1. Müxtəlif rənglərdən ibarət, rəngbərəng, ala-bula. Ala-bəzək parça. Ala-bəzək qutu. Ala-bəzək xalça. Ala-bəzək xoruz.
– Bir dəfə bağda alabəzək bir qurdu yarpağa büküb gətirdim.
[Ceyran] xalasının da nəzərini ala-bəzək şəkillərə cəlb etmək istəyirmiş kimi bu vərəqləri çevirməyə tələsmədi.
□ Ala-bəzək bənövşə – çiçəklərinin böyüklüyü və əlvanlığı ilə adi bənövşədən fərqlənən becərilən gül bitki.
2. məc. Çox şit və bir-birini tutmayan rənglərdə olan. Ala-bəzək paltar. Ala-bəzək tuman. Ala-bəzək köynək.