AFTAB
AĞ1
OBASTAN VİKİ
Agah Əfəndi
Agah Əfəndi (1832, Yozqat – 1885, Afina) — Türkiyə yazıçısı,"Gənc Osmanlı" cəmiyyətinin üzvü, Poçt naziri, səfir. O, Türkiyədə poçt naziri kimi ilk poçt pullarını buraxmışdır. Bu gün o, daha çox bir qəzet işçisi kimi xatırlanmaqdadır. Dövrünün mütərəqqi padşahlarından olan Əbdüləzizin hakimiyyəti zamanı Agah Əfəndi Avropaya göndərildi. Avropadan qayıtdıqdan sonra II Əbdülhəmid tərəfindən sürgünə göndərilmiş, istibdad zülmü çəkmişdir. == Həyatı == Poçt pullarının və qəzetlərinin atası sayılan Agah Əfəndi 1832-ci ildə İstanbulda Sarıyerdə anadan olmuşdur. Yozqatlı Çobanoğullarından Ömər Əfəndinin oğludur. Yeddi il tibb institutunda oxuduqdan sonra fransız dilini yaxşı bildiyi üçün təhsilini yarımçıq qoyub "Babiali tərcümə şöbəsində" çalışmışdır. Avropadan vətənə qayıtdıqdan sonra bir çox vəzifələrdə çalışmışdır. O, da II Əbdülhəmidin sürgünündən yan keçə bilməmişdi.
Agah Sırrı Levent
Agah Sırrı Levent (26 yanvar 1894, Rodos – 28 oktyabr 1978, Ankara) — Türkiyə ədəbiyyatşünası. == Həyatı == Agah Sırrı Levent 1894-cü ildə Rodosda doğuldu. Müəllim kimi İstanbul litseylərində çalışdı. Eminönü Xalqevi başqanı, Aydın milletvekill oldu. Türk ensiklopediyası çalışmalarında iştirak etdi. Türk Dil Qurumunda müəlif və başqan olaraq işlədi. Bir çox dərgidə təhsil, sosioloji kimi mövzularda yazılar yazdı.
Carçı (agah edən)
Carçı - keçmişdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, şəhər və böyük kəndlərin müxtəlif məhəllələrində yüksək səslə car çəkərək əhalini mühüm hadisələrdən agah edən, zəruri məsələləri nəzərə çatdıran şəxs. == Haqqında == Səfəvilər dövründə carçı mülki və hərbi vəzifə olmuşdur. Carçılar carçıbaşının rəhbərliyi altında fəaliyyət göstərirdilər. Divanda çalışan carçılar "divan carçıları", hərbi xidmətdə topçubaşının tabeliyində olanlar isə "topxana carçıları" adlanırdı. Divan carçılarına vəzir başçılıq edirdi. Nadir şahın dövründə (1736-1747) orduda xüsusi carçılar dəstəsi var idi. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild.
Hacı Abbas Agah
Hacı Abbas Hacı Məhərrəm oğlu Hüseynov (1841, Şuşa, Kaspi vilayəti – 1892, Şuşa) — şair, II gildiya tacir. == Həyatı == Hacı Abbas Hacı Məhərrəm oğlu 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Ticarətə məşğul olmuş, II gildiya dərəcəsini almışdı. Hacı Abbas Şuşa ədəbi mühitində tanınmış şairlərdən idi. Agah təxəllüsü ilə ruhsar şeirlər qələmə alırdi. Şəhərdə fəaliyyət göstərən "Məclisi-üns" ədəbi yığnaqı onun evində qərar tuturdu. O, 1892-ci ildə vafat edib. Əli adlı oğlu vardı.
Munis Agahi
Munis Xarəzmi (1778–1829) — Özbəkistan şairi. Munis Xarəzmi (1778–1829) yüksək təhsil almış, böyük klassiklərin əsərlərini öyrənmişdir. O ziyalı ailədəanadan olmuşdur. Munis klassik şeir vəzni olan əruz vəznində gözəl əsərlər yazmışdr. Qəzəlləri, qəsidələri, tərkibbəndləri, qitələri ilə şeirin müxtəlif formalarda cığatay ədəbiyyatının gözəl poetik nümunələrini yaradan şair ədəbi dil zənginliyi ilə də fərqlənirdi. Onun yaradıcılığı "Həmsöhbət sevgililər" divanında toplanmışdır. Divana "Bilik haqqında traktat" və "Xoşbəxtlik bağı" adlı tarixi əsərləri də əlavə olunmuşdur. Munis Xarəzmi və Məhəmmədrza Agahi (1809–1874) tərəfindən Xivə tarixləri öz poetik ifadəsini tapmışdır. Ənvər Çingizoğlu, Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Məhəmmədrza Agahi
Məhəmmədrza Agahi (1809[…], Xivə – 1874[…], Xivə) — Özbək yazıçısı, tarixçisi və tərcüməçisi. Məhəmmədrza Agahi 1809-cu ildə Xivədə anadan olmuşdu. Məhəmmədrza Agahi "Riyazüddövlə" ("Xeyrxahlıq bağları"), "Zübdətüttəvarix" ("Tarixin qaymağı"), "Cami ül-vaqiyyəti sultani" ("Sultan hadisələrinin məcmusu"), "Gülşəni-dövlət" ("Səadət gülşəni") и "Şahid ül-iqbal" ("İqbal şahidi") adlı əsərlərin müəllifidir. Munis Agahinin qardaşı oğlu Məhəmmədrza "Agahi tarixi" adlı əsərlə onun faaliyətlərini davam etdirmiş və əsəri bitirmişdir. Munis və Agahi tarixi hadisələri anlatmaqda bir tərəfə yaxınlaşmış olsalar belə, yənə türkmənlərin tarixini öyrənməkdə ən qiymətli əsərlərdən biri olmağı haqq qazanmışdır. Məhəmmədrza Agahi 1874-cü ildə Xivədə vəfat edib. Ənvər Çingizoğlu, Otra əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.

Digər lüğətlərdə