AMANINI QIRMAQ
ANA-BALA ELƏMƏK
OBASTAN VİKİ
Amerika
Amerika — Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000 km² dir. Şimali Amerika və Cənubi Amerika materiklərindən ibarətdir. Şimali Amerika dünyanın ən böyük 3-cü, Cənubi Amerika isə 4-cü ən böyük materikidir. Şimal Buzlu okean, Sakit okean, Atlantik okeanı ilə əhatə olunmuşdur. == Etimologiya və adı == "Amerika" adı ilk dəfə 1507-ci ildə qeydə alınmışdır. Martin Valdseemüller tərəfindən yaradılmış iki ölçülü qlobus terminin qeydə alınmış ən erkən istifadəsi olmuşdur. Ad həmçinin Cənubi Amerikaya istinad edərək Matthias Ringmann tərəfindən yazılmış Cosmographiae Introductio-da (amerigen termini ilə birlikdə) istifadə edilmişdir. 1538-ci ildə Gerardus Mercator tərəfindən həm Şimali, həm də Cənubi Amerikaya tətbiq edilmişdir. "Amerika" İtalyan tədqiqatçısı Ameriqo Vespuççinin ilk adının Latın versiyası olan Americusdan gəlir.
Amerika (qitə)
Amerika — Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000 km² dir. Şimali Amerika və Cənubi Amerika materiklərindən ibarətdir. Şimali Amerika dünyanın ən böyük 3-cü, Cənubi Amerika isə 4-cü ən böyük materikidir. Şimal Buzlu okean, Sakit okean, Atlantik okeanı ilə əhatə olunmuşdur. == Etimologiya və adı == "Amerika" adı ilk dəfə 1507-ci ildə qeydə alınmışdır. Martin Valdseemüller tərəfindən yaradılmış iki ölçülü qlobus terminin qeydə alınmış ən erkən istifadəsi olmuşdur. Ad həmçinin Cənubi Amerikaya istinad edərək Matthias Ringmann tərəfindən yazılmış Cosmographiae Introductio-da (amerigen termini ilə birlikdə) istifadə edilmişdir. 1538-ci ildə Gerardus Mercator tərəfindən həm Şimali, həm də Cənubi Amerikaya tətbiq edilmişdir. "Amerika" İtalyan tədqiqatçısı Ameriqo Vespuççinin ilk adının Latın versiyası olan Americusdan gəlir.
Amerika (roman)
Amerika və ya əsil adı ilə İtkin düşmüş (alm. Der Verschollene‎) — Frans Kafka tərəfindən yazılmış yarımçıq roman. Əsər onun vəfatından sonra dostu Maks Brod tərəfindən çap halına salınmış, tamamlanmış və bu adla nəşr etdirilmişdir. Romanın əsl adı "İtkin düşmüşlər"dir. == Məzmun == On altı yaşlı Karl, qulluqçularından birinin hamilə qalması ilə əlaqədar ailəsində baş vermiş qalmaqaldan sonra Amerikaya göndərilir. Burada o, öz evində alışmış hadisələrdən tamamilə fərqli həyati situasiyalarla qarşı-qarşıya gələcək. Romanda Kafka ilk dəfə özünəməxsus ədəbi nəqletmə üsulundan istifadə edir: real hadisələrin təsvirini hər-hansı müəllif şərhi olmadan personajların təfəkkür süzgəcindən keçirərək verir. == Nəşr və tərcümə == Roman Elxan Rzayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2017-ci ildə Bakı Kitab Klubunda, 256 səhifədə nəşr edilib. == İstinadlar == == Xarici keçidlər == DigBib. Org: Amerika Arxivləşdirilib 2012-08-19 at the Wayback Machine romanının almanca tam mətni.
Amerika (toponim)
Amerika — Qərb yarımkürəsində qitə. O, Şimali və Cənubi Amerika qitələrinə bölünür. Qitə Xristofor Kolumbun 1492-ci il səfərindən əvvəl yerlilər tərəfindən bir çox ada malik idi. O tarixdən sonra gələn əcnəbilər isə qitəni Amerika adlandırdılar. Ümumi olaraq, Amerika adının XVII əsrdə, bu iki qitədə tədqiqatlar aparmış İtaliya səyyahı Ameriqo Vespuççidən gəldiyi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixşünaslar müxtəlif açıqlamalar irəli sürüblər. == İstifadəsi == Müasir Azərbaycan dilində, Şimali və Cənubi Amerika ayrı qitələr hesab edilir. Bu, ingilis dilində də eynidir, amma onlar cəmdə "Americas" (azərb. Amerikalar‎) adlanır. Addan tək formada istifadə edən zaman, bu ad sadəcə Amerika qitəsinə aid edilir.
Amerika Azərbaycanlıları
ABŞ azərbaycanlıları və ya Amerika azərbaycanlıları (ing. Azerbaijani Americans) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun ABŞ-də yaşayan hissəsinin adı. Əsasən ABŞ-nin Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys kimi ştatlarında yaşayırlar. ABŞ-də azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. ABŞ dövlət departamentinin verdiyi məlumata görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 553 azərbaycanlı ABŞ vətəndaşlığına keçmişdir. == Tarixi == ABŞ-yə gələn ilk azərbaycanlı Mirzə Əli Əkbər olmuşdur. O, 1912-ci ilin 7 iyun tarixində Böyük Britaniyanın Liverpul dəniz limanından Mauretania gəmisi ilə Ellis adasına gəlmişdir. Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-yə getmişlər. Onlar əsasən bolşevik təziqindən qaçanlar olmuşlar. Daha sonra İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-yə mühacirət etmişlər.
Amerika Ensiklopediyası
Amerika Ensiklopediyası (ing. Encyclopedia Americana) və ya Amerikana — ingilis dilində ən böyük ensiklopediyalardan biri, Nyu-Yorkda nəşr olunan universal ensiklopediya. Ensiklopediyada 45 mindən çox məqalə var, əksəriyyətində 500-dən çox söz var. Ensiklopediyanın yazılmasında 6,500 nəfər iştirak etmişdir. Hal-hazırda ensiklopediya internet abunəçiliyi ilə mövcuddur.
Amerika Hikozo
Hamada Hikozo (浜田彦蔵, 20 sentyabr 1837 – 12 dekabr 1897, Tokio), eləcə də, digər adları ilə Cozef Heko (ing. Joseph Heco) və ya Amerika Hikozo – ABŞ vətəndaşlığı almış ilk yapon. Xristianlığı qəbul etmiş, Yaponiyada ilk müasir qəzeti nəşr etdirmişdir. == Həyatı == === ABŞ səfəri === Hamada 1837-ci ildə Harima əyalətində bir gəmi kapitanının oğlu kimi doğulmuşdur. 1850-ci ildə Edo şəhərinə qayıdarkən gəmisi qəzaya uğramış və 52 gün boyunca açıq dənizdə üzdükdən sonra o və 16 dənizçi ABŞ-yə məxsus "Oakland" gəmisi tərəfindən xilas edilmişdir. Gəmi 1851-ci ilin fevralında San-Fransiskoya çatmışdır. Həmin dövrdə ABŞ hökuməti Metyü Perrinin başçılığı altında Yaponiyaya ekspedisiya göndərməyi planlaşdırdığı üçün bu 17 yaponu ekspedisiya zamanı Yaponiyaya qaytarmaq qərarı verilmişdi. Ekspedisiya 1852-ci ildə Yaponiyaya yola düşmüşdür. Honkonqa çatanda amerikalılar Hamadaya ABŞ-yə qayıtmağı təklif etmişdirlər. Hamada təklifi qəbul etmiş və yoldaşlarından ayrılaraq San-Fransiskoya qayıtmışdır.
Amerika Kuboku
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Amerika Samoası
Amerikan Samoası (samoa Amerika Sāmoa, həmçinin Amelika Sāmoa və ya Sāmoa Amelika) — Sakit okeanın cənubunda yerləşən ada ölkəsidir. Paytaxtı Paqo Paqo şəhəridir. Ən böyük və inkişaf etmiş adası isə Tutuila adasıdır. == Tarix == Avropalılar buranı kəşf etməzdən əvvəl Manua Adaları yerli tayfalar tərəfindən idarə edilirdi. 1722-ci ildə hollandiyalı dənizçi Yakob Roqqeveen Manua Adalarını kəşf edir. 1768 və 1787-ci illərdə bu adalara səyahət etmiş fransalı səyyahlardan 11-i öldürüldü. Sonralar bu adalar qaçaq dənizçilər və məhkumlar üçün sığınacaq olur. London Missioner Cəmiyyətinin missionerləri 1830-cu ildə bu adalara gəldilər. Missionerlərin təsiri artdıqca Tatuila ve Manua adalarına gələn xristian missionerlərin sayı da artır. 1889-cu ildə ABŞ, İngiltərə və Almaniya Samoanın bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalar bu üç dövlətin protektoratına verilir.
Amerika antropologiyası
Amerika aqavası
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Amerika ardıcquşu
Amerika ardıcquşu (lat. Bombycilla cedrorum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin ardıcquşlar fəsiləsinin ardıcquş cinsinə aid heyvan növü.
Amerika asiyalıları
Amerikalı asiyalılar (ing. Asian American) - tam və ya qismən Asiya mənşəyi olan ABŞ sakinləri. Sayları təqribən 18 milyon nəfərdir.
Amerika avokadosu
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Amerika dolları
ABŞ dolları ($, USD: United States Dollar) — Amerika Birləşmiş Ştatlarının pul vahididir. == Tarixi == == Baxış == ABŞ Konstitusiyasının 8-ci Maddəsi, Konstitusiyanın 8-ci bəndində "Paraya pul vermək" Bu güc tətbiq edən qanunlar hazırda 31 ABŞ-də kodlaşdırılır. § 5112. Bölmə 5112 ABŞ dolları verilməsi lazım olan formaları təyin edir. Bu sikkələr həm 5112-ci bölmədə borcların ödənilməsində "qanuni tender" kimi təyin edilir. Sakaqavea dollarları mis yüngül lehimli dolların bir nümunəsidir. Saf gümüş dolları, Amerikalı Gümüş Qartal olaraq bilinir. Bölmə 5112 də bir centdən 100 dollara qədər olan dəyərlərə malik olan digər sikkələrin zərbəsini və buraxılmasını təmin edir. Bu digər sikkələr ABŞ dolları ilə müqayisədə daha tam olaraq təsvir olunur. Konstitusiya "hər zaman ictimai pulların daxilolmaları və xərclərinin müntəzəm Bəyanatı və Hesabatı vaxt-zaman dərc ediləcək".
Amerika erməniləri
Amerika erməniləri (erm. Ամերիկահայեր) - Amerika Birləşmiş Ştatlarında yaşayan ermənilərə verilən ümumi ad. Amerika erməni icması, Rusiya ermənilərindən sonra Ermənistan kənarında yaşayan ikinci ən böyük erməni icması hesab edilir. Ermənilərin Şimali Amerikaya gəlişi XVIII və XIX əsrlərdə baş vermişdir. Həmidiyə qətliamı və Erməni soyqırımı kimi hadisələr etnik ermənilərinin Amerika Birləşmiş Ştatlarına köçünü sürətləndirmişdir. Bu dövrlərdə Amerikaya gəlmiş ermənilər əsasən Osmanlı imperiyası və İran ərazilərdən köç edirdilər. 1950-ci ildən etibarən Türkiyə, İran, Livan və Suriyada yaşayan etnik ermənilərin mühüm bir qrupu Amerikaya müharicət etmişdir. SSRİ-nin 1991-ci ildə dağılması mühacirət dalğasını genişləndirmiş, bir çox sovet ölkələrində yaşayan ermənilər ABŞ-yə köçmüşdür. Erməni diasporunun mühüm bir həlqəsini təşkil edən Amerika erməniləri, ABŞ ərazilərində məskunlaşdıqları ilk illərdən başlayaraq bir çox ictimai və siyasi fəaliyyətlə məşğul olmuşdular. Amerika Erməniləri Milli Komitəsi və Amerika Erməni Assambleyası Erməni soyqırımı iddialarının tanınması yolunda uzun illərdir ki, fəaliyyət göstərirlər.
Amerika futbolu
Amerika futbolu — kontakt idman növüdür. ABŞ-də və Kanadada yayılmışdır. Oyunun məqsədi uzunsov topu rəqibin hal zonasına doğru yürütməlidir. Topu əllərdə saxlamaq və ya yoldaşlara ötürmək olar. On bir oyunçudan ibarət iki komanda arasında, özünə xas oyun sahəsi olan düzbucaqlı bir sahədə oynanan komanda idman növüdür. Oyunun əsas məqsədiː müəyyən qaydalar və mexanika çərçivəsində daha çox bal toplayan tərəf olmaqdır. Bu hədəfə hücum edən komanda topu ötürmə və ya qaçışla irəlilətməklə nail olur. Topu irəli aparan zaman hücum komanda on metrlik məsafəni keçmək üçün dörd hücum hüquqlarına malikdir, və bu dörd qarşıdurma içərisində on metr məsafəni keçərsə, hücum komandası dörd yeni hücum haqqı qazanır. Müdafiə komandasının məqsədi hücum komandasının irəliləməsinə mane olmaqdır. Xal qazanmağın əsas yolları isəː topun sahənin sonuna çatması, yəni touchdown və ya topun müəyyən bir nöqtədən vurularaq sayı dirəkləri arasından keçirilməsidir.
Amerika gavalısı
Amerika gavalısı (lat. Prunus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 8 m-dək olan, yarpağı tökülən ağacdır. Düz gövdəsi tükcüklü qabıqlı, iynəli budaqlı və açıq teksturalı çətirlidir. Enli çətirə malikdir. Yarpaqları növbəli yerləşir, oval formalıdır. Yarpaqların uzunluğu 2-4 sm-dir. Yarpağın yuxarı hissəsi tünd yaşıl, alt tərəfi hamar və açıqdır. Kiçik ağ çiçəkləri beş ləçəklidir və tək və ya qrupla yarpaqların qoltuğunda əməl gəlir.
Amerika gərməşovu
Amerika gərməşovu (lat. Euonymus americanus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Amerika haçabuynuzu
Amerika haçabuynuzu (lat. Antilocapra americana) — haçabuynuz cinsinə aid heyvan növü.
Amerika hindiləri
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Amerika hinduları
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Amerika ingiliscəsi
Amerika ingiliscəsi — əsasən ABŞ-də istifadə olunan bir sıra ingilis dilinin dialektləri.Təxminən dünyada ingiliscə anadilləri olan şəxslərin üçdə ikisi Amerika Birləşmiş Ştatlarında yaşayır.
Amerika çiçəbaharı
Amerika çiçəbaharı (lat. Phytolacca americana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin çiçəbaharkimilər fəsiləsinin çiçəbahar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 100-300 sm olan çoxillik ot bitkisidir. Kökü yoğun, gövdəsi düz, budaqlı, yaşıl, bəzən qırmızıdır. Yarpaqları ardıcıl, yumurtavari-lansetvaridir. Yuxarı yarpaqları aşağıdakılardan xırdadır, çox vaxt sonradan qızarır. Ağımtıl rəngli, inkişaf etdikcə qızaran çiçəkləri uzunsov salxımvari çiçəkqrupunda birləşmişlər. Meyvəsi qara, parıltılıdır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Adventiv coğrafi tipinin adventiv sinfi və qrupuna aiddir.
Amerika şiri
Amerika şiri (lat. Panthera atrox) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.