Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəimi Əmiralıyev
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Əmiralılar
Əmiranlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Əmiranlar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əmiranlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri mütəmadi olaraq müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulur. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Əmirallar kənd adının əsli Əmiralılar olmuşdur. Yaşayış məntəqəsini əmiralı nəslinə mənsub olan ailələr saldığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə toponimi "əmir alanlar" kimi izah edirlər. Deyilənə görə, bura çatdırılan əmirlər, fərmanlar ərazidə elan olunur, həm də onun icrasına nəzarət edilirmiş. Bu səbəbdən kənd əmir alanlar, yaxud azacıq təhriflə əmrallar adlanıb.
Nəimi Əmiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Ağamalı Kərbəlayi Miralı oğlu
Əmirli
Əmirli (Bərdə)
Əmirəli Lahrudi
Əmirəli Lahrudi (1924 – 2014) — Cənubi Azərbaycan Milli hökumətinin nümayəndəsi, tərcüməçi. Əmirəli Lahrudi Əhmədoğlu 1924-ci ildə Meşkin mahalının Lahrud kəndində anadan olub. 1943-cü ildə Hizi Tudeyi İran təşkilatına üzv olub. 1944-ci ildə partiyanın şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışıb. Əmirəli Lahrudi 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin(ADF) üzvü və Meşkin mahal komitəsinin sədr müavini seçilib. 1946-ci ilin oktyabr ayında Təbrizdə hüquq və siyasi məktəbin tələbəsi olub. Cənubi Azərbaycanda qurulmuş Milli Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdiib. 1960-ci ildə Azərbaican Demokrat Firqəsi Hizbi Tudeyi İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə komitəsinin üzvü seçilib. Əmirəli Lahrudi 1960-dan 1968-ci ilə qədər Almaniyanin Leyipsik şəhərində yerləşən partiyanın mərkəzidə işləmiş,1968-ci ildə Azərbaycana qayıtmış və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində öz fəaliyyətini davam etdirmişdir.Hizbi Tudeyi İranın 16-cı plenumunda (1979-cu il) icraiyyə heyətinin üzvü seçilmişdir. Əmirəli Lahrudi eyni zamanda «Azərbaycan» jurnalının redaktoru vəzifəsində çalışıb,1979-cu ildən bu günə qədər ADF-nin sədridir.
Əmirəli Tahircallı
Əmirəli Tahircallı (1790, Quba xanlığı — 1846, Həcc) — XIX əsr ləzgi əsilli Azərbaycan şairi . Əmirəli 1790-cı ildə ləzgi kəndi Tahircalda anadan olub. Gəncliyində oradan Kürə rayonuna köçmüş və Yuxarı-Yaraq kəndində mədrəsəsində Məhəmməd Əfəndi Yaraqi müəllimdən elmlər öyrənmiş, sonra onunla birlikdə Avaristana qaçmış və ona xidmət edərək öz payını almışdır. Aşkar və məxfi elmlər baxımından faydalar əldə etmiş, həmçinin qardaşı Məhəmməd Əfəndinin Meymunat adlı qızı ilə evlənmiş və ondan bir oğlu olmuşdur. 1835-ci ildə şair dostu Abdulla ilə birlikdə Quba qəzasının Amsar kəndinə Abbasquli ağa Bakıxanovun yanına gəlir. Sonuncu dostlarının məsləhəti ilə Gülüstan ədəbi dərnəyini təşkil edir və Əmirəli də bu dərnəyin işində iştirak edir . Sonralar Əmirəli oradan Kyurinski rayonuna qayıdıb ailəsini Yuxarı-Yaraq kəndində məskunlaşdırdı və özü də Məkkəyə həcc ziyarətinə getdi və 1846-cı ildə bu səfərdə vəfat etdi . Əmirəli Tahircallı poetik irsi iki dövrə bölünür: sürgünə qədərki və sürgündə yazılmış əsərlər. Şair sürgünə qədər əsasən sevgi şeirləri yazıb. Onun sevgi lirikalarına "Sevdiyim", "Aman günüdür", "Deyilmi" ("Elə deyilmi") kimi əsərləri daxildir .
Solmaz Əmirli
Solmaz Əmirli (9 iyun 1948, Kürdəmir) — Azərbaycanın tanınmış teleaparıcısı və ictimai xadimi. "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin rəhbəri. Əmirli Solmaz Baba qızı 1948-ci il iyunun 9-da Azərbaycanın Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1967–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Solmaz xanım əmək fəaliyyətinə hələ ali təhsil aldığı illərdə başlamışdır. 1968–1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda korrektor, 1972–1975-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında redaktor kimi fəaliyyət göstərmişdir. 1983–2003-cü illərdə Solmaz xanım Azərbaycan Dövlət Televiziyasında redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışmışdır. Bu illərdə Solmaz Əmirli "Xəbərlər", "Günün ekranı" proqramlarının aparıcısı və o dövr üçün yenilik olan və cəmiyyətdə böyük maraqla qarşılanan sosial-publisistik "İslam, olduğu kimi…" proqramının müəllifi və aparıcısı olmuşdur. 2003-cü ildən "Space" radiosunda dinləyicilər tərəfindən çox sevilən dini-maarifləndirici "Ünsiyyət" proqramının müəllifi və aparıcısı olmuşdur. Efirdə olduğu 17 ildə proqram geniş dinləyici auditoriyası qazanmışdı.
Tofiq Əmirli
Şəhla Əmirli
Əmirli Şəhla Yapon qızı — Kinoşünas, Radio-Televiziya redaktoru. Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994–1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997–2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir.
Əli Əmirli
Əli Məmməd oğlu Əmirli (30 oktyabr 1948, Novruzlu, Ağdam rayonu) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır (1967–1973). Fəhlə işlədiyi 4 il ərzində zavodun çoxtirajlı "Elektrik" qəzetində oçerk və hekayələri ilə çıxış etmişdir. 1971-ci ildə "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində işləmişdir (1969–1971). 1971-ci ildən 2006-cı ilədək Əli Əmirli Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat, elmi-texniki informasiya institunda əvvəl ədəbi redaktor, sonra redaksiya-nəşriyyat şöbəsinin müdiri, daha sonra direktor müavini vəzifələrində çalışmışdır. 1974–1975-ci illərdə ali təhsili başa vurduqdan sonra əsgəri xidmətdə olmuş , leytenant rütbəsi ilə tərxis edilmişdir. Əli Əmirli əmək fəaliyyəti ilə paralel olaraq ədəbi yaradıcılıqla məşğul olmuş, hekayə, povest və romanları ilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında çap olunmuş, kitabları dövlət nəşriyyatlarında nəşr edilmişdir. 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvüdür. Yeddi il Birliyin dramaturgiya seksiyasına rəhbərlik etmişdir. 2021-ci ildən Birliyin idarə heyətinin üzvüdür.
Əmirli (Bərdə)
Əmirli — Azərbaycan Respublikasının Bərdə rayonunun Əmirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Əmirli kəndi Xanərəb kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əmirli kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi 1948-ci ildə dağıdılmışdı. 1951–1952-ci illərdə Ermənistandan qanunsuz olaraq köçürülmüş azərbaycanlı ailələri orada məskunlaşdıqdan sonra dağılmış kəndin adı yeni yaşayış məntəqəsinə verilmişdi. Əmirli əfşar tayfasının bir qolu olan eymurların adının yerli tələffüzə uyğunlaşmış formasıdır. Kənd Qarabağ düzündə yerləşir. Kəndin əhalisi əsasən Göyçə mahalının Aşağı Qaranlıq rayonunun Mollalı kəndindəndirlər. İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda olan Sallı və Çivə kəndindən SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə kəndin azərbaycanlı sakinləri zorla Azərbaycanın Salyan rayonuna köçürülmüşdür. Burada əhalinin bir hissəsi Bərdənin Əmirli kəndinə gəlmiş, oradan da bəziləri yenidən Sallıya — ata-baba yurdlarına qayıtmışdır.
Əmirli (Xudabəndə)
Əmirli (fars. اميرلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 547 nəfər yaşayır (97 ailə).
Əmirli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirşah Əmirli
Cabir Əmirli
Cabir Əmirli (6 yanvar 1997, Bakı) — Azərbaycan Premyer Liqasında "Səbail"in müdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == 24 aprel 2017-ci ildə Əmirli Azərbaycan Premyer Liqasında "Keşlə"nin "Qəbələ" ilə oyununda debüt etmişdir.
Əmirli (İraq)
Əmirli (ərəb. آمرلي‎, türk. Emirli) — İraqın Səlahəddin mühafəzəsində şəhər. Əhalisi əsasən şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Şəhər İran sərhədindən təxminən 100 kilometr aralı yerləşir. Əkinçilik bölgəsinin mərkəzidir. == Tarix == === 2007-ci ildə bombalama === 7iyun2007-ci ildə İŞİD tərəfindən Əmirli bazarında törədilən partlayış nəticəsində 165 nəfər həlak olmuş, 350 nəfər yaralanmışdır. === 2014-cü ildə İŞİD tərəfindən mühasirəyə alınması === Şəhər və onun 20,000-ə yaxın şiə müsəlman türkmən əhalisi 2014-cü ilin iyun ayından başlayaraq İŞİD tərəfindən mühasirəyə alınıb. Ərzaq, su və təchizat tükənmək üzrə idi. BMT nümayəndəsi bildirib ki, "Əmirlidə insanların vəziyyəti çıxılmazdır və vətəndaşların mümkün qətliamının qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələb edilir".
Xəmiraşı
Qoyun əti – 163q. Buğda unu – 35q. Yumurta −1/4 ədəd. Ərinmiş yağ – 10q. Ağ lobya – 20q. Şərab sirkəsi – 10q. Baş soğan – 20q. keşniş – 20q. Quru nanə – 1q. İstiot – zövqə görə.
Əlirzalı
Əlirzalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Əlirzalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlirzalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın darğası, Ağdam rayonunun Sarıcalı kənd sakini Alırzanın Güllücə kəndindən gətirdiyi ailələrin məskunlaşması nəticəsində yarandığı üçün həmin darğanın adı ilə adlandırılmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1078 nəfər əhali yaşayır.
Əmirarx
Əmirarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun Güvəkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrin sonlarında Əmirarx adlı arxın kənarında bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Arxın adı Şirvan düzündə yaşamış türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Kəndin əsası XIX əsrin sonunda qoyulub. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Ləki kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Güvəkənd kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Əmirarx kəndi Azərbaycan SSR Ağdaş rayonunun Güvəkənd kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Güvəkənd bələdiyyəsi təsis edilmişdir.
Əmirvarlı
Əmirvarlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Əmirvarlı kəndi Sarıcalı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yaşayış məntəqəsinin keçmiş adı Hüseynbəyli olmuşdur. Kənd əmirvarlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Novruz Quliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, ipəkçilik və üzümçülük təşkil edib.
Əmirxanlı
Əmirxanlı — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Kəndlər Əmirxanlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Əmirxanlı (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd.
İmralı
İmralı — (türk. İmralı Adası; yun. Βέσβικος; Καλώνυμος; Καλόλιμνος) və ya Kalonilos — Mərmərə dənizində yerləşən ada. Adanın şimaldan cənuba uzunluğu 8 km, eni isə 3 km təşkil edir. Sahəsi 9,98 km² təşkil edir. Ada dənizin cənub sahilindən 13 kilometrlik, qərb sahilindən isə 20 kilometrlik boğaz ayırır (Boz boğaz). İstanbulla arasında məsafə 65 km-dir. Makdimal hündürlüyü 217 metrdir (Türk-təpəsi). Adadan şərqdə Qəmlik körfəzi yerləşir. Antik dönəmlərdə adada yuban əhalisi yaşamış və onlar üzümçülük və Balıqçılıq ilə məşğul olurdular.
Zülfüqar xan Əmirli-Avşar
Zülfüqar xan Əmirli-Əfşar (təq. 1700, Zəncan – 1780, Zəncan) — Zəncan xanlığının qurucusu. Zülfüqar xan Zəncan şəhərində anadan olmuşdur. Avşar elinin Əmirli oymağından çıxmışdı. Zəncan vilayətinin hakimi olmuşdu. Bir müddət vilayəti müstəqil idarə etmişdi. "Kitabi-məcməül-sultaniyyə"nin 370-ci səhifəsində yazılır: "Əmirli-Avşar elindən bir tayfa adıdır ki, Xəmsənin (Zəncanın) ətrafında sakindirlər. Zülfüqar xan Avşar (Zəndiyyə dönəmində) Zəncanın valisi və Kərim xan Zəndin siyasi rəqibi idi. Bugünkü Zülfüqarilərin ulu babası olub və Zəncanın Səbzə meydanında yerləşən imarət onunkudur". "Gülşəni-murad", "Rüstəmüttəvarix" və başqa kitablarda da onun haqqında məlumatlar verilib.
Arximed spiralı
Arximed spiralı (hesab spiralı da adlandırılır) eramızdan əvvəl 3-cü əsrdə yaşamış Arximedin şərəfinə adlandırılıb. == Düsturu == Polyar koordinat sistemində (r, θ) bu bərabərliklə təsvir olunur r = a + b θ {\displaystyle \,r=a+b\theta } burada a və b' real ədədlərdir. a parametrinin dəyişməsi spiralı fırladır, b isə ardıcıl fırlanmalar arasında məsafəni tənzimləyir.
Smirnalı Polikarp
Smirnalı Polikarp (q.yun. Πολύκαρπος, lat. Polycarpus; 69 və ya 70, İzmir – 23 fevral 155 və ya təq. 155, İzmir) — Smirna yepiskopu, apostol atalarından biri, xristian əzabkeşi. Pravoslav və Katolik kilsələrində müqəddəs hesab olunur. Smirnalı Polikarpın həyat və yaradıcılığı ilə bağlı 4 əsas mənbə var, bunlar: Antioxiyalı İqnatidən Polikarpa məktub; Polikarpın Filipililərə məktubu; Lionlu İreneyin yazılarından hissələr; Smirna kilsəsinin prixoda mənsub adamların Polikarpın ölümündən bəhs edən "Polikarpın əzabkeşliyi" kompozisiyası. O, Filippililərə yazdığı məktubdan əlavə, başqalarını da yazmış olma ehtimalı var, çünki İqnati ona cəm halında "məktublar"ın müəllifliyini aid edir. Müqəddəs Polikarp, Smirna yepiskopu, Rus Pravoslav Kilsəsinin veb saytında.
Teon Smirnalı
Smirnalı Teon (yun. Θέων 6 Σμνρναΐος, təq. 70, İzmir – təq. 135) da orta dövrün akademiklərindən (platonçularından) biri olmuşdur. O, "Platonun əsərlərini oxuyarkən riyazi predmetlərin icmalı" (yun. Τα κατά μαθηματικόν χρήσιμα εις την Πλάτωνος ανάγνωσιν) adlı əsərin müəllifi idi. Həmin kitaba latın dilində qısaldılmış olaraq "Expositio" deyilir. Bu kitab antik dövrün məktəblərində tədris edilmək üçün yazılmış və orada riyaziyyat, musiqi nəzəriyyəsi və astronomiya elmlərindən bilgilər verilmişdir. Mətni yazarkən Teon, keçmiş alimlərdən çoxlu istinadlar gətirmişdir. Əsərin riyazi bölümündə Teon "bir" və "vahid" anlayışlarının fərqləndirilməsini zəruri bilirdi, çünki hər bir rəqəm "birlərin" cəmidir.
Əlirzalı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirarx bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirağa Ağayev
Əmirxanlı (Pərsabad)
Əmirxanlı (fars. اميرخانلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (25 ailə).
Əmirxanlı (Zəngilan)
Əmirxanlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Əmirxanlı kəndinin keçmış adı Püşənli olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Püşənli tayfasına mənsub Əmirxan adlı bir nəfər salmışdır. Əslində, əmirxanlı Şahsevən tayfa ittifaqına daxil olan tayfalardan birinin adı olub. Dəvəçi rayonu ərazisində də bu ad qeydə alınmışdır. Etnotoponimdir.
Əmirxanlı (Şabran)
Əmirxanlı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Baş Əmirxanlı Dəvəçi rayonu-nun Əmirxanlı (keçmiş Şıxlı) inzibati ərazi vahidində kənd. Əmirxanlı çayının sahilində, Yan silsiləsinin Şimal ətəyindədir. Etnotoponimdir. Oykonim "yuxarı Əmirxanlı kəndi" deməkdir. Kəndin əhalisi 1.382 (2009) nəfər təşkil edir.
Əmirxanlı bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmrahlı (Germi)
Əmrahlı (fars. امراهلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (53 ailə).
Merih Dəmiral
Merih Demiral (türk. Merih Demiral; 5 mart 1998) — Türkiyəli futbolçu, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun və Türkiyə milli futbol komandasının müdafiəçisi. Peşəkar karyerasına “Fənərbaxça FK”nın infrastrukturunda başlayan Demiral 2016-cı ildə Portuqaliyanın aşağı liqa komandası “Alkanenense” ilə müqavilə imzalayıb və bir il sonra “Sportinq B” komandasına transfer olunub. 2018-ci ilin avqustunda Super Liqa təmsilçisi "Alanyaspor"a icarəyə verilib və mövsümün sonunda 3,5 milyon avroya "Alanyaspor"a transfer olunub. Eyni mövsümdə o, satın alma şərti ilə İtaliya A Seriyası komandası "Sassuolo"ya icarəyə verildi və mövsümün sonunda 7 milyon avro şərtindən istifadə edildi. Beş gün sonra 19,5 milyon avroya İtaliya nəhəngi "Yuventus"a transfer olundu. O, iki mövsüm klubun formasını geyindi və 2019-20-ci il mövsümündə A Seriya çempionu və 2020-21-ci il İtaliya Kuboku və Super Kubok sahibi oldu. 2021-ci ilin avqustunda Demiral 20 milyon avroluq alış şərti ilə "Atalanta"ya icarəyə verildi. 2023-cü ildə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının "Əl-Əhli" komandasına transfer olunub. Beynəlxalq səviyyədə Demiral 2018-ci ildə debüt etdiyi vaxtdan bəri 40 dəfədən çox milli formanı geyinib və Türkiyəni 2020-ci il Avropa Çempionatında və 2024-cü il Avropa Çempionatında təmsil edib.
Jakkard əmsalı
Jakkard əmsalı (Jaccard’s coefficient) və ya Jakkard ölçüsü – mətnlərin orijinallığının yoxlanılması texnologiyalarında istifadə edilən ölçüdür. Jakkard əmsalından mətnlərin orijinallığının yoxlanılmasına həsr edilmiş elmi-tədqiqat işlərində geniş istifadə edilir. Jakkard oxşarlıq formulu – mətnlərin orijinallığının yoxlanılması texnologiyalarında istifadə edilən düstur. Bu düstura görə müqayisə edilən sətirlər tamamilə üst-üstə düşürsə onda onun qiyməti 1-ə bərabərdir. Lakin bu düstur müqayisə edilən mətnlərin ölçülərində fərqləri, istifadə tezliyini və s. nəzərə almır. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Kalamian maralı
Kalamian maralı (lat. Axis calamianensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. Kalamian adası üçün endemik növdür. == Təsviri == Heyvanın bədəninin uzunluğu 105–115 sm, süysününün hündürlüyü 60–75 sm, kütləsi 36–50 kq olur. Maralın yunu qəhvəyi çalardadır və erkəkləri böyüdükcə yununun rəngi tündləşir.
Kul maralı
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Amirani
Amirani (ing. Amirani) — Amirani və ya Amiran (gürcü: ამირანი) — klassik Prometeyi xatırladan gürcü eposunun mədəniyyət qəhrəmanının adıdır. Mifin müxtəlif versiyaları, mifin zamanla necə çevrildiyini ortaya qoyur, ancaq əfsanənin özü eramızdan əvvəl təxminən 3000–2000-ci illər arasında ilk Dəmir dövrünün əvvəllərində izlənilə bilər, mifdə olduğu kimi Demiurq Amirani insanlığı təmsil edərək Tanrıya meydan oxuyur. Prometey kimi lənətlənmiş iti Kurşskiy ilə birlikdə Qafqazda cəzalandırılır və daha sonra da zəncirlənir. Prometey mifi kimi qey olunmuşdur ki, Amirani qartal qaraciyərini gündüz yeyir, gecələr də özünü sağaldırmış. == Tarixi == Amirani, Qafqaz ovu ilahəsi Dalinin oğlu idi, ancaq vaxtından əvvəl anasının qarnından çıxarıldı və ovçu Sulkalmaks və həyat yoldaşı Darejanın himayəsində onlarında iki oğlu olan Badri və Yusup ilə birlikdə böyüdüldü. Bərabər böyüyən bu igidlər pis ruhlarla mübarizə aparmağa başladılar və başları ilana çevrilən üç başlı nəhəngi məğlub etdilər. Amirani əjdahalarla mübarizə aparan zaman Qara Əjdaha tərəfindən udulur. Daha sonra Amirani əjdahanın qarnını kəsib çıxır. Gəlin axtarışında digər pis ruhlarla mübarizə apararkən, iki ölümcül qardaşı öldürüldü və Amirani intihar etmək istədi, amma dəhşət içində həyata qayıtdığını anladı.
Dəmirli
Yaşayış məntəqələri Dəmirli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı kənd. Dəmirli (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Dəmirli — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Dəmirli yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri.
Nəmirli
Nəmirli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Əmirlik
Əmirlik— Əmirin idarəsi altında olan yerlər, ölkə.
Eminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Mirili
Mirili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili kənd Sovetinin tərkibinə verilmişdir. Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Araz çayı boyunca Tuğay meşələri yerləşir, lakin bu meşələrin əksəriyyəti Sovet hakimiyyəti dövründə qırılmş və yerində əkin sahələri salınmışdır. Hazırda yalnız sahilboyunda qalmış meşələr isə intensiv qırılma nəticəsində məhv olmaq təhlükəsi qarşısında qalmışdır. İqlimi quraq keçən subtropik səhra iqlimidir. Mirili kəndində torpaq tipləri Araz boyu ərazilərlə qismən ondan uzaqda bir-birindən fərqlənir. Araz boyu ərazilərdə qumsal, bu ərazilərdən 2–3 km aralı isə şorangəli torpaqlardır. Topaq fondunun bir hissəsi şoranlaşmaya məruz qalmışdır. Kənd əhalisinin sayı 1014 nəfərdir ki, onun da 509 nəfəri kişi, 505 nəfəri isə qadındır.