Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsqəlan
Aşkelon(ivr. ‏אַשְׁקְלוֹן‏‎) və ya Əsqəlan (ərəb. عسقلان‎) —İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri. Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır. == Tarixi == Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Roma və xristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225).
Əsgər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. == Haqqında == Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsgər Məmmədov (əsgər)
Əsgər Zaur oğlu Məmmədov (25 mart 2002; Edişə, Cəlilabad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər Məmmədov 25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur Məmmədovun ailəsində anadan olmuşdur. 2008–2019-cu illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əsgər Məmmədov 10 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Məmmədov 23 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn edilmişdir.
Əsgər Məmmədov (əsgər, 1972)
Əsgər İsmayıl oğlu Məmmədov (8 yanvar 1972, Bərdə rayonu, İmirli – 26 aprel 1994, Ağdam)— Birinci Qarabağ döyüşlərində şəhidi olmuşdu. == Həyatı == Əsgər Məmmədov 1972-ci il 08 yanvar tarixində, Bərdə rayonunun İmirli (Əmirli) kəndində anadan olub. 1979-cu ildə ilk təhsilini imirli kəndində almışdı. 1989-cu ildə təhsilini bitirmişdi. == Hərbi xidməti == 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. Moskvada Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 26 aprel 1994-cü ildə Ağdam Atçılıq Zavodu yaxınlığında bir neçə gün davam edən döyüşlərdə şəhid olub.
Bayraqdar əsgər
Bayraqdar — mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal, çevik və cəsur əsgərlərdən təyin olunur. O, hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində — bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində — komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı — 4 addım, dəstə bayraqdarı — 8 addım və s.)addımlayaraq çıxır. Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində — zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Ramiz Əsgər
Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü. == Həyatı == Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978). Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür.
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
İgid əsgər
"İgid əsgər" — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir. 2016-cı ilin may ayında ATV telekanalında İlqar Mikayıloğlunun aparıcısı olduğu "Xeyirə qarşı" verilişində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyasının balaca istedadı 5 yaşlı Nuray Rəhmanın "İgid əsgər" ifası internetdə izlənilmə rekordu qırmışdır.
İn-Əmgəl
İn-Əmgəl (ərəb. عين أمقل‎) —Əlcəzairin cənub hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. Tamanrasset dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin cənub-şərqində, Böyük Səhranın mərkəzi hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1450 kilometr cənub-cənub-şərq məsafəsində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 972 metrdir.İn-Əmgəl komunnasının sahəsi 93,438 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 28 mm). Orta illik temperatur 23,3 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 13°C, ən isti ayda (iyulda) 31,3°C-dir.
Əli Əsgər
Əli Əsgər (1968) — Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor.[mənbə göstərin] == Həyatı == === Ailəsi === Ailəlidir, bir övladı var. == Təhsili və pedaqoji fəaliyyəti == 1986–1993-cü illər ərzində Azərbaycan Texniki Universitetinin Radio Texnika fakültəsində həm bakalavr, həm də magistr dərəcələrində təhsilini tamamlamışdır. Məzun olduğu dövrdə ölkədəki vəziyyəti diqqətə alaraq hüquq təhsili almağa qərar verərək, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakülətsinə daxil olub. 1998–2000-ci illər ərzində isə Türkiyənin nüfuzlu universitetlərindən olan Mərmərə Universitetinin Sosial Elmlər İnstitutundan Ümumi Hüquq üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə isə Ankara Universitetində doktorantura təhsilini tamamlamış və "Post Sosialist Ölkələrdə Siyasi Rejim Dəyişikləri" adlı dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == Doktorantura təhsilini tamamladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir qəzetin Türkiyə təmsilcisi olmuşdur. Əli Əsgərin fərqli QHT-lərdə Qafqaz, Rus-Slavyan, Orta Asiya və Türk dünyası ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda professor erməni vandalizmin gerçəkliyini Türk dünyasına çatdırılması üçün müxtəlif fəaliyyətlər göstərmiş, təbliğatlar aparmışdır. 2021-ci ildə professor adına layiq görülən Əli Əsgər halhazırda Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.[1] == Mükafatlar == Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir.
Əsgər (ad)
Əsgər — ən kiçik hərbi rütbə.
Əsgər (dəqiqləşdirmə)
Əsgər — ən kiçik hərbi rütbə.
Əsgər (qəzet)
"Əsgər" qəzeti — Azərbaycanda çap olunan ilk hərbi qəzetlərdən biri, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan qəzet. == Tarixi == Daxili Qoşunların mətbuat orqanı olan "Əsgər" qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 16-da dərc olunmuşdur. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. "Əsgər" qəzeti yarandığı gündən bu günədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir. "Əsgər" qəzetinin ilk Baş redaktoru Rəfael Rzayev, Baş redaktorun müavini Təranə Məmmədova, məsul katibi Eldəniz Abbasov olmuşdur.
Əsgər (rütbə)
Əsgər — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə matros rütbəsidir. Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi leytenant verilir.
Əsgər İsayev
Əsgər Mustafa oğlu İsayev (20 dekabr 1935, Saral, Böyük Qarakilsə rayonu – 11 iyun 2021) — texniki elmlər doktoru (1983), professor (1984), Azərbaycan Respublikasının Əməkdar müəllimi (2006). == Həyatı == Əsgər İsayev 1935-ci ilin dekabrın 20-də Saral kəndində anadan olmuşdur. 1942-ci ildə Saral kəndində orta məktəbin birinci sinfinə getmiş və 1952-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. O, 1952-ci Azərbaycan Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş və 1957-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir. Ə.M.İsayev 1957–1959-cu illərdə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda konstruktor vəzifəsində işləmişdir. 1959-cu ilin aprel ayından 1975-ci ilə qədər öz əmək fəaliyyətini institutun elmi-tədqiqat şöbəsində kiçik elmi işçi, 1961-ci ilin sentyabrından həmin institutun "İnşaat konstruksiyaları" sonra isə "Dəmir-beton konstruksiyaları" kafedralarında baş müəllim vəzifəsində çalışmışdır. 1964-cü ildə materiallar müqaviməti ixtisası üzrə texniki elmlər namizədi elmi dərəcəsi adını almışdır. 23 sentyabr 1983-cü ildə Moskva şəhərində Moskva İnşaat Mühəndisləri İnstitutunda elmi işini müvəffəqiyyətlə müdafiə edərək "deformasiya olunan bərk cisimlər mexanikası" üzrə texniki elmlər doktoru elmi dərəcəsini almışdır. Onun bütün elmi fəaliyyətləri nəzəri mexanika, materiallar müqaviməti, inşaat mexanikası və tətbiqi mexanika elmlərinin müxtəlif hissələrinə həsr olunmuşdur. İsayev Əsgər 1 fevral 1967-ci ildə dosent, 27 aprel 1984-cü ildə isə "İnşaat mexanikası" kafedrası üzrə professor elmi adlarını almışdır.
Əsgər İsmayılov
Əsgər Ələkbər oğlu İsmayılov — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947)
Əsgər İsmayılzadə
Əsgər Bəxtiyar oğlu İsmayılzadə (22 yanvar 2002, Gülövşə, Yevlax, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər İsmayılzadə 22 yanvar 2002-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdur. 2005-ci ildə Yevlax rayonu V. Mövsümov adına Gülövşə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Mingəçevir Turizm kollecinin "Nəqliyyatda daşımaların təşkili" fakültəsinə daxil olmuşdur. == Hərbi xidmətləri == Əsgər İsmayılzadə 2019-cu ildə kolleci bitirdikdən sonra O, vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedir. Hərbi xidmətini Cəlilabad rayonunda "N" saylı hərbi hissədə xidmət çəkən Əsgər, öz arzusu ilə xidmətini Xüsusi Təyinatlı Qüvvələr'de (XTQ) davam etdirib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsgər İsmayılzadə Kəlbəcər, Füzulinin azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Şəhidimiz Yevlax rayon Gülövşə kənd qəbiristanlığında dəfn edilib.. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əsgər Əhmədov
Əsgər Əhmədov (professor) — Rusiya alimi. Əsgər Əhmədov (baş çavuş) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsi şəhidi.
Əsgər Əliyev
Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ləj kənd qəbiristanlığında dəfn edilmişdir. Lənkəran rayonunda adına Dostluq parkı var.
Əsgər Ələkbərov
Əsgər Ələkbər oğlu Ələkbərov (16 iyul 1954, Rəncbər, Zəngibasar rayonu) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1995–2014), polis general-leytenantı. == Həyatı == Əsgər Ələkbərov 1954-cü ildə Ermənistan SSR-in Masis rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1988-ci ildə SSRİ DİN-in Milis Akademiyasını bitirmişdir. 1988–1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmiş, nazir vəzifəsini icra etmişdir. 1993–1994-cü illərdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Qərargah rəisi, Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifələrində, 1994–2002-ci illərdə Daxili İşlər Nazirinin müavini — Kadrlar İdarəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 772 №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Prezidentin 31 dekabr 1995-ci il tarixli 3178 №li Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 646 №li Fərmanı ilə isə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Xidmət etdiyi müddətdə cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində, habelə kadr hazırlığı sahəsində, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 №li Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2014-cü il tarixli №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsindən azad edilmişdir. Ailəlidir.
Əsgər Əsgərov
Əsgər Əsgərov (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü
Əsgər Əyyubov
Əsgər Əyyubov Cabbar oğlu (1926, Nuxa – 2000, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Coğrafiya Cəmiyyətinin Litge adına Qızıl medal laureatı. == Həyatı == Ə.C.Əyyubov Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1951-ci ildə BDU-nu bitirib, SSRİ EA Coğrafiya institutunun aspiranturasına qəbul olunmuşdur. 1954-cü ildə həmin isntitutda iqlimşünaslıq ixtisası üzrə "Azərbaycanın kurortları və istirahət yerlərinin iqliminin müqayisəli təhlili" mövzusunda namizədlik, 1971-ci ildə isə "Azərbaycanın iqlim ehtiyatları və onlardan əkinçilikdə istifadə olunması" mövzusunda doktorluq dissertasiyasını (Bakı şəhəri) müdafiə etmişdir.Əsgər Əyyubov istedadlı və işgüzar iqlimşünas alim olmaqla yanaşı həm də, aqroiqlim və kurort iqlimi elmi istiqamətlərinin, bitki və insan biometeorologiyası üzrə elmi məktəbin banisi və inkişaf etdiricisidir. Həmmüəlliflərlə birlikdə "Azərbaycanın iqlimi" monoqrafiyasına görə Respublika Dövlət mükafatına, "Azərbaycan SSR iqliminin bonitirofkası" əsərinə görə SSRİ EA Coğrafiya cəmiyyətinin F.P.Litke adına qızıl medalına, "Azərbaycanın aqroiqlim rayonlaşdırılması" divar xəritəsinə görə SSRİ XTNS-nın bürünc medalına, "Azərbaycan Respublikasının aqroiqlim atlası"na görə Respublika "Təhsil" cəmiyyətinin birinci mükafatına layiq görülmüşdür. == Elmi fəaliyyəti == Ə.C.Əyyubov 1955-ci ildə coğrafiya elmləri namizədi kimi Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi, sonralar baş elmi işçi olmuş. 1973-cü ildən 2000-ci ilədək "Təbiəti mühafizə", "Meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı", "İqlimşünaslıq" şöbələrinin müdiri vəzifələrində işləmişdir. 1970–1990-cı illərdə YUNESKO-nun "İnsan və biosfer" (MAB) proqramı üzrə işçi qrupunun və ABƏŞ-də işçi qrrupunun rəhbəri idi. Respublika radiosunda 20 il müddətində "Təbiət" jurnalının aparıcısı olmuş, Bakı ali məktəblərində pedaqoji fəaliyyət göstərmiş, bir neçə elmi-texniki və müdafiə şuralarının üzvü, respublika prezidenti yanında Ali Attestasiya komissiyasının eksperti, bir çox monoqrafik əsərlərin redaktoru, EA "Xəbərlər" jurnalının (Yer Elmləri bölməsi üzrə) baş redaktorunun müavini olmuşdur == Elmi əsərləri == 200-dən artıq elmi əsər və 7 monoqrafiya çap etdirmişdir. Onlardan "Azərbaycanın iqlimi haqqında oçerklər" (1962), "İstisu kurortu" (Həmmüəlliflə) (1965), "İqlim və hava (1967)", "Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması (1968)", "Azərbaycan SSR iqliminin bonitirovkası (1975)", "Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi" (1987), "Azərbaycanın iqlimi" (həmmüəlliflərlə), "Azərbaycan SSR-in iqlim ehtiyatları" (1984) və s.
Əsgər Abbasov
Abbasov Əsgər Məmmədismayıl oğlu (28 aprel 1916 – 9 fevral 1970) — teatr rəssamı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1964). == Həyatı == Əsgər Abbasov 28 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1933-cü ildən Azərbaqycan Milli Dram Teatrında dekorçu rəssam kimi çalışmağa başlamışdır. 1933-1936-cı illərdə Bakı Rəssaqmlıq Məktəbində təhsil almışdır. Təhsil aldığı müddət ərzində əmək fəaliyyətinə də ara verməmişdir. 1945-1949 və 1956-1969-cu illərdə Azərbaycan Musiqili Komediya Teatrında baş rəssam işləmişdir. == Yaradacılığı == Əsgər Abbasov Azərbaycan Milli Dram Teatrında işlədiyi dövrdə Mir Cəlalın "Mirzə Xəyal", Mixail Lermontovun "İki qardaş", K.Simonovun "Bizim şəhərli oğlan", Kondrat Krapivanın "Son gülən", S.Rəhmanın "Toy" pyeslərinin tamaşalarının quruluşçu rejissoru olmuşdur. Habelə, Səməd Vurğunun "Fərhad və Şirin" pyesində və Sabit Rəhmanın "Xoşbəxtlər" komediyasında geyim eskizlərinin müəllifi olmuşdur. Əsgər Abbasovun yaradıcılığının parlaq dövrü Musiqili Komediya Teatrına təsadüf edir. O, S.Ələsgərovun "Ulduz" (1957), Ü.Hacıbəyovun "Arşın mal alan" (1959) və "O olmasın, bu olsun" (1964), "Məşədi İbad", Z.Hacıbəyovun "Aşıq Qərib", S.Rüstəmov "Durna" (1965), Ş.Qurbanov və S.Ələsgərovun "Özümüz bilərik", M.Əlizadə və F.Əmirovun "Gözün aydın", İmre Kalmanın "Silva" (1960) və "Bayadera" tamaşalarının quruluşçu rəssamı olmuşdur.
Əsgər Abdullayev
Əsgər Abdullayev (futbolçu)
Əsgər Akayev
Askar Akayev (10 noyabr 1944, Qızıl Bayraq[d], Çüy vilayəti) — Qırğızıstan Respublikasının 1-ci Prezidenti (1990–2005).
Məsqət
Məsqət (tarixi ərazi)
Məsəl
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Əlqul
Əlqul — Persey bürcünün β ulduzudur. Əlqul ulduzu ilk və ən yaxşı bilinən tutulan qoşa ulduzdur. β Persey üç ulduzlu sistemdir, Aa1, Aa2 və Ab ibarət olan böyük və əsas parlaq β Persey Aa1 ulduzu nizamlı olaraq zəif parlaqlı β Persey Aa2 ulduzu tərəfindən tutulur. Onun parlaqlığı periodik olaraq artıb azalır. Beləliklə, Əlqul ulduzunun ulduz ölçüsü adətən 2,1 ətrafında sabit qalır, ancaq təxminən 10 saat davam edən qismən tutulmalar zamanı hər 2,86 gündə (2 gun, 20 saat 49 dəqiqə) 3,4 qiymətinə enir. Əlqul ulduzu tutulan dəyişən ulduz sinfinə aid edilir və Əlqul dəyişənləri kimi tanınır. == Müşahidə tarixi. == Əlqulun dəyişkənliyi İtalyan astronomu Geminiano Montanari tərəfindən 1667 ci ildə qeyd edildi, ancaq parlaqlıqdakı dəyişmələrin periodik təbiəti, bir əsrdən sonra, İngilis amatör astronom John Goodricke tərəfindən ulduzun dəyişənliyi qeydə alındı. 1783-cü ilin may ayında o, tapıntılarını Kral Cəmiyyətinə təqdim etdi və dövrü dəyişkənliyə ulduzun qarşısında keçən bir qaranlıq cisimin (və ya ulduzun dövrü olaraq Yer üzünə doğru döndüyü daha qaranlıq bir bölgəyə sahib olması) səbəb olduğu fikri irəli sürürdü. Bu məlumata görə Copley Medalına layiq görüldü.
Ərdəl
Ərdəl-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Ərdəl şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,162 nəfər və 1,767 ailədən ibarət idi.
Əxtəl
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[…], Hiyrə, Nəcəf mühafəzəsi – 710, Cəzirə) – ərəb şairi. Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir.
Əsmə
Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır.
Əsəd
Əsəd — kişi adı. Əsəd Oktay — Türkiyə Böyük Millət Məclisinin deputatı. Əsəd Qeysər — Əsəd Saqay — Əsəd Əsədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsəd İsgəndərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Cəbəlkəndi (Ənzəl)
Cəbəlkəndi (fars. جبل كندی‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Bu kənd Urmiyadan 35 kilometr şimalda, Urmiya gölünün qırağında yerləşir. Son bir neçə ildə Urmiya gölündə suyun azalıb quruması bu kəndi tərpənən qumlar təhlükəsi ilə qarşılaşdırıb ki, bu kəndi tərpənən qumlardan qorumaq üçün bir sıra tədbirlər görülüb ki, bunlara qum malçlama və qum təpələrinə hörmə baryerlərin quraşdırılması və bölgədə duz və su çatışmazlığına yüksək dərəcədə uyğunlaşan yerli fidanların əkilməsi daxildir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (84 ailə). === Milli tərkibi === 1949–1953-cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya sözlüyü"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Cəbəlkəndidə əkinçilik ilə məşğul olan 90 nəfər şiə inanclı Türk (Azərbaycan türkü) yaşayarmış. Hal-hazırda kənd əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir ki, əkinçilik, bağçılıq və maldarlıqla məşğuldurlar.
Feriki əvvəl
Feriki əvvəl (Osmanlı dili: فریق اول), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən müşir və feriki sani rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Handə Ərçəl
Handə Ərçəl (türk. Hande Erçel; d. 24 noyabr 1993) — məşhur türk aktrisası və model. O, Geneşin kızları, Aşk laftan anlamaz, Sən çal qapımı kimi seriallarda rolları ilə tanınır. İllər keçdikcə milli və beynəlxalq tanınmanın artması ilə əlaqədar qazanc əldə etməyi bacarır, və çoxsaylı rəsmi və qeyri-rəsmi mükafatlar alır. 2012, Handə Ərçəl, Miss Turkey tacına layiq görüldü və Miss World Civilization gözəllik festivalında ikinci yerə çıxdı. Handə Ərçəl Çalıkuşu serialında dəstəkçi aktrisa kimi debüt etmişdir. O, Çılgın Dersane Üniversitede digər seriallardada rol almışsdır. O, Hayat ağacı Selen Karahan obrazı ilə Türk dünyasında daha yaxşı tanındı. Güneşin kızlarından Selin Yılmaz rolunu canlandırıb.
Həcərul-əsvəd
Qara daş (Ər: الحجر الأسود, Həcərül Əsvəd, Həcər: Daş, Əsvəd isə: Qara) — Məkkədə Kəbənin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar. == Qara daşın yerinə qaytarılması == İbn İşaqın məlumatına görə 605-ci ildə Məhəmməd( s.a.s) Kəbənin divarındaki Qara Daşın yerləşdirilməsində iştirak etmişdi. Qara Daş Kəbənin bərpası zamanı çıxardılmışdı. Məkkənin rəhbər şəxsləri kimin Qara Daşı yerinə qaytarması barədə qərara gələ bilmirdilər. Ən nəhayətdə qərara aldılar ki, qapıdan daxil olan bir sonraki adam Qara Daşı yerinə qaytarmaq səlahiyyətinə malik olsun. Bu zaman Məhəmməd(s.a.s) qapıdan içəri daxil oldu. Beləliklə, Məhəmməd(s.a.s) daşı bir parçanın ortasına yerləşdirdi. Digərləri isə kənarlarından tutdular və birlikdə Qara Daşı apardılar. Sonra isə Məhəmməd(s.a.s) daşı yerinə yerləşdirdi.
Kembridən əvvəl
Kembridən əvvəl və ya Prekembri (ing. Precambrian) — Yer tarixinin hal-hazırda dəvam edən Fanerozoy eonundan əvvəlki, erkən dövrünü əhatə edən zaman dilimi üçün istifadə edilən terimdir. Bu dövr Fanerozoy eonunun ilk dövrü olan Kembridən əvvəl gəldiyi üçün belə adlandırılmışdır. Prekembri çağı Yer kürəsinin geoloji tarixinin 88%-ni təşkil edir. Prekembri geoloji zamanın qeyri-rəsmi bir vahididir və 3 eonun: Katarxey, Arxey və Proterozoyun ümumiləşdirilmiş adıdır. Dövr 4.6 milyard il əvvəl Yerin yaranmasından, 541 milyon il əvvəl Kembrinin başlanmasına qədər olan zaman dilimini əhatə edir. == Xüsusiyyətləri == Yer tarixinin təxminən səkkizdə yeddisini təşkil etməsinə baxmayaraq, Prekembri haqqında nisbətən az şey məlumdur və məlum olanlar əsasən 1960-cı illərdən bəri aşkar edilmişdir. Prekembriyə aid fosil tapıntıları sonrakı Fanerozoy erası ilə müqayisədə daha kasıbdır və bu qalıqlar məhdud biostratiqrafik istifadəyə malikdir. Bunun səbəbi, bir çox Prekembri süxurları ağır metamorfozlaşmış, mənşələrini gizlətmiş, digər qismi eroziya nəticəsində məhv olmuş və ya Fanerozoy təbəqələrinin altında dərin basdırılmışdır. Yerin 4,543 milyon il əvvəl Günəş orbitindəki materialllardan yarandığı və yaranmasından qısa müddət sonra çox böyük (Mars ölçülü) bir planet tərəfindən vurularaq Ayı meydana gətirən materiallara parçalandığı düşünülür (bax:Böyük toqquşma fərziyyəsi).
Mülazimi əvvəl
Mülazimi əvvəl (osman. ملازم اول) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında baş leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə.
Məsqət tayfa
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.
Məsqət şəhəri
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Pelin Əsmər
Pelin Əsmər (1972, İstanbul) — Türkiyəli rejisor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub. == Bioqrafiya == Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir. Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub. 1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib. Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub. == Karyerası == Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.
Ramiz Əskər
Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü. == Həyatı == Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978). Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür.
Soltanabad (Ənzəl)
Soltanabad (fars. سلطان‌آباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 567 nəfər yaşayır (132 ailə).
Eşqin Axundov (əsgər)
Eşqin İntiqam oğlu Axundov (3 yanvar 2000, Gəncə – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eşqin Axundov 2000-ci il 3 yanvar tarixində Gəncə şəhərində anadan olub. Gəncədə yaşamışdır. == Təhsil == 2007-ci ildə Gəncə şəhər 44 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu müddətdə həmişə öz təlim-tərbiyəsi ilə digər şagirdlərdən seçilmişdir. 2017-ci ildə həmin məktəbi bitirərək Peşə Liseyinə qəbul olmuşdur. 2019-cu ildə Peşə liseyini müvəffəqiyyətlə bitirmişdir. 2019-cu ilin İyul ayında Hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == 2019-cu ildə Hərbi xidmətə yollanmışdır. Öz Hərbi xidmətində daim fərqlənmiş, özünün cəsurluq, vətənpərvərliyi ilə seçilmişdir.
Eşqin Hüseynov (əsgər)
Eşqin Cəsarət oğlu Hüseynov (20 yanvar 1998, Hüsənli, Tərtər rayonu – 29 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Eşqin Hüseynov 1998-ci ilin 20 yanvar günündə Tərtər rayonun Hüsənli kəndində anadan olub. 2004-2015 illərində Tərtər rayon İdris Hüseynov adına Hüsənli kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Eşqin Hüseynov 2016-cı il oktyabr ayında Tərtər Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2018-ci ilin aprel ayında Hərbi xidməti müvəffəqiyətlə başa vurduqdan sonra bir neçə yerdə işləməyə başlayır. Hərbiyə olan marağına görə 2020-ci ildə 2 ay kurs keçdikdən sonra N saylı hərbi hissədə MAHHXHQ (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) rütbəsində xidmət etmişdir. Sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayanda orada da qəhrəmancasına vuruşmuşdur. Qızğın döyüşlər zamanı ön cəbhədə xidmət etmişdir. Eşqin Hüseynov İkinci Qarabağ müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə Artilleriya-topçu vəzifəsində iştirak etmişdir.29 sentyabr tarixində son damla qanına qədər vuruşaraq başından aldığı güllə yarasından həlak olmuşdur.
Eşqin Hüseynov (əsgər, 2001)
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.