увеличивать” anlamında işlədilib

    Полностью »
  • ÜSTLÜK

    Üst kəlməsindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜSTÜN

    Boy-un, üz-ün sözləri göstərir ki, -ün şəkilçisi həm də adlardan ad düzəldib. Üstün sözü üst kökündən və -ün şəkilçisindən ibarətdir (sərin tipli sözl

    Полностью »
  • ÜSUL

    Ərəbcədir, əsl sözünün cəmidir. Əsl – kök, mənbə kimi mənalarda işlədilir, üsul indi metod anlamını əks etdirir

    Полностью »
  • ÜŞÜMƏK

    Qış və üşümək sözləri eyni kökdən törəyib. Belə zənn etmək olar ki, sözün tarixi yaş kəlməsi ilə bağlıdır, yaş isə su (caş şəklində olub), yağış (çağı

    Полностью »
  • ÜŞÜNMƏK

    Ehtimal olunur ki, qış sözü ilə qohumdur. Əsli qış-tı-maq kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜTMƏK

    Qədim mənası “гладить” deməkdir. “Od”, “isti” anlamı ilə bağlıdır. Ütü ondan düzəlmiş ismdir. (Bəşir Əhmədov

    Полностью »
  • ÜTÜK

    Dialektlərdə “filankəs ütüyün biridir” cümləsi işlədilir. Mənbələrdə ötök sözü “kasıb” mənasında qeydə alınıb

    Полностью »
  • ÜY

    Oynaq mənasında işlədilir (barmağın üyləri...), “aşıq”, “birləşmə”, “buğum” demək­dir. Həm üy, həm də oynaq eyni kökə malikdir

    Полностью »
  • ÜYÜŞMƏK

    Uy-uş-maq kimi olub, mənası “qatılaşmaq” deməkdir. Bişmiş südə çalası (maya) qatırlar, bir müddət sonra süd üyüşür, qatıq olur

    Полностью »
  • ÜYÜTMƏK

    Etimonu üy (молоть) sözüdür. Həmin feil, ehtimal ki, ovmaq (xırda­lamaq) sözünün dəyişmiş formasıdır

    Полностью »
  • ÜZ VERMƏK

    “Üz verəndə astar da istəyir” deyirik. Buradakı üz sözü üst sözü ilə qo­humdur: “üstünü verəndə altını da istəyir” deməkdir

    Полностью »
  • ÜZ VURMAQ

    “Mən ölüm”, “acizanə xahiş” mənalarını əks etdirir. Xahiş zamanı adam əlini üzünə vuraraq, “bu mən ölüm” deyir

    Полностью »
  • ÜZEYİR

    Ərəbcə “yardım” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜZƏNGİ

    Üzük və üzəngi sözləri üzmək feilindən əmələ gəlib: biri qızı ata evindən, 2-ci isə ayağı yerdən üzür

    Полностью »
  • ÜZƏNGİLİK

    “Ayağının altının ortası (üzəngiyə qoyulan hissə)”, “ayası” deməkdir. Üzəngi sözü ilə bağlıdır. (Bəşir Əhmədov

    Полностью »
  • ÜZLÜK

    1. Üz sözündəndir (yorğan üzü). 2. Yəhərin qaltağına dəvə, at, öküz və s. gö­­nündən düzəldilən üzdür (“çexol”dur), üz sözündən əmələ gəlib

    Полностью »
  • ÜZMƏK

    Türkmənlər suda üzməyə yörümək (bəzi türk dillərində isə qaymaq) deyirlər. Quruda yeriməkdən fərqli, olaraq suda “yerimək” üzmək (əsli: ürmək) adlanıb

    Полностью »
  • ÜZRƏ

    Üz, üst, üzrə sözləri tarixən eyni kökə malik olub. İndi üz və üst mənaca bir qə­dər fərqlənir. Üzrə sözü üz yer kimi olub, sonra yer sözü şəkiçiləşər

    Полностью »
  • ÜZSÜZ

    Üzü alınmış (süd və s.) anlamında işlədilsə də, məcazi mənası “sırtıq”, “abır­sız”, “həyasız” deməkdir

    Полностью »
  • ÜZÜK

    Üzmək feilindəndir (qızı ailədən üzür). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÜZÜLMƏK

    Türk dillərində “əzab çəkmək”, “narahat olmaq”, “zəiflik” kimi bir neçə mənası mövcuddur. Sözün əsli əzilmək (parçalanmaq, dağılmaq) feili ilə bağlıdı

    Полностью »
  • ÜZÜM

    Çin dilindən keçib (əsli: cüsüm) və tut ağacı (bəzən də meyvə) mənasını əks etdirib. Tuta isə “ipək ağacı”, “qurd (barama, шелковица) ağacı” deyiblər

    Полностью »
  • VADAR ETMƏK

    Vadar farsca vadiştən (məcbur etmək) feilinin əsasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • VADİ

    Ərəbcədir, “dərə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • VAĞAN

    Taxıl məhsulu çox yetişir, vaxtında biçilmir və dən yerə tökülür. Buna vağan deyirlər. Mənbələrdə vağanımaq feili var və ruscaya “переспевать” kimi tə

    Полностью »
  • VAHAB (VƏHHAB)

    Ərəbcə “səxavətli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • VAXT

    Ərəbcə vəqt kimidir, bizdə dönə (dönüm, dönüş və öy) sözü işlədilib. Öynə sözündə öy kəlməsinin vaxt mənası indi də qalır

    Полностью »
  • VALEH

    Ərəbcə “heyran” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • VALİDEYN

    Ərəb sözüdür, Valid, Validə, Mövlud, övlad, təvəllüd sözləri ilə kökdaşdır, doğmaq anlamı ilə bağlıdır

    Полностью »
  • VALYUTA

    ital. valuta – hərf. qiyməti, dəyəri olan

    Полностью »
  • VANDAL

    V əsrdə Roma imperiyasının qərb əyalətlərinə soxulan və faktiki olaraq bu imperiyanı süquta yetirən german tayfaları olduqca çoxsaylı idilər

    Полностью »
  • VANDALİZM

    M.Fasmerin yazdığına görə, Almaniyada vandallar adlı qəbilə olub, 455-ci ildə Romanı məğlub edib və bütün mədəni abidələri dağıdıblar

    Полностью »
  • VAR

    Bay forması da olub, varlı mənasında işlədilib.Var-bayağut sözü “состоятельный” anlamını verib. “Baylığa nə darlıq” ifadəsi “varlığa nə darlıq” mənası

    Полностью »
  • VARAN-GƏLƏN

    Xana toxuyarkən ərişi nizamlamaq üçün olan ağaca varan-gələn deyirlər. Varmaq (getmək) və gəlmə (qayıtmaq) sözləri əsasında əmələ gəlib

    Полностью »