Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adagan
Adaqan
Adağan (Maku)
Adağan (fars. اداغان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,043 nəfər yaşayır (198 ailə).
Təzəkənd-i Adağan (Maku)
Təzəkənd-i Adağan (fars. تازه كند آداغان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (26 ailə).
Abdanan
Abdanan — İranın İlam ostanının şəhərlərindən və Abdanan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 21,662 nəfərdən ibarət idi.
Ardahan
Ərdəhan — Türkiyənin Ərdəhan ilinin inzibati mərkəzi.
Ağdaban
Ağdaban — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd. Ağdaban kəndi Ağdaban çayının sağ sahilində, Murovdağ silsiləsinin cənub ətəyində, Ağdaban dağının yamacındadır. Adını eyni-adlı dağdan almışdır. XIX əsrin sonunadək kəndin ərazisi Dəmirçidam kəndinin binəsi olmuşdur. 1905-ci ildə həmin kəndin dəlikli, məmmədli, məhərrəmli, feyzalılar adlı nəsillərindən bir qrup ailələr bu binəyə köçərək burada məskunlaşmışlar. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Coğrafi mövqeyi == Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. Tütünçülük, heyvandarlıq kənd əhalisinin əsas məşğuliyyəti sayılırdı. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.
Ağlağan
Ağlağan Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. == Toponimkası == Ağlağan- Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Bozabdal dağ silsiləsinin zirvələrindən birinin adıdır. Loru və Pəmbək bölgələrini ayıran dağdır. (hünd.2992m.) İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunun IV boyunda "kafirlərin" (yəni xristianların) sərhəddində dağ kimi çəkilir. Keçmişdə Qazax-Borçalı ellərinin yaylaq yeri olmuşdur. Ağ və mənası məlum olmayan Laqan sözlərindən ibarətdir. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Qızıl-Laqan, Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusunda Laqan-Xuduk, Dağıstan əyalətinin Teymurxanşura dairəsində Çakas-Laqan və başqa toponimlərdə mənası məlum olmayan "laqan" sözü vardır. 1747-ci ildə Borçalı bölgəsinin Baydar nahiyəsində bir kənd də Laxan adlanırdı. XX əsrin 30-cu illərində Ağlağan dağı fərmanla ermənicə Urasar adlandırılmışdır.
Dağdağan
Dağdağan (lat. Celtis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Jaqan
Jaqan (pol. Żagań) — Polşada şəhər. == Tarix == 1202-ci ildə ilk dəfə insanlar bu ərazidə məskunlaşmağa başlamışdır. Nəticədə 1280-ci ildə şəhər qurulmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şəhərin saytı.
Abdanan şəhristanı
Abdanan şəhristanı- İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abdanan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 45,830 nəfər və 9,358 ailədən ibarət idi.
Andaman adaları
Andaman adaları (ing. Andaman Islands) — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir. Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hal-hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır. Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hal-hazırda 100,608 nəfər yaşayır.
Andaman alabayquşu
Andaman alabayquşu (lat. Tyto deroepstorffi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Andaman dənizi
Andaman dənizi (hind. अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay və ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi. Şərqdə Hind-Çin və Malay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur.
Hamar dağdağan
== Ümumi yayılması == Rusiya (Krım), Kiçik Asiya, İran və Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəklikdə yayılıb. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəkliklərdə, Kür-Araz ovalığında, Naxçıvan MR-də, Lənkəranda (Diabar) və s. rayon ərazilərində təsadüf edilir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Dağətəklərində quru daşlı yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15 m olan alçaqboylu ağacdır. Gövdəsinin qabığı hamardır. Cavan zoğları qəhvəyi və ya qonur, yaşlı gövdəsinin qabığı isə bozumtul-qonur rəngdədir. Cavan budaqlar açıqqonur və ya açıqqəhvəyi rəngdədir.
Kiçik Andaman
Kiçik Andaman adası (ing. Little Andaman island, hind. लिटल अंदमान) — Andaman adaları qrupuna daxil sahəsinə görə 4-cü böyük ada. Sahəsi 734,39 km² təşkil edir. Arxipelaqın cənubunda yerləşir. Rutland və Böyük Andaman adalarından Dunkan boğazı ilə ayrılır. == Coğrafiya == . Adanın düzən hissələri tropik meşələrlə örtülüdür. Burada nadir dəniz tısbağalarını müşahidə etmək olar. Kiçik Andaman bəzən Böyük Andaman əks olaraq təqdim olunur.
Orta Andaman
Orta Andaman adası (ing. Middle Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük ada. Arxipelaqın mərkəzində yerləşir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1535,5 km². Adada 2001-cin il məlumatına görə 54 385 nəfər yaşayır. Əhalisi əsasən Tamilnada, Kerala və Benqaliya ərazisindən gəlmişlərdən təşkil olunmuşdur. Ada əhalisi əsasən kənd təsərrüfatı ilə məşqul olur. Əsas şəhərləri— Ranqat, Billiqraund, Kadamtala, Bakultata və Bedapur. Adada yerləşən ən şimal şəhəri olan Mayabunder inzibati baxımından Şimali Andamana daxildir.
Oya Aydoğan
Oya Aydoğan (10 fevral 1957, Ərzincan – 15 may 2016, İstanbul) — Türkiyə aktrisası. Ölümündən bir neçə gün öncə aorta damarının deşilməsinə görə xəstəxanaya yerləşdirilmişdi. 12 saat davam edən əməliyyatdan sonra ayılmamış 15 may 2016-cı ildə saat 07.15-də xəstəxanada vəfat etmişdir.
Şimali Andaman
Şimali Andaman adası (ing. Nouth Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük adalardan biri. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1376 km². Adada 42 163 nəfər yaşayır. Adanın ən böyük yaşayış məntəqəsi Diqlipurdur. Adanın ən hündür nöqtəsi Seddl-Pik dağıdır (738 m). Şimali Andaman zəlzələlər baxımından zəngin ərazidə yerləşir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. Ada iqtisadiyyatının əsasını çəltik və portağal satışından gələn gəlir təşkil edir.
Nilay Aydoğan
Nilay Aydoğan (6 may 1992, İstanbul – 12 fevral 2023, Malatya) – Türkiyə qadın basketbolçu. Aydoğan basketbol karyerasına "İstanbul Universiteti" komandasında başlamışdır. Daha sonra Türkiyənin "Gənclik və İdman", "Orduspor", "Güre Bələdiyyəsi", "İzmit Bələdiyyəspor", "Mersin Böyükşəhər Bələdiyyəspor", "Samsun Basketbol İhtisas", "Yalova VİP" basketbol klublarında çıxış etmişdir. Sonuncu klubu Türkiyə çempionatında çıxış edən "Çankaya Universiteti" komandası idi. Aydoğan Türkiyə milli qadın 3×3 basketbol komandasının üzvü olmuş və milli komanda ilə 17 oyuna çıxmışdır. 2022-ci ildə Konya şəhərində baş tutmuş İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbol turnirinin heyətinə seçilsə də, COVID-19 testi pozitiv çıxdığı üçün heyətdən çıxarılmışdı. 2023-cü ilin fevralında nənəsinin evini ziyarət etmək üçün Malatyaya getmiş və baş verən Türkiyə–Suriya zəlzələsi zamanı bina dağıntılarının altında qalaraq ölmüşdür. Onun bədəni 12 fevralda dağıntıların altından çıxarılmışdır. Kasımpaşa Kulaksız məzarlığında dəfn olunmuşdur. Qadın basketbolu üzrə Türkiyə çempionatının 2022/23 mövsümünə onun adı verilmişdir.
Sümeyye Aydoğan
Sümeyye Aydoğan (2 aprel 1999, İstanbul) — Türk Aktrisa və Müğənni. Sümeyye Aydoğan 2 aprel 1999-cu ildə İstanbulda anadan olub. O, ilk kino təcrübəsini 2020-ci ildə "Aile Hükümeti" filmində və ilk televiziya təcrübəsini 2021-ci ildə "Kahraman Babam" serialında nümayiş etdirdi. Daha sonra həmin il "Sadakatsiz" serialında Ceren obrazını, "Geçen Yaz" filmində Oya obrazını canlandırıb. 2022-ci ildə ilk baş rolu olan "Duy Beni" serialında Melisa Gerçek obrazını canlandırıb. "Duy beni" serialından sonra 2023-cü ildə FOX-da yayımlanan "Taçsız Prenses" serialında İsmayıl Hacıoğlunun partnyoru olaraq Yağmur Elem obrazını canlandırıb. Sezon finalında serialdan ayrılmışdır. Daha sonra Kanal D-də yayımlanacaq olan "Dönence" serialının heyətinə daxil edilib. 2023-cü ildə 13 bölümdən ibarət olan "Akif" serialında rol alıb. Həmin ilin avqustunda işıq üzü görəcək "Magarsus" serialında Damla obrazını canlandıracaq.
Akdoğan dağları
Akdoğan dağları — Varto, Bulanıq, Xınıs və Qaraçoban rayonlarının kəsişdiyi Muş və Ərzurum sərhədinin sıfır nöqtəsində yerləşir. Akdoğan gölünün şərqində yerləşir. Onun hündürlüyü 2879 metrə çatır.
Akdoğan gölü
Akdoğan Gölü — Türkiyədə göl. Türkiyənin şərqində, Muş vilayətinin Varto rayonunda yerləşir. == Coğrafiya == Göl, Akdoğan dağlarının qərbində yerləşir.
Ağdaban qətliamı
Ağdaban faciəsi — 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsi. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır. == Tarixi == 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlardan atəş açmağa başladırlar. Ermənilər planlı surətdə hərəkət edirdilər. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək əvvəlcədən müəyyənləşdirilmişdi. Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə ermənilər hücum etdi. Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı.
Ardahan ili
Ərdahan ili — Türkiyədə il. İnzibati cəhətdən Çıldır, Posof, Damal, Hanak, Ərdəhan və Gölə ilçələrindən ibarətdir. Çıldır ilçəsinin Məryəm kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr, qarapapaqlar təşkil edir. Gölə ilçəsinin Yeni Dəmirqapı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Uğurdaşı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Karlıyazı kəndinin əhalisini kürdlər təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Dr. Yaşar Kalafat. "Çıldır ve Yakın Çevresinin Etnososyal Yapısı" (türk). Haber Açısı Portalı.
Umud Ağdoğan
Umud Ağdoğan (1986, Ankara) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Umud Ağdoğan 1986-cı ildə Ankarada anadan olub. Atılım Universiteti Hüquq bölməsindən məzun olub. Bir çox universitetlərdə "Hüquq Peşəsində Karyera Planlaması", "Uğurlu Hüquq Bürosunun İdarə Edilməsi", "Bir Hüquqşünasın Mental Dəftəri" adlı layihələri icra edib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü, Baş Katib, Hüquq məsələlərindən məsul sədr müavini vəzifələrində təmsil olunub. 2012 və 2020-ci illərdə CHP Məclisinin üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda Konstitusiya Komissiyasının üzvü olub. Evli və 2 uşaq atasıdır.