Albit
Albit — mineral - Na[AlSi3O8].
== Haqqında ==
Plagioklazın izomorf sırasının son üzvü. Kristallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir.
== Albit ikiləşməsi ==
Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagioklazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.