at-öküz

at-öküz
at-mal 2021
at-öküzlü
OBASTAN VİKİ
Öküz
Öküz — iş heyvanı kimi istifadə edilən buğa (burulmuş erkək inək). Kecmişdə minik-yük nəqliyyatı vasitəsi kimi iribuynuzlu heyvanlardan (kəl, öküz, zebu) da geniş istifadə edilmişdir. Hələ qədim zamanlardan iribuynuzlu mal-qara qoşqu qüvvəsi kimi əkinçilərin həyatında mühüm rol oynamışdır. Qafqazda və Ön Asiyada əsas iş heyvanı hesab edilən öküz və kəllər maldar tayfalar və əkincilər tərəfindən yuksək qiymətləndirilmiş və nəhayət, sitayiş obyektlərindən birinə cevrilmişdir. Qədim Mingəçevirdən tapılan heyvan fiqurunun təsdiqi gostərir ki, e.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi istifadə etmişlər. Sonrakı dövrlərdə də, hətta XIX əsrin 30-40-cı illərinə qədər iribuynuzlu heyvanlardan yük və qoşqu qüvvəsi kimi istifadə edildiyini müxtəlif yazılı və etnoqrafik məlumatlar təsdiq edir. İribuynuzlu heyvanlardan yükdaşıma vasitəsi kimi köçmə maldarlıqla məşğul olan əhali daha cox istifadə edirdi. Xüsusilə arandan yaylağa doğru uzanan köç yollarında ev müxəlləfatı və barxana doldurulmuş fərməşləri iribuynuzlu heyvanlara yükləyir, qadın və uşaqları da onun üstünə mindirirdilər. İctmai, iqtisadi və siyasi vəziyyətlə əlaqdar iribuynuzlu heyvanlardan yük daşımaq məqsədilə təkcə kəndli təsərrüfatlarında deyil, hərbi hissələrdə də istifadə olunmuşdur.
.at
.at — Avstriyanın internet kodu.
At
At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi. == Təsnifatı == 7 müasir və 1 nəsli kəsilmiş növü var. === Müasir növləri === Prjevalski atı (Equus przewalskii) növü Vəhşi at (Equus ferus) növü Ev atı (Equus ferus caballus) yarımnövü Eşşək (Equus asinus) növü Qulan (Equus hemionus) növü Düzənlik zebri (Equus quagga) növü Dağ zebri (Equus zebra) növü Səhra zebri (Equus grevyi) növü === Nəsli kəsilmiş növü === Kvaqqa (Equus quagga) növü Zooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin ulaqlar, zebrlər və yarım ulaqlar növləri də daxildirlər. Professor B. O. Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər. Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim, yumşaq tropik bitki, rütubətli və bataqlıq yerlərdə yaşamışlar. Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100–120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.
Vəhşi öküz
Öküz (dəqiqləşdirmə)
Öküz — İnək heyvanının erkəyi. Öküzlər — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə. Öküz soliteri — lentşəkilli qurdlar sinfinə aiddir. Digər Öküzovtala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Öküzotu — çobanyastığıkımılər fəsiləsinə aid bitki cinsi. Öküzboğan — kərəvüzkimilər fəsiləsinə aid bitki cinsi. Öküzə sitayiş (totemizm) — qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması.
Öküz soliteri
Öküz soliteri (lat. Taenia saginata) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Öküz soliterinin epidemiyası Afrika, Latın Amerikası, Filippin və qismən Şərqi Avropa ölkələrində mövcuddur. Yetkin bir lent qurd təxminən 2-5 min seqmentdən ibarətdir və uzunluğu 4-10 metrə çatır. Degelmintizasiya, yəni parazitlərdən müalicə olunub qurtulmaq tədbirləri görülmədikdə insan bağırsağında yaşama müddəti 18-20 ildir. Qarmaqların olmamasına görə donuz soliterindən fərqlənir. İldə təxminən 600 milyon, bütün ömrü boyu isə 11 milyard yumurta qoyur Öküz soliterinin gövdəsi kiçik baş, qısa boyun və uzun lentşəkilli gövdədən ibarətdir. Başında yuvarlaq əzələ əmzikləri var, onların köməyi ilə yetkin parazit sahibin bağırsağının divarlarına yapışır. Bu parazitin yaşayıdığı mühit insanların və iri buynuzlu heyvanların nazik bağırsağıdır. Parazit bağırsağın başqa hissəsində yerləşə bilməz.
İbtidai öküz
İbtidai öküz (lat. Bos primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü.
Əsl öküz
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Öküz döyüşçüsü
Öküz döyüşçüsü (isp. torero [toˈɾeɾo]; port. toureiro [toˈɾɐjɾu]) — öküz döyüşü ilə məşğul olan şəxs. Öküz güləşləri əsasən ispan mədəniyyəti yaşanan ölkələrdə (İspaniya, Portuqaliya, Meksika, Ekvador, Peru və s.) təşkil olunur. Öküzü nizə ilə yaralayan oyuncu "pikador" (isp. picador) adlanır və öküzü öldürən oyuncu "matador" adlanır. Buğa güləşləri heyvansevərlər tərəfindən ən çox tənqid olunan idman növlərindən biridir.
Öküz Mehmed Paşa
Öküz Mehmed Paşa (1557, Konstantinopol, Osmanlı imperiyası – 1619, Konstantinopol) — I Əhməd və II Osman səltənətlərində 2 dəfə — ümumilikdə 3 il 7 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamı. I Əhmədin qızı Gövhər Sultanla evlənmiş, bu səbəbdən Kürəkən Mehmed Paşa olaraq da tanınmışdır. Nəsli günümüzə qədər davam edən Öküz Mehmed Paşa vəfat edəndə Ayşə və Əli adında iki övladı var idi. İstanbulda öküz nalbəndliyi ilə məşğul olan Qara Həsən adlı bir kəndlinin oğludur. 1567-ci ildə saraya alınaraq burada təhsil almağa başlamışdır. Ardından müxtəlif vəzifələrə gətirilərək 1606-cı ildə silahdarlığa yüksəldi. I Əhməd dönəmində vəzirlik rütbəsi verildi və Yəmənli Həsən Paşanın yerinə 1 aprel 1607 tarixində Misir bəylərbəyi seçildi. Bu vəzifədə ikən bölgədə mərkəzi hakimiyyətə tabe olmayan siyasi qruplara qarşı siyasi tədbirlər gördü. Bu səbəbdən yerli qaynaqlarda ikinci Misir fatehi olaraq anılmışdır. 5 ilə yaxın davam etdirdiyi Misir bəylərbəyliyi illərində bölgədə güclü memarlıq fəaliyyəti ilə də məşğul olmuşdur.
AT&T
AT&T – (ing. American Telephone and Telegraph Company, azərb. Amerkan Telefon və Teleqram Şirkəti) ABŞ-də yerləşən bir telekomunikasiya şirkətidir. Aleksandr Bell tərəfindən qurulan Bell Telefon Şirkəti ilə birləşən AT&T, dünyanın ən böyük telefon şirkətidir. Qanuni səbəblərə görə Bell Sistemləri (köhnə adı Bell Telefon) və AT&T ayrılıblar.
AT klaviaturası
AT klaviaturası (ing. AT keyboard) IBM PC/AT kompüterlərinin dəstinə daxil edilmiş 84 klavişli klaviatura. Sonradan IBM-in genişləndirilmiş klaviaturası (101/102 klavişli) ilə əvəz edilmiş AT klaviaturası PC klaviaturası ilə, demək olar ki, eynidir, ancaq bəzi özəllikləri var: sağ yuxarı küncdə yerləşən əlavə <Sys Req> klavişinə malikdir, <Enter> klavişinin ölçüləri bir qədər böyüdülüb, klavişlərin yerləşməsi bir qədər dəyişdirilib, belə ki, <Escape> klavişi sol yuxarı küncdən sağ yuxarı küncə, tərs əyik cizgi (\) isə sol aşağı küncdən sağ yuxarı küncə köçürülüb. Orijinal PC klaviaturasından fərqli olaraq, bu cür yerləşmə standart yazı makinasındakı kimi olduğundan yığım üçün daha əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
At (Unix)
At — Unix əməliyyat sistemlərində hər hansı işi gələcəkdə bir dəfə çağırmaq üçün istifadə olunan komandadır.
At (şahmat)
At — Şahmat fiquru. Atın gedişi iki cür hərəkətdən ibarətdir: şaquli və ya üfüqi xətt üzrə bir xanaya, sonra başlanğıc xanadan uzaqlaşaraq diaqonal üzrə digər xanaya hərəkət edir.
At antilop
At antilop (lat. Hippotragus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid cins.
At askaridi
At askaridi (lat. Parascaris equorum) — heyvanlar aləminin yumru qurdlar tipinin xromadoreyalar sinfinin askaridkimilər dəstəsinin askaridlər fəsiləsinin parascaris cinsinə aid heyvan növü. == Haqqında == At askaridi atların nazik bağırsağında parazitlik edir. Bunlarda bədən qurdvarı formada olub, ucları sivridir. Dişi fərdlərdə bədənin hər iki ucu düz, erkək fərdlərdə isə arxa uc qarın tərəfə dogru qarmaq kimi əyilmişdir. Dişi fərdlər erkəklərə nisbətən uzun olur. Bədənin ön tərəfində ağız dəliyi terminalı yerləşir. O Üç kutikulyar dodaqla əhatə olunmuşdur. Daxili orqanlar ilk bədən boşluğunda yerləşir. İlk bədən boşluğu maye ilə dolu olur.
At gücü
At gücü (a. g.) — güc ölçü vahidi, 1 a.g. = 735,5 Vt. Dünyada “at gücü” ölçü vahidinin bir neçə ölçüsü vardır. Bir çox ölkələrdə “at gücü” anlayışı avtomobil və elektrik mühərriklərinin güclərinin təyin olunması üçün istifadə edilməkdədir. Belə ki, 100 atlıq avtomobil deyincə, 100 dənə atın çıxardığı güc şəklində başa düşülür. At gücü adətən avtomobilləri tanıdarkən istifadə edilir, ancaq bu anlayışın təməli daha çox keçmişlə bağlıdır. At gücü, (ingiliscə tərcüməsi Horse Power və ya qısaca HP) anlayışını ilk dəfə 1782-ci ildə istifadə edən James Wattdır. Bu mühəndis ixtira etdiyi buxarlı maşınları satarkən müştəriyə maşının gücü haqqında məlumat verməli idi və o zamanlarda maşınlar çox inkişaf etməmiş olduğu üçün güc deyincə insanların ağlına atlar gəlməkdə idi. James Wattda bu yolu izlədi və gücün simvolu halına gələn atlarla və onların gücləri ilə maraqlanmağa başladı.
At paxlası
Vicia faba (lat. Vicia faba) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Faba faba (L.) House Faba vulgaris Moench Orobus faba (L.) Brot. Vicia esculenta Salisb.
At qripi
At qripi (ing. Eastern equine encephalitis virus) – Togaviridae fəsiləsinə aid virus növü. Atları öldürən bu virus nadir hallarda insan da ölümünə səbəb olur. Kanadanın Nova Skotiya əyalətində ağcaqanadlardan virusa yoluxan bir at ölüb. əyalətin baytar həkimi Rob Kerr məsələ ilə bağlı açıqlama verib. O deyib ki, həmin at "Eastern equine encephalitis" adlanan at qripindən ölüb. Bu qrip növü atlarda beyin iltihabına yol açır. Bu virus elmə çoxdan məlumdur, Amerika Yoluxucu Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzində qeydiyyata alınıb və öyrənilib. "Quş qripi"nə yoluxmuş toyuq və quşları sancan ağcaqanadlar əsas daşıyıcıdır. Virus atdan ata keçmir.
Kiçik At
Kiçik At (lat. Equuleus) — göyün şimal yarımkürəsində balaca bürc.
Marenqo (at)
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
Qara at
Qara at (ing. Dark horse) — əvvəlcə qələbə iddiası üçün müzakirə olunmayan, birdən-birə güclənən namizəd və qələbə üçün iddiaçı. İlk dəfə konserpt Benjamin Dizraelinin "Cavan Hersoq" (1831) novellasında qeyd olunub.
Qır at
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Vəhşi at
Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur. Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır. Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.
At (dəqiqləşdirmə)
At