Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
JAXA
JAXA və ya tam adı ilə: Yaponiya Kosmos Araşdırma Agentliyi (yap. 独立行政法人宇宙航空研究開発機構 Dokuritsu-gyōsei-hōjin Uchū Kōkū Kenkyū Kaihatsu Kikō; ing. Japan Aerospace Exploration Agency) — 1 oktyabr 2003-cü ildə ISAS (Institute of Space and Astronautical Science), NAL (National Aerospace Laboratory of Japan) və NASDA (National Space Development Agency of Japan) təşkilatlarının birləşməsindən yaranmış bir təşkilatdır.
Saxa
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.
Çaça
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Çuxa
Çuxa — kişi üst geyimlərindən biri. Azərbaycanda iki cür — vəznəli və çərkəzi çuxalar mövcuddur. Hər iki çuxanın yaxası açıq biçilir. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilir. Bel hissəsində çuxanın bəndi olur. Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilir. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilir. Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənir. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilir. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olur.
Naxa
Naxa (lat. Silurus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin naxakimilər dəstəsinin naxalar fəsiləsinə aid heyvan cinsi. Müxtəlif növlərinin uzunluğu 35 sm-lə 5 m arasında dəyişir. Cinsə 14 növ daxildir.
Axa
Çax
Çax - türk və altay mifologiyalarında pis ruh. Şeytan. Çak, Çek, Şek, Yek, Yeg və ya Çəkir olaraq da bilinər. Çax'ların başında bir Ulu Çak tapılar. Bu çirkin görünüşlü, xırıltılı səsi olan 12 başlı bir varlıqdır. Yeraltında yaşayarlar, yaz gəlincə səthə çıxıb ağac köklərində sığınarlar. Qısa boyludurlar. İslam sonrasında, ərəb mədəniyyətində Dəccalın soy atası olaraq qəbul edilən və Şeytanı da xatırladan, alnının ortasında tək gözü olan Şik adlı varlıqla qaynaşdırılmışdır. Ərəblərə görə bu varlıq əslində iki adamdır və kəhanət qabiliyyətləri vardır. Çəkey (Çəğəkey) - türk və yaqut mifologiyasında pis ruhlardan bir qrup.
Kaxa Bendukidze
Kaxa Bendukidze (gürc. კახა ბენდუქიძე ; 20 aprel 1956, Tbilisi – 13 noyabr 2014, London) — Gürcü dövlət xadimi, iş adamı və xeyriyyəçi. == Həyatı == Kaxa Bendukidze 20 aprel 1956-cı ildə Tiflis şəhərində anadan olmuşdur. 1977-ci ildə Tbilisi Dövlət Universitetini və 1980-ci ildə isə Moskva Dövlət Universitetini bitirmişdir. 1981-1985-ci illərdə Puşçino şəhərindəki Mikroorqanizmlərin Biologiyası və Fiziologiyası İnstitutunda işləmişdir. 1985-1988-ci illərdə Biotexnologiya İnstitutunda Molekulyar Genetika laboratoriyasının sədri vəzifəsində çalışmışdır. Onun tərəfindən 1987-ci ildə elmi tədqiqatlar üçün biokimyəvi maddələr istehsal edən "Bioprocess" adlı müəssənin əsası qoyulmuşdur. Qısa zamanda Rusiyanın iqtisadi müstəqilliyini dəstəkləyən aparıcı şəxslərdən biri kimi məşhurlaşmışdır. Kaxa Bendukidze bu dövrdə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı daxilində vergi və valyuta üzrə işçi qrupuna rəhbərlik etmiş və 13 faizlik sabit vergi dərəcəsinin qəbul edilməsində mühüm rol oynamışdır. Kaxa Bendukidze həmçinin Rusiyada hökümətin iqtisadiyyata müdaxiləsinə qarşı olan şəxslərdən biri idi və bu səbəbdən Rusiya dövlət başçısı Vladimir Putin ilə arasında ziddiyyət yaranmışdı.
Kaxa Kaladze
Kaxaber Kaladze (gürc. კახაბერ კალაძე, 27 fevral 1978[…], Samtredia, İmereti) — gürcü futbolçusu, İtaliyanın Milan komandasının və Gürcüstan Milli Yığmasının müdafiəçisi, UEFA Çempionlar liqasının qalibi olmuş yeganə gürcü futbolçu. Hal-hazırda isə Tbilisi şəhərinin meridir. == Həyatı == Gürcüstanın Samtredia şəhərində anadan olmuşdur.
Kaxa Okriaşvili
Kaxa Okriaşvili (Kaxaber Okriaşvili) (21 mart 1966, Tbilisi) — Gürcüstanın siyasi və dövlət xadimi, tanınmış messenat, Gürcüstan Parlamentinin VI çağırış (2004–2008), VII çağırış (2008–2012), VIII çağırış (2012–2016), IX çağırış (2016–2020) Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən majoritar deputatı, 2008–2020-ci illərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, 2015-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambelyasının üzvü. 2013–2016-cı illərdə Gürcüstan Parlamenti Partiyasız Müstəqil Majoritarlar Fraksiyasının, 2016-cı ildən isə Gürcüstan Parlamenti Regional İnkişaf Fraksiyasının Sədri.. == Həyatı == Kaxaber Okriaşvili 21 mart 1966-cı ildə Qoqi Okriaşvilinin ailəsində dünyaya göz açmış, uşaqlıq illəri və erkən gəncliyi Tbilisi şəhərində keçmişdir. 1982–1983 və 1990–1995-ci illərdə, həkimlik fəaliyyəti ilə əlaqədər Gürcüstanın Dmanisi şəhərində yaşamışdır. 1995-ci ildən 2004-cü ilə qədər isə PSP Əczaçılıq Şirkətinin Baş direktoru vəzifəsini tutarkən yenidən Tbilisi şəhərində yaşamışdır. 2004-cü ildən bu yana Dmanisi-Tetriçakro seçki dairsəindən majoritar deputat olduğu üçün Dmanisi şəhərində yaşayır. == Mənşəyi == Kaxa Okriaşvilinin mənsub olduğu Okriaşvililər nəsli barəsində Gürcüstan Çarlığının, Kartli Çarlığının, Gürcü Pravoslav Kilsəsinin, Səfəvi İmperiyasının, Dövləti Aliyyənin (Osmanlı İmperatorluğu), Rusiya İnmperiyası, Gürcüstan Demokratik Respublikası, Gürcüstan SSR, ZSFSR və SSRİ-nin, həmçinin müstəqil Gürcüstanın dövlət və kilsə kitablarında, vergi, əmlak, alqı-satqı, varislik və müxtəlif qeydiyyat sənədlərində minlərlə fakt, istinad və mənbələr var. Okriaşvililər nəsli Gürcüstanın Dmanisi rayonu Javaxi və Qantiadi kəndində yaşayırlar. Arşadırmam zamanı məlum oldu ki, qədim gürcü Okriaşvili nəsli barəsində sənədlərin çoxunun əsli İran arxivlərində, Rusiya Federasiyası arxivlərində, Türkiyə İstanbulda Topqapı arxivində və ən əsas sənədlər isə Gürücstan Dövlət Milli Arxivində saxlanılır. Okriaşvili nəsli haqqında ilk yazılı mənbələr 11–13 əsrlərə təsadüf edir.
Marina-Baxa
Marina-Baxa (isp. Marina Baja) — İspaniyada yerləşən rayon.
Mentha laxa
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Miconia laxa
Miconia laxa (lat. Miconia laxa) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Nəhəng çala
Nəhəng çala (rus. исполиновы котлы, ing. kettle holes) — evorzion çuxur eni bir neçə metrə bərabər olan təbii yarımdairəvi çuxur, içərisində daş aparan suyun fırlanma hərəkəti nəticəsində bərk süxurlarda əmələ gəlir. Buzlağın yatağında, şəlalənin dibində, dar tənginin yanlarında, dəniz sahillərində yaranır.
Rosa Çaça
Rosa Çaça (8 dekabr 1982) — Ekvadorlu marafonçu. Rosa Çaça Ekvadoru 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Rosa Çaça birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 40 dəqiqə 57 saniyəyə qət edərək 118 marafonçu sırasında 83-cü yeri tutdu. Rosa Çaça növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 52 saniyəyə qət edərək 157 marafonçu sırasında 100-cü yeri tutdu.
Saxa Respublikası
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Saxa Vikipediya
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Saxa atı
Saxa atı (saxa сылгы və ya саха ата) — Saxa ərazisində formalaşan at. Cins xalq seleksuyası sayəsində yerli şəraitı uyğunlaşaq formalaşmışdır. Saxa cinsi şaxtaya davamlı olmaqla yanaşı qalın dəriyə və uzunluğu 8-15 sm olan xəzə malikdir. Bu ad hətta qışın sərt vaxtı qırnaqları ilə qarı eşərək onun altınfa yerləşən otlarla qidalana bilir. Bu atlar il boyu açıq səma altında yaşayırlar. Yayda +40°, qışda isə -60° S temoeratur şəraitində yaşaya bilir. Onlar sərbəst şəkildə qida aşkarlaya bilirlər. 1988-ci ildə tundra ərazisinə 160 km² əraziyə bir sürü saxa atıları buraxılmışdır. Hədəf isə bölgənin ekosistemini bərpa etmək olmuşdur. Bu atlara nisbətən yaxın cins Monqol atlarıdır.
Saxa dili
Saxa (Yakut) dili — saxaların xalq dili. Rusiya Federasiyasının Saxa Respublikasının rəsmi dövlət dilidir. Türk dillərinə daxildir.
Saxa ədəbiyyatı
Saxa ədəbiyyatı — Saxa türklərinin ana dilində yaratdığı ədəbiyyat. 1632-ci ildə Saha türklərinin ruslar tərəfindən işğalına qədər, onların yazılı ədəbiyyatı yox idi, lakin çox zəngin bir xalq ədəbiyyatı var idi. Bu xalq ədəbiyyatı materiallarından biri də Olonho dastanı və ona bağlı xalq ədəbiyyatı örnəkləridir. Bu örnəklər unikal bir ənənəyə malikdir və bir çox fərqli hekayədən ibarətdir. Hekayələrin hər biri öz qəhrəmanının adı ilə çağırılır və onların olonhohut adlı xüsusi rəvayətçiləri var. Olonhohutlar tarixi ənənəyə riayət edərək qəhrəmanları və hadisələri ətraflı təsvir edir, rəvayətləri zəngin məcaz və metafor ilə bəzəyir, Altay alliteasiyasını uğurla tətbiq edirlər. Olonhohutların söylədiyi bu hekayələr bir zəncir meydana gətirir və Olonhonun həlqəsində yığılır. İndiyə qədər tərtib edilə bilən ən əhəmiyyətli olonholar bunlardır: Er Soğotoh, Ürüng Uolan, Nurgun Bootor, Kulun Kulustuur, Bahımmı Baatır, Erbextey Bergen, Mülcü Böğö, Sün Caahın. Digər xalq ədəbiyyatı örnəkləri içərisində sehen (əfsanə), kepseen (xalq hekayəsi), uge (nağıl), ostuoruya (nağıl) qavrayış (alqış, ilahi), iria (nəğmə, xalq mahnısı), xohoon (qoşma), kırııstar (bəddua), bilgelər (inanclar), ös xohoonnoro (atalar sözləri), taabirinnar (tapmacalar) diqqəti çəkir. Bu zəngin xalq ədəbiyyatı nümunələrinin yazıya alınması yalnız 1819-cu ildə kiril əlifbasına əsaslanan xüsusi əlifbaya keçid ilə mümkün olmuşdur.
Anemone laxa
Anemonastrum narcissiflorum (lat. Anemonastrum narcissiflorum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü.
Çaça qalası
Axar-Baxar
Axar-baxar — suayrıcı. Axarbaxar (dağ) — Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Axarbaxar — Abşeron rayonunda aşırım; Axarbaxar — Sumqayıt ərazisində dağ. Axarbaxar — Şəki yaylası ilə Mingəçevir su anbarı arasında dağ silsiləsi. Axarbaxar — Yevlax rayonunda aşırım.
Atriplex cana
Ağ sirkən (lat. Atriplex cana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Avropa, Aşağı Volqaboyu, Krım, Qərbi Sibir, Orta Asiyada yayılmışdır. Baltikyanı zonada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20-50 sm, aşağı hissəsində çoxlu budağı olan yarım-kolcuqdur. Budaqları oduncaqlı,qonur-boz rəngli çatlamış qabıqla örtülmüşdür. Alt yarpaqları əyri-üzbəüz, qalıntəhər, uzunsov-ovaldan tərsinə-lansetvariyədəkdir. Yuxarı yarpaqları küt, çox vaxt batıq, kənarları bütövdür. Çiçəkləri yarpaqsız sünbül-süpürgəvari çiçək qrupunda yerləşir. Dişicik çiçəklərin çiçəkaltlıqlari oturaq, üstü enli, üçdişlidir.