Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sevinc
Sevinc sözü rifahın, uğurun və ya yaxşı bəxtin doğurduğu duyğuya aiddir və adətən sıx, uzunmüddətli xoşbəxtlik hissləri ilə əlaqələndirilir. == Səbəblər == Sevincin səbəbləri müxtəlif mənbələrə aid edilmişdir. "Ağıl təmiz olduqda, sevinc heç vaxt tərk etməyən bir kölgə kimi gəlir." — Qautama Budda, "[Sevinc] yaxşı həyatın, həm yaxşı gedən, həm də yaxşı yaşanan bir həyatın emosional ölçüsüdür." — Miroslav Volf "Bu, həyatda əsl sevincdir, özünüz tərəfindən qüdrətli kimi tanınan bir məqsəd üçün istifadə olunmaq; qırıntılar yığınına atılmadan əvvəl tamamilə köhnəlmək; qızdırmalı eqoist kiçik bir parça, dünyanın sizi xoşbəxt etməyə həsr etməyəcəyindən şikayətlənən xəstəliklər və şikayətlər əvəzinə Təbiətin bir qüvvəsi olmaqdır." — George Bernard ShawArianna Huffington, sevinci təhrik edən şeylərin müdafiəçisi, sevincin tətiklənə biləcəyi yolları araşdırmışdır. Tədqiqatında o, sevincin dopamin kimi stimullaşdırıcı fəaliyyətlər zamanı beyindəki bəzi neyrokimyəvi maddələrin yaratdığı müsbət reaksiyalar nəticəsində yarandığını müəyyən etdi. Huffinqtona görə, müsbət neyrokimyəvi reaksiya doğura bilən fəaliyyətlər sevinc istehsalçılarıdır. Inqrid Fetell Lee sevinc mənbələrini araşdırmışdır. O, "Sevincli: Fövqəladə Xoşbəxtlik Yaratmaq üçün Adi Şeylərin Təəccüblü Gücü" kitabını yazmış və bu mövzuda "Sevinc harada gizlənib və onu necə tapmaq olar" adlı TED məruzəsi ilə çıxış etmişdir.
Şeqini
Şehıni (ukr. Шегині) — Ukraynanın Lvov vilayətinin Javorivskiy rayonunda kənd. Polşa ilə sərhəddə yerləşən bu kənddə "Şehıni" beynəlxalq buraxılış məntəqəsi yerləşir.
Şınıx
Şınıx (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Şınıx bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə. Şınıx (Borçalı) — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd.
Astragalus nevinii
Astragalus nevinii (lat. Astragalus nevinii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tium nevinii (A.Gray ex Lyon) Rydb. === Heterotipik sinonimləri === Astragalus nevinii var.
Berberis nevinii
Berberis nevinii (lat. Berberis nevinii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Brickellia nevinii
Brickellia nevinii (lat. Brickellia nevinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.
Mahonia nevinii
Berberis nevinii (lat. Berberis nevinii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Sevindik Hətəmov
Hətəmov Sevindik Hacıağa oğlu (7 aprel 1961-ci il, Laçın rayonu, Güləbird kəndi) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Sevindik Hətəmov 1961-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci illdə Güləbird kənd orta məktəbini bitirib. 1980–1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib. 1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987–1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989–1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990–1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997–1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999–2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib. 2005–2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Sevindik İsmayılzadə
Səvinas (Soyuqbulaq)
Səvinas (fars. سويناس‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (62 ailə).
Yevgeni Şetinin
Yevgeni Şetinin (1 fevral 1970) — Belarusu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yevgeni Şetinin Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Yevgeni Şetinin Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Tium nevinii
Astragalus nevinii (lat. Astragalus nevinii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tium nevinii (A.Gray ex Lyon) Rydb. === Heterotipik sinonimləri === Astragalus nevinii var.
Sevinc (Gəncə)
Sevinc — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. == Əhalisi == Sevinc qəsəbəsində 5 minə yaxın əhali yaşayır.
Sevinc (kinoteatr)
"Təbriz" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr. == Tarixi == Kinoteatr 1970–72-ci illərdə tikilib. Əvvəlcə 1970-ci illərdən başlayaraq "Sevinc", 1990-cı illərdən sonra "Təbriz" adı ilə fəaliyyət göstərən kinoteatrın ərazisi 2000-ci ildə özəlləşdirilib. 2000-ci illərdə kinoteatrın binası baxımsız qalıb. Kinoteatrın binası çayxana, bilyard və kompüter oyunları zalları kimi fəaliyyət göstərib. 2020-ci ildə sökülərək yerində alış-veriş mərkəzi tikintisinə başlanmışdır. Alış-veriş mərkəzinin "Sevinc" adını daşıyacağı açıqlanmışdır.
Sevinc Abbasova
Sevinc Zakir qızı Abbasova — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru, genderşünas. == Həyatı == Sevinc Zakir qızı Abbasova 27 avqust 1976-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1983–1993-cü illər Naxçıvan şəhər 7 saylı orta məktəbində oxuyub və oranı əlaçı attestatı ilə bitirmişdir. 1993–1997-ci illər Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr pilləsini, 1997–1999-cu illərdə isə həmin universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında müəllim vəzifəsində elmi-pedoqoji fəaliyyətə başlamışdır. Əmək fəaliyyətini davam etdirərək 2009–2013-cü illər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasında müəllim işləmişdir. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında dosent vəzifəsində işləyir. Ailəlidir, iki qızı, bir oğlu, bir nəvəsi var. == Elmi fəaliyyəti == Paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasında dissertant olmuş, 2004-cü ildə "Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi" mövzusunda dissertasiyasını müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə isə "Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970–2015-ci illər)" mövzusunda yazdığı doktorluq dissertasiyasını müdafiə edərək tarix üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Sevinc Bünyatova
Sevinc Bünyatova (5 oktyabr 1989, Rusiya) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Sevinc Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub. Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevil Bünyatova da qılıncoynadandır. == Karyerası == Sevinc Bünyatova 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də qalib gələn Sevinc Bünyatova "A" qrupunu 1-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevinc Bünyatova əvvəlcə 1/8 final mərhələsində İtaliya nümayəndəsi Rebecca Carganonanı 15:8, sonra isə 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Alina Komaşuxa 15:11 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Polşa nümayəndəsi Angelina Vatora 11:15 hesabı ilə məğlub olan Sevinc Bünyatova I Avropa Oyunlarının bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Sevinc Yaqut qızı Bünyadova "Tərəqqi" medalı ilə təltif edildi.
Sevinc Cəfərzadə
Sevinc Cəfərzadə (1 iyun 1996 və ya 1 iyun 1994, Azərbaycan) – Azərbaycan millisində çıxış edən qadın futbolçu. 2021-ci ildə "Krasnodar" komandasına transfer olmuşdur. == Həyatı == 1 iyul 1996-cı ildə Azərbaycanın Lənkəran rayonunun Viravul kəndində fəhlə ailəsində anadan olub. Dörd uşaqlı ailənin üçüncü uşağıdır. Karyerası ərzində "Zaqatala", "Fidan", "Boblingen", "Donçanka", "Kubanoçka", "Yenisey", "Krasnodar" klublarında çıxış edib. Azərbaycanın U-16 milli komandası ilə debüt oyunu Uelsə olan qarşı oyun olub.
Sevinc Fətəliyeva
Sevinc Həbib qızı Fətəliyeva (17 avqust 1979, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı. == Həyatı == Sevinc Fətəliyeva 1979-cu il avqustun 17-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Sevinc Fətəliyeva 160 №-li tam orta məktəbi bitirib . 1996–2000-ci illərdə Azərbaycan Dillər Universitetində (ADU) tərcümə ixtisası üzrə təhsil alan Sevinc Fətəliyeva, 2000–2002-ci illərdə ADU-da magistr pilləsində təhsil alıb. Rus və ingilis dillərini bilən Sevinc Fətəliyeva, fiologiya üzrə fəlsəfə doktorudur. Sevinc Fətəliyevanın atası – Həbib Fətəliyev Azərbaycan SSR-nin sənaye naziri olub. === Ailəsi === Sevinc Fətəliyeva ailəlidir, bir oğlu və bir qızı var. == Fəaliyyəti == 2000-ci ildə "Mitsui & Co." LTD-də tərcüməçi vəzifəsində çalışan Sevinc Fətəliyeva, 2003-cü ildən Slavyan Universitetində (BSU) çalışır. O, 2003-cü ildən "Roman-german dilləri" Kafedrasının müəllimi, 2006-cı ildən isə "İngilis fiologiyası" Kafedrasının müdiridir. Sevinc Fətəliyeva 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatıldı.
Sevinc Hüseynova
Sevinc Hüseynova (28 yanvar 1970, Slavyanka, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı. == Hayatı == Sevinc Hüseynova 28 yanvar 1970-ci il tarixində Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində inspektor, 1994–2006-cı illərdə Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006–2009-cu illərdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini-şöbə müdiri işləmişdir. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi-kollegiyanın məsul katibi, Regionlar ilə iş və kadrlar şöbəsinin aparıcı məsləhətçisi vəzifələrində çalışmışdır. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası üzvüdür. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Honduras parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Sevinc Həsənova
Sevinc Telman qızı Həsənova (15 mart 1971) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini. == Həyatı == Sevinc Həsənova 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakültəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb. 1993–2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivənin müəyyən olunması üzrə komissiyanın sədri olub. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
Sevinc Muradova
Televiziya aparıcısı. Veriliş ssenari müəllifi. == Həyatı == Əslən Qubadandır. Televiziya fəaliyyətinə 1996-cı ildən ANS kanalında başlayıb. Səhər verilişinə aparıcı müsabiqəsi əsasında seçilib. Efirlə ilk təması gözəllik haqda hazırladığı süjetlə olub. Daha sonra Hava proqnozu. Yeri gəlmişkən, hava proqnozu aparıcı kimi ilk dəfə onun təqdimatında olub. Yəni, ona qədər hava şərati haqda məlumatlar aparıcısız, titrlərlə verilirdi. Daha sonra «Salam», «Şirin çay» səhər verilişləri, 2000-ci ildə gözəlik haqda «Eybi yox» müəllif verilişi...
Sevinc Nuruqızı
İmanova Sevinc Nuru qızı (22 avqust 1964, Bakı) — Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi, publisist. AJB-nin üzvü (1999), AYB-nin üzvü (2001). == Həyatı və təhsili == Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam rayonunu Şelli-Qaradağlı kənd orta məktəbində təhsil almışdır (1971–1981-ci illər). O, M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir (1981–1986). Əmək fəaliyyətinə Ağdam raynu Şelli-Qaradağlı k. orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1986–1991). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində baş redaktorun müavini (2003–2006), "Minamedia" nəşriyyat evində "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin direktoru (2006–2007), İctimai Radionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" və "Nağıl saatı" verilişlərinin redaktoru və aparıcısı (2006–2007), F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi "Göy Qurşağı" uşaq jurnalının redaktoru olmuşdur (2015–2021). Hazırda "Təhsil" və "Aspoliqraf" nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyət göstərir (2007-dən). == Mükafatları və nailiyyətləri == Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlarımızın işgəncə dolu həyatına həsr edilmiş "Qisas" adlı pyesi Ə. Haqverdiyev ad.
Sevinc Osmanqızı
Mirzəyeva Sevinc Osman qızı — jurnalist, televiziya aparıcısı. ANS TV kanalının xəbərlər xidmətinin rəhbəri olaraq fəaliyyət göstərmişdi. O, bir müddət Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri idi. 1990-cı illərin əvvəllərində gənc yaşlarından siyasi meydanda olduğu üçün onu Azərbaycanın müasir dövrünün ilk qadın diplomatı adlandırmaq olar. Hazırda mühacirətdədir, ABŞ-da yaşayır. 2018-ci ildən “Osmanqızı TV” internet kanalı fəaliyyətdədir. == Həyatı == Sevinc Osmanqızı 22 iyun 1969-cu ildə Bakıda jurnalist ailəsində anadan olub. 1986-cı ildə Osman Mirzəyev adına 190 nömrəli məktəbi qızıl medalla, 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Jurnalist fəaliyyətinə “Assa-İradə” xəbər agentliyində parlament müxbiri kimi başlayıb (1990). Azərbaycan Televiziyasının (AzTV) Xəbərlər Redaksiyasında müxbir işləyib (1990-1992).
Sevinc Qasımova
Sevinc Qasımova — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdirinin müavini. == Həyatı == Sevinc Qasımova, 1964-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Tarix üzrə fəlsəfə doktoru və dosentdir. === Təhsili === Orta təhsilini bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1982–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1999-cu ildə "Mirzə Kazımbəyin tarixi baxışları" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 65 elmi məqalənin, 10 tədris proqramının müəllifidir. 2 dərs vəsaiti, 1 metodik vəsaiti və 1 monoqrafiyası vardır. === Tədqiqat sahəsi === Sevinc Qasımovanın əsas tədqiqat sahəsi Azərbaycanda maarifçilik hərəkatının tarixşünaslığı və Mirzə Kazım bəyin həyatı və yaradıcılığıdir. == Əmək fəaliyyəti == 1994-cü ildən BDU-nun Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır."Azərbaycan tarixinin mənbəşünaslığı", "Azərbaycan tarixinin tarixşünaslığı", "Tarixi biliyin elmə çevrilməsi", "1920–1930-cu illərdə Azərbaycanda antisovet çıxışlar", "Azərbaycanda kapitalizmin genezəsi və onun xüsusiyyətləri", "Azərbaycanda maarifçilik hərəkatının tarixşünaslığı, Mirzə Kazımbəy tarixli görüşləri" üzrə kurslar tədris edir.
Sevinc Qiyasbəyli