atabasklar

atabasklar
atabask
atabəy
OBASTAN VİKİ
Atabasklar
Atabasklar – Şimali Amerikada atabask dillərində danışan hindi xalqları qrupu. Sayları ABŞ-də 422 min nəfər (o cümlədən Alyaskada 19 min nəfər, Kaliforniya və Oreqonda 8 min nəfər, apaçilər və navaxolar 395 min nəfər; 2000): bunların arasında əsl atabasklar. 346 min nəfərdir; Kanadada, müxtəlif məlumatlara görə, 24 mindən 45 min nəfərədək Atabaskyada yaşayır. Atabaskların, eyak hindilərinin və tlinkitlərin (na-dene dillərinin daşıyıcıları) ümumi əcdadları Şimal-Şərqi Asiyadan Amerikaya sonuncu köçənlərdən olmuşlar. Təqribən eramızdan əvvəl 1500-cü ildə praatabasklar sahildən uzaq, qitənin daxilindəki yaşayış mühitinə meyilli olan qrup kimi bu birlikdən ayrılmışlar. Atabaskların ilk vətənlərinin Yukon çayının yuxarı axarında yerləşdiyi ehimal olunur. Atabaskların məskunlaşma prosesində 3 qrupa bölünmüşlər. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Alyaska atabaskları
Alyaska atabaskları ya da Alyaska deneleri (ing. Alaskan Athabascan/Athabaskan/Athapascan/Athapaskan/Dene peoples, Alaskan Athabascans, Alaskan Athabaskans, Alaskan Athapaskans, Athabascan Indians of Alaska, Athabascan Native Americans of Alaska, Athabascan-speaking peoples of Alaska; rus. атабаски Аляски ya da атапаски Аляски), ABŞa bağlı Alyaska ştatının daha çox daxili bölgəsində Alaska Interior adı verilən Daxili Alyaskada bir azı da cənubda Sakit Okean sahillərində yaşayan və Na-Dene dillərinin Atabask dilləri qrupunun Şimali Atabask dilləri alt qrupundan dilləri danışan Şimal atabasklarından, ovçu və toplayıcı, yarı köçəri, matriarxat, animist ya da şamanist Subarktik yerlisi Alyaska xalqı. == Tarix == Na-Dene dillərini danışan digər xalqlar kimi Atabaskların da Asiyadan Amerikaya Eskimo-Aleut xalqlarından öncə köç etdikləri sanılır. Atabaskların ataları ehtimalən 12.000 il öncə son buz dövrünün sonunda Berinq boğazından istifadə edərək Sibirdən köç etmişdilər. Daxili Alyaskadakı (Interior Alaska) qədim arxeoloji qazıntılar, Alyaska Eskimo coğrafiyasının sahillərində olduğu kimi, təqribən 10.000 il öncəsinə tarixlənir və bunlar Sibirdəkilərlə yaxından ilgilidir. Atabask dillərinin Sibirdəki Ketcə başda olmaq üzrə Yenisey dilləri ilə qohum olduğu 2008-ci ildə Eduard Vajda başda olmaq üzrə mütəxəssis dilçilər tərəfindən təyid edilmişdir. Şimali Amerikada atabaskların anayurdunun şərqi Alyaska ya da qərbi Yukon olduğu düşünülür. Alyaska Atabask hindlilərinin Avropalılarla ilk qarşılaşması Rusiya Alyaskası (1733 – 1867) dönəmiədə ruslarla Denağinalar arasında olmuşdur. Bugün Denağinacada 75, Ahtnacada 50 Rusca alıntı var və bunlar hər iki xalqın ruslarla apardığı mütamadi kürk ticarəti sırasında dillərinə keçmişdir.