a-laşma
ab-hava
OBASTAN VİKİ
AB
Avropa İttifaqı (Aİ) və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. 1951-ci il — Avropanın Polad və Kömür Cəmiyyətinin yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın Atom Enerjisi İttifaqının yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın İqtisadi İttifaqının yaradılması haqqında Roma müqaviləsi 1965-ci il — Avropa İqtisadi İttifaqının, Avropa Atom Enerjisi İttifaqının, Avropa Polad və Kömür Cəmiyyətinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi 1986-cı il — Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı 1990-cı il — Şengen müqaviləsi [mənbə göstərin] 1992-ci il — Maastrixt sazişi 1997-ci il — Amsterdam müqaviləsi Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa İttifaqı üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur.
Ab pəxş
Abpəxş — İranın Buşehr ostanının Dəştistan şəhristanının Abpəxş bəxşində şəhər və onunn mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15 302 nəfər və ya 3 216 ailədən ibarət idi.
Mojang AB
Mojang AB — 2009-cu ilin mayında İsveçdə qorulmuş videooyun şirkəti. "Minecraft", "Scrolls" və başqa oyunlar yaratmışdır. 2014-cü ildə Microsoft tərəfindən alınmışdır. Mojang AB şirkəti Markus Persson tərəfindən qurulmuşdur.
Saab AB
Saab AB (Svenska Aeroplan AktieBolaget) (İsveç Təyyarə Anonim Şirkəti), 1937-ci ildə yaradılmış İsveç aviasiya və müdafiə şirkətidir. 1947-ci ildən 1990-cı ilə qədər Saab Automobile adı altında avtomobil istehsalşısı olmuşdur. 1968-1995-ci illər arasında kommersiya məqsədli avtomobillərin istehsalçısı olan Scania ilə birləşərək Saab-Scania adı altında kommersiya məqsədli avtomobillər istehsal etmişdir.
AB hüququ
Avropa İttifaqı hüququ — Üzv dövlətlərin milli qanunları ilə bərabər yeganə məhkəmə sistemidir. Avropa Birliyinin qanunları, üzv ölkələrin bir çox sahələrdə, xüsusən də Avropanın ümumi bazarındakı qanuni qaydalarını üstələyir. Avropa Birliyinin müqavilələr vasitəsilə yayımladığı qanunlar bütün üzv ölkələrin daxili qanunlarına birbaşa təsir edir və bütün ölkələr üçün məcburidir. Avropa İttifaqına daxil olmaq üçün mütləq assosiasiya qanunlarına riayət etmək lazımdır. Avropa Birliyinin hüquqi sistemi cəmiyyətin nizamnamələrinə, rəhbər prinsiplərə və qərarlara uyğun olaraq təsnif edilən qaydaları əhatə edən bir çox hüquqi prosedurlardan ibarətdir. İttifaq tərəfindən bağlanmış müqavilələr bütün qanunvericilik orqanları və onların əməliyyatları üçün əsasdır və müxtəlif sahələrdə qanunların qəbul edilməsinin müxtəlif üsullarını ifadə edirlər. Avropa Birliyinin qanunverici prosedurlarının ən əhəmiyyətli xüsusiyyəti, üzv dövlətlərdən biri və ya parlament üzvləri tərəfindən deyil, demək olar ki, hər zaman Avropa Komissiyası tərəfindən təklif oluna bilməsidir. Digər iki vacib element isə Avropa Parlamentinə hazırlanmış qanun layihəsinə veto qoymaq hüququnun ortaq qərar qəbuletmə mexanizmi və parlamentin birlik liderləri ilə bağlı olmayan təklif və tənqidlər edə bilməsidir. Bir çox hallarda layihələr Sammitdə təsdiqlənməlidir. Avropa Birliyinin inzibati, lakin məhkəmə hissəsi, Avropa Ədalət Məhkəməsi və Lissabon müqaviləsinə uyğun Baş Məhkəməyə olaraq dəyişdirilməsi proqnozlaşdırılan Avropa icmaları, birinci instansiya məhkəməsindən ibarətdir.
Ab urbe condita
“ab urbe condita” (“anno urbis conditae”; qısaca A. U. C., AUC, a.u.c.; həmçinin “anno urbis”, qısa a.u.) “Şəhərin (Roma) yaranmasından bəri” mənasını verən latın sözüdür. Bu sözə əsasən şəhərin əsası eramızdan əvvəl 753-cü ildə qoyulmuşdur. Digər tərəfdən AUC, bəzi Roma tarixçiləri tərəfindən müəyyən Roma illərini ayırd etmək üçün istifadə olunan təqvim sistemidir. İntibah maarifçiləri bəzən kitablarının AUC sistemində nəşr ilini yazaraq, romalıların AUC sistemindən istifadə etdiyi qənaətini yaradırdılar. Lakin Roma dövründəki təqvim sistemi bundan çox fərqli idi.
Ab-i Gərm (Çaldıran)
Ab-i Gərm (fars. آبگرم‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (24 ailə).
Ab Urbe Condita (Livi)
Eramızdan əvvəl I əsrdə yaşamış Roma tarixçisi Titus Livius tərəfindən yazılmış Roma tarixinə dair kitab. Azərbaycan dilində “Şəhərin yaradılmasından” mənasını verən bu əsərin 142 cildinin olduğu zənn edilir, lakin bu günə qədər cəmi 35 cildi gəlib çatmışdır.
Digital Illusions CE AB
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər. Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür.
Ab-i Gərm-i Givi
Ab-i Gərm-i Givi (fars. ابگرم گيوئ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (13 ailə).
EA Digital Illusions CE AB
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər. Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür.
Cəfərxan Abbasov
Cəfərxan Abbas oğlu Abbasov (1903, Naxçıvan qəzası – 29 avqust 1965) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1950). Cəfərxan Abbasov 1903-cü ildə İliç rayonunun Təzəkənd kəndində anadan olmuşdur. İliç rayonunun M.Qorki adına kolxozunda manqa başçısı işləmişdir. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 17 iyun 1950-ci ildə pambıqçılığın inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur. Cəfərxan Abbasov 29 avqust 1965-ci ildə İliç rayonunun (indiki Şərur rayonu) Oğlanqala kəndində vəfat etmişdir. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Cəlal-Abad
Cəlalabad (qırğ. Жалал-Абад) — Qırğızıstanın Cəlalabad vilayətinin mərkəzi.
Cəlal-Abad Dövlət Universiteti
Cəlal-Abad Dövlət Universiteti (rus. Жалалабатский Государственный Университет – ЖаГУ, qırğ. Жалал-Абад мамлекеттик Университет) — 2 aprel 1993-cü ildə Qırğızıstanın Cəlal-Abad şəhərində mövcud təhsil müəssisələri əsasında qurulmuşdur. Aşağıdakı sahələrdə ali təhsil üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir: tibb, elektronika, enerji, tikinti, aqrar-sənaye kompleksi. Cəlal-Abad Dövlət Universitetində təxminən 10.000 tələbə təhsil alır, 15-i elmlər doktoru və professor, 116 elmlər namizədi və dosent olmaqla 700-dən çox müəllim çalışır. Üstəlik Hindistan, İran, İsrail, Qazaxıstan, Nepal, Pakistan, Fələstin, Suriya, Türkiyə, Türkmənistan, ABŞ və Özbəkistan kimi ölkələrdən təxminən 1000 tələbə var. Aşağıdakı 54 sahə üzrə ali təhsilli və 12 istiqamət üzrə orta peşə təhsili alan mütəxəssislərin hazırlanması. Cəlalabad Dövlət Universitetinin Tibb Fakültəsi Qırğızıstan Respublikası Səhiyyə və Elmi Təhsil Nazirliyinin tabeliyindədir. Cəlal-Abad Dövlət Universiteti, 2 aprel 1993-cü ildə Qırğızıstan Respublikasının Prezidenti tərəfindən elektronika, enerji, inşaat, tibb, təhsil və digər sahələrdə əsas və tam ali təhsilli mütəxəssislər yetişdirmək üçün hazırlanmış aqrosənaye kompleksi üçün mütəxəssis olmaq , dövlət təhsil müəssisəsi olaraq açılmışdır. Cəlalabad Dövlət Universiteti (JAGU) 2 aprel 1993-cü ildə mövcud təhsil müəssisələri əsasında qurulmuşdur.
Cəlal Abbasov
Cəlal Əşrəf oğlu Abbasov (d. 8 may 1957) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2007), BMT Mükafatı laureatı (1998), Azərbaycan Gənclər İttifaqı Mükafatı laureatı (1990) [mənbə göstərin], "Humay" Milli mükafatı laureatı (2022). 1957-ci il mayın 8-də Bakıda anadan olub. 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının "Bəstəkarlıq" fakültəsini (Q. Qarayevin sinfi), 1984-cü ildə "Bəstəkarlıq" kafedrasınin assistent-stajorluq kursunu bitirib. Musiqinin müxtəlif janrlarında bəstələnmiş və geniş dinləyici kütləsi tərəfindən rəğbət qazanmış bir çox əsərlərin müəllifidir. Elmi-nəzəri tədqiqat və məqalələrin müəllifidir. Əsərləri dəfələrlə ABŞ, Almaniya, Avstriya, Fransa, İtaliya, İndoneziya, Gənubi Koreya, Türkiyə, Norveç, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və b. ölkələrdə müvəffəqiyyətlə səslənmişdir. Əsərləri sirasinda dörd simfoniya (o cümlədən, III "Sülhün səsi", IV (Şuşaya həsr olunmuş) — "If I could see you again…"), beş kantata (o cümlədən, "Bahar mərasimi" — Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk əsər), orqan üçün "Qara Qarayevin xatirəsinə Postlüdiya"("postlüdiya" janrının Azərbaycanda ilk nümunəsi), "Şən Bahar" ("Vesyolaya Vesna") uşaq operası (rusdilli uşaqlar üçün Novruz adət-ənənələrini nəql edən) və digərləri xüsusi diqqətə layiqdir. Azərbaycan Milli Konservatoriyasının professoru vəzifəsində çalışır ("bəstəkarlıq", "orkestrləşmə", "partitura qiraəti" fənləri).
Cəlal Abdullayev
Cəlal Abdullayev (azərb. Cəlal Mehdi oğlu Abdullayev‎; d. 30 dekabr 1930-cu il, Gürcüstan, Qarayazı rayonu, Nəzərli kəndi — ö. 20 may 2010-cu il, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1974), professor (1976), Əməkdar müəllim (2000). Cəlal Abdullayev 30 dekabr 1930-cu il Gürcüstanın Qarayazı (indiki Qaradabani) rayonunun Nəzərli kəndində anadan olmuşdur. Həmin rayonun Kosalı kənd orta məktəbini bitirdikdən sonra 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil almışdır. Cəlal Abdullayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Azərbaycan sovet ədəbiyyatı tarixi kafedrasında baş laborant kimi başlamışdır. O, aspiranturada təhsilini 1958–1961-ci illərdə almış və müəllim kimi fəaliyyət göstərmişdir. Daha sonra kafedra müdiri vəzifəsinədək yüksəlmişdir. Abdullayev 1979-cu ildən ömrünün axırınadək Bakı Dövlət Univerisitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri olmuşdur.
Cəmaləddin Arqun Ay Aba
[mənbə göstərin] Cəmaləddin Ay Aba əs-Sumayrami - səlcuqlu əmiri, vali Cəmaləddin Ay Aba əs-Sumayrami Səlcuqlu sultanlarına xidmət etmişdi. Eldənizli hakimi Əbubəkrin yaxın adamlarından sayılırdı. Sonra Özbəyin qulluğunda idi. Bir müddət Həmədan əyalətinin valisi olmuşdu.
Cəmaləddin Barbəy Ay Aba
Cəmaləddin Uluq Barbəy Ay Aba əl-Fərrazi - səlcuqlu əmirəlümarası, vali. Cəmaləddin Uluq Barbəy Arqun oğlu Cahan Pəhləvanin əmirəlümarası olmuşdu. Cahan Pəhləvanın vəfatından sonra onun arvadı İnanc xatun siyasətə atıldığından onu öz tərəfinə çəkmək istədi. Ay aba III Toğrula meyl etdi. Əmir Seyfəddin Rusla aralarında ixtilaf baş verdi. Ay Aba onu sultanın qarşısında ləkələdi. Rəqib aradan götürüldü. Cəmaləddin Ay Aba məlik əl-üməra ünvünı almışdı. Həmədanın valisi, Özbəyin müdəbbiri olmuşdu.
Cəngi (Abaran)
Cəngi, Cəngi təpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə, Abaran çayının yanında yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tərkibindən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati - ərazi bölügüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «meşə Örtüyü olmayan dağ», «meşəsiz dağ» mənasında işlənən cəngi sözü ilə təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.
Cənubi ABŞ
Cənubi ABŞ (ing. Southern United States) - (həmçinin Amerikanın Cənubu, Diksi və ya sadəcə Cənub) Amerika Birləşmiş Ştatlarının orta-şimal hissəsində yerləşən və ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən iqtisadi rayon. Cənub coğrafi cənuba uyğun gəlmir, daha çox cənub-şərq hissəsində yerləşir; ölkənin coğrafi baxımdan cənubunda yerləşən Arizona və Nyu-Meksiko bəzən Cənuba aid edilir, lakin 1863-cü ildə Virciniyadan ayrılan Qərbi Virciniya isə adətən bura aid edilir. Bəzi alimlər ştat sərhədləri ilə üst-üstə düşməyən Cənub anlayışının müəyyənləşdirilməsini təklif etmişdi. Delaver və Merilend, eləcə də Kolumbiya Dairəsi Vətəndaş müharibəsinə qədər köləliyə icazə versə də, İttifaqda qaldı. 1960-cı illərin Vətəndaş Hüquqları Hərəkatından sonra onlar sənayesi inkişaf etmiş Şimal ştatları ilə mədəni, iqtisadi və siyasi cəhətdən daha bərabər oldular və bir çox vətəndaş, firma, ictimai qurum və özəl təşkilatlar tərəfindən Orta Atlantik və ya Şimal hissəsinə aid edildilər. Lakin, ABŞ Siyahıyaalma Bürosu onları Cənuba aid etdi. Adətən Cənuba ABŞ-nin cənub-şərqi və cənub-mərkəzi hissəsi aid edilir. Rayon öz mədəniyyəti və tarixi ilə tanınır, həmçinin burada ABŞ-nin digər hissələrindən müəyyən mənada fərqlənən adətlər, musiqi üslubu və mətbəx inkişaf etmişdir. Cənubun etnik irsi rəngarəngdir və daha çox Avropalı (əsasən Şotland-İrland, Şotland, İngilis və Fransız), Afroamerikalı və az miqdarda Hindilərdən təşkil olunmuşdur.
Cənubi Abako
Cənubi Abako (ing. South Abaco) — Baham adalarının 32 rayonundan biri. Rayon Abako adalarınının cənub qismini əhatə edir. Statoids.com об административно-территориальном делении Багам на англ.
Cənubi Abşeron körfəzi
Abşeron körfəzi — Abşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir.
Cərrah ibn Abdullah
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Cəsarət Abbasov
Dactylis abbreviata
Dactylis glomerata var. abbreviata
Damcılı (Abaran)
Damcılı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli//Damcalu formasında qeyd edilir. Toponim «az sulu bulaq», «quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su» mənasında işlənən damcı sözünə -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur. Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür.
Demokrat Partiyası (ABŞ)
ABŞ Demokrat Partiyası və ya Demokratlar partiyası (ing. Democratic Party) — Respublikaçılar partiyası ilə bərabər ABŞ-də ən mühüm iki siyasi partiyadan biri. 1828-ci ildə yaradılmış partiya ölkənin ən qocaman partiyasıdır. Əsas ideologiyası liberalizm və proqressivizmdir. İqamətgahı Vaşinqtondadır, ənənəvi rəngi mavidir. Partiyanın 2008-ci ilin noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkilərindəki namizədi partiya üzvləri arasında keçirilən ilkin seçkidə Hillari Klintonu üstələmiş Barak Obama olmuş və qalib gəlmişdir.
Denni Abs
Denni Abs (ing. Dannie Abse; 22 sentyabr 1923, Kardiff – 28 sentyabr 2014, London) — uelsli ingilis şair, romançı, dramaturq. Denni Abs Uelsin Kardiff şəhərində anadan olmuşdu. Atası Rudolf Abs Cənubi Uelsdəki bir neçə kinoteatrın sahibi idi. Həmçinin Denni Abs siyasətçi Leo Abs və tanınmış, peşəkar psixoanalist Uilfred Absın kiçik qardaşıdır. Denni Abs tibb təhsilini əvvəlcə Uels Kollecində, daha sonra London Kral Kollecində almışdı. Uşaqlıqdan "Cardiff City" futbol klubunun pərəstişkarı olan Denni Abs gələcəkdə ədəbi işində də bunu əks etdirmiş, həmçinin özü də idmanla fəal məşğul olmuşdu. Denni Abs 30 ildən çox bir müddətdə şeir yaradıcılığını tibb təcrübəsi ilə birləşdirmişdi. İlk nəşri olan "After Every Green Thing" 1949-cu ildə çap olunmuşdu. Habelə onun 1954-cü ildə "Ash on a Young Man's Sleeve" adlı avtobioqrafik əsəri nəşr olunmuşdu.
Diana Abla
Diana Abla (d. 29 iyul 1995) — Braziliyanı təmsil edən su poloçusu. Diana Abla, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Diana Abqar
Diana Abqar (erm. Դիանա Աբգար; 12 oktyabr 1859, Yanqon, Britaniya Hindistanı – 8 iyul 1937, Yokohama) – xaricdə yaşamış erməni yazıçı, Birinci Ermənistan Respublikasının Yaponiyadakı fəxri konsulu. İlk erməni qadın diplomatdır və XX əsrdə diplomatik posta təyin olunan ilk qadınlardan biridir. Diana Aqabeq (Aqabeqyan) 12 oktyabr 1859-cu ildə Britaniya Burmasının Ranqun şəhərində (hazırda Myanmarın Yanqon şəhəri) anadan olmuşdur. Atası İranda yerləşən Yeni Culfa məhəlləsindən olub və Cənub-şərqi Asiyaya miqrasiya edib. Anası Avet Şiraz şəhərindən idi. Diana yeddi uşaqlı ailənin ən kiçiyi olub. Kəlkətə şəhərində böyüyüb və təhsilini yerli məktəbdə alıb. İngilis, erməni və hind dillərini səlis danışmağı öyrənib. Yeni Culfada Apkar ailəsindən gələn Apkar Mixale Apkarla evlənmişdir.
Dominikan Respublikasının ABŞ tərəfindən işğalı (1965-1966)
Əməliyyat "Power Pock" — vətəndaş müharibəsi nəticəsində hakimiyyətə gələn Fransisko Caamagno'nun sol hökumətini devirmək üçün 1965-ci ildə Dominikan Respublikasını işğal etmək üçün ABŞ-yə edilən bir hərbi əməliyyatdır. 24 aprel 1965-ci ildə Dominikan Respublikasında polkovnik Fransisko Caamagno başçılıq etdiyi "konstitusiyaçılar" ın hərbi qiyamı başlayır.Üsyançılar 1963-cü il konstitusiyasının bərpa edildiyini elan etdilər və 1963-cü ildə hərbi çevrilişlə devrilən keçmiş prezident Juan Bosçun hakimiyyətə qayıtmasını tələb etdilər. Ertəsi gün üsyançılar Santo Dominqonu işğal etdilər və Cabralın başçılıq etdiyi triumvirate hökumətini devirdilər. Ölkənin müvəqqəti prezidenti Kaamagno elan etdi. 1963-cü il çevrilişinə qədər Deputatlar Palatasının sədri Jose Rafael Molina Ureña Müvəqqəti Hökumətin başçısı oldu.Yıxılan triumviratın tərəfində hava qüvvələri bölmələri və ordunun bir hissəsi irəli çıxdı. Donanma komandiri bitərəf mövqe tutdu. Şimalda, tank bölmələri və təyyarələri (90 tank və zirehli maşın, 30 təyyarə) paytaxta köçürən Briqada generalı Vessina i Vessinanın rəhbərliyi ilə yeni bir hərbi xunta yaradıldı. Vətəndaş müharibəsi başladı, 31 avqust 1965-ci ilə qədər davam etdi. Aprelin 28-də Baronon və Ayn şəhərlərinə ABŞ Dəniz Qoşunlarının enişi başlayır. Prezident Conson, "ABŞ vətəndaşlarını qorumaq üçün" Dominik Respublikasına 405 dəniz piyadası göndərdiyini açıqladı.
Don rabitəçilərinin abidəsi (Rostov-na-Donu)
Don rabitəçilərinin abidəsi — bürüncdən ibarət olan abidə Rostov-na-Donu şəhərində Nikolay Ostrovski adına parkda yerləşən manumental abidə. Abidənin təntənəli açılış mərasimi, 9 sentyabr 2016-cı ildə gercəkləşmişdir. Abidənin heykəltaraşı Valentin Kostev olmuşdur. Abidənin açılış mərasimi şəhər günü ilə eyni zamanda gercəkləşdirilmişdir. Üstəlik həmin gün mülki rabitəçilərin 115 illik yubileyi idi. 2016-cı ilin aprelində Rostov-na-Donu şəhərində xalq səsverməsi keçirilir. Burada maketlər arasında Don rabitəçiləri abidəsinin ən yaxşı variantını seçmək lazım gəlirdi. Belə ki, bu seçilmiş variant əsasında Don rabitəçiləri abidəsi hazırlanmalı idi. Səsvermədə seçicilərin 40 % Cənub Federal Dairəsinin Radiostansiya mərkəzi işçilərinin hazırladığı maket qəbul edilir. Heykəltəraş olaraq Valentin Kostaev seçilir.
Drakula (film, 1931, ABŞ)
"Drakula" (ing. Dracula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. Drakula — Internet Movie Database saytında.
Drosera aberrans
Drosera aberrans (lat. Drosera aberrans) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. Drosera whittakeri subsp.
Dudleya abramsii
Dudleya abramsii (lat. Dudleya abramsii) — dovşankələmikimilər fəsiləsinin dudleya cinsinə aid bitki növü.

Digər lüğətlərdə