avlakogen

avlakogen
avqust-sentyabr
avlos 2021
OBASTAN VİKİ
Avlakogen
Avlakogen — platforma bünövrəsini kəsən iri yarıqlarla hüdudlanmış, yüksək mütəhərrikli, xətti çökək. Uzunluğu bir neçə 100 km, eni 10 km-lərlədir; adətən yaxınlıqda yerləşən geosinglinallarla sıx əlaqədə olur. Avlakogen təşkil edən çökmələr böyük qalınlıqlı (1000 m-ərlə) olub, adətən mürəkkəb qırışıqlar əmələ gətirir. Formasiya tərkibinə görə avlakogen miogeosinklinallara yaxındır. Sadə (sadə sinklinal quruluşlu qrabenlər) və mürəkkəb (qırışıqlıq sistemləri) avlakogen ayrılır. Eninə (qapalı) avlakogen bir tərəfi platformada tamamlanan (məsələn: Dnepr-Donets avlokogeni), digər tərəfi isə platforma sərhədindən kənara çıxan strukturlar və iki tərəfə çıxan – yəni platformanı başdan-başa kəsib keçən strukturlar (məsələn: Şimal Amerikada Uaçita sistemi) daxildir. Avlakogen platformanın müxtəlif inkişaf mərhələlərində, adətən, erkən inkişaf mərhələsində əmələ gəlir. Məsələn: Şərqi Avropa platformasında erkən avlakogen rifeydə, gec avlakogen isə Orta-Gec Paleozoyda əmələ gəlmişdir. Qraben-sinekliz Tafrosinekliz Tafrogeosinklinal Zevqogeosinklinal Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.

Digər lüğətlərdə