BECƏRMƏK

f. Xidmət edərək, bəsləyərək yetişdirmək. Bağ becərmək.
[Heydər bəy:] Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. M.F.Axundzadə.
Salman kişi Daşlıca ağzında bostan becərərdi. Mir Cəlal.

// Tərbiyələndirib böyütmək, yetişdirmək.
[Pası:] Gül kimi uşaq becərmişəm, özünə dadandırıb qardaşın Gülo kimi külə döndərəsən? S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BECƏRMƏK böyütmək — yetişdirmək
  • BECƏRMƏK becərmək bax yetişdirmək

Etimologiya

  • BECƏRMƏK Bacarmaq (bu isə başarmaq) sözünün həm şəkil, həm də mənaca dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BECƏRMƏ
BECƏRTMƏ

Digər lüğətlərdə