İnsan alveri
Traffikinq və ya insan alveri — istismar məqsədilə, insan alveri, o cümlədən insanların satın alınması və ya satılması, oğurlanması, girov götürülməsi, bu məqsədə xidmət edən bu və ya digər cinayətlər nəzərdə tutulur.
Traffikinq məqsədləri müxtəlif ola bilər. Bu məqsədlərə qadın alveri, insan orqanlarının alveri, cinayətkar dəstələrin yaradılması və s. aid edilə bilər.
İnsanlarla ticarət həm dövlət daxili həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə hazırda dünyada 27 milyon insan qul vəziyyətindədir. ABŞ-nin Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir verən kriminal sahə olduğunu vurğulayır. ABŞ-nin "İnsan alveri 2005" adlı hesabatında Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan və Tatarıstan kimi MDB ölkələri göstərilir.