Eşqin Cəsarət oğlu Hüseynov (20 yanvar 1998, Hüsənli, Tərtər rayonu – 29 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.
Eşqin Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 yanvar 1998(1998-01-20) |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 2020(2020-09-29) (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Topçu-artilleriya |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Eşqin Hüseynov 1998-ci ilin 20 yanvar günündə Tərtər rayonun Hüsənli kəndində anadan olub.[1] 2004-2015 illərində Tərtər rayon İdris Hüseynov adına Hüsənli kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi.
Eşqin Hüseynov 2016-cı il oktyabr ayında Tərtər Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2018-ci ilin aprel ayında Hərbi xidməti müvəffəqiyətlə başa vurduqdan sonra bir neçə yerdə işləməyə başlayır. Hərbiyə olan marağına görə 2020-ci ildə 2 ay kurs keçdikdən sonra N saylı hərbi hissədə MAHHXHQ (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) rütbəsində xidmət etmişdir.
Sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayanda orada da qəhrəmancasına vuruşmuşdur. Qızğın döyüşlər zamanı ön cəbhədə xidmət etmişdir. Eşqin Hüseynov İkinci Qarabağ müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə Artilleriya-topçu vəzifəsində iştirak etmişdir.29 sentyabr tarixində son damla qanına qədər vuruşaraq başından aldığı güllə yarasından həlak olmuşdur.
Eşqin Hüseynov yaşadığı Tərtər rayon Hüsənli kənd qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]