ARIQ Uzunboy, arıq zabit möhkəm geyinmişsə də dişi dişinə dəyir və şaqqıldayıb (S.Rəhimov); CANSIZ (dan.) Emma cansız, arıq, nazik, lətif bir alman qadını idi (E.Sultanov); CILIZ (dan.) Şahpələng nə düşündüsə dilənçi qızı içəri çağırdı, bu, qaraçı uşağına oxşar balacaboylu, cılız, qarayanız bir qız uşağı idi (M.İbrahimov); ÇƏLİMSİZ (dan.) [Vahid:] Həncəri, xanım, deyəsən geyimin necədirsə, tərpənişin də elədir; çəlimsiz, yaraşıqsız (M.İbrahimov); ƏTSİZ Quş ..qarının ətsiz barmaqları ara sından çıxa bilmədi (M.Hüseyn); QAYIŞBALDIR (qıçları nazik) Mən də o meydanlarda vuruşanlardan biri; Mən də o ölməzlərin qayışbaldır şairi (S.Rüstəm); SISQA (dan.) Qəndab: Onların yanında doğrudan da sısqa uşağa oxşayırdım (B.Bayramov); SKELET (məc.) Analar skeletdir aclıqdan! Dözə bilməz bu dərdə hor insan (S.Rüstəm); SÜDDƏN YANIQ Gülo üç aylıqdan anasını itirmiş və süddən yanıq qalmışdı (S.Rəhimov); ZƏİF (xəstəlikdən arıq) Hacı Mehdi: And olsun Allaha, vuraram, zəif, cansız canın çıxar (Ə.Haqverdiyev).