SƏRİNLƏNMƏK

məch. Sərində oturmaq, yaxud sərin su içmək, sərin su ilə yuyunmaq və s. ilə özünü sərinlətmək, hərarətini azaltmaq. Balkonda oturub sərinləndim. Soyuq su içib sərinləndim.
[Şiraslan düşünürdü] …hər çeşmədən yüz-yüz maşının min-min sərnişini yayın isti, qızmar günlərində bu sudan [turş sulardan] içib sərinlənərsə, … bizim işçi adamlar üçün nə qədər də xeyirli bir iş görülmüş olar. S.Rəhimov.
Pəncərəmi döyür çinar; Deyir çinar: – Çıx sərinlən kölgəmdə sən. N.Xəzri.

// Sərin olmaq, sərin düşmək.
Cığır aşağıya günəş şüaları buraxmayan bu göyçək əzəmətli ağacların arası ilə keçib dik yuxarı dırmandıqca meşə kölgələnib sərinlənirdi. Ə.Əbülhəsən.

SƏRİNLƏNMƏ
SƏRİNLƏŞDİRİCİ

Digər lüğətlərdə