TATİ

(Yardımlı)
çardaqsız. – Dağda kümənün üsdin tati eleylər
TATIRQAMAĞ
TATOR
OBASTAN VİKİ
Tati Qabriel
Tatiana Qabriel Hobson (ing. Tatiana Gabrielle Hobson; 25 yanvar 1996, San-Fransisko, Kaliforniya) — ABŞ aktrisası. Əsasən Tati Qabriel olaraq tanınır. == İlk illəri == Tati Qabriel 25 yanvar 1996-cı ildə Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olmuşdur. Atası qara, anası isə qara və koreyalıdır. Övladlığa götürüldüyü ailəsi Cənubi Koreyada yaşayan qara amerikalı ailədir. Qabriel 3 yaşında modelliyə başlamışdır. 5 yaşında isə Macy's və Nordstorm mağazaları üçün modellik etmişdir.
Tati dili
Tati dili — Azərbaycanda və İranda yaşayan tatilərin dili. Bu dil fars dilinə çox bənzəyir. Qafqazdakı(Azərbaycan və Dağıstan) tat dili ilə səhv salınmamalıdır. Hər ikisi Hind-avropa dil ailəsinin İran dilləri bölməsində yerləşsə də fərqli qruplardadırlar.
Nodiko Tatişvili
Nodiko "Nodar" Tatişvili (Gürcücə: ნოდიკო "ნოდარ" თათიშვილი) — 5 noyabr 1986-cı ildə anadan olan gürcü müğənni. Nodiko Tatişvili Sofo Qelovani ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı "Waterfall" mahnısı ilə təmsil edib və Gürcüstana 15-ci yeri qazandırıb.
Tatian
Tatián (ya da Tasian; təq. 120, Assuriya[d] – təq. 173, Assuriya[d]) — erkən xristian yazarı, apologeti və ilahiyyatçısı. O Müqəddəs kitabın 4 İncilini bir ardıcıl hekayəyə birləşdirmiş və redaktə etmişdir "Diatessaron" adlanan bu kitab Assuriya kilsəsi tərəfindən müqəddəs kitab kimi qəbul edilmiş və bir neçə yüzillik boyu orada rəsmi ibadətlərdə oxunmuşdur. Həmdə Diatessaronun Əhdi Cədidin kanonik (kilsə tərəfindən qəbul edilən) mətninin oluşması prosesində bəlli qədər rol oynamışdır. == Bioqrafiyası == Tatianın həyatı haqqında biliklər çox azdır. Əsərlərin birində o özü haqqında yazmışdır ki, "Assuriya torpaqlarında doğulmuşdur". Dəqiq ölüm ili və yeri də bilinməməkdədir. Güman edilir ki, o Assuriyada 185 ildə ölmüşdür. Bir çox ölkələrə səfər etmiş, çeşidli xalqların mədəniyyəti və dünyagörüşü ilə tanış olmuşdur.
Tatiya Lortkipanidze
Titus Tatius
Qədim Roman miflərinə görə, Titus Tatius "Kures"dən olan Sabinlərin kralı və bir neçə il Romada ortaq hakimiyyətdə olmuşdur. Romanın ilk kralı Romulun hökmdarlıq dövründə, Tatius, baş verən Sabin qadınına qarşı olan zorakılığa cavab olaraq Romaya müharibə elan etdi. O, Tarpea xəyanəti vasitəsilə Kapitolin (Capitoline) təpəliyinin ən hündür nöqtəsində yerləşən qalanı aldıqdan sonra, Sabinlər və Romalılar arasında ağır müharibə yarandı. Ancaq bu müharibə qaçırılmış Sabin qadınının müdaxilə etməsi və hər iki tərəfi razılığa, müharibəni sonlandırmağa çağırması ilə bitdi. Müharibədən sonra, iki krallıq birləşdi və krallar beş il, Tatius öldürülənə qədər ölkəni birlikdə idarə etdilər. Birləşdirilmiş krallıq hələ də Roma, şəhərin vətəndaşları isə Romalılar adlanırdı, amma icma olaraq Sabinlər "Quirites" adlanırdılar. Sabinlər zaman keçdikcə başqa qonşu tayfalara inteqrasiya etdilər. Tatius ən-ənəvi "Romanın 7 Kralı"ndan biri olaraq görülmədi. Tatiusun bir qızı və bir oğlu var idi. Qızı, Tatia Numa Pompilius (Romulun varisi) ilə evləndi.
Vasili Tatişev
Vasili Nikitiç Tatişev (rus. Васи́лий Ники́тич Тати́щев) (19 aprel, 1686 – 15 iyul, 1750)—Tanınmış rus tarixçisi, coğrafiyaşünası. == Həyatı == Rusiyanın berq-kollegiyasının müşaviri olmuşdu. === Tatişev coğrafiyaşünas kimi === Rus alimi V.N.Tatişev (1686-1750) coğrafiyanın məzmununu, mahiyyətini təyin edən və onun vəzifələrini göstərən «Ümumi coğrafiya və Rusiyanın coğrafiyası» adlı əsər yazmışdır. Əsərdə göstərilir ki, coğrafiya üç hissədən ibarətdir: 1) riyazi coğrafiya, 2) geodeziya və kartoqrafiya, 3) fiziki və siyasi coğrafiya. Qərbi Avropada coğrafiyanın əsas vəzifəsi dəniz gəmiçiliyinin və ticarətin inkişafına kömək etmək idisə, Rusiyada coğrafiyanın mühüm vəzifəsi ən böyük quru hissəsini tutan ölkənin zəngin təbii ehtiyatlarının mənimsənilməsinə, onun ərazisində yeni istehsal sahələrinin yaradılmasına təkan vermək idi.Alim göstərirdi ki, fiziki coğrafiyanın vəzifəsi təbiətin fiziki vəziyyətini, təkcə yerin səthini deyil, həm də onun tərkibini və quruluşunu, daxili sularını öyrənmək, onlardan istifadə yollarını, kortəbii proseslərin qarşısını almaq işlərinin çox vacib və əhəmiyyətli olmasını aydınlaşdırmaqdan ibarətdir.Siyasi coğrafiya isə V.N.Tatişevə görə, böyük və kiçik kəndlərin, limanların, ölkələrin mülkiyyətini və hakimiyyətini, onların inkişafını, başqa ölkələrə münasibətlərini, burada yaşayanların sənətini və əmək vərdişlərini, adət-ənənələrini, hansı mənəviyyata malik olmalarını və necə dəyişmələrini öyrənməlidir.Tatişevin kitabında ilk dəfə olaraq coğrafiya elminin çox orijinal təhlili verilir. O, coğrafiyanı 3 cəhətli, 3 tərəfli və 3 tərkibli təsvir edir. I. Tədqiqatın miqyasına görə: a) bütün planeti və ya onun quru və su hissələrini təsvir edən universal və baş hissə; b) müxtəlif ölkələrin xüsusiyyətlərini öyrənən coğrafiya; v) topoqrafiya və yaxud yerin kiçik hissələrini öyrənən coğrafiya II. Keyfiyyət göstəricilərinə görə: a) riyazi coğrafiya. Yer kürəsinin böyüklüyü, həmçinin onun dərəcə torunu və s. öyrənən coğrafiya; b) Yerin fiziki xüsusiyyətlərini, yeni təbii coğrafi məsələlərini öyrənən coğrafiya; v) əhalini, onun əmək vərdişlərini, adət və ənənələrini və gəlirlərini öyrənən siyasi coğrafiya.
Viktor Tatin
Viktor Taten (10 iyul 1843, Paris – 18 aprel 1913, Paris) — 1879-cu ildə ilk təyyarə modelinin yaradıcısıdır. Bu təyyarə öz gücündən istifadə etməklə pist üzərində hərəkətlənib havaya qalxan ilk model hesab olunur. Bu modelin qanad genişliyi 1.90 m, çəkisi isə 1.8 kq bərabər idi. Model iki pərvanə və sıxılmış hava mühərriki ilə təchiz olunmuşdu. Bu mini təyyarə Parisin Chalais-Meudon bölgəsindəki hərbi bazanın dairəvi uçuş-enmə zolağında mərkəzi nöqtəyə uçurulurdu. Öz gücüylə hərəkətə gəlməklə 8m/san sürətlə havaya qalxırdı. 1890-97 aralığında Taten və Çarlz Rişet buxar gücüylə çalışan və qanad genişliyi 6.6 m çatan yeni modeli ərsəyə gətirdilər. Bu modeiln çəkisi 33 kq çatırdı, bununla yanaşı ön və arxa pərvanələri var idi. Onlar bu modeli 140 m məsafə boyunca 18m/san sürətlə uğurla uçurmağa nail olur. Titan 1902-03-cü illərdə Mauris Malletlə Henri Deutş de la Meurte üçün Ville de Paris adlı zeplin ərsəyə gətirilməsi məqsədilə əməkdaşlıq edir.