ALMAQ

f. 1. to get*; bilet almaq to get* tickets; pul ~ to get* money; icazə ~ to get* permission (from d.); bir kəsdən cavab ~ to get* an answer from smb.; mükafat ~ to get* a prize; yaxşı əmək haqqı ~ to get* good wages; Siz nə qədər alırsınız (maaş)? How much do you get? məktub ~ to get* a letter; yaxşı / pis xəbər ~ to get* good* / bad* news xaricdən bir şey ~ to get* smth. from abroad; kitab / palto / kostyum / papaq və s. ~ to get* a book / a coat / a suit / a hat, etc. (at, from); xaricdən mal ~ to get* commodities from abroad; bir şeyi çox ucuz ~ to get* smth. very cheap; (telefonla) Siz Londonu ala bildinizmi? Did you get London?; 2. to take*; hakimiyyəti ələ ~ to take* / to sieze power; qalanı / şəhəri hücumla ~ to take* a fortress / a town by storm; əsir ~ to take* a prisoner; dərs ~ to take* lessons; kitabxanadan kitab ~ (götürmək) to take* a book from the library; payını ~ to take* one’s part; əvvəlcədən bilet ~ to take* seats in advance; rüşvət ~ to take* bribe; arvad ~ to take* a wife; O, arvad almaq istəyir He is going to take a wife; nəfəs ~ to take* (a) breath; dincini ~ to take* / to have a rest; 3. to receive; to obtain; məktub / teleqram / hədiyyə / məlumat / xəbər və s. ~ to receive / to obtain a letter / a telegram / a gift / infor mation / news, etc.; xəbərdarlıq ~ to receive a warning; maaş ~ to receive one’s salary; sifariş ~ to receive an order; yaxşı təhsil ~ to receive a good education; yara ~ to receive a wound; 4. (pulla almaq) to buy*; bir kəsdən bir şey ~ to buy* smth. from smb.; satılmış bir şeyi geri ~ to buy* back (d.); satın ~ (rüşvət verməklə öz tərəfinə çəkmək) to buy* over; ucuz ~ to buy* (d.) cheap; baha ~ to buy* dearly; həbsə ~ to arrest (d.), to put* under arrest; özünü ələ ~ to pull oneself ; 5. (zəbt etmək) to conquer; ölkəni ~ to conquer a country; 6. to occupy (d.), to capture (d.); ərazi / şəhər ~ to occupy a territory / a town; to capture a city / a town

ALMA
ALMALIQ
OBASTAN VİKİ
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Təhsil almaq hüququ
Təhsil hüququ — “ikinci nəsil” insan hüquqlarından biri (sosial-iqtisadi və mədəni; ayrı-seçkiliyə yol verilməməsi aspekti birinci nəslin vətəndaş hüququ sayıla bilər). BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi təhsil hüququnun dörd əsas xarakteristikasını müəyyən edir: mövcudluq, əlçatanlıq (ayrı-seçkiliyə yol verilməməsi, fiziki və iqtisadi əlçatanlıq), təhsilin məqbulluğu və uyğunlaşması. Həmçinin “təhsil hüququ yalnız müəllimlərin və tələbələrin akademik azadlığı olduqda həyata keçirilə bilər.” Təhsil hüququnun əhatə dairəsi müxtəlif təhsil səviyyələri üçün fərqli ola bilər - məsələn, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt icbari və pulsuz ibtidai təhsili nəzərdə tutur, lakin yalnız ödənişsiz ali təhsilin mərhələli şəkildə tətbiqini nəzərdə tutur. Burada ayrı-ayrılıqda təhsil azadlığı önə çıxa bilər. == Tənzimləyici çərçivə == Təhsil hüququ İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın 13 və 14-cü maddələrində, Uşaq Hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrində təsbit olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 26-cı maddəsində elan edilmişdir. Təhsil hüququ İnsan və Əsas azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının Birinci Protokolunun 2-ci maddəsi, Yenidən İşlənmiş Avropa Sosial Xartiyasının 17-ci maddəsi, İnsan Hüquqları üzrə Amerika Konvensiyasına San Salvador Protokolunun 13-cü maddəsi, Afrika Xartiyasının 17-ci maddəsi İnsan və Xalqların Hüquqları, Uşaq Hüquqları və Rifahı üzrə Afrika Xartiyasının 11-ci maddəsi, Rusiya Konstitusiyasının 43-cü maddəsində, Azərbaycan Respublikasının Konstitusiyasının 421-ci maddəsində, Latviya Konstitusiyasının 112-ci maddəsində, Tacikistan Konstitusiyasının 41-ci maddəsində təsbit edilmişdir. == Məhkəmə təcrübəsi == Beynəlxalq məhkəmə orqanlarında təhsil hüququ ilə bağlı ən mühüm işlərə (ən çox ondan istifadə zamanı ayrı-seçkiliyin qadağan edilməsinə dair) Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsində Polşa и Албании və Albaniyada azlıqların məktəblərinə dair Belçika linqvistik işi (1968), Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (1976), Avropa İnsan Hüquqları Məhkəməsində D. H. və digərləri Çexiyaya qarşı (2007), Hartikainen v. Finland işi (1981) və Ueldmen Kanadaya qarşı (1999) baxılmışdır. ABŞ Ali Məhkəməsində belə işlərə Mayer Nebraskaya qarşı (1923), Pirs Sisterhooda qarşı (1925), Braun Təhsil Şurasına qarşı (1954), Qriffin Şahzadə Edvard Məktəb Şurasına qarşı (1964), Qrin Nyu Kent qraflığı təhsil şurasına qarşı (1968), Viskonsin Yoderə qarşı (1972), Müstəqil San Antoniyo Məktəb dairəsi Rodriqesə qarşı (1973), Aylend Tris Məktəb Dairəsi Pikoya qarşı (1982), Playler Douya qarşı (1982) kimi məhkəmə iddiaları daxildir.
Yazı (qeydə almaq)
Almaqulağı döyüşü
Almaqulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi. == Döyüş ərəfəsi == 1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı. == Döyüşün gedişatı == Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular.
Almaqulağı döyüşü (1503)
Almaqulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi. == Döyüş ərəfəsi == 1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı. == Döyüşün gedişatı == Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular.
Almaqurdu
Almaqurdu (lat. Cydia pomonella) — yarpaqbükənlər (Tortricidae) fəsiləsinə aid kəpənək. Alma, armud, heyva, ərik, şaftalı ağaclarına çox ziyan vurur. Kəpənəyinin ön qanadları tünd-boz, arxa qanadları qonur-bozdur. Yumurtaları yastı və yaşılımtıl-ağdır. Uzunluğu 18 mm-dək olan tırtılları ağacın qabığı altında və meyvə anbarlarında baramanın içərisində qışlayır. Yazda pup halına keçir. Alma ağacı çiçəkləyəndən sonra puplardan çıxan kəpənək əvvəlcə yarpaqların, sonra meyvələrin üzərinə 100–150 yumurta qoyur. Yumurtadan çıxmış tırtıl 1–2 meyvəni zədələyir. == Mübarizə tədbirləri == Almaqurduna qarşı mexaniki, kimyəvi (0,2–0,3% -li sevin məhlulu ilə) və bioloji üsullarla mübarizə aparılır.
Dieqo de Almaqro
Dieqo de Almaqro - (isp. Diego de Almagro; 1475[…] – 8 iyul 1538, Kusko[d]) — İspaniyalı səyyah və konkistador.

Digər lüğətlərdə