asteroidlər

asteroidlər
asteroid
asteroksilon
OBASTAN VİKİ
Asteroidlər
Asteroid (q.yun. ἀστεροειδής — "ulduza bənzər" və ya kiçik planet) — Günəş sisteminin kiçik cisimlərindən biri olub bərk nüvəyə malikdir. İndiyə kimi Günəş sistemində on minlərlə asteroid aşkar olunmuşdur. Asteroidlərin xüsusi orbiti üzrə hərəkət edir. Asteroidlərin ölçüləri adi planetlərə nisbətən çox-çox kiçikdir. Ona görə də onlara asteroid və ya kiçik planet adı verilir. Yunanca "aster" — ulduzvari, "Yeidos" — görkəm deməkdir. Günəşdən məsafəsi 2.06 a.v.-dən 4.30 a.v. aralığında olan planetlərarası fəza asteroidlər qurşağı və ya halqası adlanır. Bu zonada olan asteroidlər Günəş ətrafında 2.96 ildən 8.92 ilə qədər müddətdə dolanırlar.
Yer ətrafı peykəbənzər asteroidlər
Yer ətrafı peykəbənzər asteroidlər — Yer ətrafında bir neçə möcüzəvi obyekt var ki, onları bəzi ədəbiyyatda “ İkinci ay” və ya “Yerin ikinci peyki” adlandırırlar. Bunlar Yer orbiti ilə orbitləri 1:1 rezonansında olan asteroidlərdir. Bu obyektlərin müşahidəsi olduqca möcüzəvi trayektorialar göstərir. Bu onunla əlaqədardır ki, bir tərəfdən onların orbitlərinin ekssentresiteti Yerin ekssentresiteti ilə müqaisədə xeyli böyükdür. Diqar tərəfdən orbitlər ekliptikaya müəyyən meylə malikdilər. Bu obyektləri Yerin peykəbənzər obyekti adlandırırlar. Ən məşhur peykəbənzər asteroid (3753) Kruitnidir (lat Cruithne) 1986 ildə Duncan Waldron tərəfindən kəşf olunmuşdur. Onun orbiti üç planetin orbiti ilə kəsişir: Yer, Mars və Venera. Amma Yer orbiti ilə rezonansda olduğa görə o, Yerin peykəbənzər obyekti kimi təsniflənir. Kruitninin orbiti sinxron olduğuna baxmayaraq yer orbiti ilə tam kəsişmir.
Asteroidlərin siyahısı: 4001–5000
Bu siyahıda asteroidlərin 4001-dən 5000-ə qədər siyahısı verilmişdir. Bu siyahıda asteroidlərin xarakteristikası ilə tanış ola bilərsiniz.
Yerin peykəbənzər asteroidləri