ağnağazlıq
ağnama
OBASTAN VİKİ
Ağnaqtəpə
Ağnaqtəpə — Kəngərli rayonu ərazisində dağ (hünd. 2321,0 m). Dərələyəz silsiləsinin cənub-şərq yamacındadır. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən Qaraquş antiklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarında şimal-şərq və şimal-qərbə istiqamətlənmiş qırılmalar izlənilir.

Digər lüğətlərdə