asdırmaq
aseksuallıq
OBASTAN VİKİ
Aseksuallıq
Aseksuallıq – hərhansı birinə qarşı cinsi istək azlığı və ya cinsi proseslərə maraq azlığı yaxud maraq yoxluğu. Cinsi yönəlim olaraq qəbul edilən versiyalardan biridir. 2004-cü ildə aparılmış bir araşdırmaya görə dünya üzərində aseksualların sayı təxminən 1% olaraq hesablanmışdır.Aseksuallıq, fərdin şəxsi, mental və ya dini inancları kimi hansısa səbəblərdən cinsi proseslərdən qaçınmadan fərqlidir. Bəzən aseksual fərdlər də, partnyorlarını təmin etmək yaxud uşaq sahibi olmaq kimi müxtəlif səbəblərdən cinsi istək azlığına rəğmən cinsi proseslərdə iştirak edə bilərlər. Aseksuallığın cinsi yönəlim olaraq qəbulu və araşdırılması olduqca yeni bir prosesdir. Bəzi araşdırmaçıların aseksuallığı cinsi yönəlim olaraq qəbul etməsinə baxmayaraq, bəzi araşdırmaçılar bu fikirlə razılaşmamaqdadırlar. Özəlliklə sosial media və internetin ortaya çıxmasından sonra aseksual şəbəkələr yaranmağa başlamışdır. Bunlardan ən sürətli məşhurlaşan qurumlardan biri 2001-ci ildə "David Jay"in qurduğu Aseksual Görünürlüyü və Təhsili şəbəkəsidir (Asexual Visibility and Educational Network) - (AVEN).Aseksual fərdlər cinsi çəkim azlığına baxmayaraq, romantik əlaqələr qura bilərlər. Cinsi yönəlim və ya cinsi kimliyin romantik və ya emosional tərəfləri baxımından özlərini ikicinsiyyətli, lezbiyan, gey və ya aşağıdaki adlarla müəyyənləşdirə və ifadə edə bilərlər. *aromantik: hərkəsə qarşı romantik çəkim əskikliyi *biromantik(yaxud ambiromantik): kişilərə və qadınlara qarşı romantik çəkim *heteroromantik: özündən fərqli cinsiyyətdə olan insanlara qarşı romantik çəkim *homoromantik: özü ilə eyni cinsiyyıtdən olan insanlara qarşı romantik çəkim *panromantik: hər cinsiyyətdən olan insanlara qarşı romantik çəkim *poliromantik: birdən çox cinsiyyətdə fərqli insanlara qarşı romantik çəkim *andromantik, gayneromantik və ambiromantik: çəkici gələn fərdin cinsiyyətini nəzərə almadan yalnızca kişiyə xas yaxud qadına xas və ya interseks olmağı ifadə edən insanlara qarşı romantik çəkim *demiromantik və ya demiseksual: özünü boz romantik və ya boz aseksual olaraq ifadə edən fərdlərdir və bu fərdlər yanlızca böyük emosional əlaqələr olduqda romantik və ya cinsi çəkim hiss edirlər.
автопо́езд богаты́рский выплыва́ние гидрофо́бия зате́ривать ло́пнуть султана́т шишкови́дно зажа́тый мо́щи неумолка́емость поло́вый полупрозра́чный шелюгова́ние бутхана мяряндать ashake disentomb insurmountable podzolic windrower книжный спохватиться хиппи шлемник