Aliyə Paşayeva
Aliyə Paşayeva (1995) — Azərbaycanı təmsil edən bədii gimnast.
Aliyə Paşayeva 1995-ci ildə anadan olub.
Aliyə Paşayeva 2013-cü ilin avqustunda Kiyev şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aliyə Paşayeva, İradə Ağazadə, Mansurə Bağıyeva, Səbinə Abbasova, Səbinə Qaratova, Siyana Vasileva ibarət qrup ümumi turniri 32.832 balla, 3 top+2 lent turnirini isə 15.300 balla yeddinci pillələrdə başa vurdu.
2014-cü ilin iyununda baş tutan Avropa Çempionatında Azərbaycanı Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman və Siyana Vasilevadan ibarət qrup təmsil elədi. Ümumi turniri 34.050 balla beşinci, 10 gürz turnirini isə 17.166 balla altıncı pillədə başa vuran Platonova, Paşayeva, Mustafayeva, Doman və Vasilevadan ibarət qrup 3 top+2 lent turnirində 17.650 ballıq nəticə göstərdi və Avropa Çempionatının gümüş medalına sahib oldu.
Daha sonra Aliyə Paşayeva 2014-cü ilin sentyabrında İzmir şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman, Səbinə Abbasova və Siyana Vasilevadan qrup ümumi turniri 33.332 balla altıncı, 10 gürz turnirini 15.416 balla, 3 top+2 lent turnirini isə 16.608 balla 8-ci pillələrdə başa vurdu.
2018-ci ilin iyununda İspaniyanın Qvadalaxara şəhərində baş tutan Avropa Çempionatında Azərbaycanı Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi. Ümumi turniri 35.700 balla yeddinci pillədə başa vuran Paşayeva, Bayramova, Doman, Vasileva və Hümmətovadan ibarət qrup 3 top+2 lent turnirində 22.550 ballıq nəticə göstərdi və Avropa Çempionatının bürünc medalına sahib oldu.