Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kənaf
Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Bu bitkinin lifi də kətanın lifi kimi, əsasən toxuculuqda istifadə edilmişdir. Bu oxşar bitkilər arasında da bir yaxınlıq vardır. Bu bitkinin lifindən təsərrüfatda, toxumundan isə ərzaq kimi istifadə edilmişdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmişdir. Orta əsrlərdə isə onun yayılma arealı daha da genişlənmişdir. Çətənə XIX əsrdə Quba qəzasının bir sıra kəndlərində və Yelizavetpol quberniyasında becərilmişdir. Çətənə bitkisi XX əsrin əvvəllərində Zaqatala dairəsində, Şəki və Lənkəran qəzalarında geniş yayılmışdı. Çətənə toxumu şum edilmiş sahəyə martın axırlarında səpilir.
Əsnaf
Əsnaf (ərəbcə - sinif) — orta əsrlərdə termin adətən tacir və sənətkar təbəqəsinə aid edilirdi. Bizim dövrdə termin bir çox hallarda xırda burjuaziya mənasında işlənir.
Kənaf (Çətənə)
Kiçik əsnaf
Kiçik əsnaf (türk. Küçük Esnaf) — Bedran Gözəlin rejissoru olduğu, 2016-cı ildə çəkilən Türkiyə komediya filmi.
Kiçik əsnaf (film, 2016)
Kiçik əsnaf (türk. Küçük Esnaf) — Bedran Gözəlin rejissoru olduğu, 2016-cı ildə çəkilən Türkiyə komediya filmi.
Kənafə
Kənafə (ərəb. كنافة‎ kanāfah) — Ərəb mətbəxində şirin şəkərəsaslı siropu ilə isladılmış pendirli şirniyyat və desert.
Kənan
Kənan (finik. kĕnaʿan, ivr. ‏כְּנַעַן‏‎ , ərəb. کنعان‎) — Bərəkətli Hilalın qərb hissəsidir. == Tarixi == Bu ad Finikiya sözündən və dilindən törəyib. Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir. Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir.
Əhqaf
46-cı surə
Əşnas
Əbu Cəfər Əşnas (?-17.10.844)—Abbasilər ordusunun sərkərdəsi. == Həyatı == Əşnas bir türk qulamıdır. O, Abbasilərin topladığı türk qulam qvardiyasında xidmət etmişdi. Tez bir zamanda sərkərdə mərtəbəsinə ucalmışdı. Babəkin üsyanı Xəlifə Mötəsim Orta Asiyada, Altay və Tyan-Şan dağlarının ətəklərində yaşayan türklərə istinad etməyə, onlardan ordusunun özəyini yenidən qurmağa məcbur etdi. O, hər ehtimala görə türklərə qarşı qoymaq üçün orduda bərbərlərdən (məğriblilərdən) ibarət alaylar da düzəltdi. Bunun özü isə, Mötəsimin türklərə inanmaması demək idi. Lakin, əsasən türklər fiziki cəhətdən xüsusi olaraq qüvvətli və cəld döyüşçülər yetişdirdiyindən, Mötəsim onarı kütləvi surətdə orduya topladı. İtax, Əşnas Türki, Böyük Buğa, Cəfər əl-Xəyyat, Vasif və s. türk sərkərdələrini Mötəsim şücaətlərinə görə seçib götürmüşdü.
Ədnan
Ədnan (ərəb. عدنان‎, 'adnān) — şimali, qərbi, şərqi və mərkəzi Ərəbistanın ədnani ərəblərinin ənənəvi əcdadı. Bunun əksinə olaraq, Ərəbistanın cənubunda yaşyan Qəhtani ərəbləri Qəhtanın nəslindəndir. Ədnanın əcdadlardan biri İbrahimdir, onun soy kökü oradan da Adəm və Nuha qədər uzanır.
Əkka
Əkka (ivr. ‏עכו‏‎, ərəb. عكا‎), Akra, Sen-Jen d’Akr (Avropa dillərində: Acre, St. Jean d’Acre) — İsrailin qərb sahilində olan önəmli bir şəhər. == Tarixi == Bugün İsrail dövləti sərhəd-sınırları içində yer alan Əkka şəhəri, Hayfa körfəzinin (qədimdən Əkka körfəzi) şimalında ehtimalən miladdan öncə III minil içində qurulmuşdur. Cənubunda olan Hayfaya 15 km. uzaqlıqdadır. Əhd-i Ətiqdə Akko adıyla keçən şəhərə Qədim Misirlilər kr, yunanlar Ptolemais, Fransızlar Acre adını vermişdilər. Əkka Xəlifə Ömər zamanında 636-cı ildə Şürahbil ibn Həsənə tərəfindən fəth edildi. Daha sonra Bizanslılarla aparılan savaşlar sırasında xaraba qoyuldusa da Xəlifə Müaviyə zamanında yenidən inşa edildi.
Əraf
7-ci surə
Əzna
Əzna – İranın Luristan ostanının şəhərlərindən və Əzna şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 37,645 nəfər və 9,178 ailədən ibarət idi. Bu şəhərin binasın gürcülər qoyublar. Azna sözünün kökü gürcüdür və aznauri sözündən alınıb.
Ağdərəq (Ətraf)
Ağdərəq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 30 km qərb, Təbriz-Əhər avtomobil yolunun 5 kilometrliyindədir.
Kiçik Esnaf (film, 2016)
Kiçik əsnaf (türk. Küçük Esnaf) — Bedran Gözəlin rejissoru olduğu, 2016-cı ildə çəkilən Türkiyə komediya filmi.
Kənan (ad)
Kənan — ad. Kənan Kərimov — Azərbaycan futbolçusu. Kənan Məmmədov — Azərbaycan kinooperatoru Kənan Doğulu — Türkiyə müğənnisi. Kənan Evrən — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Kənan Çoban — Tükiyə aktyoru Kənan İmirzaloğlu — Türkiyə aktyoru. Kənan Pars —CoğrafiyadaKənan — Bərəkətli Hilalın qərb hissəsidir.
Kənan Abdullaxanlı
Kənan Abdullaxanlı (2 iyul 1987) — Azərbaycanlı para-cüdoçu. Kənan Abdullaxanlı, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Kənan Abdullaxanlı 2016-cı ildə XV Yay Paralimpiya Oyunlarına qatıldı. 1/8 final mərhələsində Ukrayna idmançısı Aleksandr Pominovu 101:000 hesabı ilə məğlub edən Kənan Abdullaxanlı, 1/4 final mərhələsində Cənubi Koreya cüdoçusu Qvanqqeun Çoiyə 000:101 hesabı ilə məğlub oldu və təsəlliverici qrupa vəsiqə qazandı. Bu mərhələdə o, İran idmançısı Həmid Əlizadəni 000:000 hesabı ilə məğlub etsədə, həlledici görüşdə Özbəkistan cüdoçusu Şirin Şaripova 000:001 hesabı ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını 5-ci yerdə başa vurdu. Kənan Abdullaxanlı 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. +100 kiloqram çəki dərəcəsində o, Türkiyə idmançısı Dursun Hayranı 0000:0003 hesabı ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Kənan Abdullaxanlı, Özbəkistan cüdoçusu Şirin Şaripova 000:011 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Kənan Abdullayev
Kənan Mübariz oğlu Abdullayev (3 dekabr 1990; Mingəçevir, Azərbaycan SSR — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Abdullayev 1990-cı il dekabrın 3-də Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər 16 nömrəli orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsil alıb. == Hərbi xidməti == Kənan Abdullayev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət edib. Kənan Abdullayev 2020-ci il sentyabrın 30-da Hərbi Komisarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun leytenantı olan Kənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Abdullayev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kənan Abdullayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Kənan Allahverdiyev
Kənan Mərdan oğlu Allahverdiyev (10 fevral 2002; Sumqayıt, Azərbaycan — 3 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Allahverdiyev 2002-ci il fevralın 10-da Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Allahverdiyev oktyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Allahverdiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Axundzadə
Kənan Hamil oğlu Axundzadə (2 avqust 1994; Lənkəran, Azərbaycan — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Axundzadə 1994-ci il avqustun 2-də Lənkəran şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Kənan Axundzadə 2020-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Kənan Axundzadə 2020-ci il oktyabrin 31-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə savaşıb. Kənan Axundzadə oktyabrın 31-də Füzuli və Xocavənd rayonlarının sərhədində yerləşən strateji əhəmiyyətli Üryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Girdəni kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Axundzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kənan Dadaşov
Kənan Həsrət oğlu Dadaşov (12 aprel 2000; Dürriyə, Astara rayonu, Azərbaycan – 3 sentyabr 2018; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == Kənan Həsrət oğlu Dadaşov 12 aprel 2000-ci ildə Astara rayonunun Dürriyə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb. == Hərbi xidməti == Kənan Dadaşov 3 sentyabr 2018-ci il Azərbaycan-Ermənistan təmas xəttinin Ağdam rayonu istiqamətində şəhid olub. Kənan Dadaşov doğulduğu Dürriyə kənd qəbirstanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin hərbçi yoldaşları, dövlət nümayəndələri və kənd camaatı iştirak edib.Qeyd edək ki, Şəhid Dadaşov Kənan evin tək oğlu idi.
Kənan Dadaşzadə
Kənan Elman oğlu Dadaşzadə (1 iyun 2001; Örənqala, Tərtər rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Dadaşzadə 1 iyun 2001-ci ildə Beyləqan rayonunun Örənqala qəsəbəsində anadan olmuşdur. 2007–2018-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Kənan Dadaşzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Kənan Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Dadaşzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Dadaşzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Dadaşzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Doğulu
Kənan Doğulu (31 may 1974, İstanbul) — Türkiyə müğənnisi. == Həyatı == 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğulu dan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb. Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib. Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb. Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb.
Kənan Evrən
Əhməd Kənan Əvrən (türk. Ahmet Kenan Evren; 17 iyul 1917, Külə[d], Manisa vilayəti – 9 may 2015[…], Ankara) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir. 1982-ci ildə qurulan Mehmetcik fondunun qurucularından biridir. Maltəpə hərbi liseyini, Türkiyə Quru Qoşunları məktəbi və Hərbi Akademiyanı bitirib. Türk Silahlı Qüvvələrinin müxtəlif mərhələlərində xidmət etmişdir. Ordu Komandanlığı və Quru Qoşunları Komandanlığından sonra 7 mart 1978-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi oldu. Vəzifə müddəti ərzində 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi hərbi çevrilişlə Dövlət başçısı və Milli Təhlükəsizlik Şurasının prezidenti vəzifələrini də icra etdi. 1982-ci ildə, özü və digər Milli Təhlükəsizlik Şurası üzvü komandirlərinin hər birindən 1000 TL toplamaqla Mehmetcik vəqfini qurdu. 7 noyabr 1982-ci ildə referenduma təqdim edilərək,91.37 % səs çoxluğu ilə Türkiyə Cümhuriyyətinin yeddinci prezidenti olaraq vəzifəsinə başladı.
Kənan Hacı
Kənan Hacı (Kənan Hacıyev; 1975, Buzovna) — şair, yazıçı, esseist, tərcüməçi. == Həyatı == Kənan Hacı 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib. == Fəaliyyəti == 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq çalışmışdır. "Mücrü" jurnalının baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kənan Hacıyev
Kənan Hacıyev — şair, yazıçı, esseist, tərcüməçi. Kənan Hacıyev (əsgər) — Vətən müharibəsi şəhidi.
Kənan Həsənov
Kənan Elşad oğlu Həsənov (16 sentyabr 1997; Qaraçala, Salyan rayonu, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Həsənov 16 sentyabr 1997-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Kənan Həsənov ali təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Kənan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ekman
Erik Leonard Ekman (isv. Erik Leonard Ekman, 14 oktyabr 1883, Stokholm – 15 yanvar 1931) — İsveç botaniki. == Elmi fəaliyyəti == Erik Leonard Ekman qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ekmania Gleason Ekmaniopappus Borhidi Elekmania B.Nord. Ekmaniocharis Urb. Myrtekmania Urb. Ekmanochloa Hitchc.
Ekuan
Ekuan (fr. Écouen) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 7.383 nəfər (2007).Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalında, Serji bələdiyyəsinin 24 km şərqində yerləşir.
Enna
Enna (İtalyanca tələffüz: ˈɛnna, qulaq as, sic. Castrugiuvanni, q.yun. Ἔννα, lat. Henna və bəzən Haenna) — İtaliyanın cənubunda yerləşən Siciliya regionunun Enna vilayətində şəhər və kommuna. Dəniz səviyyəsindən 931 metr (3,054 fit) yüksəklikdə olan Enna şəhəri İtaliyanın ən hündür vilayət paytaxtıdır. Şəhər 1926-cı ilə qədər "Kastroqiovanni" olaraq bilinirdi. == Tarix == === Qədim dövr === Şəhər Yevnin rəhbərlik etdiyi Birinci Qul müharibəsinin başladığı yerdir. Üsyan e.ə. 136-cı ildə bu şəhərdə başladı. 400 köləyə rəhbərlik edən Yevn şəhər zadəganlarına qarşı qırğın törətdi.
Esna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Etna
Etna dağı- Messina və Kataniyanın yaxınlığında və Siciliyanın şərq sahilində stratovulkanıdır.Hündürlüyü 3350 metrdir.Etna dağı Birləşmiş Millətlər Təşkilatı tərəfindən on ilin vulkanı təyin edilib.
Bulbophyllum kenae
Bulbophyllum kenae (lat. Bulbophyllum kenae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Ekman qanunu
== Ekman qanunu == Ekman qanunu( V.Ekmanın adı ilə) –dreyf cərəyanlarının tabe olduğu qanunauyğunluqlar məcmuyinə deyilir. 1. Dreyf cərəyanlarının sürəti, onu yaradan küləyin sürətinin artması ilə artır, lakin en dairəsi artdıqca azalır, yəni, burada A- külək əmsalı(0,013), w- küləyin sürəti, - en dairəsidir. 2. Səth cərəyanının istiqaməti küləyin istiqamətindən nəzəri olaraq şimal yarımkürəsində sağa, cənub yarımkürəsundə isə sola 450- lik bucağa qədər meyl edir, 3. Küləyin yaratdığı suyun hərəkəti sürtünmə nəticəsində aşağıdakı su qatlarına verilir. Bu prosesdə cərəyanın sürəti həndəsi proqressiya ilə azalır, istiqaməti isə Yerin fırlanması ilə əlaqədar meyl etməkdə davam edir və müəyyən dərinlikdə əks istiqamət alır. Əks cərəyanın sürəti səth cərəyanının sürətinin 1/23-ni təşkil edir.(~4,1%). Cərəyanın əks istiqamət aldığı( yəni 1800 döndüyü) dərinlik sürtünmə və dreyf cərəyanının əhatə etdiyi dərinlik layına “Ekman layı” adı verilmişdir. Hesablamalar göstərir ki, Ekman layının qalınlığı 200m- dən çox deyildir.
Ekran kvotası
Ekran kvotası — hökumət tərəfindən daxili mədəniyyət sənayesinin qoruması məqsədi ilə, nümayişçilərə (məsələn, kinoteatrlara və televiziya kanallarına) daxili mədəni malların nümayişlərinin minimumu təyin etməsi. == Braziliya == Braziliyada ekran kvotaları 1930-cu illərdən başlayaraq tədbiq olunmağa başadı. O zaman qaydaya görə, xarici filmlərinin seanslarından öncə yerli filmlər nümayiş olunmalı idi. 1950-ci illərdə isə Braziliya kinoteatrları il ərzində ən azı 42 gün yerli filmləri göstərməli idilər. 1971-ci ildə bu rəqəm 42-dən 84-də qalxıb, çünki Braziliyada illik şəkildə istehsal olunan filmlərinin sayı artırdı. Eyni zamanda, çox sayda kinoteatrlar hətta köhnə sistemin çərçivəsində gəlirlərini itirdiklərindən xəbər verirdi. Nəticədə, bir sıra kinoteatr şəbəkəsi birgə film istehsalı şirkətini açıblar. Müstəqil rejissorlarlar birləşərək, onlar bazara çox sayda erotik komediya buraxırdılar. == Cənubi Koreya == 1966-ci ildə Cənubi Koreyanın Film qanunun ikici dəyişikliyi çərçivəsində ölkədə ilk dəfə ekran kvotanı tətbiq edilib. O zaman Koreya filmlərin nümayişi üçün hər il 90 gün ayırılıb.
Ekran Şrifti
Ekran şrifti (screen font,экранный шрифт)-xüsusi olaraq kompüterin ekranında əks olunmaq üçün hazırlanmış şrift ölçüsü (keql). Macintosh kompüterlərində ekran şriftləri rastrlıdır (PIXEL-BY-PIXEL DESIGNS), onlar həm ekranda əks olunmaq, həm də printerdə çap olunmaq üçün istifadə olunur. Çox zaman ekran şriftinin PostScript-uyumlu printerdə çap olunmaq üçün uyğun PostScript şrifti olur. == Təsnifat == Şriftlər müxtəlif meyarlara görə təsnif edilir. Əvvəla, bu, qrafik əsasdır. Şrift simvolları Klassik/Standart, Dar, Geniş, Əlavə Geniş və Əlavə Dar ola bilər. Doldurma ştrixlərinin xarakteri həm də şriftin vizuallaşdırılmasını dəyişir. Adi, konturlu, rəngli, eversion, lyuklu ola bilər. Serif. Xarakterik xüsusiyyətlər seriflər və simvolun yuxarı hissəsində kəsikli çıxıntıdır.
Ektaz dövrü
Ektaz dövrü və ya Ektaz — (yun. ἔκτασις (éktasis) - "uzadılmaq" deməkdir) Mezoproterozoy erasında ikinci geoloji dövrdür və 1400 milyon il əvvəldən 1200 milyon il əvvələ qədər davam etmişdir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Geoloji olaraq bu dövr platforma örtüklərinin davamlı genişlənməsi ilə xarakterikdir. Cinsi çoxalmanın ilk dəlilləri bu dövrə aid edilir. Kanadanın Somerset adasında tapılmış 1.2 milyard illik ov formalaşmalası Ektaz dövrünün sonundan başlayır. Bu, ilk taksonomik olaraq həll edilmiş eukariot olan Bangiomorpha pubescens (qırmızı yosunların növü) çox hüceyrəli filamentlərinin mikrofosillərini ehtiva edir. Bu mürəkkəb bir çoxhüceyrəli orqanizm üçün vacib bir xüsusiyyət olan cinsi çoxalma nümayiş etdirən ilk orqanizm idi. Mürəkkəb çoxhüceyrəlilər orqanizmlərin koloniyaları şəklində yaşayan "sadə" çoxhüceyrəlilərdəndən fərqlənir. Həqiqi çoxhüceyrəli orqanizmlər müxtəlif funksiyalar üçün ixtisaslaşdırılmış hüceyrələrə sahibdirlər.
Elnar Kərimov
Kərimov El­nar Ta­hir oğ­lu — Azərbaycan futbolçusu. == Həyatı == Elnar Kərimov 5 aprel 1985-ci ildə Mingəçevirdə anadan olmuşdur. == Karyera == Əv­vəl­ki klub­la­rı: Energetik Mingəçevir, Ədliyyə Bakı, Xəzər-Lənkəran, Qəbələ. 2013-cü ildən Karan klubunun qapısını qoruyur.
Elnar Qarayev
Qarayev Elnar Cəfər oğlu (26 yanvar 1983, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru. == Həyatı == Elnar Qarayev 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur. == Əsas rolları == === Bakı Bələdiyyə Teatrı === Dönüş (Cəfər Cabbarlı) — Bayram Oğul (A. Babayev) — killer Məlikməmməd nağılı — Qara div Ölülər (Cəlil Məmmədquluzadə) — kəndli Domoklun qılıncı (Nazim Hikmət) — həkim Xəyanətin müsibəti (İ. Kərimov) — qapıçı Dəli Domrul (Altay Məmmədov) — sərkərdə Türk sancağı (A. Qurbani) — Xanəli === Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı === Dirilən adam (Mir Cəlal) — kəndli, məhbus Ölüləri qəbristanlıqda basdırın (İsmayıl Şıxlı) — aşıq Mesenat (Əli Əmirli) — tələbə Tıq-tıq xanım (Abdulla Şaiq) — sehrbaz pişik İkinci səs (Bəxtiyar Vahabzadə) — katib Bizim qışın sərgüzəşti (X. Həsənova) — Sakit İmzanın hökmü (T. Kazımov) — Cəlil Gəl Novruzum (S. Cavadlı) — 1-ci ozan Kvazimodo (Viktor Hüqo) — Culian Qoşer (dövlət naziri) Varlı qadın (Əli Əmirli) — mühafizəçi Dəlilər və ağıllılar (İlyas Əfəndiyev) — jurnalist Bu dünyanın adamları (Hidayət) — xidmətçi Hamlet (Uilyam Şekspir) — Marsel Qatil (Elçin) — süpürgəçi Boy çiçəyi (İlyas Əfəndiyev) — Bədəl Mənim günahım (İlyas Əfəndiyev) — Xansu Keçmişdən zəng (Anatoli Krım) — Kişi Yaşar (Cəfər Cabbarlı) — Yaşar == Mükafatları == 2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) — rol: ərəb mühafizəçisi Biz qayıdacağıq (film, 2007) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: əməliyyatçı Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ünvansız eşq (2011) Xoca (film, 2012) Üç görüş Muradına çatan Günəş Dərvişin qeydləri (film, 2013) Fədakar (film, 2015) Günəşim ol (teleserial, 2016) — rol: Fərhad Ölülər. 21-ci əsr.