Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suluqlugöl
Suluqlugöl (fars. سولوگلي گل‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (28 ailə).
Susurluq
Susurluq — Balıkəsirin bir rayonudur. Rayon mərkəzinin əhalisi 23.800-dür. Susurluq mahalı Balıkəsir elinə bağlı bir rayon olub, elin şimal şərqində yerləşməkdədir. Rayonun şərqində Bursanın Mustafakəmalpaşa rayonu, şimalında yenə Bursansanın Qaracabəy və Balıkəsirin Batırdırma rayonları, qərbində Manyas, cənub və cənub şərqində Kəpsut rayonu yerləşir. Ayranı və tostu ilə bilinər. 1996-dakı Susurluq yol qəzası ilə dünya tərəfindən tanınmasına səbəb olmuşdur.
Susuzluq
Susuzluq içməli mayelərə olan güclü ehtiyactdır, onun nəticəsində heyvanların içmək üçün əsas instinkti yaranır. Maye balansında iştirak edən vacib bir mexanizmdir. Bu, maye çatışmazlığı və ya natrium kimi müəyyən osmolitlərin konsentrasiyasının artması nəticəsində yaranır. Bədənin suyun həcmi müəyyən bir həddən aşağı düşərsə və ya osmolit konsentrasiyası çox yüksək olarsa, beyindəki strukturlar qan tərkiblərindəki dəyişiklikləri aşkar edir və susuzluğu bildirir.
Suluqun
Suluqun Xan - türk və altay mifologiyasında yeraltı padşahı. Sülükün Xan olaraq da bilinər. İlk insanın oğlu kimi qəbul edilir. Ruhu yeraltına gedib oradakı dənizi idarə etməyə başlamışdır. Sular altındakı səltənətə hökm edər. Saysız sürüsü vardır. Yeniyılda (Novruzda) yer üzünə çıxar. Gələcək ildə nələr olacağını bilər. İnsana bənzər, qısa boylu və qaşsızdır. Özünə bağlı, Suluqunlar adı verilən ruhlar vardır.
Susuzluq (Kəlbəcər)
Susuzluq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Susuzluq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Susuzluq kəndi Yanşaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susuzluq kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra 25 noyabr 2020-ci ildə boşaldıldı. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XIX əsrdə Əliyli kəndindən (indiki Gədəbəy rayonunun Sarıköynək kəndi) gəlmiş ailələr salmışlar. Kənd yaxınlığındakı Susuzluq dərəsinin və eyniadlı dağın adını daşıyır. == Tarixi == 4 iyun 2021-ci ildə kənd yaxınlığında baş verən mina partlayışı nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Susuzluq dağının ətəyində yerləşir. === Yaylaqları === Ağbulaq yurdu, Qumlu yurd, Güneydərə yurdu, Yalyurd, Boyun yurd, Ağdağ yurdu, Soğanlı yurd, Qırxbulaq === Bulaqları === Çay bulaq, Cələli bulaq, Novlu bulaq, Alı bulağı, Qara su, Sarı bulaq, Sonanın bulağı, Göy bulaq, Ağ bulaq, Qumlu bulaq, Fətalı bulaq, Pənahın bulağı, Dilənin bulağı, Koralı bulağı, Şor bulaq, Xudaverdinin bulağı === Məşhur yerləri === Biçənəktala, Seyidalıbiçən, Şorbulaq, Nəsiryeri, İlyasyeri, Möyləcbiçən, İmanverdibiçən, Nazikdağ, Enlidağ, Sarıqaya, Vesinyalı, Qarasu, Sarının dalı, Ağdaşın boynu, Dərəyeri, Sarıyoxuş, Kəməndin yalı, Alıdərəsi, Suvax, Təksöyüd, Möyləc çökəyi, Yarıx, Ardışlı, Yaltəpə, Gəzdək qayası, Arı qayası, Pənahın kalafası, Abbasın kalafası, Gamış gölü, Orucyeri, Pərzad yatağı, Almanın düzü, Məhəmməd dərəsi, Keçəlyeri, Almalı, Anaxanım bulağı, Təkə qaçan qılınc uçuğun boynu, Qasım binəsi, Dağınbaşı, Əhmədin bulağı, Şamın güneyi, Qaraqayanın güneyi, Alçalı, Yayra, Bozlugüney, Həsəndüşən təpə, Dilikdiliyin təpəsi, Qəbirstanlığın güneyi, Mirzəalının kalafası, Balabiçənək tala, Saqqızlı, Mirsadiq yatağı, Cəlilli biçənəyi, Palıdlıq, Köhsərin palıdı, Məhərrəm kalafası, Comaqaya, Söyüdlüçəpər, Suludərə, Nəsirin xırmanı, Dəlikdaş, Talanın düzü, Qozludərə.
Susuzluq (dəqiqləşdirmə)
Susuzluq Susuzluq (Kəlbəcər) — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində kənd. Susuzluq günü — Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş döyüşə verilən ənənəvi ad. Suzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ.
Susuzluq faciəsi
Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur. İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir. == Zəmin == Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlı və kürd qaçqın düşmüş, 150-dən çox azərbaycanlı girov götürülmüşdür.
Susuzluq günü
Susuzluq günü (ərəb. ﻳﻮﻢ ﺍلعطش, Yəvm əl-atəş‎) — 724-cü ildə, Mavəraünnəhrdən keçən Sırdərya çayının sahillərində, indiki Tacikistan ərazisində, Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş döyüşə verilən ənənəvi ad. Müslüm ibn Səid əl-Kilabi öndərliyindəki Əməvi ordusu türgişlərin yürüşlərindən xəbərdar olanda Fərqanə vadisinə hücum təşkil edir. Türgiş atlıları tərəfindən qovulan ərəblər tələsik şəkildə Sırdərya çayına doğru qaçır. Nəhayət, 11 gün davam edən qaçışdan sonra Əməvi ordusu Sırdərya sahilinə çatır, ancaq onlar türgiş və yerli Mavəraünnəhr hakimlərinin qoşunları ilə əhatə olunur. Hər halda, ərəblər bu mühasirəni qırıb, çayı keçərək Xücənd şəhərinə çatırlar. Əməvilərin məğlubiyyətə uğraması müsəlmanların regiondakı nəzarətini darmadağın edir. Mavəraünnəhr təqribən 740-cı ilə kimi ərəblər ilə türgişlər arasında mübahisəli ərazi olaraq qalır. == Zəmin == Mavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir.
Susurluq qəzası
Susurluq qəzası və ya Susurluq qalmaqalı — 3 noyabr 1996-cı ildə saat 19:25 radələrində Balıkesir–Bursa magistral yolunun Susurluq rayonu Çatalceviz məhəlləsində baş verən yol qəzası nəticəsində dövlət-polis-mafiya əlaqələrinin ortaya çıxması ilə başlayan qalmaqal. Türkiyə Cümhuriyyəti tarixinin ən mühüm qalmaqallarından biridir. Qəzadan sonra ictimaiyyət "dövlət-siyasət-mafiya" üçbucağında qeyri-qanuni münasibətlərin üzə çıxarılmasını tələb edib. Medianın və vətəndaş cəmiyyətinin dəstəyi ilə "Daimi işıq üçün bir dəqiqəlik qaranlıq" adlı aksiyalarda ört-basdır edilən əlaqələr və fəaliyyətlərin açıqlanması tələb olunub. Qəza ingilislər tərəfindən bir filmin mövzusu oldu və film 2018-ci ildə "The Scar" adı ilə çıxdı. Filmin Qönçə Us tərəfindən nəql ediləcəyi bildirilib. == Qəza == DYP Şanlıurfa millət vəkili Sədat Edip Bucaq, İstanbul Kəmaləddin Eröge Polis Məktəbinin müdiri Hüseyn Qocadağ, Mehmet Özbay saxta şəxsiyyətli Abdullah Çatlı ilə 1969-cu il təvəllüdlü Qönçə Us 1 noyabr 1996-cı il axşam saatlarında Quşadası Onura hotelinə gəliblər. Hüseyn Qocadağın rəhbərliyi ilə Bucaqa məxsus 06 AC 600 dövlət nömrə nişanlı Mercedes markalı qara avtomobillə İstanbula getmək üçün yola çıxan qrup, 3 noyabr 1996-cı il tarixində saat 19.25 radələrində Susurluq rayonunun Çatalceviz məntəqəsində yanacaqdoldurma məntəqəsindən yola çıxan Həsən Gökçənin rəhbərliyi altında 20 RC 721 dövlət nömrə nişanlı yük maşınına çırpılıb. Bu qəza mətbuat ədəbiyyatında "Susurluq qalmaqalı" və ya "Susurluq qəzası" kimi adlanırdı. Qəzada "Mercedes"i idarə edən Hüseyn Qocadağ, üzərində Mehmet Özbay şəxsiyyəti olan Abdullah Çatlı və Məlahət Özbay saxta şəxsiyyətli Qönçə Us dünyasını dəyişib.
Çayların sululuğu
Soluqlu (Çaypara)
Soluqlu (fars. سلوكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (56 ailə).
Susuzluq kəndi yaxınlığında partlayış
Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur. İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir. == Zəmin == Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlı və kürd qaçqın düşmüş, 150-dən çox azərbaycanlı girov götürülmüşdür.
Çayların sululuğu və ona təsir edən amillər