Əsqalan
Aşkelon(ivr. אַשְׁקְלוֹן) və ya Əsqəlan (ərəb. عسقلان) —İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri.
Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır.
Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Roma və xristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225).