Armen

die/pl. yoxsullar, kasıblar, fağır-füqəra
Armeekorps
Armenanstalt
OBASTAN VİKİ
Armen Doryan
Armen Doryan (erm. Արմէն Տօրեան, 28 yanvar 1892, Sinop – 1915, Ankara, Ankara vilayəti) — Osmanlı İmperiyası dövründə yaşamış tanınmış erməni şair, müəllim və redaktor. Armen Doryan 1892-ci ilin yanvar ayının 28-də Osmanlı İmperiyasının Kastamonu vilayətinin Sinop şəhərində anadan olub.. Doryan İstanbula köçmüş, orada ibtidai təhsilini Pangaltı Mıxitarist Erməni Məktəbində almışdır.. Təhsilini bitirdikdən sonra 1911-ci ildə Fransaya getmiş və işlərini Paris Universitetində davam etdirdi. Fransız ədəbiyyat səhnəsinə qatıldı və Fransız qəzeti L'Arène-ni (azərb. Arena‎) qurdu. 1913-cü ildə o və digər tanınmış Fransız şairlər, panteist ədəbiyyat məktəbini qurdu. Doryanın "Fransadakı o zamanki sembolistlər, bu gözəl yuxuları birləşdirən ehtişamlı bir yazı stili ilə o qədər qızdırmalı bir gücü olan bir gənc görmədiklərini…" söylədiyi deyilir. 1914-cü ildə Paris Universitetindən məzun olduqdan dərhal sonra Doryan İstanbulda müəllim oldu və Erməni və Fransız ədəbiyyatını keçdi.
Armen Şekoyan
Armen Şekoyan (erm. Արմեն Շեկոյան; 28 mart 1953, İrəvan – 29 iyul 2021, İrəvan) — Ermənistan yazıçısı, şairi və jurnalisti. Armen Şekoyan 1974-cü ildə Xaçatur Abovyan adına İrəvan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiştir. O, 1985-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbi kurslarında oxumuşdur. İrəvan Dövlət Tibb Universitetində, "Tsitserrnak" jurnalında, Ədəbiyyat İnstitutunda, "Sovetakan qroğ" nəşriyyatında, Ermənistan Mədəniyyət Nazirliyində işləmişdir. 1990–1992-ci illərdə "Nairi" nəşriyyatının baş redaktoru, 1992–1997-ci illərdə Ovannes Tumanyanın Muzeyinin direktoru olmuşdur. 29 iyul 2021-ci ildə 68 yaşında vəfat etmişdir Armen Şekoyanın şeirlərində şəhər jarqonlarından istifadə xarakterikdir. "Erməni vaxtı" romanının müəllifi olmuşdur. Ermənistan Yazıçılar Birliyinin Avetik İsaakyan mükafatı Vl.
Armen Abaqyan
Armen Artavazdoviç Abaqyan (rus. Арме́н Артаваздович Абагя́н; 1 yanvar 1933, Stepanakert – 18 noyabr 2005, Moskva) — nüvə enerjisi sahəsində SSRİ və Rusiya alimi. O, texnika elmləri doktoru (1977), professor (1985), Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1997), Rusiya Federasiyasının əməkdar energetiki (1994) olmuşdur. Abaqyan radiasiyadan qorunma fizikası üzrə elmi məktəbin yaradıcılarından biri kimi tanınır. Armen Abaqyan 1 yanvar 1933-cü ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində anadan olmuşdur. Atası Artavazd Sergeyeviç Abaqyan Kənd Təsərrüfatı Nazirliyində işləmiş, anası Roza Levonovna ginekoloq olmuşdur. 1950-ci ildə Armen Abaqyan məktəbi qızıl medalla bitirərək Moskva Mühəndis Fizika İnstitutuna (MMFİ) daxil olmuşdur. 1956-cı ildə MMFİ-ni fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Obninsk şəhərindəki Fizika və Energetika İnstitutunda başlamış, burada iyirmi il ərzində baş laborantdan elmi şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, radiasiyadan mühafizə problemləri və xüsusi təyinatlı atom elektrik stansiyalarının yaradılması ilə məşğul olmuşdur. 1976-cı ilin yanvarında Armen Abaqyan SSRİ Energetika Nazirliyinin "Enegiya" QHT-sinin baş direktorunun müavini təyin edilmişdir və o, 1984-cü ildən Atom Elektrik Stansiyalarının İstismarı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutuna (AESİÜETİ) rəhbərlik etmişdir.
Armen Atayan
Armen Arşaki Atayan (rus. Արմեն Արշակի Աթայան; 21 may 1922, İrəvan – 8 aprel 2021) — Ermənistan-sovet və Ukrayna incəsənət xadimi, rəssamı. SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam Tatyana Yablonskayanın ikinci əri və rəssam Qayane Atayanın atasıdır. Armen Arşaki Atayan 1922-ci ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində, Arşak Atayanın ailəsində anadan olmuşdur. O, İrəvan Pionerlər Sarayının orkestrində oxumuş, fortepiano, mandolin, bariton truba və trombon kimi bir neçə alətdə ifa etmişdir. 1937-ci ildə atası həbs olunanda Atayan ailəyə kömək etmək üçün müxtəlif estrada qruplarında çıxış etmişdir. O, 1941-ci ildə İrəvan Rəssamlıq Texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində könüllü olaraq cəbhəyə getmiş və tank bölməsinin orkestrində, sonra Zaqafqaziya cəbhəsinin orkestrində xidmət etmişdir. Atayan orduda xidmət etdikdən sonra İrəvan Rəssamlıq və Teatr İnstitutuna daxil olmuşdur.
Armen Ayriyev
Armen Tevanoviç Ayriyev (rus. Арме́н Тева́нович Айри́ев; həmçinin Ayriyan; 7 (20) sentyabr 1910, Tuğ, Şuşa qəzası – 13 fevral 1966, Daşkənd) — erməni əsilli SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, mayor. Armen Tevanoviç Ayriyev Rusiya imperiyasının Yelizavetpol quberniyasında, indiki Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndində anadan olmuşdur. 1931-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1932-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Təyyarəçilər məktəbini bitirmişdir. İkinci Dünya müharibəsində Cənub-Qərb, Bryansk, Stalinqrad, Cənub, 4-cü Ukrayna, 1-ci , 2-ci və 3-cü Pribaltika, Leninqrad cəbhələrində eskadrilya komandiir, 1944–1945-ci illərdə hərbi hava qüvvələri üzrə polk komandirinin müavini olmuşdur. 1944-cü ildə Sevastopol uğrunda döyüşlərdə iştirak etmişdir. Armen Ayriyev 13 aprel 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O həmçinin, 2 "Qırmızı bayraq", "Aleksandr Nevski", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.
Armen Ayvazyan
Armen Ayvazyan (erm. Արմեն Այվազյան) – erməni tarixçisi və politoloqu, "Ararat" strateji araşdırmalar mərkəzinin rəhbəri, İrəvanda yerləşən və gədim əlyazmaların saxlandığı elmi-tədqiqat mərkəzinin (Matenadaran) baş elmi işçisi. Ayvazyan 14 may 1964 – cü ildə İrəvanda anadan olub. 1992 – ci ildən tarix elmləri namizədi, 2004 – cü ildən isə siyasi elmlər doktorudur. 1992 – ci ildən 1994 – cü ilə kimi Ermənistan prezidentinin köməkçisi, Ermənistan xarici işlər nazirinin müşaviri, ATƏT – dəki Ermənistan nümayəndə heyətinin sədri kimi çalışıb. Bir sıra ABŞ universitetlərində fəaliyyət göstərib; 1995 – ci ildə Karneqi korporasiyasının qrantı əsasında "Konfliktlərin analizi və həlli" proqramı çərçivəsində (Sirakuz universitetinin, (Syracuse University) Maksvel Vətəndaşlıq və İdarəçilik məktəbində); 1997 – 98 – ci illərdə Fulbraytın (The Fulbright Program) qrantı əsasında Stanford universitetinin Rusiya və Şərgi Avropa araşdırmaları mərkəzində çalışıb. 2000–2001 – ci illərdə Aleksandr Onasis fondunun qrantı əsasında ELIAMEP (Hellenic Foundation for European & Foreign Policy) fondunda çalışıb. Armen Ayvazyan həmçinin Ermənistandakı Amerikan universitetində (American University of Armenia) Politologiya və Beynəlxalq münasibətlər fakultəsində dəvət olunmuş professor kimi çalışıb, həmçinin İrəvan Dövlət universitetində və Ermənistan Dövlət İdarəçilik Akademiyasının politologiya kafedrasının professoru kimi çalışıb. Ayvazyan 2004–2005 – ci illərdə Avropa Komissiyasının maliyələşdirdiyi "Ermənistanda korrupsiyanın hüquqi və sosial səbəblərinə qarşı kompaniya" qrupunun rəhbəri olub. Öz elmi işlərində Ayvazyan qərbdəki siyasi və elmi dairələri Ermənistan tarixini bilərəkdən saxtalaşdırmaqda ittiham edir.
Armen Doriyan
Armen Ohanyan
Armen Ohanyan (erm. Արմեն Օհանյան), doğum adı Sofiya Pirbudağyan (erm. Սոֆյա Էմանուելի Փիրբուդաղյան, 1887, Şamaxı – 1976, Mexiko) — erməni əsilli rəqqasə, aktrisa, tərcüməçi və yazıçı. XIX əsrdə Şamaxıda və ətraf ərazilərdə fəaliyyət göstərmiş rəqqasə qrupu Şamaxı rəqqasələrindən biri olan Ohanyan 1918-ci ildə Fransada bununla bağlı kitab da yazmışdır. Armen Ohanyan 1887-ci ildə Rusiya imperiyasının Bakı quberniyasına bağlı Şamaxı şəhərində, orta təbəqədən olan erməni ailəsində anadan olmuşdur. 1902-ci ildə Şamaxı zəlzələsinin baş verməsi nəticəsində evini tamamilə itirən Ohanyanlar ailəsi Bakı şəhərinə köçür və Armen buradakı rus məktəbində təhsil almağa başlayır. 1905-ci ildə təhsil aldığı məktəbdən məzun olarkən Bakıda Erməni-azərbaycanlı qırğınları baş verir və nəticədə rəqqasənin atası Emanuel öldürülür. 1906-cı ildə Bakıda iran ermənisi olan həkim Hayk Ter-Ohanyanla evlənsə də, həmin evlilik cəmisi bir il davam etmişdir. Həmin il Bakı Erməni Mədəniyyət Birliyinin teatr qrupunda Sofiya Ter-Ohanyan adı ilə fəaliyyətə başlamışdır. 1908-ci ildə Moskvaya köçmüş və ilk rəqslərini Meli Teatrında ifa edərkən paralel olaraq Nelidova məktəbində də plastik sənət nümunələrini öyrənməyə başlamışdır.
Armen Qaro
Armen Qaro ya da Karekin Pastırmacıyan (erm. Գարեգին Փաստրմաճեան; (9 fevral 1872, Ərzurum, Ərzurum vilayəti, Osmanlı imperiyası – 23 mart 1923, Cenevrə) — erməni terrorçusu, daşnak liderlərindən biri. Armen Qaro Ərzurum şəhərində anadan olmuşdur, 1891-ci ildə buradakı erməni məktəbində təhsilini başa vurduqdan sonra, Fransaya yollanır, və Nansi universitetinin nəzdində, kənd təsərrüfatı məktəbində təhsil alır. 1894-cü ildə Daşnaksütunun sıralarına qatılır. 1895-ci ildə Zeytun üsyanına kömək etmək məqsədilə Misirə yollanır, buradan üsyançılara silah sursat və canlı güvvə gondərilməsini təşkil edir. Həmin vaxt o, Armen Qaro təxəllüsü ilə adlanmağa başlayır. 1896-cı ilin avqustun 26-da, daşnakların Osmanlı bankına qarşı təşkil etdiyi terror aksiyasında iştirak edir, Armen Qaro bankı zəbt edən terorçuların içərisində yer alır. Onun vəzifəsi, bank işçilərinin və ziyarətçilərin qaçmasının qarşısını almaq idi. Terrorçular bu adamlardan canlı sipər kimi istifadə etməyi planlaşdırırdılar. İri dövlətlərin müdaxiləsi nəticəsində, bankı zəbt etmiş erməni terrorçuları Türkiyədən sah salamat Fransaya qedir və orada siyasi sığınacaq alır.
Armen Sarkisyan
Armen Sarkisyan erm. Արմեն Սարգսյան; 23 iyun 1953, İrəvan) — Ermənistan Respublikasının 4-cü Prezidenti (9 aprel 2018 – 1 fevral 2022). Armen Sarkisyan 23 iyun 1953-cü ildə İrəvan şəhərində doğulub. Daşnaksütun və Ermənistan Respublikaçı Partiyası tərəfindən namizədliyi irəli sürülərək rəqibsiz prezident seçilmişdir. 2015-ci il Ermənistan konstitusiya referendumunun nəticələrinə əsasən parlamentli respublika sisteminə keçildiyi üçün və bunun sayəsində birbaşa xalq tərəfindən yox, parlament tərəfindən seçildiyi üçün hüquqları məhdud olacaq. 23 yanvar 2022-ci ildə Armen Sərkisyan prezident vəzifəsindən istefa verib. O öz istefasını "ölkə və xalq üçün çətin olan bu dövrdə daxili və xarici siyasətdəki radikal proseslərə təsir etmək üçün lazımi alətlərinin olmaması" ilə əsaslandırıb. Onu prezident kürsüsündə müvəqqəti olaraq Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan əvəz edir. Sərkisyanın istefası Ermənistanda siyasi böhrana səbəb olmuşdur.
Armen Beqlaryan
Armen Minasi Beqlaryan (erm. Արմեն Մինասի Բեգլարյան; 13 aprel 1973, Əxlətyan, Sisian rayonu – 4 aprel 2016, Ağdərə, Tərtər rayonu) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri, Aprel döyüşlərinin iştirakçısı. Armen Minasi Beqlaryan 13 aprel 1973-cü ildə Sisian rayonunun Əxlətyan kəndində anadan olmuşdur. Kənddəki səkkizillik məktəbi bitirdikdən sonra Sisian şəhər 3 saylı orta məktəbdə oxumuşdur. 1990–1991-ci illərdə İrəvan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 1992-ci ildə təhsilini yarı yolda qoyub Birinci Qarabağ müharibəsinin iştirak etmişdir. O, MDB-yə məxsus 366-cı motoatıcı alayın birinci rotasının baş texniki olmuş, Xocalı soyqırımında iştirak etmişdir. Hadrut və Ağdərə özünümüdafiə döyüşlərində iştirak etmiş, sonra isə "Sisakan" dəstəsinə qoşulmuşdur. Müharibə bitdikdən sonra monokultura ilə məşğul olmuşdur. 2005–2008-ci illərdə və 2012-ci ildən 4 aprel 2016-cı ilə qədər Axlatian icmasının rəhbəri olmuşdur.
Armen Taxtacan
Armen Leonoviç Taxtacan və ya Taxtacan (erm. ձրմեն ռևոնի չախտաջյան; rus. Армен Леонович Тахтаджян) (28 may (10 iyun) 1910, Şuşa[…] – 13 noyabr 2009, Sankt-Peterburq) – Bitkilər, bitkilərin təkamülü, bitkilərin sistematikası və biocoğrafiya sahələrində XX əsrin ən mühüm simalarından biri hesab edilən Sovet — erməni botanikidir. Alimin digər maraq dairəsi olan sahələrə Çiçəkli bitkilərin morfologiyası, paleobotanika və Qafqaz florası daxil idi. O, XX əsrin ən nüfuzlu taksonomçularından biri hesab edilir. Onun bitkilərlə əlaqədar olan elmi təxəllüsü Taxt olmuşdur. == Həyatı == === Ailəsi === Taxtacan 1910-cu il iyun ayının 10-da Rusiya imperiyasının Şuşa şəhərində anadan olmuşdur. Babası olan Məliksan Taxtacyan Petroviç Osmanlı imperiyasının tabeliyində olan Trabzon şəhərində anadan olmuşdur. O, İtaliyada təhsil aldıqdan sonra jurnalist kimi fəaliyyət göstərmişdir. Babası 1930-cu ildə Parisdə vəfat etmişdir.
Armen Leonoviç Taxtacan
Armen Leonoviç Taxtacan və ya Taxtacan (erm. ձրմեն ռևոնի չախտաջյան; rus. Армен Леонович Тахтаджян) (28 may (10 iyun) 1910, Şuşa[…] – 13 noyabr 2009, Sankt-Peterburq) – Bitkilər, bitkilərin təkamülü, bitkilərin sistematikası və biocoğrafiya sahələrində XX əsrin ən mühüm simalarından biri hesab edilən Sovet — erməni botanikidir. Alimin digər maraq dairəsi olan sahələrə Çiçəkli bitkilərin morfologiyası, paleobotanika və Qafqaz florası daxil idi. O, XX əsrin ən nüfuzlu taksonomçularından biri hesab edilir. Onun bitkilərlə əlaqədar olan elmi təxəllüsü Taxt olmuşdur. == Həyatı == === Ailəsi === Taxtacan 1910-cu il iyun ayının 10-da Rusiya imperiyasının Şuşa şəhərində anadan olmuşdur. Babası olan Məliksan Taxtacyan Petroviç Osmanlı imperiyasının tabeliyində olan Trabzon şəhərində anadan olmuşdur. O, İtaliyada təhsil aldıqdan sonra jurnalist kimi fəaliyyət göstərmişdir. Babası 1930-cu ildə Parisdə vəfat etmişdir.
Crocidura armenica
Crocidura armenica (lat. Crocidura armenica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. Əsasən Azərbaycan və Ermənistan ərazilərində yayılmışdır.
Deportivo Armenio
Deportivo Armenio - Argentina futbol klubu. Deportivo Armenio argentina erməniləri tərəfindən yaradılmışdır. 1962-ci ildə yaradılan klub hal-hazırda Primera B Metropolitana liqasında çıxış edir. Tarixə ərzində iki mövsüm (1987–1988, 1988-1989) Argentinanın əsas futbol çempionatı olan Primera División da çıxş etmək imkanı əldə edən Deportivo Armenio 1989-cu ilin tamamında aşağı liqaya düşmüşmüşdür. Klubun tarixi ərzində əldə etdiyi ən böyük uğur 1987–1988-ci il mövsümü zamanı River Plate komandasını səfərdə (3-2) məğlub etməsi hesab olunur.
Deportivo Armenio FK
Deportivo Armenio - Argentina futbol klubu. Deportivo Armenio argentina erməniləri tərəfindən yaradılmışdır. 1962-ci ildə yaradılan klub hal-hazırda Primera B Metropolitana liqasında çıxış edir. Tarixə ərzində iki mövsüm (1987–1988, 1988-1989) Argentinanın əsas futbol çempionatı olan Primera División da çıxş etmək imkanı əldə edən Deportivo Armenio 1989-cu ilin tamamında aşağı liqaya düşmüşmüşdür. Klubun tarixi ərzində əldə etdiyi ən böyük uğur 1987–1988-ci il mövsümü zamanı River Plate komandasını səfərdə (3-2) məğlub etməsi hesab olunur.
Gymnocline armenum
Tanacetum armenum (lat. Tanacetum armenum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum armenum (DC.) Hand.-Mazz. Gymnocline armenum (DC.) K.Koch Leucanthemum armenum DC. Pyrethrum armenum (DC.) K.Koch Pyrethrum fruticulosum Fenzl ex Boiss.
Leucanthemum armenum
Tanacetum armenum (lat. Tanacetum armenum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum armenum (DC.) Hand.-Mazz. Gymnocline armenum (DC.) K.Koch Leucanthemum armenum DC. Pyrethrum armenum (DC.) K.Koch Pyrethrum fruticulosum Fenzl ex Boiss.
Marko Arment
Marko Arment – tanınmış amerikalı mobil aplikasiya yaradıcısı, proqramçısıdır. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007-10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi. Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır.
Phlomis armeniaca
Phlomis armeniaca (lat. Phlomis armeniaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Prunus armeniaca
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3–18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Prunus armeniaca mandshurica
Mancuriya əriyi (lat. Prunus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Təbii halda şimal-cənubi Çində, Koreyanın şimal yarımadalarında, dəniz ətrafı ərazilərdə, Xanka gölündən Vladivastoka qədər təbii yayılmışdır. Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 45 sm-ə çatan ağacdır. Gövdəsinin qabığı tünd-boz, dərin çatlıdır. Cavan zoğları yaşıl və ya parlaq qırmızı-qonur rəngdədir. Yarpaqları yuxarıdan yaşıl, aşağıdan isə tünd yaşıldır. 5-12 sm uzunluqdadır, formaca neştərvari-oval, yumurtaşəkilli və ya enli-ovaldır. Çiçəkləri 2 sm diametrində sarı, çəhrayı rəngdə, iri, açıq-çəhrayı rəngdə olub, tək-tək və ya qısa çiçək saplaqlarında dəstələrlə yerləşmişdir. Çiçəkləmə müddəti 10-11 gündür.
Pyrethrum armenum
Tanacetum armenum (lat. Tanacetum armenum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum armenum (DC.) Hand.-Mazz. Gymnocline armenum (DC.) K.Koch Leucanthemum armenum DC. Pyrethrum armenum (DC.) K.Koch Pyrethrum fruticulosum Fenzl ex Boiss.
Rubus armeniacus
Erməni böyürtkəni (lat. Rubus armeniacus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Samuel Armenteros
Kristiano Samuel Armenteros Nunez Mendoza Jansson (27 may 1990[…], Göteborq) — Kuba əsilli isveçli peşəkar futbolçu. Major Futbol Liqasıda mübarizə aparan və Portland Timbers klubunun oyunçusudur. Kubalı bir ata və İsveçli bir anadan dünyaya gələn Samuel Armenteros futbola 16 yaşında olarkən Heereenven klubunun akademiyasında başlamışdır. İlk dəfə əsas komandası ilə Gertyan Verbeekin baş məşqçiliyi oyunlara çıxmışdır. 2009-cu ildə Armenteros Hereenveen klubunu tərk edir. Sonralar o, öz hücumçu perspektivini göstərərək Herakles Almelo klubuna transfer olunur və ilk qolunu da bu klubda vurur. 2015-ci ilin sentyabr ayında Armenteros Azərbaycan Premyer Liqasının çempionu olan Qarabağ klubu ilə iki illik müqavilə imzalayır. 29 avqust 2016-cı ildə Armenteros yenidən Herakles Almelo klubuna geri dönmüşdür. Armenteros klub ilə bir illik müqavilə imzalamışdır. 30 avqust 2017-ci ildə Armenteros İtaliya A Seriyası təmsilçilərindən olan Benevento klubu ilə müqavilə imzalamışdır.
Senecio armentalis
Senecio armentalis (lat. Senecio armentalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Silvana Armenuliç
Silvana Armenuliç əsl adı Zilxa Baryaktareviç (serb. Silvana Armenulić 18 may 1939, Doboy – 10 oktyabr 1976) — Yuqoslaviya pop müğənnisi, xalq mahnılarının ifaçısı. Bacılarından ikisi də peşəkar müğənnilər idi: Mirsada "Miryana" Bayraktareviç və Hayrudina "Dina" Bayraktareviç. Zilxa Baryaktareviç 18 may 1939-cu ildə Doboy şəhərində müsəlman boşnakların böyük ailəsində anadan olmuşdur. Atası şirniyyatçı işləyirdi. Uşaqlıqdan Zilxa mahnı oxumağı çox sevirdi. Məktəbdə mandolin çalırdı. Professional müğənni olmağa qərar verəndə atası bu seçimi dəstəkləyir. On altı yaşında Sarayevoda xalasının yanına köçür. Burada barlarda mahnı oxumağa başlayır.
Symphytum armeniacum
Cod xəndəkotu (lat. Symphytum asperum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü. Çoxillik bitkidir. Gövdəsi 30-60 sm-ə qədər hündürlükdə, çox budaqlı, möhkəm qısa, aşağı qövsvari, bir az qabarıq tikanlı qıllardan tikanlı-nahamardır. Yuxarı yarpaqlar qısa, lakin, görünən saplaqların üzərində və ya oturaq olaraq yumurtavari-uzunsov və ya uzunsovdur, ən yuxarıdakılar lansetvariyə qədər, uzun itiuclu, aşağı hissədən adətən kifayət qədər sıx və yumşaq tükcüklərdən bozumtuldur; orta damar boyunca qısa qarmaqşəkilli tikancıqlıdır, yuxarı hissədən cod və seyrək tükcüklüdür. Çiçək tacı mavi, xaricdən nöqtəli-əmzikşəkillidir, başcıqlı dişicik ağzı var. Eremləri demək olar ki, qara, yarıməyilmiş, yumurtavari, arxa hissəsi torvari-qırışlıdır. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, dağ çaylarının kənarlarında bitir.
Tanacetum armenum
Tanacetum armenum (lat. Tanacetum armenum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum armenum (DC.) Hand.-Mazz. Gymnocline armenum (DC.) K.Koch Leucanthemum armenum DC. Pyrethrum armenum (DC.) K.Koch Pyrethrum fruticulosum Fenzl ex Boiss.
Trachomitum armenum
Muscari armeniacum
Erməni ilansoğanı (lat. Muscari armeniacum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇lansoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional İUCN Statusu-NT. Çoxillik ot bitkisidir. Soğanaqları xırda, 1 sm diametrində, tutqun pulcuqlu, yumurtavaridir. Gövdə tək, 10 sm hündürlükdə, yarpaqlar 2-3, bəzən 4, xətvari, 3-5 mm enindədir. Salxım qısa, orta uzunluqda (1,5) sm, yumurtavari, çox və az dərəcədə sıxdır. Meyvəverən çiçəklərin saplağı qısa, 2 dəfə çiçəkyanlığından qısadır. Çiçəkyanlığı 3-4 mm uzunluğunda, parlaq-mavi və ya tünd-göy rənglidir. Erkəkcik aydın olmayan ikisıralıdır, qısa, uzunsov-oval tozcuqludur.
Pastinaca armena
Erməni cırhavucu (lat. Pastinaca armena) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. Çoxillik, qısa tükcüklü bitkidir. Gövdəsi düz, budaqlanan, hündürlüyü (14) 30–50 sm-dir. Kökətrafı və aşağı gövdə ətrafı yarpaqlar saplaqlı, lələkvari bölümlü, bölümləri enli yumurtavari, iti və ya küt dişli, yuxarı bölüm adətən dərin üçbölümlü; yuxarı yarpaqlar oturaq, bölümləri qismən daha bölümlü, ən yuxarı yarpaqlar sapvari bölümlüdür. Ləçəkləri sarı rənglidir. Meyvələri çılpaq və ya zəif tüklü, enli ovalvari, 5–6 mm uzunluqda, 4–5 mm enindədir. Böyük Qafqazın qərbində və şərqində, Quba rayonu ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Çəmənlərdə və dağ meşə kənarında bitir.
Pro Armenia
Pro Armenia (azərb. Ermənistan tərəfdarı‎) — iki həftədə bir buraxılan fransızdilli jurnal. 1900-cü ildə təsis edilmişdir və ermənipərəst mövqe tuturdu. Jurnalın məqsədi Avropada Osmanlı imperiyasında yaşayan ermənilərinin vəziyyəti haqqında məlumat yaymaq idi. Bu, Daşnaksutyunun həmtəsisçisi Xristofor Mikaelyanın təşəbbüsü ilə bir sıra tanınmış Dreyfusçu və solçu ziyalıların köməyi ilə yaradılmışdır. Pyer Kiyar onun baş redaktoru, Jan Longe isə katibi idi. Onun redaksiya komitəsinin üzvləri Jorj Klemanso, Anatol Frans və başqaları idi. 1908-ci il Osmanlı konstitusiya inqilabından sonra nəşri müvəqqəti olaraq dayandırılmışdır. 1912 və 1913-cü illərdə "Pour les Peuples d'Orient" adı ilə yenidən nəşr olunmuşdur. 1914-cü ildə orijinal adı bərpa edilmişdir, lakin həmin il nəşrini dayandırmışdır.
ArmeniaNow
ArmeniaNow — Ermənistan müstəqil onlayn xəbər saytı. Mərkəzi İrəvanda yerləşir. İngilis və erməni dillərində dərc edilmişdir. Sayt 2002-ci ilin iyulunda təsis edilib və son nömrəsini 2016-cı ilin iyununda dərc edib. O, Ermənistanda əsas internet qəzetlərindən biri kimi tanınırdı. Qəzetin baş redaktoru amerikalı proqressivist Con Xyuz idi və 20 jurnalistdən ibarət heyəti var idi. "ArmeniaNow"a müxtəlif müəlliflər və siyasi analitiklər, həmçinin "Human Rights Watch", "Amnesty International" və "Freedom House" kimi beynəlxalq təşkilatlar istinad ediblər.
ArmeniaNow.com
ArmeniaNow — Ermənistan müstəqil onlayn xəbər saytı. Mərkəzi İrəvanda yerləşir. İngilis və erməni dillərində dərc edilmişdir. Sayt 2002-ci ilin iyulunda təsis edilib və son nömrəsini 2016-cı ilin iyununda dərc edib. O, Ermənistanda əsas internet qəzetlərindən biri kimi tanınırdı. Qəzetin baş redaktoru amerikalı proqressivist Con Xyuz idi və 20 jurnalistdən ibarət heyəti var idi. "ArmeniaNow"a müxtəlif müəlliflər və siyasi analitiklər, həmçinin "Human Rights Watch", "Amnesty International" və "Freedom House" kimi beynəlxalq təşkilatlar istinad ediblər.
Armenia Now
ArmeniaNow — Ermənistan müstəqil onlayn xəbər saytı. Mərkəzi İrəvanda yerləşir. İngilis və erməni dillərində dərc edilmişdir. Sayt 2002-ci ilin iyulunda təsis edilib və son nömrəsini 2016-cı ilin iyununda dərc edib. O, Ermənistanda əsas internet qəzetlərindən biri kimi tanınırdı. Qəzetin baş redaktoru amerikalı proqressivist Con Xyuz idi və 20 jurnalistdən ibarət heyəti var idi. "ArmeniaNow"a müxtəlif müəlliflər və siyasi analitiklər, həmçinin "Human Rights Watch", "Amnesty International" və "Freedom House" kimi beynəlxalq təşkilatlar istinad ediblər.