Anormal
Antipedaqogika
OBASTAN VİKİ
Anti-Dürinq
"Anti-Dürinq" (1876 −1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir. Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 −1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi. Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu. Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.
Anti-Masonluq
Antimasonluq — masonluğa açıq bir müxalifət olan bir cərəyan. Bununla birlikdə antimasonluğun bircinsli hərəkatı möcud deyil. Antimasonluq masonluğa düşmən olan bəzən bir-birinə kəskin formada uyğun olmayan qrupların tənqidi iradlarından ibarətdir. Ən erkən antimason sənədi, 1698-ci ildə mətbut nazirliyi tərfindən dərc olunan Vinter adlı bir vərəqə olur. Burada bildirilir: 1826-cı ildə Villiam Morqan Nyu-Yorkun kiçik Batavia şəhərindən itkin düşdü. Masonluğun sirlərini yayımlamaqla hədələyən Morqan onun rituallarını dərc etdirir. Onun yoxa çıxması bəziləri tərəfindən masonlar tərəfindən qaçırıldığını və öldürüldüyünü iddia etməsinə əsas formalaşdırır. Morqanın yoxa çıxması masonlara qarşı bir sıra etirazlara səbəb olur və nəticədə siyasi aləmə yayılır. Antimason Terlou Vidin rəhbərliyi altında anticeksonist hərəkatı (Endrü Cekson mason olduğu üçün) Antimason Partiyasına çevrilir. Bu siyasi partiya 1828 və 1832-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüşdür, lakin 1835-ci ilə qədər partiya Pensilvaniyadan başqa hər yerdə dağılır.
Anti-detonatorlar
Antidetonatorlar — (antiknok agentləri) motor yanacaqlarının oktan ədədini artırmaq və mühərrikdə səs ehtimalını azaltmaq üçün onlara az miqdada əlavə olunan maddələrdir. Yanacaqların antidetonasiya qabiliyyətini artırmaq imkanı verən maddələrin siyahısı genişdir, lakin onların heç də hamısı texnoloji məhdudiyyət və ya ekoloji səbəblərdən istifadə edilə bilməz. Metil-tret-butil efiri (MTBE) hal-hazırda ən perspektiv antidetonator hesab olunur. Rusiyada onun avtomobil yanacağına 15% əlavə olunmasına icazə verilmişdir. Yol testlərinin nəticələrinə görə, tərkibində 7–8% MTBE olan qurğuşunsuz benzin bütün sürətlərdə etilləşdirilmiş benzindən yaxşıdır. MTBE kəskin qoxulu rəngsiz şəffaf bir mayedir. Qaynama temperaturu 54–55 °C, sıxlığı 0,74 q / sm3 — dir. Tədqiqat üsuluna görə oktan ədədi 115–135-dir. MTBE-nın ümumdünya illik istehsalı on milyon tonlarla ölçülür. Potensial antdetonator kimi etil-tret-butil efiri, tret-amil metil efiri və eləcə də C6-C7 olefinlərindən alınmış metil efirlərindən istifadə etmək mümkündür.
Anti-federalizm
Anti-qloballaşma
Anti-qloballaşma — kapitalizmin qloballaşmasına qarşı tənqidi ictimai hərəkatdır.
Anti-Şiəlik
Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir. Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi. Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli (əleyhis-salam) onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər. Əməvilərin hakimiyyəti dövründə Şiə azlığını məhv etməyə çalışıblar.Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir. Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi.
Anti-marksist
Anti-Livan dağları
Antilivan (ərəb. جبال لبنان الشرقية‎‎ və ya ərəb. الجبل الشرقي‎) — Suriya ilə Livan arasında cənub-qərbdən şimal-şərqə uzanan dağ sistemi. İki ölkə arasında sərhəd silsilənin ən hündür hisssindən keçir. Silsilənin cənubu Colan təpələri ərazisində yerləşir. Livan silsiləsindən şərqdə qərarlaşır. Yunan dilindən törəmədir və «Livanın əksi» mənasını verir. Qərbində Bekaa və cənubunda El-Xasbani çayının vadisi yerləşir. Silsilənin şərqində Şərq platosu yerləşir. Bu platoda Dəməşq şəhəri yerləşir.
Anti-armenia Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. Anti-armenia Team 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. Anti-armenia Team haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir. 2016-cı ildə bir çox təşkilat Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir.
Anti-ballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Anti-müharibə hərəkatı
Antimüharibə hərəkatı — müharibələri dayandırmaq və sülhün qurulması məqsədli ictimai hərəkat. Bu məqsədə nail olmaq vasitələrinə pasifizmin və antimilitarizmin təbliğatı və müharibəyə qarşı müxtəlif növ etirazlar, o cümlədən, nümayişlər, xahişlər, boykotlar, seçkilərdə müəyyən namizədlərin dəstəklənməsi, hərbi çağırışlardan yayınma, "Die-in" (ölümün təqlidi) kimi qeyri-adi etiraz üsulları daxildir.
Anti-pornoqrafik feminizm
Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar. Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir. Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür. Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.
Anti-Hitler koalisiyası
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.
Valve Anti-Cheat
Valve Anti-Cheat — ilk dəfə 2002-ci ildə Counter-Strike ilə buraxılan Steam platformasının komponenti kimi Valve tərəfindən hazırlanmış anti-hiylə sistemi. Proqram oyunçunun sistemində hiylə aşkar etdikdə orijinal aşkarlamadan günlər və ya həftələr sonra oyunçunu qadağan edir. Sistem yaddaşda və ya cihazda səhvlər aşkar edərsə, oyunçuları oyundan kənarlaşdıra bilər. Aşkarlanma tarixi və ya aşkar edilən hiylə növü kimi heç bir məlumat oyunçuya açıqlanmır. Oyunçuya məlumat verildikdən sonra, oyunçunun hiylə istifadə etdiyi oyunun onlayn "VAC ilə qorunan" serverlərinə giriş həmişəlik qadağan edilir və oyunçunun Steam hesabına əlavə məhdudiyyətlər tətbiq edilir. Sistem 2006-cı ilin noyabr ayının bir həftəsi ərzində 10.000-dən çox hiylə cəhdini aşkar edib. 2018-ci ilin dekabr ayı ərzində 600.000-dən çox hesaba qadağa qoyulub. 2001-ci ildə, "Counter-Strike" və "Half-Life" modları üçün nəzərdə tutulmuş anti-hiylə proqramı olan "PunkBuster"in tərtibatçıları "Even Balance", "Valve"dən heç bir dəstək almadıqları üçün oyunları dəstəkləməyi dayandırdılar. Valve, texnologiyanı birbaşa oyunlarına inteqrasiya etmək üçün edilən iş təkliflərini də rədd etdi. Valve 2001-ci ildə hiylələr üçün "uzunmüddətli həll" üzərində işləməyə başladı.
Anti-armenia Hack Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. Anti-armenia Team 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. Anti-armenia Team haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir. 2016-cı ildə bir çox təşkilat Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir.
Raad (anti-tank raketi)
Raad (farsca: رعد, "ildırım") və ya RAAD, Sovet 9M14M Malyutka (AT-3b Sagger) raketinə əsaslanan İranın tel başlıqlı tank əleyhinə raketidir. Raad, 1988-ci ildə kütləvi istehsala başlamış və 1997-ci ildə ictimaiyyətə təqdim edilmişdir. İran Müdafiə Sənayesi Təşkilatının bir törəməsi olan Parchin Raket Sənayesi tərəfindən istehsal edilmişdir. Raad ailəsi dörd variantda gəlir: əsas RAAD raketi, 9M14M Malyutka-M-in (AT-3b Sagger) klounu; SACLOS rəhbərli I-RAAD, tandem döyüş başlıqlı RAAD-T və həm tandem döyüş başlıqlı və həm də SACLOS istiqamətləndirmə sistemli I-RAAD-T. I-RAAD-T versiyası ailənin ən müasir və ən çox ixrac edilən üzvüdür. Raad, Toophan (TOW kopyası), Towsan-1 (AT-5B kopyası), Dehlaviyeh (AT-14 kopyası) və Saegheh (M47 Dragon (Əjdaha) kopyası) (İran) ilə birlikdə İranda toplanan bir sıra tank əleyhinə raketlərdən biridir. I-RAAD-T variantı üçün yalnız 400 mm RHA nüfuzu ilə, RAAD müasir və ya köhnə döyüş tanklarına qarşı istifadə edilmir və əsasən ikinci xətt vahidlərinə və ya yumşaq hədəflərə qarşı istifadə olunur. Raad İraq, Livan və Suriyadakı paramilitar qüvvələrə ixrac edilmiş və 2006-cı il Livan müharibəsi ilə İraq və Suriyadakı vətəndaş müharibələrində də istifadə edilmişdir. İstilik döyüş başlığına malikdir. RAAD fars dilində ildırım deməkdir. Bu qısaltma deyil və bir çox mənbədə adım böyük hərfləri yazılmır.
Anti-Sosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. 1886-cı ildə yaranmışdır.
Be My Valentine! (Anti-Crisis Girl)
"Be My Valentine! (Anti-Crisis Girl)", (Azərbaycan dilində:Sevgilim ol) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil edən Svetlana Lobodanın ifa etdiyi mahnıdır. Mahnının bəstəkarı Svetlana Lobodanın özüdür. Mahnını sözləri isə Yegeny Matyuşenkoya aiddir. Böyük Britaniyanın 2009 Avroviziya Mahnı Müsabiqəsi təmsilçisi Jade Ewen Svetlana Lobodanın bu mahnısının ailə içi şiddət ilə əlaqədar olduğunu və Svetlana Lobodanın bu mövzuda mesaj vermək istədiyini bildirdi. Mahnı üçün çəkilən video klipi xüsusi olaraq çəkmək yerinə Svetlana Loboda köhnə kliplərinin bir araya gətirərək klipi meydana gətirdi.
Cənubi Antil adaları
Cənubi Antil adaları (nid. Benedenwindse Eilanden, isp. Islas de Sotavento, ing. Leeward Islands), Kiçik Antil adalarının cənub hissəsində, Venesuela sahillərinə yaxın ərazidə yerləşən və əsasən vulkanik adalardan ibarət olan adalar qrupu. Adaların ümumi sahəsi 2000 km², hündürlüyü 372 metr təşkil edir. Tərkibinə daxil olan adalar: İri adalar ısasən vulkanik məşhəlli olub metamorfik və kristalik suxurlardan ibarətdir. Kiçik adalar isə mərcan və qumlu dayazlıqkardan ibarət olur. İqlimi tropikdir il ərzində 500–600 mm yağıntı düşür. Burada həmişəyaşıl kol və meşəliklər vardır. 2009-cu il məlumatına görə adalarda 0,7 mln insan yaşayır.
Cənubi Antil silsiləsi
Cənubi Antil silsiləsi — sualtı silsilə olub Atlantik okeanın cənub hussəsindən keçir. Silsilə 3500 km məsafədə Odlu Torpaq arxipelaqından başlayaraq Cənubi Sandviç adalarıda daxil olmaqla Antarktidaya qədər uzanır. Silsilənin bəzi hissələrdə hündürlüyü 3000 metrə çatır. Cənubi Georgiya, Cənubi Sandviç adaları, Cənubi Şetland adaları və Cənubi Orkney adaları kimi hissələrdə silsilə səthə çıxır. Antil silsiləsi Alvarez, W. "Geological evidence for the geographical pattern of mantle return flow and the driving mechanism of plate tectonics" (PDF). Journal of Geophysical Research. 87 (B8). 1982: 6697–6710. İstifadə tarixi: July 2015. Barker, P. F. "Scotia Sea regional tectonic evolution: implications for mantle flow and palaeocirculation" (PDF).
Dan (antik şəhər)
Dan (ivr. ‏דן‏‎) — İbranicə İncildə adı çəkilən, İsrail Krallığının ən şimal şəhəri kimi təsvir edilən və Dan qəbiləsinə mənsub qədim şəhər. Şəhər müasir Qolan təpələrində yerləşən və ibrani dilində Tel Dan kimi tanınan şəhərlə eyniləşdirilir. İbranicə İncildə qeyd edilir ki, Dan qəbiləsi tərəfindən fəth edilməzdən əvvəl bu yer Yeşua, Hakimlər və Yeşaya kitablarında fərqli yazılarla Laiş kimi tanınırdı. Yeşua 19:47-də bura Leşem adlanır, bu da "cəvahirat" deməkdir. Yeşaya 10:30-da bir sıra tərcümələrdə Laişa alternativ adı da var. Ravvin əsərləri və Filostorgiy, Feodorit, tudelalı Binyamin və Samuel bin Samson kimi yazıçıların hamısı Dan və ya Laişi yanlış olaraq Paneada ilə eyniləşdirdi. Qeysəriyyəli Yevsevi Dan/Laişi daha dəqiq şəkildə Paneada yaxınlığında, Sura gedən yolun dördüncü milində yerləşdirir. 19-cu əsrdə yaşamış isveçrəli səyyah İohan Lüdviq Burkxardt 1822-ci ildə ölümündən sonra nəşr olunmuş səyahətnaməsində İordan çayının mənbəyini "Dan" adlandırdı. Amerikalı dəniz zabiti Uilyam F. Linç Təll Əl-Qadinin 1849-cu ildə qədim Dan şəhərinin yeri olduğunu ilk dəfə müəyyənləşdirdi.
Deinonychus antirrhopus
Deinonychus antirrhopus (lat. Deinonychus antirrhopus) — heyvanlar aləminin xordalılar tipinin dromeozavridlər fəsiləsinin deynonix cinsinə aid heyvan növü.
Dördbuynuzlu antilop
Dördbuynuzlu antilop (lat. Tetracerus quadricornis) — Boşbuynuzlular fəsiləsinin Dördbuynuzlu antiloplar cinsinin yeganə növü.
Dördbuynuzlu antiloplar
Dördbuynuzlu antilop (lat. Tetracerus quadricornis) — Boşbuynuzlular fəsiləsinin Dördbuynuzlu antiloplar cinsinin yeganə növü.
Dövlət antik kolleksiyası
Dövlət antik kolleksiyası (alm. Staatliche Antikensammlungen‎) (köhnə adı — Kiçik formalı antik incəsənət kolleksiyası) Qədim Yunanıstan, Roma və etruriya mədəniyyətinə aid Almaniyada ən böyük kolleksiyalardan biri. Dövlət antik kolleksiyası muzeyinin binası Bavariya əyalətinin paytaxtı Münhen şəhərində, Köniqpalas meydanında Qliptotek muzeyi ilə üzbəüz yerləşir. Bina 1838–1848-ci illərdə bavar kralı I Lüdviqin göstərişi ilə memar Georq Fridirix Çibland tərəfindən Korinf orderi stilində inşa edilmişdir. 1869–1872-ci illərdə binada kral antikbariumu yerləşmişdir. 1898-ci ildən 1912-ci ilə kimi binada Münhen Sesessionu — Münhen Rəssamlar Birliyi , 1919-cu ildən Yeni dövlət qalereyası yerləşmişdir. İkinci dünya müharibəsi zamanı dağılmış bina 1967-ci ildə bərpa edilərək Dövlət antik kolleksiyası muzeyinin ixtiyarına verilmişdir. Kolleksiya əsasən Vittelsbaxların yığmış olduqları, xüsusən I Lüdviqə məxsus antik eksponatlar daxildirlər. 1831-ci ildə kral müşaviri Martin fon Vaqner Etruriya mədəniyyətinə aid Vulçi şəhərində aparılan arxeoloji qazıntılar zamanı tapılmış keramik əşyaları əldə etmişdir. Fridrix fon Tirş hərracda Lüsyen Bonaparta məxsus mirasdan antik incəsənət nümunələrini almışdır.
Ermənistan Krallığı (antik)
Ermənistan krallığı — İran mənşəli Artaşes və Parfiya mənşəli Arşakilər sülalələrinin idarə etdikləri krallıq.
Euphorbia antisyphilitica
Euphorbia antisyphilitica (lat. Euphorbia antisyphilitica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Filant (Antioxun oğlu)
Filant (q.yun. Φύλας) — yunan mifologiyasında personaj. O, Antioxun oğlu idi. Filant Korinfin padşahı olmuşdur. O, Lipefil ilə evlənmiş, onların Hippot və Tero adlı iki oğlu olmuşdur.
Havay antisiklonu
Havay antisiklonu- Daimi subtropik antisiklonlardan biridir.Sakit okeanın şimal hissəsində subtropik və tropik enliklərdə yerləşir.Havay antisiklonun Mərkəzi Havay adalarından şimalda yerləşir və burada yanvarda təzyiq 764 mm iyulda 768mm-ə bərabərdir.
Hermione antipolensis
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Hindistan antilopları
Hindistan antilopu (lat. Boselaphus tragocamelus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin boselaphus cinsinə aid heyvan növü.
Hindistan antilopu
Hindistan antilopu (lat. Boselaphus tragocamelus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin boselaphus cinsinə aid heyvan növü.
Homo antisessor
Homo antisessor — XX əsrin sonlarında İspaniyanın şimalında yerləşən Atapuerko dağlarında 10-12 yaşlı fərdə aid olan qalıqlar aşkar edilmişdir. “Əcdad insan” və ya “Homo antisessor” adlandırılan bu tapıntı Avropa da tapılan ən qədim insan qalıqları hesab olunur. Homo antisessorların təqribən 1,2 milyon-800 min il bundan əvvəl yaşadıqları güman edilir. 2010-cu ilə qədər Homo antisessorların altı fərdinə aid olan 20-yə qədər müxtəlif sümüklər aşkar olunmuşdur. Homo antisessorların əsas morfoloji xüsusiyyətləri aşağıdakılar hesab olunur: 1) Alınları maili olsa da, Homo erqaster və Homo erektusların alnından müəyyən qədər böyükdür; 2) Qaşüstü sümük çıxıntısı zəif inkişaf etmişdir; 3) Sifət skeletləri kifayət qədər kiçikdir, lakin sifətlərində proqnatizm əlamətləri müşahidə olunur; 4) Homo antisessorların digər fərqləndirici xüsusiyyətləri də burun sümüklərinin nazik olmasıdır; 5) Homo antisessorların diş sistemləri müasir insanların diş sistemləri ilə oxşarlıq təşkil edir. İspan tədqiqatçıları Bermindus və Kastro Homo antisessorları morfoloji xüsusiyyətlərinə görə Homo erektuslardan daha çox müasir insanlara yaxın olduğunu bildirmişlər. Tapıntılara əsasən burada kütləvi hannibalizm olduğu müəyyənləşdirilmişdir. 2007-ci ildə Elefante mağarasından aşkar edilmiş olan sümüklərin yaşı təxminən 1 milyon 200 min ildir. Tapıntının qadına aid olması və beyninin həcminin 900 sm³-dən artıq olması müəyyən edilmişdir. Homo antisessorların İspaniyadan şimala doğru yayılması faktını təsdiq edən arefaktlar da tapılmışdır.
III Antioks
III Antiox (q.yun. Αντίοχος Γ' ο Μέγας; E.ə. 241 – E.ə. 187) — Selevkilər imperiyasının hökmdarı. Antiox Midiya satrapı, qardaşı Aleksandri Fars satrapı təyin ədir. Lakin Molon Selevkilər sülaləsinə qarşı üsyan qaldırır. E.ə. 222–220-ci illərdə o, öz hakimiyyətini genişləndirir. Lakin Molonun hakimiyyəti uzun sürmur. O, döyüşlərin birində məğlub olur, əsir düşməsin dəyə özünü öldürür.
III Antiox
III Antiox (q.yun. Αντίοχος Γ' ο Μέγας; E.ə. 241 – E.ə. 187) — Selevkilər imperiyasının hökmdarı. Antiox Midiya satrapı, qardaşı Aleksandri Fars satrapı təyin ədir. Lakin Molon Selevkilər sülaləsinə qarşı üsyan qaldırır. E.ə. 222–220-ci illərdə o, öz hakimiyyətini genişləndirir. Lakin Molonun hakimiyyəti uzun sürmur. O, döyüşlərin birində məğlub olur, əsir düşməsin dəyə özünü öldürür.
IV Antiox (Kommagena çarı)
IV Qay Yuli Antiox Yepifan (q.yun. Γαίος Ἰούλιος Ἀντίοχος ὀ Ἐπιφανής; I əsr – I əsr, Roma) — Kommagenanın 38–72-ci illərdə hakimiyyətdə olmuş son çarı. Armenia imperiyasıdan asılı halda hökm sürmüşdür. "Yervanduni" epiteti "şöhrətli" deməkdir. Antiox Yervanduni özü və həyat yoldaşı İotap üçün bir neçə sikkə zərb etdirmişdir. O, ölümündən sonra İotap şəhərini ona həsr həsr etmişdir. https://web.archive.org/web/20151227175141/http://www.mavors.org/PDFs/Commagene.pdf William Smith (ed.), Dictionary of Greek and Roman Biography and Mythology, 1870. http://books.google.com.au/books?id=S_iZdOzcQCoC&pg=PA192&lpg=PA192&dq=Strabo+and+Antonia+&source=web&ots=to-ReZ9Ehv&sig=nbs8aS8VpIPUEpAjlR3mhs_7lHs&hl=en#PPA25,M1. "Coinage of Antiochus IV".
I Antiox Soter
I Antiox Soter (q.yun. Αντίοχος Α' Σωτήρ; təx. E.ə. 324 — E.ə. 261) — Selevkilər imperiyasının hökmdarı. İmperiyanın banisi I Selevk Nikatorun oğlu I Antiox Soter olmusdur. Onun dövründə dövlətin paytaxtı Antioxiya adlanırdı. I Antiox Soterin bütün ciddi-cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər imperiyası fəlakət həddinə çatdı. Baktriya, Soqdiana və Parfiya əldən çıxdı.
Kaspersky (antivirus)
Kaspersky və ya KAV (rus. Антивирус Касперского (Antivirus Kasperskogo)) — Kaspersky Lab tərəfindən hazırlanmış xüsusi bir antivirus proqramıdır. Bu, istifadəçiləri zərərli proqramlardan qorumaq üçün hazırlanmışdır və ilk növbədə, Microsoft Windows və macOS ilə işləyən kompüterlər üçün nəzərdə tutulmuşdur, baxmayaraq ki, iş üçün istifadəçilər üçün Linux üçün bir versiya mövcuddur. Kaspersky Anti-Virus xüsusiyyətləri, real vaxtda qoruma, virusların, trojanların, qurdların, casus proqramların, reklam proqramlarının, keyloggers, zərərli alətlərin və avtomatik zəng edənlərin aşkarlanması və çıxarılması, həmçinin rootkitlərin aşkarlanması və çıxarılmasıdır. Ayrıca "Kaspersky Security Network" xidməti vasitəsilə ani avtomatik yeniləmələri də əhatə edir.
Keckiella antirrhinoides
Keckiella antirrhinoides (lat. Keckiella antirrhinoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin keckiella cinsinə aid bitki növü.
Kiçik Antil adaları
Kiçik Antil adaları (ing. Lesser Antilles, fr. petites Antilles, isp. Antillas Menores, nid. Kleine Antillen, həmçinin Karib adaları) — Karib dənizindəki cənub və cənub-şərq Antilləri arxipelaqını təşkil edən nisbətən kiçik adalar zənciri; Böyük Antil və Baham adaları ilə birlikdə tarixə Qərbi Hindistan olaraq daxil olmuş bir bölgəni meydana gətirir . Ümumi sahəsi təqribən 14 min km2-dir. Kiçik Antil adaları, 10 ilə 19 ° N arasında olan kiçik adaların uzun bir zənciridir. Adalar Aruba adasından başlayaraq şərqə, Trinidad adasına qədər davam edən bir yay meydana gətirir, sonra şimala və şimal-şərqə dönərək Puerto-Rikonun şərq küncündə dayanır. Onlardan yeddisinin güclü vulkanları var və bu yeddi adanın hər birinin şərq tərəfində bir sıra əhəngdaşı adacıqları var. Ümumiyyətlə, adalar, Atlantik Okeanı və Karib dənizi tərəfindən ayrı-ayrılıqda dağılmış zirvələri suyun üstünə çıxan dağ silsiləsi təəssüratı yaradır.
Kəkilli antiloplar
Dukerlər (lat. Cephalophinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Lantana antillana
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Macropus antilopinus
Vallabi-antilop (lat. Macropus antilopinus) — kenquru cinsinə aid heyvan növü.
Anti-terror əməliyyatında şəhid olan Azərbaycan hərbçilərinin siyahısı

Digər lüğətlərdə