Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müqəddəs Şupxalişay
Müqəddəs Şupxalişay (erm. Շուփհաղիշոյ) - Alban Həvari kilsəsinin V-VI əsrlərdə yaşamış Partav arxiyepiskopu. == Həyatı və fəaliyyəti == Adı süryani dilində "İsanın izzəti" (klass. süry. ܫܘܒܚܐܠܝܫܘܥ) mənasına gəlir. Şupxalişay haqqında Alban ölkəsinin tarixində Yerusəlimdən gəldiyi qeyd edilir. 498-ci ildəki Aluen kilsə məclisi barədə sənəddə adı III Vaçaqandan sonra Partav arxiyepiskopu kimi çəkilir. Bundan başqa 506-cı ildə alban ruhanilərinin nümayəndə heyətinin tərkibində erməni katolikosu I Babken (490-515) tərəfindən Dvində (Dəbildə) çağırılmış erməni-alban-iber kilsə məclisində də iştirak etmişdir. Onun nə zaman müqəddəsləşdirildiyi ilə bağlı məlumat yoxdur. Heç bir xristian kilsəsi tərəfindən belə qəbul edilmir.
Tsin Şupey
Tsin Şupey (çin. 秦舒培; 10 avqust 1989, Kayfın[d]) və ya sadəcə Şu Pey – Çin supermodeli və aktrisası. DNA Models (Nyu-York), Oui Management (Paris) və VIE Models (Honkonq) agentlikləri ilə əməkdaşlıq edir. Boyu 178 santimetrdir. == İlk illəri == Tsin Şupey 10 avqust 1989-cı ildə Çinin Henan əyalətinin Kayfın şəhərində doğulmuşdur. Məktəb təhsilini ABŞ-nin Nyu-York şəhərində almışdır. Nyu-Yorkda təhsil alarkən model olmağa qərar vermişdir. == Karyerası == Tsin 2007-ci ildə Next Management agentliyi ilə müqavilə imzalamışdır. 2007-ci ilin sentyabrında Nyu-York şəhərində baş tutmuş Rachel Roy şousunda model kimi debüt etmiş, Brian Reyes, Catherine Malandrino və Verrier brendləri üçün podiuma çıxmışdır. 2008-ci ilin avqustunda "British Elle", 2008-ci ilin avqustunda isə "Vogue China" jurnalının baş məqaləsində yer almışdır.
Şupxalişay
Müqəddəs Şupxalişay (erm. Շուփհաղիշոյ) - Alban Həvari kilsəsinin V-VI əsrlərdə yaşamış Partav arxiyepiskopu. == Həyatı və fəaliyyəti == Adı süryani dilində "İsanın izzəti" (klass. süry. ܫܘܒܚܐܠܝܫܘܥ) mənasına gəlir. Şupxalişay haqqında Alban ölkəsinin tarixində Yerusəlimdən gəldiyi qeyd edilir. 498-ci ildəki Aluen kilsə məclisi barədə sənəddə adı III Vaçaqandan sonra Partav arxiyepiskopu kimi çəkilir. Bundan başqa 506-cı ildə alban ruhanilərinin nümayəndə heyətinin tərkibində erməni katolikosu I Babken (490-515) tərəfindən Dvində (Dəbildə) çağırılmış erməni-alban-iber kilsə məclisində də iştirak etmişdir. Onun nə zaman müqəddəsləşdirildiyi ilə bağlı məlumat yoxdur. Heç bir xristian kilsəsi tərəfindən belə qəbul edilmir.
Stevan Şuplikats
Stevan Şuplikats (serb. Стеван Шупљикац; 1786[…], Petrinye[d], Sisak-Moslavina jupaniyası[d] – 15 (27) dekabr 1848, 27 dekabr 1848 və ya 1848) — Avstriya ordusu, Serb qubernatoru. == Həyatı == Stevan Şuplikac 1786-cı ildə Petrinyedə anadan olub. 1805-ci ildə Avstriya ordusuna qatıldı. 1809-cu ildə İlliriya əyalətləri yarandıqdan sonra o, Fransa ordusuna qoşulmuş, 1812-ci ildə Napoleonun Rusiyadakı kampaniyasında köməkçi Xorvat alaylarında iştirak etmiş və burada Fəxri Legion Cəngavəri adına layiq görülmüşdür. 1814-cü ildə Napoleonun məğlubiyyətindən sonra Stevan Şuplikats yenidən Avstriya ordusunun əsgəri oldu, Banat və Likada yerləşən Oqulin alayına komandanlıq etdi. Sonra Cozef Radetzkinin rəhbərliyi altında briqada komandiri oldu, Dəmir Tac Ordeninin Böyük Xaçı ilə təltif edildi. 1848-ci ildə İtaliyada inqilabın yatırılmasında iştirak etmişdir. 1848-ci ilin mayında Avstriya İmperiyasının cənub hissəsində xalq yığıncağına toplaşan serblər muxtar Serb Voyvodinasının yaradıldığını elan etdilər və Stevan Suplikacı Serb qubernatoru seçdilər. İnqilablar zamanı Voyvodinada çoxlu döyüşlər gedirdi, iyunda macar və serb qrupları döyüşməyə başladı.
1UP.com
1UP.com — kompüter oyunları haqqında rəylər toplayan veb-saytdır. Əsası Ziff Deyvis tərəfindən 2003-cü ildə qoyulmuşdur. Bu saytın digər resenziya saytlardan fərqi istifadəçilərin oyunlar haqqında çit-kodları və skrinşotları bura yazmasıdır. Sayt bununla bir çox istifadəçilərə kömək edir.
Baku Cup
Baku Cup, Azərbaycanda və regionda ilk dəfə olaraq WTA Tour-un (Women’s Tennis Association) rəhbərliyi ilə 2011-ci ilin iyul ayında mükafat fondu 220 000 (iki yüz iyirmi min) ABŞ dolları olan peşəkar qadın tennisçiləri arasında keçiriləcək olan beynəlxalq reytinqli turnirdir.
Ben-Şud
Ben-Şud (ərəb. بن شود‎ fr. Ben Choud) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 26 metr (85 ft) yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 93 kilometr (58 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 49 kilometr (30 mil) şərqdə yerləşir.
Esfir Şub
Esfir İlyiniçna Şub (rus. Эсфирь Ильинична Шуб; 16 mart 1894, Suraj[d], Çerniqov quberniyası[d] – 21 sentyabr 1959[…], Moskva) — Rus-sovet kinorejissoru, kinossenarist, kinomontajçı, kinotənqidçi, RSFSR-in Əməkdar artisti (1935). == Həyatı == Esfir Şub 1910–1917-ci illərdə Moskvada Ali qadın kurslarında ədəbiyyat təhsili almış, 1919-cu ildən kinoda fəaliyyət göstərmişdir. 1922-ci ildən "Dövlətkino" kinostudiyasında xarici və kinostudiya filmlərinin montajçısı işləmişdir. Rejissor fəaliyyətinə 1926-cı ildə "Mosfilm" kinostudiyasında başlamış, 1942–1953-cü illər ərzində isə Mərkəzi Sənədli Filmlər Studiyasının rejissoru olmuşdur. == Filmoqrafiya == Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə (film, 1919) (tammetrajlı sənədli film) Arazın o tayında (film, 1947) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Fenq Şui
Fenq Şui (Hava və Külək) – təbiətdə olan enerjini, yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi. Fenq Şui köhnə bir Çin yaşayış tətbiqi olub, ətrafla uyğunlaşmasını təmin etməyə istiqamətli, kosmosda məkanın nizamını etməyə istiqamətli bir tətbiqdir. Bu terminin qaynağının "küləklərin vəhşi / Günəş ilıq / Su ay / Ağaclar gur" şeirindən gəldiyinə inanılır. Beş min illik keçmişi olan Fenq Şui təliminin, insanın yaranma xüsusiyyətlərinə uyğun həyat sahələrini tənzimləmə üsulu olduğuna və beləcə daha sağlam yaşanılıb, xoşbəxt əlaqələr qurulacağına, fərdi inkişafdan kariyeramızı inkişaf etdirib qazanc artımına yaxşı təsir etməsinə inanılır. Fenq Şui coğrafi, dini, fəlsəfi, riyazi və ideoloji fikirlərin bir qarışığını ehtiva edən ayrı bir Çin inanc sistemidir. Ancaq bir din ya da təriqət deyil. Bir yerin "yaxşı bir fenq şui" yə sahib olması oranın təbiətlə harmoniya içində olması, "pis bir fenq şui" yə sahib olması isə oranın təbiətlə uyğunlaşmasız olmasıdır. Fenq Şui bir dekorasiya stili deyil. Daha çox ana xəttləri bir çox dekorasiya stili ilə uyğun bir intizamdır. İnsanlar ümumiyyətlə yaxşı bir fenq şuiyə sahib və ya sahib deyil deyə açəqlamazlar.
Fridrix Şur
Fridrix Şur (ing. Friedrich Schur; 1856 – 1932) — Alman riyaziyyatçısıdır; əsas işləri həndəsəyə, çevirmələr qrupuna aiddir; sabit əyriliyə malik Riman fəzası üzrə işlərin müəllifidir.
Janq Şuo
Janq Şuo (d. 5 yanvar 1984) — Çini təmsil edən bədii gimnast. Janq Şuo, 2004 və 2008-ci ildə Çini Olimpiya Oyunlarında təmsil edib və 2008-ci ildə gümüş medal qazanıb. == Karyerası == Janq Şuo, 2004-cü ildə Çin bayrağı altında Yunanıstannın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Dai Yonqjun, Hu Mei, Li Jia, Lu Yinqna və Lü Yuanyanq ilə birgə finalda 46.500 xal toplayaq 6-cı yeri tutdu. Janq Şuo, növbəti dəfə Olimpiya Oyunlarına 2008-ci ildə elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Çou Tao, Sui Jianşuanq, Sun Dan və Lü Yuanyanq ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Kəfər Şuş
Kəfər Şuş (ərəb. كفرشوش‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Suran nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 95 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Əzaz şəhərindən 12 km şimal–şərqdə, Suriya–Türkiyə sərhəd xəttinə yaxın (3 km) ərazidə, dəniz səviyyəsindən təqribən 496–499 metr hündürlükdə yerləşir. == Şərhlər == == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Kəfər Şuş kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Kəfər Şuş kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Lup Pindor
Lup Pindor (Coz Pindor Quzman) — Məşhur boksçu Pintor, 1974-cü ildən yarışda iştirak edən Meksika məşhur boksçusudur. O, 1979-cu ildə Avropa çempionu adını qazanıb. 1981-ci ildən Pintor dəfələrlə mükafatlar, fəxri adlar qazanmışdır. == Həyatı == Lup Pintor 1955-ci ildə Meksikada yoxsul fəhlə ailəsində anadan olub. Atası ilə çox güclü münasibətləri var idi. Kasıbçılıq içində böyüyən Lup, özünü bu vəziyyətdən çıxartdı. 1974-cü ildə peşəkarcasına boks ilə məşğul olmağa başladı. O, Vazquezand ilə dərhal döyüşə çıxdı, onun növbəti qələbəsindən sonra Fransisko Nunyes ilə raundda nokautla onun hesabını açdı. O, üç döyüşdən sonra ilk məğlubiyyətini aldı. Amma səkkiz döyüşün yeddisini nakautla qalib oldu.
Seks şop
Seks şop (ing. sex shop), bəzən erotik şop (ing. erotic shop) kimi qeyd olunur — pornoqrafiya, prezervativ və digər cinsi və ya erotik əyləncəyə aid məhsulları satan mağaza. İlk seks şop 1962-ci ildə Almaniyanın Flensburq şəhərində açılmışdır. == Tarixi == === Çin === 2013-cü ildə Pekində 2000-dən çox seks şop fəaliyyət göstərirdi. Məhsulların əksəri Çində istehsal olunub. === Yaponiya === Yaponiyada seks şoplar hentay jurnallar, seks videolar və DVD-lər satılır.
UEFA Cup
UEFA Avropa Liqası, əvvəlki adı: UEFA Kuboku (ing. UEFA Cup) — UEFA-nın təşkil etdiyi klub turniri. UEFA Çempionlar Liqasından sonrakı ən əhəmiyyətli klub turniridir. 2009-cu ilin iyun ayında köhnə adı UEFA Kuboku olan çempionat, turnirin USL standartlarına çatması üçün köklü bir sıra status dəyişikliklərinə gedilmiş, bununla da 2009-10 mövsümündən etibarən indiki adıyla təşkil başlanmışdır. Bu dəyişikliklər nəticəsində UEFA Avropa Liqası, UEFA Kubokunun davamı olaraq qəbul edilmişdir. 1955-ci ildə başladılan Şəhərlər Kuboku, UEFA Kubokunun öncəki adıdır. 1971-ci ildə Şəhərlər Kubokunun adı UEFA Kuboku olaraq dəyişdirilmişdir. 1999-ci ildə isə UEFA Kubok Qalibləri Kuboku qaldırılaraq UEFA Kuboku ilə birləşdirilmişdir. 2004-05 mövsümü əvvəli qrup mərhələlərində bəzi status dəyişiklikləri edilən kubok 2009-ci ildəki son tənzimləmə ilə indiki halını almışdır. Son dəyişikliklərdə ad və status yenilənməsinin yanında kubok UEFA Intertoto Kuboku ilə də birləşdirilmişdir.
İssay Şur
İssay Şur (29 dekabr 1875 (10 yanvar 1876), Mogilyov, Mogilyov quberniyası[d], Rusiya imperiyası – 10 yanvar 1941) — həyatının çox hissəsini Almaniyada keçirmiş riyaziyyatçı. Belarusiyanın Mogilyov şəhərində doğulub. Təhsilini Berlində alıb. Nəzəri fizika sahəsi ilə yaxından maraqlanıb. Riyaziyyatda "Ədədlər nəzəriyyəsi" isə onun əsas çalışdığı sahələrdəndir. Adına məşhur Şur lemması vardır. Şur 1941-ci il, 10 yanvar tarixində Tel-Əviv şəhərində vəfat etmişdir, burada, Trumpeldor qəbirstanlığında dəfn olunmuşdur.
Şan-şuy
'Şan-şuy' (Çin dilində:山水 hərbi mənası «dağlar-sular») - Çində dünyanın kişi və qadın başlanğıcının (in-yan) simvolu kimi, dağların və suların, sarkal elementlərin təsvirlərinin kompozisiyasından ibarət peyzaj rəsmləri. Bu rəsmlərin çəkilməsində mineral boyalardan və qara tuşdan istifadə olunur, təsvirlər kalliqrafik yazılarla müşayət olunurdu . Bu janr eramızın əvvəllərində meydana çıxmış, X-XIII əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmışdır. (Pəssamlar Qo Si , Li Tan, Ma Yuan). Şan-şuy öz ənənəvi mahiyyətini bizim günlərə qədər qoruyub saxlamışdır. == Görkəmli rəssamları == === Suy sülaləsi dövründə === Çjan Tszitsyan (550-617) === Tan sülaləsi dövründə === U Dao-tszi (685-758) Tszin Xao (870-915) Quan Tun (870-960) Dun Yuan (? -962) Xuan Tsyuan (900-965) Tszuy-jan (X əsr) === Sun sülaləsi dövründə === Fan Kuan (990—1020) Tsuy Bo (1050—1074) Li Qun-lin (1049—1106) Mi Fu (1051—1107) Van Simen (1096—1119) Sya Quy (1180 — 1230) === Yuan sülaləsi düvründə === Çjao Menfu (1254—1322) U Çjen (1280—1354) Xuan Qunvan (1269—1356) === Min sülaləsi dövründə === Van Men (1308—1385) Li Tszay (?—1431) Day Tszin (1388—1462) Tan In (1470—1524) Ven Çjenmin (1470—1559) Çen Çun (1482—1544) Dun Tsiçan (1555—1636) === Tsin sülaləsi dövründə === Lan In (1585—1666) Van Şi-min (1592—1680) == Mənbə == Виноградова Н. А. Китайская пейзажная живопись. — М.: Изобразительное искусство, 1972 Го Жо Сюй. Записки о живописи: что видел и слышал. — М.: Наука, 1978.
Şap (Alye)
Şap (fr. Chappes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03058. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 122 nəfər (15-64 yaş arasında) 94 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.0%, 1999-cu ildə 66.4%). Fəal olan 94 nəfərdən 90 nəfər (49 kişi və 41 qadın) çalışdı, 4 qadın işsizdi. 28 hərəkətsiz 6 nəfər şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şop salatı
Şop salatı — Şərqi Avropa mətbəxi. Bolqarıstan, Makedoniya, Serbiya,Çernoqoriya , Albaniya, Çexiyanın məşhur soyuq qəlyanaltı yeməkləridir. Xüsusəndə Qərbi Bolqarıstanının (bolqarların etnik qrupuna aiddir) milli yeməyi olduğu üçün tez-tez hazırlanır.
Şua Bolnisi
İncəoğlu - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Tarixi == İncəoğlu kəndinin təxminən 250-300 illik bir tarixi var. Kəndin yaranma tarixi dəqiq məlum deyil. Deyilənlərə görə, kəndin əsasını qoyan, bu yerlərdə ilk dəfə məskən salan vaxtilə Qazax rayonunun İncə dərəsinin Aslanbəyli kəndindən gəlmiş İncə kişi olub. Məhz elə ona görə kəndin adı İncəoğlu olub (İncə kişinin törəmələri: Nəbi – Daşdəmir – Emin – Mənsur). İncə kişidən sonra kəndin ilk sakinləri olan törəmələr İncə kişinin şərəfinə kəndin adını “İncəoğlu” qoyublar. Deyilənlərə görə, İncə kişi təxminən XVІІ əsrin sonunda, XVІІІ əsrin əvvəllərində yaşamışdır.İncə kişi kəndə gələndə burada gürcülər yaşayırmışlar. Sonralar gürcülər buradan köçüb getmişlər və yavaş-yavaş buralarda biz, yəni türklər məskunlaşmağa başlamışıq.
Şua Şeyxov
Şua Nəsrulla oğlu Şeyxov (7 noyabr 1905, Naxçıvan – 27 yanvar 1970, Bakı) – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib. Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "Çapayev" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib. 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb. Rejissor 1970-ci ildə Bakıda vəfat edib.
Şuq Nayt
Marion Knight, Jr. və yaxud bilinən adı ilə Şuq Nayt (Suge Knight). Bir zamanlar Dr. Drenin mühafizəçisi. Eyni zamanda Death Row Records səs yazma şirkətinin qurucularından biri. Bir çox ittihamlarla qarşı qarşıya qalıb və ən önəmlisi də Tupak Şakur-un öldürüldüyü hadisədədir.
Şur (1967)
== Məzmun == Azərbaycan musiqisində yeddi əsas muğam vardır. Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyalarını ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır. "Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar. == Festivallar və mükafatlar == 1)1968-ci ildə Tbilisidə keçirilən "Prometey-68" kinofestivalı Film mövzunun orijinal həllinə görə xüsusi Diploma layiq görülmüşdür.
Şur (balet)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella.
Şur (dəqiqləşdirmə)
Şur — Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir. Şur (simfonik muğam) — 1948-ci ildə Fikrət Əmirovun orkestr üçün bəstələdiyi simfonik muğamlardan biri. Şur (balet) — 1968-ci ildə Fikrət Əmirovun bəstələdiyi xoreoqrafik novella.
Şuş şəhristanı
Şuş şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Şuş şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 189,793 nəfər və 33,313 ailədən ibarət idi.
Nikola Şop
Nikola Şop (1904, Yaytse, Bosniya və Herseqovina Federasiyası – 1 fevral 1982, Zaqreb) — Yuqoslaviya şairi idi. O, Yayçedə bosniyalı xorvat ailəsində anadan olub. 1931-ci ildə Belqrad Universitetinin fəlsəfə fakültəsini müqayisəli ədəbiyyat ixtisası üzrə bitirmişdir. == Bioqrafiyası == Şop öz əsərlərinin ana ideyasında insanlıq, sadəlövhlük və xeyirxahlıqla qalib gələn müasir xristiandır. Andriçin hekayəsindəki fransız Marko Krneta kimi, müəllif öz şeirlərini dindarlıq olmadan birbaşa İsaya ünvanlayır, isti insani kortəbiiliklə, bərabər dosta intim mesajlar kimi müraciət edir. Sanki Məsih Şopun təsəvvüründə təvazökarlığı və mehribanlığı ilə insan qəlblərini yumşaltmaq, ucalaşdırmaq üçün ilahi gücdən imtina edən "bütün insandır". Şopun şeir kolleksiyalarına xüsusilə "dini hisslərin daxili incəliyi kosmik yüksəkliklərə yüksəlmiş" Sirli Prela (1943) daxildir və bu onun sonrakı kolleksiyalarını Kosmosda Evlər (1957) və Astrals (1961) ilhamlandıracaq. Şopun poeziyasında dindarlıq kosmik ölçüyə çatdı və estetik dəyərini kəşf etdi.
An Other Cup
An Other Cup — Yusuf İslamın 2006 ildə çıxartdığı albom.
Tamam şud hadisəsi
Təmam şud işi, həmçinin Somerton kişisinin sirri olaraq da bilinən Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da ölü şəkildə tapılmış kişinin üstü açılmamış cinayət işi. Kişinin şalvarının gizli cibindən bir ay sonra aşkarlanmış kağız parçası çap olunmuş və fars dilində "bitdi" və ya "tamamlandı" mənasını verən təmam şud sözünün şərəfinə adlandırılmışdır. Bu parça XII əsr şairi Ömər Xəyyama aid olan şeirlər toplusu - Rübailər kitabının bir nəşrinin son səhifəsindən çırılmışdı. İşin ilkin protokollarında Təmam sözü orfoqrafik səhv nəticəsində Təman olaraq qeyd edilmiş və bu səhv tez-tez təkrarlanır. Tamam şud işi (ing. Tamam Shud case) - 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da Avstraliyanın Adelaida şəhərində baş vermiş hadisə. Hadisə şəhərdə yerləşən Somerton çimərliyi ərazisində naməlum kişi cəsədinin tapılması ilə meydana gəlmişdir. Cəsədin üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. 40-45 yaşlarında olan, qalın geyimli kişi cəsədinin ayaqqabılarının təmiz olması onun bura sonradan gətirildiyi ehtimalını gücləndirir. Cəsəddən götürülmüş diş və dırnaq nümunələri əsasında şəxsin ərazinin yerlisi olmadığı güman edilmişdir.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
SUV
Sport utility vehicle, SUV və ya yolsuzluq avtomobili (az: idman təyinatlı avtonəqliyyat) həm çəkmə qabiliyyətinə, həm də pikap yük avtomobili xüsusiyyətinə sahib bir avtonəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi həm mikroavtobus, həm də station wagon xüsusiyyətlərini özündə birləşdirir. Bundan əlavə, asfalt olmayan ərazilərdə də hərəkət edə bilər. Bəzi ölkələrdə bu vasitələrə “yolsuzluq avtomobili”, “dörd təkərdən çəkməli avtonəqliyyat” və ya “4WD” (4 Wheel Drive) deyilir. Bununla birlikdə, bütün SUV avtomobillərinin dörd təkərdən çəkmə qabiliyyəti olmadığı kimi, bütün 4WD avtonəqliyyat vasitələri də SUV deyil. Off-road nəqliyyat vasitələri tamamilə fərqli bir sinifdir və asfalt və ya asfalt yollardan başqa yollar üçün dizayn edilmişdir. Bəzi SUV avtomobillərinin yolsuzluq xüsusiyyətləri olsa da, bu xüsusiyyət əsasən bu cür nəqliyyat vasitələri üçün ikinci dərəcəli xüsusiyyətdir. Bir çoxunun 2WD, 4WD yüksək çəkmə və 4WD aşağı çəkmə qüvvəsinin birindən digərinə keçid imkanı yoxdur. SUV avtomobillərinin gövdəsi digər minik avtomobillərinə nisbətən daha yüksək və daha geniş görünür. Yüksək və geniş korpusun yaratdığı ağırlığı daşıya bilmək üçün SUV nəqliyyat vasitələrinin mühərrikləri daha yüksək həcmdə olur və daha çox yanacaq sərf edirlər.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
Sui
Sui — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əhalisi təxm 120 min nəfərdir.İndus çayından 25 km uzaqlıqdadır
Suq
Suq — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,890 nəfər və 1,190 ailədən ibarət idi.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Sus
Sus (Laçın) — Laçın rayonunda kənd. Sus (Tunis) — Tunisdə şəhər. Sus — Qax rayonu ərazisində çay. == Həmçinin bax == Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Süd
Süd — qida məhsulu. == İnsan orqanizmi üçün südün əhəmiyyəti == Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
AÜP
Azərbaycan Ümid Partiyası və ya qısaca Ümid Partiyası (qeyri-rəsmi AÜP) — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. == Tarixi == Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib. 2003-cü il iyunun 30-da Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq, İran İslam Respublikasının Bakıda yerləşən səfirliyi qarşısında partiya üzvlərinin keçirdiyi dinc aksiya polis tərəfindən dağıdılıb.
Sun
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. == Həyatı == Abdulla Sur 23 iyul 1883-cü ildə Gəncədə anadan olmuşdur. === Təhsili === İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. == Fəaliyyəti == İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Derek Sua
Derek Sua (29 dekabr 1987) — Samoalı cüdoçu. Derek Sua Samoanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Derek Sua birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər +100 kq çəkidə, 1/16 final mərhələsində Özbəkistanın nümayəndəsi Abdullo Tanqriyev ilə üz-üzə gəldi. Həmin görüşdə Derek Sua rəqibinə 0:100 hesabı ilə uduzdu.
Kani Sur
Kani sur- İranın Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,131 nəfər və 239 ailədən ibarət idi.
Kompakt SUV
Kompakt SUV və ya Yığcam yolsuzluq avtomobili (kiçik SUV və ya mini SUV kimi də tanınır) orta ölçülü, alt orta kateqoriyalı avtomobil və yolsuzluq avtomobili növüdür. Onun ölçüləri mini SUV və kompakt sinif avtomobildən daha böyükdür. Yığcam yolsuzluq avtomobilləri kimi etiketlənən bir çox yeni avtomobillər texniki cəhətdən yığcam krossover avtomobilləridir və C seqmentli avtomobil platformasının üstündə hazırlanırlar.
Kristian Süb
Kristian Süb (28 iyul 1985) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kristian Süb Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub.
Küp qəbir
Küp qəbir — ölmüş şəxsin küpdə dəfn edilmə ənənəsi; qədim dövrlərdə müxtəlif xalqlar arasında geniş yayılmışdır. Elmə məlum olan ən qədim küp qəbirləri e.ə IV minilliyə aiddir və Misirdə tapılmışdır. Mesopotamiya, Aralıq dənizi sahilləri və Kiçik Asiyadakı ən qədim küp qəbirləri isə e.ə. III — II minilliklərə aiddir. Qafqazda ən qədim küp qəbirləri Dağıstanda (e.ə II minilliyin II yarısı), Abxaziyada (e.ə. I minillik) Kolxidada (e.ə. V-IV əsrlər) aşkar edilmişdir. Amma bunlarla e.ə. II əsr - b.e.nın I əsri Şərqi Zaqafqaziya Küp qəbirləri mədəniyyəti arasında ortaq əlaqə yoxdur. Məlumdur ki, Cənubi Amerikadakı hindilər, tupi və aravaklar son zamanlara dədər ölülərini gil küplərdə dəfn edirdilər.
Aven-sür-Alp (kommun)
Aven-sür-Elp (fr. Avesnes-sur-Helpe) — Böyük Elp çayının sol sahilindəki Valansyen şəhərindən 49 km cənub-şərqdə, Fransanın şimal-şərqində yerləşən Nor departamentin, eyni adı olan kantonun mərkəzi. Kommuna ərazisindən N2 milli avtomagistralından keçir. Əhalisi (2014) — 4 662 nəf. == Coğrafiyası == Şəhər ətrafı "Avenua" adlanır, meyvə vadiləri və kiçik kəndləri ilə bir mənzərə təşkil edir. Bu bölgənin hündürlüyü ortalama dəniz səviyyəsindən təxminən 170 metr yüksəkdir. == Demoqrafiyası == Əhali sayının dinamikası, nəf.
Aven-sür-Alp (rayon)
Aven-sür-Elp (fr. Avesnes-sur-Helpe) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından biri. Departamenti — Nor. Suprefekturası — Aven-sür-Elp. Əhalisi — 232 657 nəfər, 2012-ci ilin məlumatları. Sıxlığı — 165 nəf./km². Rayonun sahəsi — 1408 km².