Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şiraslan Gursəsli
Miraslan Ağayev
Miraslan Bəkirli
Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli‎; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb. 1984-cu ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur.
Şiraklar
Şiraklar – Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış qədim türk etnoslarından biri. Tarixi mənbələrdən şirakların hələ Qafqaz Albaniyası ərazisində yaşamaları məlumdur. Şirak etnonimi mənbələrdə həm də sirak kimi qeyd olunur. Tarixşünaslıqda əvvəllər şirakların mənbəyi haqqında müəyyən qədər tərəddüdlər olsa da, sonrakı araşdırmalar zamanı bu tərəddüdlər aradan qaldırılmışdır. Antik mənbələrdə şiraklar haqqında bəzi məlumatlar qorunub saxlanılmışdır. Antik müəllif Tatsit (Annallar,XII,15) Şimalda "şirakların çarı Zorsin" ifadəsini işlədir. Müəllifin Zorsin kimi yazdığı ad latın dilində "ç" səsi olmadığına görə Çursin kimi oxunmalıdır. Çursin türkcə "çur" – "qəhrəman", "çin" (şin,sin) – "kimi" sözlərindən ibarətdir. Beləliklə, ad "qəhrəman kimi" anlamındadır. I əsr müəllifi Strabon Şimalda şirakların bir hökmdarının adını Abeak kimi göstərir.
Əmiraslan Xeyirbəyov
Əmiraslan ovdanı
Əmiraslan ovdanı — XIX əsrdə Maştağada tikilmiş ovdan. Ovdanın əsas hissəsi torpağın altındadır. Pilləkənlər lay daşlardan yonulub, su mənbəyinə qədər enir. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir. Ovdan hazırda baxımsız vəziyyətdədir.
Əmiraslan Əliyev
Əmiraslan Rza oğlu Əliyev (30 avqust 1960, Naxçıvan – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Əmiraslan Əliyev 30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Ü. Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Naxçıvan Şərabçılıq Zavodunda fəhlə işləmişdir. 1979–1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna respublikasında, sonra Polşada hərbi xidmətini davam etdirmişdir. 1981–1982-ci illərdə Naxçıvan şüşə Qablar Zavodunda, 1982–1992-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə içləmişdir. İstehsalda çalışmaqla yanaşı, o, təhsilini də davam etdirməyi unutmamışdır. 1982–1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-filologiya fakültəsində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında hərbi xidmətə çağırılmışdır.
Əmiraslan İsgəndərov
Əmiraslan Əlixan oğlu İsgəndərov (1976) — Bakıda sələfi qrupunun rəhbəri. 1999-cu ildən 2003-cü ilə qədər o, Əfqanıstan təlim düşərgələrində iştirak edib və gənc qadın mücahidlərin fəaliyyətə cəlb edilməsini həyata keçirib. Həbs olunduğu zaman trotil, qumbara və detonatorlar ələ keçirilib. Milli Təhlükəsizlik Nazirliyi mətbuata açıqlamasında İsgəndərovun "anti-Azərbaycan kampaniyası apardığını" iddia edib. Qurumun açıqlamlarına görə o etnik azlıqların nümayəndələri arasında kin və Azərbaycana nifrət aşılayırdı. O ölkə ərazisində "Camaat" və ya ordu yaratmaq cəhdində ittiham edilirdi . == Mühakimə == Qapalı keçirilən prosesdən sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsi İsgəndərov və qruplaşmasının daha 5 iştirakçısı — Əlirza Məcid oğlu Babayev (1965-ci il təvəllüdlü), Zaur Əliyeviç Əliyev (1984-cü il təvəllüdlü), Abdulla Məhəmmədoviç Məhəmmədov (1986-cı il təvəllüdlü), Sumqayıt şəhəri Hidayət Pirivey (d. 1971) və Rizvan Əbdülqədirov. İsgəndərov və Babayevin hər biri 28.214.2.1 maddəsi ilə qanunsuz partlayıcı maddə və döyüş sursatı saxlama maddəsi ilə 14 il, Abdulla və Əlivey isə 228.2.1 maddəsi ilə 5 il, Abdulqədirov isə 228.1 maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Şirakan (Mərgavar)
Şirakan (fars. ‎‎‎‎شيركان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 762 nəfər yaşayır (126 ailə).
Şirakan (Urmiya)
Şirakan (fars. ‎شيركان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 61 nəfər yaşayır (13 ailə).
Şirlan (Bicar)
Şirlan (fars. سيرلان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Əmiraslan Xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. == Həyatı == Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi.
Əmiraslan xan Avşar
Doktor Əmiraslan xan Avşar Qasımlı - == Həyatı == Doktor Əmiraslan xan Avşar Qasımlı (Canməhəmməd oğlu), 1919-cu ildə Marağada dünyaya gəlibdir..O, İranda ibtidai təhsil almışdır, təhsilin davam etmək üçün xaricə getmişdi.Almaniya, Avstriya və İsveçrədə təhsil alandan sonra, doktorluqun almışdır.1947-ci ildə İrana qayıdıb və bir müddət xarici işlər nazirliyində işlədi.Sonra bir müddətdə Haaqada İran səfirliyinin üçüncü katibi idi. Sonra İrana gəldi və 1949-cu ildə Məhəmməd Saidin qızı ilə evləndi. Bu evlilik ilə önemli işlərə nail oldu.1956-cı ildə,XIX Milli Məclisinin seçkiləri zamanı, Marağa şəhərindən nümayəndə oldu.Milli Məclisin XX dövründə, yenədə Marağanın nümayəndəsi idi. 1967-ci ildə İranın Avstriyadaki səfiri oldu. 1969-cu ilin oktyabr ayından, 1973-cü ilin mart ayına qədər İranın Amerikada ki səfiri oldu. 1974-cü ildən, 4-il müddətində İranın Almaniyadaki səfiri oldu. 1978-ci ildə İrana qayıdıb və 1979-cu il İran inqilabına qədər sarayın mərasim başçısı idi.
Əmiraslan xan Dünbili
Əmiraslan xan Əhməd xan oğlu Dünbili (?-1838) — Xoy xanlığının sərkərdəsi, hakim, vali. == Həyatı == Əmiraslan xan Dünbili əmirlərindən Əmir Əhməd xanın oğludur. Təbriz hakimi olan Əmiraslan xan, İran hökumətinin vəliəhdi Abbas mirzə Qovanlı-Qacarın yaxınlarından idi. H.l 240 (M. 1824)-cı ildə Xoy hakimi oldu. Məhəmməd şah Qacar zamanında Xəmsə və Zəncan valisi vəzifəsində xidmət edirdi. Daha sonra Qaradağ naibliyi vəzifəzinə təyin edildi. Fəzilətli bir şəxsiyyətə sahib olan Əmiraslan xan, hədis sahəsində yetkin bir alim idi. Ömrünün son zamanlarında sofulann yoluna girdi. İran şahı Osmanlı dövləti arasındaki savaşda Bayazidə hakim təyin edildi. Rus və Osmanlı hökmdarlannm yanında sayğın bir yer almışdı.
Əmiraslan xan Məcdüddövlə
Əmiraslan xan Məhəmmədqasım xan oğlu Məcdüddövlə — İranın dövlət xadimi, Fətəli şah Qacarın kürəkəni. == Həyatı == Məhəmmədqasım xanın dördüncü oğlu Əmiraslan xan Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Əmidülmülk və Məcdüddövlə ləqəblərini daşıyırdı. Əmiraslan xan Təbriz şəhərində şahzadə Məhəmməd mirzənin sarayında pişxidmətbaşı vəzifəsində çalışırdı. 1847-ci ildə şahzadə Nasirəddin mirzə Bəhmən mirzənin yerinə Azərbaycan valisi təyin edilir. Əmiraslan xan şahzadənin sarayında eşikağasıbaşı olur. Əmiraslan xan Məcdüddövlə Babın zühuru zamanı Zəncan əyalətinin valisi idi. Molla Məhəmmədəli Zəncani də bu əyalətdə qiyam qaldırdı. Tehrandan əmr gəldi ki, Molla Qurbanəlini qandallayıb, paytaxta göndərsin.
Əmiraslan xan Xoyski.
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. == Həyatı == Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi.
Əmiraslan xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. == Həyatı == Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi.
Əmiraslan xan Qırxlı-Avşar
Əmiraslan xan Qırxlı-Avşar (1738-1748) — Azərbaycan hakimi , Əfşarlar sülaləsi dönəmində sərkərdə, ordu generalı. == Həyatı == Qırxlı oymağının səsli əmirlərindən biri də Əmiraslan xandır. Əmiraslan xan Nadirqulu xanın bibisioğlu idi və ona xidmət etmişdi. Nadirqulu xan şah olandan sonra Əmiraslan xanı ölmüş qardaşının, İbrahim xan Zəhirüddövlənin yerinə, 1738-ci ildə Azərbaycana sərdar (ordu generalı) təyin etmişdi. Əmiraslan xan Qırxlı-Avşar Nadir şahın ölümündən sonra qoşunla Ərdəbilə yürüş edib, Sam mirzəni tutdu. Edam edib, Təbrizə gəldi. Məhəmmədkazım xan Qaradağlını özünə həmfikir edib, şahlıq eşqinə düşdü. İran şahlıq taxtının iddiaçılarında şübhə doğurmamaq üçün, ehtiyatlı hərəkət edərək öz adından deyil, İmam Rza adından sikkə kəsdirməyə başladı. Əli şah adı ilə taxta çıxan Əliqulu xan Qırxlı-Avşar (1747-1748) Əmiraslan xana elçi göndərib, onu şah kimi tanımağı təklif etdi. Əmiraslan xan Əli şahın elçisini öldürdü və asılılığını bildirmədi.
Siraklar
Sıravan
Sıravan (fars. سیراوند‎, (az.-əski. سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiya == Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. === Bulaqlar === Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). === Milli tərkibi === Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. == İqtisadiyyat == Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.
Şırlan
Şırlan — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Şırlan kəndi Çaykənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şırlan kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şırlan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Şırlan kəndi yaşayış məntəqəsi kimi xəlfəli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd öz adını yaxınlıqdakı Şırlan adlı şəlalənin adından almışdır. Şırlan hündür yerdən tökülən çay, şəlalə, şırşır deməkdir. == Tarixi == Şırlan kəndi fransız, ingilis, rus, fars, ərəb və digər səyyahların marağına səbəb olub. Məşhur türk sərkərdələri Ənvər Paşa, Nuru Paşa bu kənddə qonaq olublar.
Saralan (Urmiya)
Saralan (fars. ‎‎سارالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (89 ailə).
Şivaşan (Sərdəşt)
Şivaşan (fars. شيواشان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (25 ailə).
Şırlan (bulaq)
Şırlan – Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kəndinin ərazisində, Xəlfəli çayının başlanğıcında, dəniz səviyyəsindən 1600 metr hündürrlükdə yerləşən bu mineral bulaq üç bulağın ümumi adıdır. Şırlan mineral bulağı Şuşa şəhərindən 18 km qərbdə, Sarıbaba dağının ətəyində qərar tutmuşdur. Suyu turş və içməlidir. Bulaq suyun axma rejiminə (şırıltı ilə tökülməsinə) görə belə adlandırılmışdır. == Həmçinin bax == Şırlan == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.218.
Əlifba sırasına görə paytaxtların siyahısı
== Həmçinin bax ==