Ramiz Qasımov (əməkdar elm xadimi)
Ramiz Əlicavad oğlu Qasımov (rus. Рами́з Алиджава́д оглы́ Гасу́мов) — Rusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin laureatı, "Qazprom" ASC-nin laureatı, N.K.Baybekov adına mükafatın laureatı, A.Nobel adına mükafatın laureatı, Qaz sənayesinin fəxri işçisi, RF-nin Sənaye və Energetika nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Bütün dünyada istifadə olunan 540-dan çox elmi işin (məqalə, kitab, tezis və s.), 120-dən ixtira və 18 elmi əsərin müəllifi.
== Həyatı ==
Ramiz Əlicavad oğlu Qasımov 1958-ci il avqustun 23-də Sabirabad rayonunun Qarasu kəndində çoxuşaqlı ailədə anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (Bakı) daxil olmuşdur. 1977-ci ildən 1979-cu ilədək olan dövrdə onu dəfələrlə Nijnivartovsk şəhərinə inşaat dəstələrinə göndəriblər. 1979-cu ildə SSRİ-nin ən yaxşı tələbələrinin tərkibində keçmiş Yuqoslaviyanın respublikalarına istehsalat praktikasına göndərilib. 1981-ci ildə fərqlənmə diplomu ilə Neft, qaz və mədən fakultəsinin "Neft və qaz quyularının qazılması" ixtisasını bitirib və dağ mühəndisi dərəcəsini alıb.
== Əmək fəaliyyəti ==
İnstitutu bitirdiyi vaxtdan R.Ə.Qasımovun əmək fəaliyyəti qaz sənayesi ilə sıx bağlıdır. 1981-ci ildən 1991-ci ilədək o, "Türkmənqazprom" BİB-nin Cərcov axtarış qazma idarəsində texnoloq, rayon mühəndislik-texnoloji xidmətinin baş texnoloqu, mühəndis, baş mühəndis, texnoloji şöbənin müdiri, "Türkmənqazprom" BİB-nin, "Türkmənburqazprom" İB-nin baş texnoloqu.