Sabir Sarvan
Məlikov Sabir Soltan oğlu — şair, tərcüməçi, Prezident təqaüdçüsü Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996–2016-cı ilə qədər AYB Sumqayıt bölməsinin sədri vəzifəsində çalışmışdır.
Sabir Soltan oğlu Məlikov 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Əsil anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanım övladlığa götürmüş, onun himayəsində böyüyüb, təlim-tərbiyə almışdır. 1971-ci ildə Sarvan kəndində səkkizillik məktəbi,1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdir. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakultəsinin bitirmişdir.1977-1980-ci illərdə N.Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, 1981-1987-ci illərdə isə Bakı Tədris Teatrında aktyor işləmişdir.
Onun üçün Vətən məvfumu böyük məna kəsb etsə də, doğulduğu yurda, elə-obaya bağlılığı ilə də örnək idi. Hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onlarla zarafatlaşar, dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi.
2014-cü ildə Ağsu rayonunda, 2016-cı ildə Sumqayıt şəhərində, 2017-ci ilin fevral ayında AYB-nin "Natavan" klubunda 60 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. 2017-ci il, fevral ayının 28-də onu çoxdan narahat edən kəskin ağrılar ucbatından Sumqayıt 1 saylı xəstəxanaya yerləşdirilmiş, lakin həkimlər Bakı şəhərində yerləşən "Neftçilər" xəstəxanasına yerləşdirməyi məsləhət görmüşlər. 2017-ci il mart ayının 14-də saat 03.