ameno 2021

ameno
ambulatoriya
amenoreya
OBASTAN VİKİ
Ameno
Ameno – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ilk rəsmi sinql. Sinql arada bir il fərqlə üç ölkədə satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir. Mahnının musiqisi Eric Leviyə məxsusdur, mahnı uydurma dildə - psevdo-latın dilində yazılmışdır. Yəni, sözlər fonetik cəhətdən latın dilinə bənzəyir, lakin əslində heç bir məna kəsb etmir.
III Amenofis
III Amenhotep (yun. III Amenofis; Akkad dili Nimmurja; e.ə. 1400, Misir – təq. e.ə. 1351) — Misirin Qədim dövrünə aid XVIII sülalənin e.ə. 1388–1351 ci illərdə (Helkə görə 1379–1340, Krausa görə 1390–1393) hökmranlıq etmiş VIII fironu. == Ailəsi == Atası: IV Tutmos; Anası: Mutemviya; Bacı-qardaşları: Amenemhet, Amenhotep-Meri-xepeş, Tiaa, Amenemipet, Tent-Amun və Petepihu; Qayınatası: Yuya; Qayınanası: Tuya; Arvadı: Tiya, Kiluxepa ( II Šutarnadan olan qızı), Taduxepa (Tušrattadan olan qızı), öz qızları Sitamun və İsis, və s.; Oğulları: Exnaton və Tutmosis; Qızları: Sitamun, İsis, Henut-tau-nebu və Nebet-aah.
IV Amenofis
Exnaton, IV Amenhotep, IV Amenofis (e. ə. XIV əsr, Teben – e.ə. 1336) — Misirin Qədim dövrünə aid XVIII sülalənin IX fironu. == Həyatı == IV Amenhotep (e.ə.1372–1354) atası III Amenhotepin ölümündən sonra Misirdə XVIII sülalənin IX fironu olmuşdur. Bu dövrdə Misirdə hakim inanc baş Tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlayarkən mütləq kahinlərin öncəgörmələrinə və fikirlərinə qulaq verirdilər. IV Amenhotep Amon-Ra tanrısına pərəstişlə sıx bağlı olan Fiva əyanlarının qüdrətini sarsıtmağa cəhd göstərmişdir. Əhalinin orta təbəqələrinə arxalanan IV Amenhotep Fiva kahinlərinə və qədim əyanlara zərbə endirdi, sonra isə Aton tanrısının kultunu elan etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki Tel-əl-Amarna şəhərciyi) köçürdü.
I Amenofis
I Amenofis, I Amenhotep (e. ə. XVI əsr, Yeni padşahlıq, Qədim Misir – təq. e.ə. 1504) — Misirin Qədim dövrünə aid XVIII sülalə fironu.
Amenoreya
Amenoreya ― qadınlarda 6 ay və daha uzun müddət ərzində menstruasiyanın baş verməməsi. Amenoreya orqanizmin təbii halı ola bilir və ya orqanizmdə gedən genetik, biokimyəvi, fizioloji, psixoloji pozğunluqların əlaməti kimi özünü büruzə verir. == Təsnifatı == Amenoreyanın iki tipi ayrılır: yalançı amenoreya (psevdoamenoreya) və həqiqi amenoreya. === Yalançı amenoreya === Yalançı amenoreya zamanı yumurtalıq və uşaqlıqda dövri və hormonal dəyişikliklər saxlanılır, lakin anatomik maneələr səbəbindən aybaşı axıntısı baş vermir. Bu maneələrə cinsi orqanların anadangəlmə inkişaf qüsurları: uşaqlıq yolu, uşaqlıq boynu və qızlıq pərdəsinin atreziyası aiddir. Anatomik qüsurdan asılı olaraq yalançı amenoreya zamanı aybaşı qanı uşaqlıq borularında (hematosalpinks), uşaqlıq boşluğunda (hematometra) və ya uşaqlıq yolunda (hematokolpos) toplana bilər. === Həqiqi amenoreya === Həqiqi amenoreya üçün aybaşı qanaxmaları və orqanizmdə onun bağlı dövri dəyişikliklərin olmaması xarakterikdir. Həqiqi amenoreya zamanı ovulyasiya olmur və hamiləliyin baş tutması qeyri-mümkün hesab olunur. Yaranma səbəbindən asılı olaraq həqiqi amenoreya fizioloji və ya patoloji olur. ==== Fizioloji amenoreya ==== Fizioloji amenoreya xəstəlik sayılmır və orqanizmin təbii halı və ya qadınların yaş dövrləri ilə bağlı olur.