Ağnaqtəpə — Kəngərli rayonu ərazisində dağ (hünd. 2321,0 m). Dərələyəz silsiləsinin cənub-şərq yamacındadır. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən Qaraquş antiklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarında şimal-şərq və şimal-qərbə istiqamətlənmiş qırılmalar izlənilir.[1]
Ağnaqtəpə | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2321,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |