AĞ ELƏMƏK

Üzünə ağ olmaq, ağ yalan kimi ifadələrdə sözü “yuxarı” anlamını əks etdirir: ağ eləmək “normadan yuxarı qalxmaq”dır. Ağa sözü də (yuxarı) mənası ilə əlaqədardır: “yuxarı təbəqədən olan”, ümumiyyətlə, “böyük” deməkdir. Ağa­bacı, Ağanənə, Ağadayı, Ağəli tipli sözlərdə də ağ(ağa), “böyük” mənasını ve­rir. Başqa yozum da mümkündür: ərəbcə “tabe olmayan” deməkdir. İfadə bununla da bağlı ola bilər. 

AĞ1
AĞ OLMAQ
OBASTAN VİKİ
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür. İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib. Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar.
Ağ-Təhlə
Ağ-Təhlə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiası == Gürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir. İnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir. 2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb. 2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 93 %-i etnik azərbaycanlılardan ibarətdir. Kənddə 1 Azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır.
Ağ Albatroslar
Ağ Albatroslar (slovak. Biele Albatrosy) Slovakiya Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 3 avqust 1991 tarixində yaradılmışdır. Uçuşlar üçün Aero L-39 Albatros təyyarələri istifadə olunurdu. 15 aprel 2004 tarixində komanda fəaliyyətini dayandırdı.
Ağ Aldərə
Ağ Aldərə, Süd Aldərə, Çıraq Aldərə və ya Sarı Aldərə — Azərbaycanda yerli üzüm sortu. Naxçıvan Muxtar Respublikasına xasdır. Gec yetişir. Hektardan 100–150 sentner məhsul yığılır. Quraqlığa çox, göbələk xəstələklərinə nisbətən az davamlıdır. Yeyilir, mövüc üçün və şərab istehsalında istifadə olunur. Hazırda üzümçülük təsərrüfatlarında becərilir.
Ağ Ana
Ağ Ata
Ağ Aşıq
Ağ Aşıq Allahverdi (1754 - 1860) — Aşıq Alının ustadı, aşıq, şair. Ağ Aşıq (? - ?) — Naxçıvanlı Ağ Aşıq. Ağ Aşıq (1930 - 1995) — Sədərəkli Aşıq Yusif.
Ağ Baş
Ağ Baş — Gərnibasar mahalında kənd. == Tarixi == Tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır. == Ağ Baş və qədim türk tayfaları == Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə üçün: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.
Ağ Burun
Ağ Burun (ukr. Ак-Бурун, krımtat. Aq Burun, Акъ Бурун) — Krımın Kerç boğazı sahillərində yerləşir. Burun cənubdan Kerç buxtasını bağlayır. Burunda tarixi şəhərin qalıqları mövcuddur. XIX əsrdə Kerç boğazını qorumaq məqsədilə Kerç qalası inşa edilmişdir. Ağ Burunun qurtaracağında qədim kurqan vardı. Burada ayrıca batareyə yerləşdirilmişdi.
Ağ Partiya
Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya. 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır. Partiya 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə dövlət qeydiyyatına alınmışdır. Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ağ Partiya üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur. == Tarixi == === Sələfi === Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir.
Ağ kərkəs
Ağ kərkəs (lat. Neophron) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ağ mələk
Ağ mələk — Serb və pravoslav sənətinin şah əsərlərindən biri olan Serb Pravoslav Mileşev Monastırının Yüksəliş Kilsəsi freskası. Ağ mələk təsviri 13-cü əsrə aiddir və Paleologian İntibah dövrünə aiddir. 20-ci əsrdə bərpa işləri zamanı çıxarılan bu təsvirin üzərinə XVI əsrdə yeni təsvir çəkilmişdir. Freska kilsənin cənub tərəfində yerləşir. Ağ tunika geyinmiş bir mələk daşın üstündə oturur və əli ilə Məsihin boş məzarı başında qadınlara işarə edir.
Ağ quyruqsallayan
Ağ quyruqsallayan (lat. Motacilla alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinin quyruqsallayan cinsinə aid heyvan növü. == Təsviri == Ağ quyruqsallayanların bədən uzunluğu 16–19 sm təşkil edir. Onlar üçün uzun quyruq xarakterikdir. Onların bədənlərinin üst hissəsi boz, aşağı hissəsi isə ağ rəngdə olması ilə seçilir. Başları ağ, boğaz nahiyəsi isə qara rəngdə olur. Ümumi çəkiləri cəmi 20–23 q təşkil edir. Adları quyruqlarının hərəkətinə əsasən verilmişdir. == Qidalanması == Qidalanmasının əsasını həşəratlar təşkil edir. Xüsusi ilə ikiqanadlılar dəstəsinə aid olan ağcaqanadlar və milçəklər üstünlük təşkil edir.
Ağ saksaul
Ağ saksaul (lat. Haloxylon persicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. == Botaniki xüsusiyyətləri == 1,5 - 2,5 m, bəzən isə 5 m-ə qədər hündürlükdə olan, qumluq səhralarda bitən kol bitkisidir. Yarpaqları çoxda böyük olmayan pulcuqşəkillidir. Yem kimi yaşıl gövdələri istifadə olunur. İllərdir dəvələrin ən yaxşı, bəzən isə yeganə qidasıdır. Dəvələr saksaul kolunu 3 m-ə hündürlüyə qədər yeyə bilirlər və bir koldan 12 kq-a qədər yem kütləsi əldə edirlər. Qoyunlar isə yerə düşmüş quru yarpaq və budaqlarla qidalanırlar (bir koldan 1 kq-a qədər yem).
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Ağ-təpə
Ağ-təpə yaşayış yeri — Ağdam rayonunun Çəmənli kəndindən 3 km şərqdə, Sarıcalıtayı abidəsindən 800 m cənubda təbii təpə üzərində yerləşir. Planda uzunsov-oval formalı olub şimal-cənub oxu boyu uzunu 250 m, eni 150 m-dir. Təpənin hündür yeri şimalda 7–8 m-ə çatır. Burada təpə kəsilərkən "dərin qobu ilə sərhədlənir". Qobunun dibi ilə "Bino" kəhrizinin suyu axır. Dərin qobu Ağ təpənin şərqindən keçərək cənub-şərq istiqamətində uzanır və düzənliyə çıxır. == Haqqında == Cənubda təpənin hündürlüyü xeyli azalır və 4–5 m-ə çatır. Göy-təpə və Sarıcalıtayı yaşayış məskənlərində olduğu kimi Ağtəpə şərq-qərb istiqamətli çökəklə iki yerə ayrılır. Yaşayış məskənlərində müşahidə olunan bu topoqrafik xüsusiyyət yalnız stasionar qazıntı işləri nəticəsində aydınlaşdırıla bilər. İlk tunc dövrü keramikası Kür-Araz mədəniyyətinin müxtəlif mərhələlərini (ilk və inkişaf etmiş) əks etdirir.
Ağ dünya
Ağ dünya tammetrajlı bədii televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Sabah" Eksperimental Yaradıcılıq Birliyi-Sınaq Studiyasında istehsal edilmişdir. Psixoloji dramın mərkəzində dəli Səməd dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır. Filmdə əsas rolları Şahmar Qəribli, Muxtar Maniyev, Sədaqət Nuriyeva, Məzahir Süleymanov, Bahar Abdullayeva, Almaz Amanova və Kazım Abdullayev ifa edirlər. == Məzmun == Psixoloji dramın mərkəzində dəli Səməd (Şahmar Qəribli) dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır: Qardaşı (Kazım Abdullayev) tərəfindən işgəncəyə məruz qalan Səməd, simicliyindən arvadını (Bahar Abdullayeva) çərlədən Kərbəlayi Eyvaz (Məzahir Süleymanov) və dilinin sərtliyi ucbatından əri (Muxtar Maniyev) tərəfindən döyülən Züleyxa (Sədaqət Nuriyeva) filmin əsas personajlarıdır. Bu hadisələrin hamısına biz dəli Səmədin gözü ilə baxırıq.
Ağ işıq
Ağ işıq — Dalğa uzunluğu butun işıqların dalğa uzunluqlarından ibarət olan şüaya ağ şüa və ya ağ işıq deyilir. Ağ işığın tərkibində insan gözü ilə görünən 7 şüadan başqa infraqırmızı və ultrabənövşəyi şüalar da var. Qızdırılmış dəmir infraqırmızı şüa şüalandırır. Ağ işıq prizmadan keçdikdə rəngli spektr yaranır, çünki prizma işığı parçalayır.
Ağ kəklik
Lagopus lagopus (lat. Lagopus lagopus) – ağ kəklik cinsinə aid quş növü.
Ağ kriptokariya
Ağ kriptokariya (lat. Cryptocarya alba) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin kriptokariya cinsinə aid bitki növü.
Ağ rus
Ağ rus (ing. White Russian) qaymaqlı kokteyllər qrupundan olan kokteyldir, vodka və qəhvə likörü (adətən Kahlúa) əsasında hazırlanır. "The Big Lebowski" (Böyük Lebovski) filmindən Jefri Lebovski-nin sevimli içkisi. Filmin nümayişindən sonra kokteyl "qadın kokteyli" sayılmağını dayandıraraq populyarlıq qazandı. == Tarixi == İlk dəfə 1949-cu ildə təqdim edilən "Qara Rus" kimi tanınan ənənəvi kokteylə duru qaymaq ​​əlavə edilərək "Ağ Rus"-a çevrilir. Bu içkilərin heç biri rus mənşəli deyil, belə adlanadırılma səbəbi isə əsas tərkib hissəsinin vodka olmasıdır. Çapda bu içki haqqında ilk qeyd 21 noyabr 1965-ci ildə Oakland Tribune qəzetində oldu. Eyni zamanda, BBA kolleksiyasına aşağıdakı reseptlə daxil edilib: "Buzla doldurulmuş "Old fashioner" stəkanına 5/10 neytral vodka və 5/10 kofe likörünü tökün, bir çay qaşığı çırpılmış qaymaq əlavə edin və qarışdırmayın." 1993-cü ildə kolleksiyadakı resept belə oldu: "5/10 araq, 3/10 qəhvə likörü və 2/10 çırpılmış krem." Müasir ABB reseptinə əsasən, çırpılmış deyil, duru qaymaq ​​əlavə edin və sonra ehtiyatla qarışdırın. == Hazırlanması == Klassik resept belədir; 5/10 araq, 3/10 qəhvə likörü və 2/10 çırpılmış krem. Amma indiki dövrdə şəraitdən asılı olaraq tərkib də dəyişə bilir.
Ağ qvardiya
Ağ qvardiya (Finlandiya) — Ağlara bağlı olaraq 1918-ci ildə qurulmuş yarımhərbi mühafizə qüvvəsi. Ağ qvardiya (Rusiya) — Rusiyada vətəndaş müharibəsi və xarici hərbi müdaxilə illərində Rusiya dövlətinə bağlı hərbi hissələr. Ağ qvardiya — 1906-cı ildə Finlandiyada yaranmış Rusiya milisi. Ağ qvardiya (roman) — roman.
Ağ yapıncı
Ağ yapıncı — Mahmud İsmayılovun 1979-cu ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Ağ yapıncı romanı tarixi hadisələrə əsaslanır. Romanda XVIII əsrin 30-40-cı illərində Şəki əyalətində İran əsarətinə qarşı xalq-azadlıq hərəkatından bəhs edir. Əsərdə Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsi, sadə adamlardan, o cümlədən dəmirçi oğlu Poladın sərkərdəlik istedadı, onun Münəvvərə məhəbbəti, dövrün tarixi hadisələri, xalqın məişəti və s. özünün bədii ifadəsini tapmışdır. == Qəbulu == Filologiya elmləri doktoru Vaqif Yusifli bu əsərin də adını qeyd edərək yazır: “Elə əsərlər var ki, yazıçılar tarixi şəxsiyyətlərin həyatını bir az “bəzək-düzəklə” eynilə bədii əsərdə əks etdirirlər və bu olur sadəcə “bədii-tarixi xronologiya”.
Ağ otaq
Ağ otaq (ing. The Immaculate Room) — Rejissor Mukunda Maykl Devil tərəfindən çəkilmiş və süjet xətti yazılmış 2022-ci il istehsalı olan Amerika psixoloji triller filmidir. Filmdə baş rolları Emili Hirş, Keyt Bousort, Eşli Qrin və M. Emmett Uolş ifa etmişdirlər. == Çəkiliş == Filmin əsas çəkilişləri 16 dekabr 2020-ci ildən etibarən başlamış və 26 yanvar 2021-ci ildə başa çatmışdır.

Digər lüğətlərdə