Antrasen
Antrasen — C14H10 – nüvələri kondensasiya olunmuş aromatik karbohidrogendir. Bənövşəyi fluoressensiya verən rəngsiz kristal maddədir.
== Tapılması ==
İlk dəfə 1832 ildə daş kömür gatranında tapılmışdır. Antrasen daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir və qətranın 0,25–0,45%-ni təşkil edir. Antrasen yağında antrasenlə bərabər fenantren və başqa karbohidrogenlərə də rast gəlinir. Antraseni oradan çıxarmaq onu dondurub bərkidir, bərk hissəsini sızıb piridin və ya solventdə həll etməklə, başqa bərk karbohidrogenlərdən ayırır və kristallaşdırırlar. Təmiz antrasen 2170-də əriyir,3540-də qaynayır, suda həll olmur, spirt və efirdə çətin, qaynar benzolda yaxşı həll olur.
== Alınması ==
Qrebe və Libermana görə antrasen, paradiaqonal rabitə ilə bir-biri ilə birləşmiş iki benzol nüvəsinin iki alifatik karbon atomu ilə kondensləşmə məhsuludur.
Antrasenin bu quruluşunu onun alüminium-bromidin iştirakı ilə tetrabrometandan və benzoldan (Fridel-Krafts reaksiyası üzrə) sintez oluna bilməsi təsdiq edir. Lakin antrasenin fiziki-kimyəvi xassələri və onun başqa üsullarla sintezi, onun Qrebe – Liberman formulu ilə ifadə olunduğunu təsdiq etmir, çox vaxt antrasen sintez etdikdə əvvəlcə dihidroantresen əmələ gəlir, o da asan oksidləşərək antrasenə çevrilir.