Susuzluq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Susuzluq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Susuzluq kəndi Yanşaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susuzluq kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra 25 noyabr 2020-ci ildə boşaldıldı.
Susuzluq | |
---|---|
40°14′13″ şm. e. 46°10′41″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.731 m |
Saat qurşağı | |
Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XIX əsrdə Əliyli kəndindən (indiki Gədəbəy rayonunun Sarıköynək kəndi) gəlmiş ailələr salmışlar. Kənd yaxınlığındakı Susuzluq dərəsinin və eyniadlı dağın adını daşıyır.[2]
4 iyun 2021-ci il tarixində kənd yaxınlığında baş verən mina partlayışı nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur.
Kənd Susuzluq dağının ətəyində yerləşir.
Ağbulaq yurdu, Qumlu yurd, Güneydərə yurdu, Yalyurd, Boyun yurd, Ağdağ yurdu, Soğanlı yurd, Qırxbulaq
Çay bulaq, Cələli bulaq, Novlu bulaq, Alı bulağı, Qara su, Sarı bulaq, Sonanın bulağı, Göy bulaq, Ağ bulaq, Qumlu bulaq, Fətalı bulaq, Pənahın bulağı, Dilənin bulağı, Koralı bulağı, Şor bulaq, Xudaverdinin bulağı
Biçənəktala, Seyidalıbiçən, Şorbulaq, Nəsiryeri, İlyasyeri, Möyləcbiçən, İmanverdibiçən, Nazikdağ, Enlidağ, Sarıqaya, Vesinyalı, Qarasu, Sarının dalı, Ağdaşın boynu, Dərəyeri, Sarıyoxuş, Kəməndin yalı, Alıdərəsi, Suvax, Təksöyüd, Möyləc çökəyi, Yarıx, Ardışlı, Yaltəpə, Gəzdək qayası, Arı qayası, Pənahın kalafası, Abbasın kalafası, Gamış gölü, Orucyeri, Pərzad yatağı, Almanın düzü, Məhəmməd dərəsi, Keçəlyeri, Almalı, Anaxanım bulağı, Təkə qaçan qılınc uçuğun boynu, Qasım binəsi, Dağınbaşı, Əhmədin bulağı, Şamın güneyi, Qaraqayanın güneyi, Alçalı, Yayra, Bozlugüney, Həsəndüşən təpə, Dilikdiliyin təpəsi, Qəbirstanlığın güneyi, Mirzəalının kalafası, Balabiçənək tala, Saqqızlı, Mirsadiq yatağı, Cəlilli biçənəyi, Palıdlıq, Köhsərin palıdı, Məhərrəm kalafası, Comaqaya, Söyüdlüçəpər, Suludərə, Nəsirin xırmanı, Dəlikdaş, Talanın düzü, Qozludərə.[3]
Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |