antiklerikalizm

antiklerikalizm
antiklerikal
antiklimaks
OBASTAN VİKİ
Antiklerikalizm
Antiklerikalizm (qəd. yun. άντι — əksinə, əleyhinə və κληρικός — din) — dini təşkilatların, ruhaniliyin, həmçinin siyasi, iqtisadi, mədəni, elm və təhsil sahəsində dini hakimiyyətin əleyhinə istiqamətlənmiş sosial hərəkatdır. XVIII əsrdə maarifçiliyin çiçəklənməsi dövründə Avropanı ateizmin birinci dalğası bürüdüyü zaman, kilsə əleyhinə yönələn istənilən hərəkat antiklerikalizm adlandırılırdı. == Ateizmdən fərqi == Antiklerikalizm ateizmə bənzəsə də özünün xarakterik xüsusiyyətləri mövcuddur: Antiklerikalizm müxtəlif dinlər tərəfindən təklif edilən allahın və ya digər fövqəlgücün mövcudluğunu inkar etmir Antiklerikalizm dinin həqiqiliyini inkar etmir, yalnız kilsənin ictimai həyatdakı rolunun artırılması qarşı çıxır. == Antiklerikalizmin tarixi == Müxtəlif növ Antiklerikal fikirlər hələ qədim filosoflar tərəfindən söylənilmişdir. Antiklerikalizm orta əsrlərdə Avropada dini həyatın dünyəvi həyatdan üstün olmasıilə bağlı kilsə ideyaların qarşı mübarizə üsulu olmuşdur. Orta əsrlərdə antiklerikalizmin əsas istiqaməti feodal kilsələrin,bəzən də bütövlükdə cəmiyyətin tənqid olunmasından ibarət idi. Kəndli Antiklerikal hərəkatların əsası iqtisadi məqsədlər təşkil etsə də, həmin hərəkarlar dini baxımdan əsaslandırılır. Kilsə tərəfindən müəyyən edilmiş qaydaların dəyişilməz saxlanılması, bu qaydaları əsaslandıran ideologiyaya şübhələri artırdı.

Digər lüğətlərdə