Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliheydər Hüseynli
Əliheydar Səlahəddin oğlu Hüseynli (14 aprel 1994; Qırılı, Ağstafa rayonu – 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əliheydar Hüseynli 1994-cü il aprelin 14-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2000–2011-ci illərdə Qırılı kənd tam orta məktəbində, 2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2017-ci ildən etibarən “Azərişıq ASC”-nin [[Ağstafa rayonu|Ağstafa rayon şöbəsində nəzarətçi-mühəndis vəzifəsində çalışırdı. == Hərbi xidməti == Əliheydar Hüseynli 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əliheydar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Əliheydar Hüseynli noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliheydar Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliheydar Hüseynli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Əliheydər Həsənzadə
Əliheydər Həsənzadə və ya Heydər Həsənzadə (1913 – 1 avqust 1981) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Əliheydər Həsənzadə 1913-cü ildə Bakı şəhərində anadan olub. İlk əmək fəaliyyətini müəllimliklə başlayıb, sonralar öz həyat yoldaşı Rüxsarə Ağayeva ilə birlikdə aktyorluğa maraq göstərib. Böyük Vətən Müharibəsinin əzmkar döyüşçüsü olub, lakin ciddi zədə (kontuziya) aldığından ordunun ön sıralarından geri çağırılıb. O zamandan (yəni 1942-ci ildən) ömrünü son günlərinə qədər aktyor kimi öz ölkəsinə xidmət edib. Qazax Dövlət Teatrının yaradıcısı və ilk yarandığı illərdə direktoru olub. Naxçıvan Dövlət Teatrında uzun illər çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olub, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı ilə sağlığında təltif edilib. Bir çox filmlərin ən yaddaqalan personajlarından olub, yumşaq, koloritli, nəcib, zadəgan maneralı, geniş planlı, məxməri səsə malik olub. 1932-ci ildən - 1980-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır.
Əliheydər Həşimov
Əliheydər Şirin oğlu Həşimov — professor. == Həyatı == Əliheydər Həşimov 24 iyul 1924-cü ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1938–1940-cı illərdə Ağdamda pedoqoji texnikumda təhsil alıb. 1947-ci ildə ADU-nun filologiya və psixologiya şöbəsinə daxil olur. 1952-ci ildə təhsilini başa vuraraq Gəncə Pedoqoji İnistitutunda və Respublika Xalq Maarifi Muzeyində çalışır. 1966-cı ildə həmin İnistitutunda tədris işləri üzrə prorektor, üç il sonra isə rektor təyin edilir. 1986-cı ildə Xarici Dillər İnstitutunun professoru seçilir. Onlarla dissertantın rəhbəri və doktorantın oponenti olmuşdur. Fəaliyyəti illərində onun aşağadakı dərslikləri çap etdirmişdir: "Azərbaycan xalq pedaqogikasından mühazirələr"," Azərbaycan xalq pedaqogikası antalogiyası", "Azərbaycan xalq pedaqogikası ", "Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər ", "Azərbaycan xalq pedaqogikasından iki mühazirə", " Azərbaycan xalq pedaqogikasının əsasları"," Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri","Xalq pedaqogikasında tərbiyənin üsul və vasitələri"," Pedaqogika kursunun tədrisində xalq hikmətindən istifadə". 1994-cü ildən Bakı Özəl Universitetinin tədris məsələləri üzrə prorektoru işləmişdir.
Əliheydər Kazımov
Əliheydər Orucov
Orucov Əliheydər Əliabbas oğlu (d. 25 noyabr 1905, Quba- ö. 27 oktyabr 1987, Bakı ) — filologiya elmləri doktoru, professor (1966). Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsi sədrinin müavini işləmişdir. == Həyatı == Orucov Əliheydər Əliabbas oğlu noyabrın 25-i 1905-ci ildə Quba şəhərində anadan olmuşdur. İlk təhsilini Quba şəhərində alan Ə.Orucov, 1922-ci ildə Bakı şəhərinə gəlmiş və burada əmək fəaliyyətinə başlamışdır. 1923-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, 1926-cı ildə oranı bitirmişdir. Həmin dövrdə o, "Gənc İşçi" qəzetində məsul katib vəzifəsində çalışmışdır. Görkəmli alim 1931-1933-cü illərdə Moskva şəhərində Redaksiya-Nəşriyyat İnstitutunda təhsil almışdır. Ə.Orucov 1940-cı ildə ekstern olaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
Əliheydər Qarayev
Qarayev Əliheydər Ağakərim oğlu (20 iyun 1896, Şamaxı – 24 aprel 1938, Bakı) — Azərbaycan SSR və Sovet siyasi və dövlət xadimi, jurnalist, Gürcüstan Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti parlamentlərinin deputatı; Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri (1920), Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı (1920), Bakı Soveti İcraiyyə Komitəsinin sədri (1920), Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı (1920–1923). SSRİ-nin ilk fəxri neftçilərindən Sadıq Qarayevin qardaşıdır. Sadıq Qarayevin qızı Tamilla xanım , Lütfəli bəy Behbudovun qardaşı Mirzəli bəyin oğlu Şəmsi Behbudovla ailəli olub. Sadıq Qarayevin oğlu Tofik Qarayev neftçi geoloq alim, Azərbaycanda ilk özəl muzey- Rinay Malakofauna Muzeyinin yaradıcısıdır. O, həmçinin " Gəncəbasarlı intiqamçı(Qatır Məmməd)" filmində Azərbaycan Cümhuriyyəti ordusu zabiti rolunu oynayıb. == Həyatı == Əliheydər Qarayev əvvəlcə mollaxanada, sonra Şamaxı realnı məktəbində oxumuş, bir müddət Bakıda rus-tatar məktəbində dərs demişdir. 1916-cı ildə Don (indiki Novoçerkassk) Politexnik İnsitutuna daxil olmuş, tələbələrin inqilabi çıxışlarında iştirak etmişdir. 1917-ci ildə Şamaxı Fəhlə və Əsgər Deputatları Sovetinin sədri olmuşdur.Əliheydər Qarayev Ağakərim oğlu, 1896-cı ilin iyun ayının 20-də Şamaxı şəhərində anadan olub. Tacir olan atası tərəfindən 6 yaşında mollaxanaya təhsil almaq məqsədilə göndərilir. 10 yaşında isə realnı məktəbə yazılır.
Əliheydər İbrahimov
Əliheydər Əliqulu oğlu İbrahimov (24 dekabr 1906, Bilgəh, Bakı qəzası – 6 noyabr 1953, Bakı) — Sovet hərbi qulluqçusu, Böyük Vətən müharibəsinin, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, 4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri, Qızıl Ordunun qvardiya mayoru. == Həyatı == Əliheydər Əliqulu oğlu İbrahimov 1906-cı il dekabrın 24-də Bakının Bilgəh kəndində dünyaya gəlib. Zaqafqaziya hərbi məktəbini, sonra isə birləşmiş süvari hərbi məktəbini bitirib polk qərargahının rəisi olmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, hissələrdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü bacarıqlı və mahir əsgər kimi göstərmiş, komandanlığın və şəxsi heyətin rəğbətini qazanmışdır. 1941-ci ildə alman-faşist işğalçıları Sovetlər ölkəsinə hücum etdiyi vaxtda Əliheydər İbrahimov komandanlığa müraciət edərək cəbhəyə göndərilməsini xahiş edir, vətənin istiqlaliyyəti uğrunda əsl qəhrəman kimi vuruşacağına and içir. Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda divizion komandiri vəzifəsinə təyin edilir. Əvvəllər Şimali Qafqaz cəbhəsində, sonralar isə Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində alman-faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib, Poltava yaxınlığında zədə almasına baxmayaraq Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında özünü əsl qəhrəman kimi göstərir. Dəfələrlə əlbəyaxa döyüşlərdə iştirak etmiş, xeyli düşmən texnikasını məhv etmiş, düşmənin xeyli əsgər və zabitini əsir götürmüş, böyük strateji əhəmiyyətə malik məntəqələrin azad edilməsində müstəsna xidmətləri olmuşdur. Əliheydər İbrahimovun komandirlik etdiyi divizion Brest şəhərinin azad olunmasında böyük fəallıq, misli görünməmiş qəhrəmanlıq göstərmişdir.
Əliheydər Əliyev
Əliheydər Əbdül oğlu Əliyev - Əməkdar müəllim, "İlin ən yaxşı müəllimi (1999)", Bioloq, Tarixçi araşdırmaçı. == Həyatı == Əliheydər Əliyev 1940–cı ilin fevral ayında Blaband kəndində doğulmuşdur. Kənddə yeddiillik təhsil aldıqdan sonra, 1954-cü ildə Lerik qəsəbə orta məktəbində oxumağını davam etdirib. 1958-ci ildə onbirillik məktəbi bitirib, komsomol göndərişi ilə Sumqayıt şəhərinə işləməyə gedib. O vaxtlar yerli kadrlara böyük ehtiyac vardı. Alüminium və taxta–şalban zavodlarında fəhlə dəzgahçı işləyərkən özü ilə çamadana yığıb gətirdiyi kitablardan ayrılmır, biliyini artırmaq üçün gecə yarısınadək oxuyurdu. Ali məktəbə daxil olacağına əmin idi. 1960-cı il onun ömrünün ən yaddaqalan və unudulmaz xatirəsinə döndü. H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun "Biologiya və Kənd Təsərrüfatının Əsasları" fakültəsinə daxil oldu.Əliheydər müəllim təhsilini davam etdirməklə yanaşı, müəllim işləməyi qərara aldı. 1960–cı ildə Lerik heyvandar– larının məskunlaşdığı Muğan qışlağında sinif müəllimi təyin olundu.
Əliheydər Ələkbərov
Əliheydər Əbdüləli oğlu Ələkbərov (26 iyul (8 avqust) 1915, Bakı – 3 mart 1975, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Əliheydər Ələkbərov 1915-ci il iyulun 26-ı anadan olmuşdur Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960–1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz kimi istifadəyə xüsusi meyl göstərib. Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun obrazlı bədii həlli ilə seçilib. Bu baxımdan onun teatrda hazırladığı "Bir dəqiqə" (dramaturq Məhərrəm Əlizadə və bəstəkar Hacı Xanməmmədov. 17 oktyabr 1961), "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov.
Əliheydər Şirvani-Mustafabəyov
Əliheydər İbiş oğlu Şirvani-Mustafabəyov (19 iyun 1896, Tehran – 26 aprel 1938, Moskva) — Marı vilayət komitəsinin sədri. == Həyatı == Əliheydər İbiş oğlu Şirvani-Mustafabəyov 1896-cı ildə Tehran şəhərində anadan olmuşdu. Şirvan xanlarının nəslindəndir. Ali təhsil almışdı. 1928-ci ildən 1930-cu ilədək Tacikistan SSR-nin I katibi vəzifəsində çalışmışdı. 1930-cu ildən 1934-cü ildək Marı vilayət komitəsinin sədri. 21 fevral 1938-ci ildə tutulmuşdu. Əliheydər Şirvani-Mustafabəyov 26 aprel 1938-ci ildə repressiyaya uğrayıb. O, 6 oktyabr 1956-cı ildə bəraət alıb.
Heydər
Heydər — kişi adı və təxəllüs. Heydər Əliyev — Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan prezidenti Heydər Hüseynov — Azərbaycan alimi, fəlsəfə elmləri doktoru (1944), professor (1944) Heydər Həkim — Azərbaycan həkimi Heydər xan Əmoğlu — peşəkar inqilabçı, İran Kommunist partiyasının Baş katibi.
Əliheydar Hüseynli
Əliheydar Səlahəddin oğlu Hüseynli (14 aprel 1994; Qırılı, Ağstafa rayonu – 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əliheydar Hüseynli 1994-cü il aprelin 14-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2000–2011-ci illərdə Qırılı kənd tam orta məktəbində, 2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2017-ci ildən etibarən “Azərişıq ASC”-nin [[Ağstafa rayonu|Ağstafa rayon şöbəsində nəzarətçi-mühəndis vəzifəsində çalışırdı. == Hərbi xidməti == Əliheydar Hüseynli 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əliheydar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Əliheydar Hüseynli noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliheydar Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliheydar Hüseynli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Aşıq Heydər
Aşıq Heydər (tam adı:Məmmədov Heydər Kərim oğlu; d. 1867 – ö. 1949) — XIX əsrin sonu XX əsrin birinci yarısında yaşamış Ağbaba mahalının ustad aşığı, Ağbaba Süvarı Alayının Baş Ozanı == Həyatı == Məmmədov Heydər Kərim oğlu 1867-ci ildə Ağbaba mahalının Düzkənd kəndində anadan olmuşdur. Heydər üç yaşında olanda atası vəfat etmiş, anası isə öz dayısı molla Əhmədin təkidi ilə başqasına ərə verilmişdir. Heydər əmisi Məşədi Rəcəbin himayəsində yaşamışdır. 25 yaşında ona yatdığı yerdə İstanbulun yaxınlığında yerləşən Dəyirman kəndində Süleyman bəyin qızı Bəyaz xanıma buta verilməsi məlum olmuşdur. Aşıq Heydər Bəyaz xanıma qovuşa bilməmişdir. Ancaq onun sözləri dillərdə dastan olmuş və bu günümüzə kimi gəlib çatmışdır. Aşıq Heydər Aşıq Şenlik, Aşıq Nəsib və Çorlu Məhəmmədlə yaxın dost olmuşdur. Aşıq Heydər el şairi olmaqla bərabər kirkirə, dibək-salğar, cəhrə, yun darağı düzəldər, ağacdan qaşıq, qəlyan, müştük yonub hazırlamaqda da mahir sənətkar olmuşdur.
Baba Heydər
Baba Heydər— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,245 ailədən ibarət idi.
Heydər Abbasi
Heydər Abbasi (fars. حیدر عباسی‎; 24 fevral 1943, Marağa, Şərqi Azərbaycan ostanı) — daha çox öz təxəllüsü ilə tanınır - Barışmaz (farsca: باریشماز) - İran azərbaycanlılarından olan şair, yazıçı, tərcüməçi və Azərbaycan ədəbiyyatı tənqidçisi. == Həyatı == Heydər Abbasi 1943-cü ildə Şərqi Azərbaycan ostanının Marağada şəhərində anadan olmuşdur. 2017-ci ilin dekabr ayının 7-də Marağa şəhərinin Əbdülqadir Marağalı adına Mədəniyyət və İncəsənət Kompleksində Heydər Abbasi üçün yaradıcılıq gecəsi keçirilmişdir. Mərasimdə Cənubi Azərbaycanın tanınmış şairləri, o cümlədən Kərimi Marağalı, Nadir İlahi, Vədud Dusti və daha bir neçə şair də iştirak etmişdir. == Təhsili == Təbriz Universitetində ingilis dili üzrə bakalavr təhsili almışdır. Tehran şəhərində isə magistr pilləsində təhsil almışdır. == Yaradıcılığı == 45 ədəbi əsəri vardır. Heydər Abbasi ədəbi yaradıcılıq və ədəbi tənqidçiliklə yanaşı tərcüməçiliklə də məşğuldur. Onun ən yaxşı tərcümə əsərlərinə Nəhcül-bəlağəni həm ərəb, həm də latın əlifbasında Azərbaycan dilinə tərcüməsini (həmçinin həmin əsərin təfsirini 2 cilddə yazmışdır), Mövlanə Cəlaləddin Ruminin Məsnəvisini həm ərəb, həm də latın əlifbasında (4 cilddə) Azərbaycan dilinə tərcüməsini misal göstərmək olar.
Heydər Babayev
Heydər Aydın oğlu Babayev (1957, Bakı) — Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri. == Həyatı == Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olmuşdur. 1980-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlamışdır. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən "Xariciiqtisadibank"ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən "Mostbank"ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunmuşdur. 2008-ci il 30 oktyabrda Heydər Babayev İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olunumuşdur. === Ailə vəziyyəti === Evlidir, 1 övladı var.
Heydər Bammatov
Bammatov Heydər Nəcməddin oğlu (1 (13) noyabr 1889, Kafır-Kumuq[d], Temirxan-Şura dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 31 mart 1965, Paris, Fransa) — Şimali Qafqaz ictimai-siyasi hərəkatının liderlərindən biri, liberal-demokrat. == Həyatı == Fevral inqilabından (1917) sonra Dağıstan əhalisinin Temirxan-Şurada seçdiyi (1917, 9 mart) Müvəqqəti Vilayət İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1917-ci il sentyabrın 1-dəTemirxan-Şurada təşkil edilən Dağıstan Milli Müsəlman Komitəsinin tərkibinə daxil idi. Ümumrusiya Müəssislər məclisinə, III Ümumdağıstan qurultayında (1918, yanvar) Dağıstan İcraiyyə Komitəsinə üzv seçilmişdi. Müvəqqəti Dağlılar hökumətinin üzvü, Cənubi Qafqaz birliyi ilə danışıqlar aparmaq üçün Tiflisə göndərilən nümayəndə heyətinin sədri olmuşdur. 1918 ilin martında Tiflisdə Zaqafqaziya seyminin Müsəlman fraksiyası ilə Şimali Qafqaz nümayəndə heyətinin birgə iclasında Azərbaycanla Şimali Qafqaz arasında münasibətləri tənzimləmək üçün yaradılan xüsusi komissiyanın dağlılar tərəfindən üzvlərindən biri də Bammat idi. Trabzon konfransında qeyri-rəsmi iştirak etmiş, Ə. M. Çermoyevlə birlikdə 1918-ci il mayın 11-də Qafqaz Dağlılar İttifaqı dövlətinin müstəqilliyini elan edən İstiqlal bəyannaməsini imzalamışdır. Şimali Qafqaz nümayəndə heyəti Batum konfransında (1918) rəsmən iştirak etmiş, Bammat burada Almaniyanın Türkiyədəki səfiri Bensdorf, Batum konfransında alman diplomatik heyətinin rəhbəri fon Lossov, Türkiyə və Cənubi Qafqaz dövlətlərinin nümayəndələri ilə Şimali Qafqaz Respublikasının müstəqilliyinin tanınması ilə bağlı danışıqlar aparmışdır. 1918 il iyunun 8-də Şimali Qafqaz Respublikası Osmanlı dövləti ilə dostluq haqqında müqavilə imzalamış və ondan hərbi yardım təminatı almışdı. Bammat xarici işlər naziri kimi Avropaya getmiş, 1918 ilin dekabrında təşkil edilən yeni hökumətin tərkibində də xarici işlər naziri təyin olunmuşdu.
Heydər Baş
Heydər Baş (28 yanvar 1947, Trabzon – 14 aprel 2020, Trabzon) — Türkiyə siyasətçi, yazıçı, maarifçisi. == Həyatı == Bağımsız Türkiyə Partiyasınin qurucusu və başkanıdır. İlk, orta və lisey təhsilini Trabzonda tamamladı. 1970-ci ildə Kayseri Yüksək İslam İnstitutinu bitirdi. Magistr və doktorluğunu "Veda Hutbesinde İnsan Hakları" mövzusunda tezi (disertasiyası) ilə Bakı Dövlət Universitetində tamamlamışdır. Akademik çalışmalarına eyni universitetdə davam eden Heydər Baş "İslam və Mövlanə", "Təsəvvüf Tarixi", "Din Sosialogiyası" və "Din Psixologiyası" mövzularındaki araşdırmaları nəticəsində "Professor" unvanını da almışdır. == Əsərləri == Milli İqtisad Modeli Sosyal Devlet / Milli Devlet Imam-i Ali Fatima Veda Hutbesinde İnsan Hakları Alemlere Rahmet Muhammed 2 Cilt Dini ve Milli Bütünlüğümüze Yönelik Tehditler İslam’da Kadın Hakları Makalat Mektubat İslam ve Mevlana Islam’da Zikir Islam’da Tevhid Iman ve Insan Insan-ı Kamil ve Nefs Mertebeleri Hacc’ın Hikmetleri Hıristiyanlık ve Yahudilik Hikmetin Sırları Din Tahripçilerine Kur’an-ı Kerim’in Cevabı Dua ve Evrad Birliğe Doğru Veda Hutbesi ve Evrensel Beyanname Nefs Terbiyesi Varoluşun Gayesi: Zikrullah Yaşayan Kur`an: Sünnet Dar Bölge Yaygın Kalkınma Modeli Das Nationale Wirtschaftsmodell (Milli Ekonomi Modeli Almanca) Oluş Sırrı Hadikatü`l Cennah (Dua Kitabi) Niçin Türkiye?
Heydər Biqiçev
Heydər Biqiçev (tatar. Хәйдәр Әббәс улы Бигичев; 16 iyun 1949, Çümbəli[d], Nijeqorod vilayəti – 13 noyabr 1998, Kazan) — müğənni (dramatik tenor), Musa Cəlil adına Tatar Opera və Balet Teatrının solisti, Tatar ASSR-nin xalq artisti (1980), RSFSR-nin əməkdar artisti (1986), Qabdulla Tukay adına Tatar ASSR Dövlət Mükafatı laureatı (1984). Heydər Biqiçev 16 iyun 1949-cu ildə Nijeqorod vilayətinin Krasnooktyabrski rayonunun Çembiley kəndində böyük bir ailədə anadan olub. Ata kombaynçı, anası kolxozda işləyirdi. Sovet Ordusu sıralarında xidmət etdikdən sonra X. Biqiçev Moskvaya yola düşür, fabrikdə işləyir. Dostunun məsləhəti ilə laureat olduğu "Salam, biz istedadları axtarırıq!" Ümumittifaq televiziya müsabiqəsində iştirak etdi. Müsabiqənin münsiflər heyətinin sədri bəstəkar M.Tariverdiev gənc ifaçının istedadını yüksək qiymətləndirdi və ona musiqi ilə peşəkar şəkildə təhsil almasını tövsiyə etdi. 1971-ci ildə məşhur tatar müğənnisi RSFSR Xalq artisti Fəxri Nasretdinovun istəyi ilə Kazan Dövlət Konservatoriyasının rektoru N.Q.Jiqanov qəbul imtahanları bitdikdən sonra nəticələrinə görə H.Biçiçev üçün bir dinləmə təşkil etdi. 1977-1998-ci illərdə Musa Cəlil adına Kazan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olmuşdur. Müğənni 13 noyabr 1998-ci ildə vəfat etdi.
Heydər Bulqakov
Heydər Bulqakov (1956, Özbəkistan SSR) — Sovet və Krım tatar mənşəli riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor. == Bioqrafiya == 1956-cı ildə Krım tatarlarının sürgün edilməsindən sonra Özbəkistanda anadan olmuşdur. 1972-ci il Riyaziyyat Olimpiadasında dərəcə əldə etdikdən sonra fizika və riyaziyyat liseyində bitirib Novosibirsk Dövlət Universitetinə daxil olur. 1978-ci ildə Novosibirsk Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. 1978-1993-cü illərdə aparıcı tədqiqatçı, əvvəlcə Hesablama Mərkəzində (1978-1980), 1980-ci ildən sonra isə Riyaziyyat İnstitutunda tədqiqatçı vəzifələrini tutur. Tətbiqi Riyaziyyat kafedrasında əvvəlcə doktorluq (1982), sonra elmlər doktoru (1989) dərəcəsi almışdır. 1976-1993-cü illərdə əvvəlcə tələbəsi, daha sonra həmkar kimi professor Serqey Qodunov ilə birlikdə çalışır. Rusiyada bir kompüter tətbiqi olaraq inkişaf etdirdiyi texnoloji üsullar sənayedə, xüsusilə mühərrik, kimya, avtomobil, aviasiya və hərbi sənayedə tətbiqini tapır. Tədqiqat mərkəzinin koordinatorlarında çalışır. Çoxsaylı milli və beynəlxalq konqreslərdə təşkilatçı və natiq kimi iştirak etmişdir.
Heydər Camal
Heydər Camal (Heydər Cahid oğlu Camal; rus. Гейдар Джахидович Джемаль; 6 noyabr 1947, Moskva – 5 dekabr 2016, Almatı) — Əslən azərbaycanlı politoloq, yazıçı, filosof və şair. Rusiya İslam cəmiyyətinin fəalı, Rusiya İslam komitəsinin sədri == Həyatı == Heydər Camal 1947-ci ilin 6 noyabr tarixində SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdur. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən ağdamlı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Ağdama — ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub. 1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir. === Vəfatı === Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat etmişdir.
Heydər Gəray
Heydər Gəray (bilinmir – 1487) — Krım xanlığının və Gəraylar sülaləsinin banisi Hacı Gərayın böyük oğlu. Müxtəlif vaxtlarda 2 dəfə Krım taxtı uğrunda ayaqlanmış, bu səbəblə tarixi mənbələrdə xan olaraq qeyd edilmir. == Həyatı == Heydər Gəray xanlığın və ailənin banisi Hacı Gərayın ən böyük oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. Ancaq atası Hacı Gəray xan olduqca sərt daxili siyasət yeridirdi. Bu səbəblə yerli əyanları özündən narazı salmışdı. Digər yandan Osmanlılarla ittifaq quraraq Kəfə qalasını mühasirəyə almış, qalanı ala bilməsə də genuyalıları vergi verməyə məcbur etmişdi. Məhz bu hadisədən 2 il sonra 1456-cı ildə Heydər Gəray genuyalıların və yerli əsilzadələrin dəstəyini alaraq atasına qarşı ayaqlandı və taxt mübarizəsinə başladı. Xarici dəstəyə baxmayaraq bu mübarizəsi cəmi 2 ay davam etdi və ələ keçirilərək Sudak qalasına həbs edildi.
Heydər Hatəmi
Heydər Hatəmi (3 mart 1945, Hadişəhr, Şərqi Azərbaycan ostanı) — İran azərbaycanlısı olan rəssam. O, öz rəsm əsərlərini miniatür və təzhib kimi klassik şərq üslublarında müasir elementlərlə birgə işləyir. == Təhsili == İbtidai və orta təhsilini anadan olduğu Hadişəhrdə almışdır. Orta məktəbi bitirdikdən sonra Təbriz İncəsənət Akademiyasında təhsil almışdır. Sonrakı təhsilini isə Tehran İncəsənət Universitetində almışdır. == Həyatı == 1945-ci ildə Araz çayı yaxınlığında və sərhəd regionunda yerləşən Hadişəhrdə anadan olmuşdur. 1983-cü ildə Türkiyəyə köçmüşdür. Müasir dövrdə ən məşhur İran rəssamlarından və xaricdə fəaliyyət göstərən ən məşhur azərbaycanlılardandır. 1997-ci ildə isə ABŞ-yə köçmüşdür. 1997-ci ildən Qətər kraliyyət ailəsinin saray rəssamıdır.
Heydər Hüseynov
Heydər Nəcəf oğlu Hüseynov (3 aprel 1908, İrəvan – 15 avqust 1950, Bakı) — Azərbaycan-sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru (1944), professor (1944), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), iki dəfə "Stalin" mükafatı laureatı (1948, 1950). == Həyatı == Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olmuşdur. Ailədəki altı uşağın kiçiyi olmuşdur. Heydər anadan olandan az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən sonra ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər. Böyük qardaşı və anasının himayəsi altında böyümüşdür. Heydər Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi olmuşdur. O, 1927–1931 illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. Əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmişdir.1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1931–1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olmuşdur.
Heydər Həkim
Heydər Həkim(XVI-XVII əsrlər) — == Həyatı == Hindistanın Agra şəhərində, Böyü Moğollar sülaləsinin təmsilçisi Sultan Əkbərin sarayında çalışmış Azərbaycan həkimidir. Azərbaycan dilində lirik şeirlər də yazırdı.
Əliəjdər Seyidzadə
Əliəjdər Əhməd oğlu Seyidzadə (1899, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1970, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan sovet ədəbiyyatşünası və biblioqraf, Moskva hökumət darülfünun cünbündə (nəznində) biblioqrafi cəmiyyəti müxbir əzası (üzvü). 100-ə yaxın elmi əsərlərin müəllifi, həmçinin "Kitabxana işinin təşkili", "Ümumxalq kitabxanaları", "Xalq kitabxanalarında kitabların təsnif və təsvir olunması" və s. kimi kitabxana-biblioqrafiya metodik vəsaitlərini yazmışdır. Seyidzadə Azərbaycan mətbuatının biblioqrafik icmalların və kitab nəşri tarixinə dair məqalələrin müəllifidir. 1920-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Əsərləri == Azərbaycanca: Kitabxana nədir və ümumən necə kitabxanalar olur. Bakı: Xalq maarif komissarlığı, 1922; Tofiq Fikrət və həyatına dair kitabiyyat. Bakı, 1923; Klub işlərinin quruluşu (klub işində çalışanlar və siyasi-maarif işçiləri hazırlayan kurslar üçün rəhbər). Bakı: Ali siyasi-maarif komitəsi, 1924; Rusca: Великий мыслитель и поэт из Ганджи — Мирза-Шафи «Вазех» : (жизнь и творчество). — Ганджа : Изд.